Gənc yazıçının
ilk kitabının “imza günü” keçirilmişdir
Bakı, 14 yanvar (AzərTAc). Yanvarın
14-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda gənc yazıçı Nərmin
Hüseynzadənin ilk qələm
təcrübəsi olan
“Qırmızı” kitabın
“imza günü” keçirilmişdir.
AzərTAc xəbər
verir ki, Azərbaycan ədəbiyyatının
tanınmış simalarının iştirak etdikləri tədbirdə
ədəbi mühitə yenicə atılmış Nərmin
Hüseynzadənin yaradıcılıq yoluna nəzər
salınmışdır.
Tədbirdə
əvvəlcə ulu öndər Heydər Əliyevin
iştirak etdiyi mərasimlərdən birində Nərmin
Hüseynzadənin çıxışını əks etdirən
videogörüntü nümayiş olunmuşdur.
AYB-nin katibi,
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ədəbi
ictimaiyyətdə Nərmin Hüseynzadənin
yaradıcılığına böyük ümidlər bəsləndiyini
diqqətə çatdırmış, onun gələcəkdə
yeni uğurlar qazanacağına əmin olduğunu
bidirmişdir.
Görüşün
aparıcısı, şair-tərcüməçi Səlim
Babullaorlu Nərmin Hüseynzadənin ilk qələm təcrübəsi
olan “Qırmızı” kitabı haqqında geniş məlumat
vermişdir. Bildirmişdir
ki, “imza günü” keçirilən kitaba müəllifin
“Qırmızı ayaqqabımın xatirəsinə”, “Qisas”,
“Uzaqlardan üç məktub”, “Əsa” və digər hekayələri,
esseləri, şeirləri, publisistik yazıları daxil
edilmişdir.
Mərasimdə
çıxış edənlər gənc
yazıçının ilk kitabını yüksək qiymətləndirmiş,
ona ədəbi yaradıcılıqda yeni uğurlar
arzulamışlar.
Əməkdar
Artist Eldost Bayramın ifasında Nərmin Hüseynzadənin əsərlərindən
nümunələr tədbir iştirakçıları tərəfindən
rəğbətlə qarşılanmışdır.
Sonda Nərmin
Hüseynzadə tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirmiş, yeni şeirlərini oxumuşdur.
Yeni Azərbaycan.-
2011.- 15 yanvar.- S.11.