Səsqəzeti - 20 il

 

Daim ədalətin zəfər çalması uğrunda mübarizə aparan qəzet yubileyini qeyd edir

 

Səsqəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçmiş bir qəzetdir. Müstəqil Azərbaycan mətbuatının formalaşmasındaSəsqəzetinin xidmətləri danılmazdır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzetdir. 20 illik fəaliyyəti dövründə daim milli mətbuat ənənələrimizə, milli dövlətçiliyimizə, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edənSəsqəzeti öz ətrafına çoxminli oxucu auditoriyası toplaya bilmişdir. İstər müxalifətdə olduğu dövrdə istərsə də, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtidar qəzetinə çevrilməsinə baxmayaraqSəsqəzeti həmişə eyni maraqla, həvəslə oxunan qəzetlərimizdən biridir. Həm müxalifəti, həm də iqtidarı təmsil edərkən maraqla oxunmaq isə heç də hər bir qəzetə nəsib olan xoşbəxtlik deyil. Heç şübhəsiz ki, qəzetin bu gün maraqlı olmasında onun yaradıcı kollektivinin böyük xidmətləri olub.

Məlum olduğu kimi, “Səsqəzeti ölkəmizin çox çətin bir şəraitində fəaliyyətə başlayıb. Ən azından, nəzərə almaq lazımdır ki, 1991-1993-cü illərdə söz demək, həqiqəti müdafiə etmək, ədalətin tərəfində durmaq, Heydər Əliyev tərəfkeşi olmaq az qalsın cinayət hesab olunurdu. Müəyyən qruplaşmalar var idi ki, Ulu öndəri müdafiə edənlər onlar tərəfindən təzyiqlərə məruz qalırdı. O dövrün mürəkkəb siyasi prosesləri içərisindəSəsqəzeti cəsarətlə sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərə qarşı birləşməsində, birlik yaranmasında bu qəzetin rolu böyük olmuşdur. Mən hesab edirəm ki, bu da Azərbaycan mətbuatı tarixində bir qəhrəmanlıq idi.

Bu qəzet mənə çox doğmadır. Mən özümü bu qəzetin yetirməsi hesab edirəm. O dövrdə mən sevə-sevə öz yazılarımıSəsqəzetinə verirdim. Jurnalist kimi qələmimin püxtələşməsində, şəxsiyyət kimi yetişməyimdə, siyasi dünya görüşümün formalaşmasında bu qəzetin onun ətrafında olan ideoloji mühitin böyük rolu olub.

Bu gün gözümüzü açıb hara baxsaq vaxtiləSəsqəzetində çalışan, təcrübə qazanan, Heydər Əliyevçilik, Azərbaycançılıq ideologiyasını mənimsəyən, ölkəmizin milli maraqlarına xidmət etməyi öyrənən jurnalistləri görmək mümkündür. Bu böyük bir ordudur.

Mən çox sevinirəm ki, “Səsqəzeti işıq üzü gördüyü gündən bu günə qədər heç bir halda, heç bir məsələdə tərəddüd etməyib. Hər bir haldaSəsqəzeti öz sözünü cəsarətlə deyib. Buna görə , bu qəzet böyük hörmətə layiqdir. Çox sevinirəm ki, qəzet indiyə qədər inkişaf edib, bugünkü səviyyəyə çatıb. “Səsİnformasiya Agentliyinin (SİA) simasında özünə qardaş qazanıb. Hesab edirəm ki, bu da qəzetin bir uğurudur.

MənYeni Azərbaycanqəzetinin kollektivi adındanSəsqəzetinin işıq üzü görməsində vaxtilə indi böyük zəhmət çəkən insanları qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirəm, gələcəkdə daha böyük uğurlar qazanmasını arzu edirəm.

 

 

Hörmətlə, “Yeni Azərbaycan”qəzetinin Baş redaktoru

 

Hikmət Babaoğlu

 

Yeni Azərbaycan.- 2011.- 13 yanvar.- S.4.