Müasir Azərbaycan-20: inkişafın yeni mərhələsi”

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Şamaxıda bu mövzudadəyirmi masakeçirib

 

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) respublika gəncləri arasında sıx ünsiyyətin münasibətlərin yaranması, onun daha da möhkəmlənməsi istiqamətindəYay məktəbiadlı layihə həyata keçirir. Hər il Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla gənc qruplar şəklində Qəbələ, Oğuz Lerik rayonlarına göndərilir. Orada müxtəlif aktual mövzular ətrafında müzakirələr aparılır, fikir mübadilələri olur. Millət vəkillərinin, eyni zamanda, cəmiyyətimizin ziyalı təbəqəsinin nümayəndələrinin iştirakı ilə təşkil olunandəyirmi masa”larda gənclərə onları maraqlandıran məsələlərlə bağlı izahatlar verilir. Bununla da, YAP-ın həyata keçirdiyi layihə çərçivəsində gənclər müxtəlif sahələrə dair geniş məlumatlara sahib olurlar.

Bütün bunlarla yanaşı, vurğuladığımız kimi, “Yay məktəbilayihəsinin əsas məqsədlərindən biri məhz gənclər arasında ünsiyyətin daha da aktivləşdirilməsidir. Əlbəttə ki, sonuncuYay məktəbilayihəsi çərçivəsində respublika gəncləri arasında yaranmış münasibətlər sözügedən layihənin səmərəliliyini bir daha üzə çıxarıb.

ArtıqYay məktəbilayihəsi çərçivəsində bir-birilə münasibətlər qurmuş gənclər digər bölgələrdən olanları rayonları ilə tanış olmaq aktual problemlər ətrafında diskussiyalar aparmaq, fikir mübadiləsi etmək məqsədilə öz rayonlarına dəvət edirlər. Eyni zamanda, şamaxılı gənclər Yay məktəbilayihəsi çərçivəsində Lerikdə səfərdə olarkən ünsiyyət qurduqları gəncləri öz rayonlarına dəvət ediblər.

Bununla bağlı olaraq, sentyabrın 17-də Yeni Azərbaycan Partiyasının üzvü olan bir qrup fəal gənc Şamaxı şəhərinə səfərə gəlib.

YAP Gənclər Birliyinin fəalları əvvəlcə Şamaxı şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Ulu öndərin əziz xatirəsini yad edən gənclər daha sonra YAP Şamaxı rayon təşkilatının inzibati binasındaMüasir Azərbaycan-20: inkişafın yeni mərhələsimövzusundadəyirmi masada iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov Azərbaycanın sürətli inkişafından, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətdən danışıb. O, bildirib ki, bu gün Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə yaxınlaşır: “Ölkəmizin hərtərəfli inkişafı öz müsbət təsirini, eyni zamanda, bölgələrə göstərir. Bu, özünü Şamaxı rayonunun timsalında daha aydın şəkildə büruzə verir”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müasir Azərbaycanın memarı, dövlətimizin banisi Ulu öndər Heydər Əliyev ideyalarının reallaşmasının güclü qüdrətli Azərbaycanın yaranmasına yol açdığını bildirib. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. “Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk əsər məhz müstəqil Azərbaycan olur. Ulu öndərimiz Azərbaycanın müstəqilliyinin əldə olunması, dövlətçilik ənənəsinin yaradılması, dövlətin qurulması qorunub saxlanılması üçün bütün zəkasını, gücünü, nüfuzunu səfərbər etdi”, - deyə millət vəkili əlavə edib.

Aydın Mirzəzadə, həmçinin, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın inkişafını daha da sürətləndirdiyini ölkəmizi inkişaf etmiş dövlətlərin sırasına çıxardığını vurğulayıb.

Çıxış edən millət vəkili İlham Məmmədov Ulu öndər Heydər Əliyevin ölkəmizdə vətəndaş qarşıdurmasının qarşısını almaq sabitlik yaratmaqla yanaşı, müstəqil qanunlarla idarə olunan Azərbaycanın təməlini qoyduğunu deyib. Onun sözlərinə görə, bu addım Azərbaycanın müstəqilliyini əbədiləşdirdi.Ulu öndər Heydər Əliyev siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin edib” - deyən millət vəkili vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində ölkəmizdə sivil siyasi münasibətlər yaranıb, hüquqi dövlət quruculuğu prosesinə başlanılıb: “Əsası Ulu öndər tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısının I müavini Qasım Qasımov deyib ki, Azərbaycanın bir dövlət kimi bz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi ağır bir zamanda dövlətə başçılıq etməyə başlayan Ulu öndər Heydər Əliyev nəinki bu dövləti qoruyub saxlamağa dirçəltməyə nail oldu, həm dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi: “Ulu öndər o dövrdə ölkəmizin gələcək inkişafını Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü bir çox çətinliklərə baxmayaraq qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu”.

YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva isə deyib ki, Azərbaycanın dünya birliyində mövqeyinin yüksəlməsi artıq hamı tərəfindən etiraf olunan həqiqətdir: “Respublikanın sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkədə quruculuq

işləri daha böyük miqyas alır, şəhər, kənd   qəsəbələrin siması tamamilə dəyişir, xalqımızın rifah halı durmadan yüksəlir. Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında liderdir. Bütün bu uğurlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyasının, “Əsrin müqaviləsi”nin məntiqi davamı, təntənəsidir”.

YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva isə dövlətimizin xarici siyasətindən, beynəlxalq münasibətlər sistemində əldə etdiyi uğurlardan danışıb: “Müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən, beynəlxalq təşkilatlarla yüksək səviyyəli əlaqələr yaradıb. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən bu əlaqələr ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir. Müasir Azərbaycan Respublikasının banisi Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın əsasını qoymaqla yanaşı, beynəlxalq əlaqələrin qurulmasında, inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıb. Gənc Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması, o cümlədən, siyasi əlaqələrin daha da gücləndirilməsi baxımından beynəlxalq aləmlə münasibətlərin yaranması olduqca mühüm idi Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu münasibətlər yüksək səviyyədə formalaşdı”.

Sonra müzakirələr başlayıb. Öz fikirlərini tədbir iştirakçıları ilə bölüşən Əsgər İmamverdiyev, Araz Məmmədov, Ziyadə Yusifova, Qasım Qasımov, Zamir Dibirov, Könül Rəhimova, Ruslan Əliyev, Sitarə Cabbarlı, Xanım Abdulova digərləri ölkəmizin 20 ildə keçdiyi inkişaf yolu, iqtisadi, sosial s. sahədə qazanılan uğurlar, həmçinin, respublikamızın beynəlxalq sferada əldə etidiyi nailiyyətlərindən danışıblar.

Vurğulanıb ki, böyük enerji layihələrinin əsas iştirakçısı təşəbbüskarı olan Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ermənistan isə öz işğalçılıq siyasəti nəticəsində bütün iqtisadi layihələrdən kənarda qalıb, iqtisadi böhran içərisində çabalayır. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Azərbaycanda dövlət büdcəsindən bu ya digər sahələrə vəsaitlər ayrılarkən müdafiə xərclərinin artırılmasına xüsusi diqqət göstərilir. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə öz qüdrətli, güclü ordusunun sayəsində uğur qazanacağı şəksizdir.

Millət vəkilləridəyirmi masa”da eyni zamanda,  gənclərin suallarını cavablandırıb, maraqlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Günün ikinci yarısında isə partiya fəalları Mirzə Ələkbər Sabirin ev muzeyinə, Şamaxı şəhər Diyarşünaslıq muzeyinə, Heydər Əliyev Mərkəzinə, Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə təmir olunmuş Şamaxı Rəsədxanasına digər görməli yerlərə səfər ediblər.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2011.- 20 sentyabr.- S.3.