İstiqlal Muzeyində “Tarixə
çevrilmiş şəkillər”
adlı tədbir-sərgi
keçirilib
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 yanvar faciəsinin 21-ci ildönümünə
həsr olunmuş “Tarixə çevrilmiş
şəkillər” adlı
tədbir-sərgi açılıb.
Lent.az-ın məlumatına görə,
tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəmsi açaraq sərginin ekspozisiyası barədə
məlumat verib. O bildirib
ki, sərgidə muzeyin fondunda saxlanılan və Tahir Cəfərova, Oqtay Məmmədova, Sənan Ələsgərova
və digər fotoqraflara məxsus 50 fotoşəkil nümayiş
olunur. Həmçinin, şəhidlər Azər Ələkbərov
və Ağabəy Novruzbəylinin şəxsi
əşyaları da
ilk dəfə olaraq ekspozisiya daxil edilib.
Tədbirdə 20 Yanvar şəhidlərindən
biri Gültəkin Əsgərovanın anası,
Şəhid Anaları
Xeyriyyə Mərkəzinin
sədri Rəfiqə
Əsgərova məşum
gecə baş verənləri bir daha xatırlayıb. 20 yanvar faciəsini tarixin ən ağır və qanlı səhifəsi adlandırıb.
Qeyd edək ki, tədbir
iştirakçılarına 20 Yanvar faciəsi haqqında anket təqdim olunub.
Yeni Azərbaycan.-
2011.- 19 yanvar.- S.8.