Prezident İlham Əliyevin
uzaqgörən siyasəti Ümummilli liderimiz Heydər Əliyev
arzularının, ideyalarının davamı kimi öz
müsbət həllini tapmaqla ölkəmizi və
insanlarımızı daha işıqlı günlərə
aparacaq
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik Qərib Məmmədov
www.yap.orq.az saytına müsahibə verib:
- Qərib
müəllim, Azərbaycanın iqtisadi, siyasi uğurlar
qazandığı, əldə etdiyi nailiyyətlər
dünya mətbuatında, beynəlxalq qurumlarda hər zaman
müzakirə edilir, yüksək qiymətləndirilir. Bu
uğurların qazanılmasında aqrar sahənin rolu
danılmazdır. Torpaqla bağlı dövlət siyasətini
həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin aqrar sahənin formalaşmasında,
inkişafında xüsusi əməyi vardır. Sözsüz
ki, bu uğurların qazanılmasında bir çox amillərlə
yanaşı, xüsusilə zamanında qurulmuş torpaq siyasəti,
torpaqla münasibətlərin düzgün
formalaşmasıda mühüm rol oynayır...
- Bəli,
çox düzgün vurğuladınız. Bildiyiniz kimi,
ölkəmiz dünyanın ən qədim sivilizasiya mərkəzlərindən
biri kimi əkinçilik mədəniyyətinə malik olan ərazidir.
Müasir Azərbaycan isə həm də aqrar ölkədir və
respublikamızın iqtisadiyyatının əsas hissəsi
torpaqla bilavasitə bağlıdır. Məhz bütün
bunları yaxından bilən Ulu öndərimiz Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi bütün dövr ərzində
diqqət yetirdiyi ən vacib məsələlərin mərkəzində
torpaq amili olmuşdur. Hələ SSRİ məkanında
ölkəmizə rəhbərlik etdiyi dövr ərzində
Ulu öndərimiz Heydər Əliyevin kənd təsərrüfatına
göstərdiyi qayğı və diqqətin, taxıl,
üzüm, tərəvəz istehsalının
ixtisaslaşdırılması və təmərküzləşdirilməsi
sahəsində həyata keçirilən tədbirlərin nəticəsində
analoqu olmayan yüksək göstəricilər əldə
olundu.
Müstəqilliyimizin
ilk illərində Ulu öndərimiz Heydər Əliyevin
hakimiyyətdə olmaması Azərbaycan xalqının rifah
halının pisləşməsi ilə nəticələndi.
Belə ki, səriştəsiz rəhbərlərin
bacarıqsızlığı səbəbindən Ulu öndərin
qurub yaratdığı sahələr nəinki qorunub
saxlandı, əksinə, dağıdılmağa
başlandı. Məhz belə bir mürəkkəb dövrdə
xalqımızın təkidi və tələbi ilə ikinci
dəfə hakimiyyətə gələn Ulu öndərimiz
Heydər Əliyev tarixi zərurət nəticəsində
yaranmış vəziyyətdə bazar iqtisadiyyatı şəraitinə
uyğun olan yeni əlaqə və münasibətlərin
yaradılması üçün düzgün siyasi və
iqtisadi yol seçdi. Daha doğrusu, həmin vaxt respublikanı
bu böhrandan çıxarmağın yeganə və
düzgün yolu ölkə iqtisadiyyatını qısa bir
müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi
ki, bunun da həyata keçirilməsi üçün ilk
növbədə, torpaq islahatları aparılmalı idi. Ulu
öndərimiz Heydər Əliyev torpağı Azərbaycan kəndlisinin
mülkiyyətinə verməklə tarixi ədaləti bərpa
etmək qərarına gəldi.
Yeri
gəlmişkən, ölkəmizdə torpaq islahatı
haqqında qanunun 1996-cı ildə qəbul edilməsinə
baxmayaraq, bu məsələnin təməli, əslində,
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci
ildə Culfa rayonunun Şurut və Gal kəndlərində
qoyulmuşdu.
1993-2003-cü
illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikasında aqrar islahatların və
onların mühüm tərkib hissəsi olan torpaq
islahatlarının aparılması, kənd təsərrüfatının
inkişafı, kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması,
istehsalçıların maddi rifah halının yüksəldilməsi,
istehsal şəraitinin yaxşılaşdırılması,
uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin
torpaq mülkiyyətçisi olması arzusunun, nəhayət,
reallaşması, o cümlədən, torpağa münasibətdə
tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz
olaraq kəndlinin mülkiyyətinə verilməsi və yeni
torpaq-əkinçi münasibətlərinin formalaşması
müasir tariximizin ən önəmli səhifələrindən
biri oldu. Lakin bütün bunlar cənab Heydər Əliyevin Azərbaycan
Respublikasında kənd təsərrüfatının
yüksəldilməsi üçün gördüyü
işlərin hamısı haqqında tam təsəvvür
yaratmır. Çünki, bu, Onun respublikaya ikinci
qayıdışı zamanı gördüyü işlərin
az hissəsidir.
Torpaq
islahatlarını həyata keçirmək üçün
mükəmməl hüquqi bazanın olmamasına baxmayaraq,
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə, ümumxalq müzakirələrindən
sonra, torpaq islahatı proqramı hazırlandı və bu
proqram əsasında torpaq islahatlarının həyata
keçirilməsini təmin edən hüquqi baza
yaradıldı. Qürurla demək olar ki, ölkəmizdə
aparılan torpaq islahatları tarixə “Heydər Əliyev
torpaq islahatları” modeli kimi düşdü.
Torpaq
islahatları nəticəsində respublikamızda mövcud
olmuş 2042 təsərrüfat, yəni, kolxoz və sovxozlar
ləğv edilərək, onların əkinə yararlı
münbit torpaqları əhaliyə paylanıldı.
İşğal olunmuş rayonlarımız istisna olmaqla,
ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə
torpaq payı verildi. Bu, 3. 442 778 subyekt demək idi. Torpaq
islahatları nəticəsində torpaq üzərində
üç mülkiyyət forması müəyyənləşdi.
Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641
506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa
sözlə 56,9 faizi dövlət mülkiyyətində
saxlanıldı; 2 032 744 hektarı, yəni, 23,5 faizi bələdiyyə
mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni, 19,6
faizi isə xüsusi mülkiyyətə ayrıldı.
Aydındır
ki, əgər torpaq vətəndaşlara dəyəri ödənilməklə
verilsəydi, əhalinin böyük bir qismi bu prosesdən kənarda
qalacaqdı. Bu isə təbəqələşmə yaradaraq
ciddi sosial gərginliyə səbəb olardı. İkincisi,
mülkiyyətə yararlı torpaqlar deyil, azyararlı və
yararsız torpaqlar verilsəydi, torpaq islahatları nəticəsiz
olacaq, məqsədə çatılmayacaqdı. Başqa
sözlə, ölkədə kənd təsərrüfatı
məhsullarının istehsalı ilə ərzaq bolluğu
yaratmaq mümkün olmayacaqdı.
Üçüncüsü, bütün vətəndaşların
bu tarixi prosesdə iştiraketmə haqqı
tanınmasaydı, narazılıq yaranacaqdı, torpaq icarəsi
və torpaq bazarı kimi stimullaşdırıcı faktorlar
olmayacaqdı.
Torpaq
islahatlarının sosial məzmunlu olması və
ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə
müvafiq sahənin dinamik inkişafını təmin etdi.
Ölkə əhalisinin az qala yarısı, yəni, 3.500.000 nəfəri
torpaq mülkiyyətçisinə çevrildi və
mülkiyyətçilik hissi vətəndaşların
torpağa daha doğma münasibətini
formalaşdırdı.
Bütün
bunlar, əlbəttə, torpaq islahatlarının tam mahiyyətini
ifadə etmir. Ancaq bu faktorlar aparılan islahatların
sosial-iqtisadi istiqamətini izah etmək üçün yetərincə
ciddi arqumentlərdir. Beləliklə, həyata keçirilən
məqsədyönlü və ardıcıl siyasət torpaq
islahatlarının növbəti mərhələlərini də
uğurla həyata keçirməyə zəmin yaratdı. Bu
mərhələdə də ciddi siyasi iradə nümayiş
etdirildi və bu iradə qanun, fərman və sərəncamlarla
hüquqi müstəviyə köçürüldü.
- Və
sözsüz ki, bu siyasət ardıcıl olaraq davam etdirildi,
bugünkü uğurlarımızın qazanılmasında əsas
və önəmli faktorlardan birinə çevrildi...
-
Sizin fikrinizlə tamamilə razıyam. Ulu öndərimiz Heydər
Əliyevin dövlətçilik kursunun layiqli və
ardıcıl davamçısı olaraq möhtərəm
Prezidentimiz cənab İlham Əliyev xalqımızın
mütləq əksəriyyətinin səs çoxluğu ilə
ölkə rəhbəri seçildikdən dərhal sonra
ölkəmizin digər siyasi-iqtisadi məsələləri
ilə yanaşı, əhalinin etibarlı ərzaq təminatını
düşündü. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” 24 noyabr 2003-cü il tarixli 4 nömrəli Fərman
imzaladı. Bu Fərmanın məntiqi davamı olaraq “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq
edilməsi barədə” 11 fevral 2004-cü il tarixli 24 nömrəli
Fərmanının icrası ilə əlaqədar
respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki
torpaqların şorlaşmaya, şorakətləşməyə,
eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi
məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat
işləri aparıldı. Dövlət
başçısının 2004-cü il 11 fevral tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”nın həyata keçirilməsi
bölgələrin potensial inkişafına, o cümlədən,
infrastrukturun genişlənməsinə, yeni istehsal və emal
müəssisələrinin, sosial obyektlərin yaradılmasına,
əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına səbəb
olmuşdur.
-
Ölkə Prezidenti cənab İlham Əliyevin
imzaladığı “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın da adlarını sadalamaqla bu siyasətin daha
da dərinləşdiyini, xüsusi diqqət
qazandığını qeyd etmək olar.
- Əlbəttə.
Bu Dövlət proqramları bir-birilərini tamamlamaqla
yanaşı, həm də bir-birilərinə dəstək
olurlar ki, bu da aqrar sahənin inkişafına yönəlmiş
məqsədyönlü siyasətdir. Qeyd edim ki, ölkə
Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” üzrə Komitənin öhdəsinə
düşən tapşırıqlar uğurla yerinə
yetirilir.
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə
sərhədlərin döngə nöqtələrinin
koordinatları CPS qlobal mövqemüəyyənetmə aləti
vasitəsilə ilə müəyyən edilərək
torpaqların texniki uçotunun elektron formatda
aparılması, torpaqların bonitirovkasının nəticələrinin
elektron formatda xəritələşdirilməsi, torpaqların
iqtisadi qiymətləndirilməsi işləri həyata
keçirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı” üzrə təkcə 2010-cu ildə torpaq ehtiyatlarının
inventarlaşdırılması, onların kəmiyyət və
keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi
üzrə respublikanın rayonlarında 133626 ha suvarılan
torpaqların inventarlaşdırılması, 13 rayon 104
inzibati ərazi dairəsi üzrə 186 min ha torpaqların
bonitirovkası, 22 rayon üzrə 260 inzibati ərazi dairəsi
üzrə torpaqların iqtisadi qiymətləndirilməsi
elektron formatda həyata keçirilmişdir.
Eroziyaya
uğramış, şoranlaşmış, şorakətləşmiş
və digər səbəblərdən deqradasiyaya məruz
qalmış torpaqların müəyyən edilməsi və
xəritələşdirilməsi, onlardan səmərəli
istifadə olunması ilə bağlı təkliflərin
hazırlanması, 25-dən artıq rayonun ərazisində
torpaqların şorlaşma, şorakətləşmə və
eroziyaya uğrama dərəcələri müəyyən
edilmiş, şorlaşma və torpaq xəritələri tərtib
edilmişdir.
Meliorasiya
tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən
edilməsi, onların irimiqyaslı xəritələrinin
hazırlanması, kənd təsərrüfatına
yararlı xüsusi mülkiyyətdə olan torpaq sahələrinin
inventarlaşdırma işləri aparılmışdır.
Çirklənmiş
və deqradasiyaya uğramış torpaqların
rekultivasiyası layihələrinin həyata keçirilməsi
ilə bağlı 89 ha ərazidə neftlə çirklənmiş,
lay suları altında qalmış, məişət və
istehsalat tullantıları ilə çirklənmiş ərazidə
topoqrafik planaalma işləri həyata keçirilmişdir.
Torpaqların
münbitliyinin və suvarılan torpaq sahələrinin
artırılması istiqamətində işlərin
genişləndirilməsi məqsədi ilə respublika üzrə
yay və qış otlaqlarında irimiqyaslı torpaq tədqiqatı
işləri aparılmışdır.
İnzibati
rayonlar üzrə elektron (rəqəmli) torpaq kadastr xəritələrinin
hazırlanması - 14 rayonda 50 inzibati ərazi dairələri
üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin
tərtibi üçün planaalma işləri
görülmüşdür.
Həmin
Dövlət Proqramları ilə yanaşı, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında Bioloji müxtəlifliyin qorunması və
davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı”, “Azərbaycan Respublikasında yay və qış
otlaqlarından səmərəli istifadə olunması və
səhralaşmanın qarşısının
alınmasına dair Dövlət Proqramı” və digər
dövlət proqramlarının icrası ilə bağlı
Komitənin üzərinə qoyulmuş vəzifələr də
nəzərdə tutulan müddətlərdə icra
olunmuşdur.
Gələcəkdə
dünyanın ərzaq qıtlığına düçar
olacağı barədə mütəxəssislərin verdikləri
proqnozları qabaqlamaq üçün cənab İlham Əliyev
öncüllük edərək respublikamızda əhalinin ərzaq
qıtlığı ilə üzləşməməsi
üçün bir sıra fərmanlar imzalamışdır.
Bu fərmanlarda göstərilən məsələlərin
yerinə yetirilməsinə şəxsən özü rəhbərlik
və nəzarət etdiyindən Prezidentimizin uzaqgörənliyi
bir daha özünün təsdiqini tapır.
- Qərib
müəllim, siz bütün
çıxışlarınızda Dövlət
Proqramları üzrə görülən işlərə
xüsusi önəm verirsiniz. “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” rəhbərlik
etdiyiniz Komitə üzərində hansı məsuliyyətləri
qoyur?
- Azərbaycan
Respublikasında əhalinin zəruri ərzaq məhsulları
ilə təmin edilməsi dövlətin iqtisadi siyasətində
mərkəzi yer tutur. Bu məqsədlə ölkədə ərzaq
istehsalı sahəsində, xüsusilə aqrar bölmədə
bir sıra köklü islahatlar aparılmışdır. Bu
istiqamətdə həyata keçirilən kompleks tədbirlər
bu sahənin daha sürətli inkişafına əlverişli
zəmin yaratmışdır. Ulu öndərimizin 2001-ci il 2
mart tarixli 640 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi ölkədə ərzaq təminatı ilə
bağlı işlərin daha səmərəli
aparılmasına təkan vermişdir.
Cənab
Prezident İlham Əliyevin 2 may 2008-ci il tarixdə
imzaladığı “Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın hazırlanması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamını heç
şübhəsiz ki, Ulu öndərimizin imzaladığı
Sərəncamın davamı kimi qiymətləndirmək olar.
Hazırda
dövlət tərəfindən kənd təsərrüfatı
məhsulları istehsalçılarına və emal müəssisələrinə
geniş texniki və maliyyə dəstəyi göstərilir.
Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə
regionlarda layihələr həyata keçirilir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
ayrılan vəsaitlərin, dövlət büdcəsindən
kənd təsərrüfatına birbaşa yardımların
və kəndlərdə infrastrukturun yaradılmasına
yönəldilən investisiyaların həcmi cənab Prezidentimiz
tərəfindən ildən-ilə artırılır. Bu,
artıq bir faktdır ki, lizinq xidməti əsasında kənd
təsərrüfatı məhsulları
istehsalçılarının lazımi texniki avadanlıqla təchizatı,
subsidiyalaşdırma və digər mexanizmlərin tətbiqi
aqrar ölkənin inkişafında mühüm rol oynayır.
Heç
kimə sirr deyil ki, Azərbaycan aztorpaqlı ölkədir.
Respublikamızın 8,6 milyon hektar torpaq sahəsinin 4,2 milyon
hektarı kənd təsərrüfatında istifadə edilir.
Burada hər adama düşən ümumi torpaq sahəsi 1,2 ha
kənd təsərrüfatında istifadə edilən torpaq
sahəsi isə 0,12 hektardır.
Ölkədə
aqrar islahatların nəticəsində vətəndaşlar və
hüquqi şəxslər torpaq mülkiyyətçilərinə
çevrilmişlər. Məlumdur ki, kənd təsərrüfatı
istehsalının sürətli inkişafı kənd təsərrüfatı
sahələrində müasir texnika və texnologiyaların
elmi əsaslarla geniş tətbiqini tələb edir.
Ayrı-ayrı torpaq mülkiyyətçilərinə məxsus
kiçik torpaq sahələri isə kənd təsərrüfatı
istehsalına geniş texnikanın tətbiqinə, başqa
sözlə desək, müasir yanaşmaya imkan vermir. Nəticədə
onlara məxsus əkinə yararlı torpaq sahələri bəzən
istifadəsiz qalaraq kənd təsərrüfatı dövriyyəsindən
çıxır və ya məhsuldarlıq xeyli
aşağı olur. Qeyd edilən neqativ halları aradan
qaldırmaq üçün pay torpaqları əsasında
formalaşmış xırda ailə və fermer təsərrüfatlarının
könüllülük əsasında kooperasiyalarda birləşməsini
zəruri edir. Könüllülük əsasında birləşmələr
maddi, texniki və digər stimullaşdırıcı tədbirlər
sayəsində reallaşa bilər ki, bu da son nəticədə
əkinə yararlı istifadəsiz torpaqların əkin
dövriyyəsinə cəlb edilməsinə və məhsul
istehsalının artırılmasına səbəb ola bilər.
Uzun
illərdən bəri bəzi ərazilərdə istismar edilən
suvarma və kollektor-drenaj şəbəkələri bərpa
edilməli, yenidən qurulmalı və tikintisi həyata
keçirilməlidir. Bu suvarma şəbəkələrinin
fasiləsiz işini təmin etməklə yeni sahələrin
suvarmaya cəlb edilməsinə imkan verər. Kollektor-drenaj
şəbəkəsinin bərpası, yenidən qurulması
və tikintisi isə şorlaşma və şorakətləşməyə
məruz qalmış torpaqların yuyularaq duzdan təmizlənməsinə
və həmin torpaqların əkin dövriyyəsinə cəlb
edilməsinə gətirib çıxarır.
Suvarılan
torpaqlardan əldə edilən məhsuldarlıq
suvarılmayanlara nisbətən xeyli yüksək olduğuna
görə əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatında ən mühüm şərtlərdən
biri suvarılan torpaq sahələrinin genişləndirilməsidir.
Respublikanın relyef şəraitindən və su
ehtiyatlarından istifadə etməklə su anbarları
yaradılmalı və müvafiq suvarma kanalları tikilməlidir.
Bu cür sistemin yaradılması suvarmanın
olmadığına görə az məhsul əldə edilən
sahələrdən yüksək məhsuldarlığa nail
olmağa imkan verər, həm də həmin torpaq sahələrinin
münbitliyinin artırılmasına səbəb ola bilər.
Ümumiyyətlə, respublika əhalisinin ərzaq məhsulları
ilə etibarlı təminatı bir-biri ilə sıx
bağlı olmaqla ardıcıl surətdə sistemli şəkildə
tətbiq edilən kompleks tədbirlərin həyata
keçirilməsindən asılıdır. Bu zaman elmi
yanaşma önə çəkilməli, elmi tədqiqat
işlərinin nəticələrinin praktiki tətbiqinə
geniş yer verilməlidir.
Ərzaq
bazarlarında tələbin böyük fərqlə təklifi
üstələməsi səbəbindən son vaxtlar ərzaq
mağazalarında qiymətlərdəki artımın
qarşısını almaq və əhalini ərzaq məhsulları
ilə tam təmin etmək məqsədi ilə ölkə
Prezidentinin “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” ilə
bağlı imzaladığı Sərəncam hər birimizin
qarşısında xüsusi məsuliyyət qoyur.
Bu Sərəncamda
göstərilir ki, torpaq və sudan istifadənin səmərəliliyinin
artırılması tədbirləri; torpaq
ehtiyatlarının inventarlaşdırılması, onların
kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi;
eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş
və digər səbəblərdən deqradasiyaya məruz
qalmış torpaqların müəyyən edilməsi və
xəritələşdirilməsi, onlardan səmərəli
istifadə olunması ilə bağlı təkliflərin
hazırlanması; meliorasiya tədbirlərinə ehtiyacı
olan torpaqların müəyyən edilməsi, onların
irimiqyaslı xəritələrinin hazırlanması;
çirklənmiş və deqradasiyaya uğramış
torpaqların rekultivasiyası layihələrinin həyata
keçirilməsi; torpaqların münbitliyinin və
suvarılan torpaq sahələrinin artırılması istiqamətində
işlərin genişləndirilməsi; dağ
çaylarının gətirmə konuslarında, arid iqlimə
malik dağətəyi və düzən ərazilərdə
olan şərti yararsız torpaqların kənd təsərrüfatı
məhsulları istehsalı dövriyyəsinə cəlb edilməsi;
inzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin
hazırlanması; istifadə olunmayan əkinə yararlı
torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin
stimullaşdırılması; əkinə yararlı
torpaqlarda tikintilərin aparılmasının
qarşısının alınması, həmin torpaqlardan
yalnız təyinatı üzrə istifadə edilməsi, bu
sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin
artırılması ilə bağlı təkliflərin
hazırlanması; pay torpaqları əsasında
formalaşmış xırda ailə və fermer təsərrüfatlarının
könüllülük əsasında kooperasiyalarda birləşməsinin
stimullaşdırılması; suvarma və kollektor-drenaj şəbəkələrinin
bərpası, yenidən qurulması və tikintisi;
suvarılan torpaq sahələrinin genişləndirilməsi və
torpaqların su təminatının
yaxşılaşdırılması üçün su
anbarlarının və suvarma kanallarının tikintisi
yaxın zamanlarda başa çatmalıdır.
Bu Sərəncam,
eyni zamanda, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi işçilərini öz məsuliyyətlərini
dərindən dərk etməyə yönəldir. “2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nda xüsusi olaraq qeyd edilir ki, dövlət
insanlarımızın ərzaqla tam təminatını
ödəmək üçün 2015-ci il üçün dənli
bitkilərin əkin sahələrini 900 min hektara
çatdırmalı və proqramda göstərilən 2015-ci
ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət
istehsalı 340 min ton, süd və süd məhsulları
istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye üsulu ilə
illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə
1,3 milyard ədədə çatdırılmalıdır.
Ölkədə
ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon
ton, tərəvəz və bostan bitkilərinin istehsalı
1,72 milyon ton, meyvə 800 min ton olmalıdır.
Yağlı
bitkilərin əkin sahələrinin 135 min hektara, şəkər
çuğundurunun əkin sahəsini isə 20 min hektara, yem
bitkilərinin əkin sahələrini 500 min hektar olmaqla,
yüksək keyfiyyətli, balanslaşdırılmış
qarışıq yem istehsalını ildə 2 milyon tona
çatdırmaq bir proqram olaraq qarşıya qoyulur.
- Dənli
bitkilərdən söz düşmüşkən,
taxılçılıq da ölkə rəhbərliyinin hər
zaman diqqətində olub. Bu sahənin inkişafı,
genişləndirilməsi yönündə zaman-zaman
addımlar atılıb. Bu sahə ilə əlaqədar
hansı tədbirlər görülür?
-
Respublikada taxılçılığın inkişaf etdirilməsi
məqsədi ilə yeni torpaq sahələrinin (massivlərin)
əkin dövriyyəsinə daxil edilməsi üçün
aparılmış tədqiqat-axtarış işləri nəticəsində
respublikanın bir sıra rayonlarının ərazilərindən
cəmi 203129,0 hektar, o cümlədən, qış
otlaqlarından 127609,0 hektar, dövlət ehtiyat fondundan 58186,0
hektar, dövlət kənd təsərrüfatı
istehsalı müəssisələrinin torpaqlarından 4500,0
hektar və bələdiyyə mülkiyyətinə aid
torpaqlardan 12834,0 hektar torpaq sahələri seçilmişdir.
Birinci
növbədə, taxılçılıq təsərrüfatlarının
yaradılması üçün nəzərdə
tutulmuş meliorativ layihələri hal-hazırda mövcud olan
57,0 min hektar ərazidə çöl-tədqiqat işləri
başa çatdırılmış, Ağcabədi, Beyləqan,
Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları
üzrə hazırlanmış xəritələr,
torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin
siyahısı və torpaq tədqiqatının nəticələrinə
dair lazımi məlumatlar Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim olunmuşdur.
İkinci
növbədə, əkin dövriyyəsinə daxil edilməsi
nəzərdə tutulan ərazilər üzrə
hal-hazırda meliorasiya və irriqasiya tədbirləri ilə
bağlı texniki-iqtisadi əsaslandırmalara və meliorativ
layihələrə əsasən həmin ərazilərin
hüdudları müəyyən edilir.
Əkin
dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazidə
irimiqyaslı tədqiqat və xəritələşdirmə
işləri mərhələlərlə başa
çatdırılmışdır.
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
təqdim olunmuş torpaqların əkinə
yararlılığı barədə məlumatlara uyğun
olaraq bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata
keçirildikdən sonra iri taxılçılıq təsərrüfatlarının
yaradılması (təşkili) işlərinə
başlanılacaqdır.
İnanırıq
ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
uzaqgörən siyasəti Ümummilli liderimiz Heydər Əliyev
arzularının, ideyalarının davamı kimi əməksevər
xalqımızın gələcək rifah halının daha
da yaxşılaşmasında öz müsbət həllini
tapmaqla ölkəmizi və insanlarımızı daha
işıqlı günlərə aparacaq.
Yeni Azərbaycan.-
2012.- 3 aprel.- S.4.