Nicat Məmmədov Azərbaycan çempionu oldu
Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında keçirilən kişilər arasında Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 12 iştirakçının dairəvi sistemlə qüvvəsini sınadığı yarışın qalibi adını Nicat Məmmədov qazanıb. Beynəlxalq qrossmeyster 11 turdan 8 xal toplayaraq qızıl medallara sahib olub.
Fəxri kürsünün
II pilləsinə Rüfət
Bağırov yüksəlib.
O, çempiondan
1 xal az
toplayıb. İlk
“3-lüyü” isə 6,5
xala malik Qədir Hüseynov qapayıb. Yarışın reytinq-favoriti Vasif
Durarbəyli və Azər Mirzoyevlə eyni xal yığsa
da, əlavə əmsallara görə rəqiblərini üstələyib.
Qaliblərin mükafatlandırma mərasimi
bu gün Mərkəzi Bankda keçiriləcək.
Qeyd edək ki, çempionatda
ölkəmizin aparıcı
zəka sahibləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov
və Vüqar Həşimov mübarizə
aparmayıblar.
Yeni Azərbaycan.-
2011.- 2 fevral.- S.8.