ÖLÜM YAXŞILIĞİ

 

Yamanlıqdan yaxşılığa dönübdə

Bəzən asan körpü olur ölüm .

 

Ölüm adlı birbələdçiapardı onu,

Fərqi yoxdu: hava günlü buludlu...

Ömür boyu yaxşılıqdan yoxsulluğunu,

Unudulmaz pisliyini hamı unutdu.

 

Son məzilin son çağrışı yudu günahı,

Bu məqamda sual ver, cavab istə...

Quru səhra sahibkarı, gül-çiçək şahı

Gedən yolla o da getdi çiyinlər üstə.

 

(Qəmli, dalğın baxan vardı cənazəsinə,

Pis köçürsə, gərək ona bir əvəz ola.

Bəd əməllər gərək olsa yer kürəsinə,

Yaxşıların yaxşılığı görünməz olar.)

 

Bu dəmlərdə bir möcüzə istəyir adam:

Məzarının qapısında mərhum oyana,

Görə: ölüm sağlığını çıxarıb yaddan

Pak əllərdə gedir indi torpaq qoynuna.

 

Son divandan qaça bilmir pislikli pislər

Toz kimi yapışsalar daşa divara;

Yer altında itib batır qurama izlər,

Meydan qalır yaxşılara, yaxşılıqlara:

 

Meydan qalır... meydan acı şeytan da qalır

Qara yeli yedəklənib çapmağa hazır.

Meydan yoxsa, başı açıq, ayağı yalın__

Yer sürüyür, cilov tutur, üzəngi basır.

 

Bu dünyada yamanları dəfn etmək asan,

Yamanlığı dəfn eləmək çətindir çətin.

Dar da qazsan, gen qazsan, dərin qazsan

Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.

 

Pislik şeytan əməlidir__deyərdi babam__

Yüz pisliyin darğasıdır bir namərd səsi.

Pis__gövdədir; əzəl axır çıxacaq zaman,

Pislik - zoğdur; o gizlənib, o, göyərməsin.

 

 

MƏMMƏD ARAZ

 

Yeni Azərbaycan.- 2011.- 15 yanvar.- S.10.