Xalq şairi Bəxtiyar Vahabzadənin kitabı qırğız dilində nəşr edilib

 

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi maliyyə dəstəyi ilə  Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıqkitabıBiyiktiknəşriyyatında qırğız dilində nəfis şəkildə çapdan  çıxıb. Kitabda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun tanınmış şair Yeqor İsayevin Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında vaxtiləLiteraturnaya qazeta”da çap etdirdikləri məqalələr ön söz kimi verilib.

Bütövlükdə 380 səhifəlik kitabın əvvəlində Bəxtiyar Vahabzadənin Azərbaycan, qırğız rus dillərindəGülüstanpoeması yer alıb, digər poema şeirləri dərc edilib.

Kitabı qırğız dilinə Baxtıqul Çoturova, Mukan Asanaliyev Altınbek İsmayılov tərcümə ediblər.

Kitabın baş məsləhətçisi  Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, tərtibçiləri Novruz Məmmədov, Aqil Hacıyev, baş redaktoru Xalq şairi, Qırğızıstanın Milli Qəhrəmanı Sooronay Susuyevdir.

Kitab 1000 nüsxə tirajla çap olunub.

 

 

Yeni Azərbaycan.- 2011.- 18 yanvar.- S.8.