Kəlbəcər rayonunun işğalından 19 il ötür

 

BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr ötən müddət ərzində icra olunmayıb

 

Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasəti artıq 20 ildən artıqdır ki, davam edir. Təcavüzkar ölkə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri icra etmir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Rəsmi Yerevanın yürütdüyü işğalçı siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın vətəndaşının hüquqları pozulub, onlar qaçqın məcburi köçkün vəziyyətinə düşüblər. BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr isə hələ işğalçı ölkə tərəfindən icra edilmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan bizim ərazimizin 20 faizini işğal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlını öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyasəti aparmışdır bu gün beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerinə yetirmək istəmir: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerinə yetirilməmişdir”.

Məlum olduğu kimi, aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 19 il ötdü. Yeri gəlmişkən, BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri məhz Kəlbəcər rayonunun işğalının ardından qəbul olunub. Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

1993-cü il aprelin 1-dən 2-nə keçən gecə işğal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağıdıldı, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salındı. Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi sair fəaliyyət göstərirdi.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53,340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb itkin düşüb...

Ümumiyyətlə, hər zaman Azərbaycan xalqına, dövlətinə qarşı düşmən mövqedə dayanan, nəinki illərlə, əsrlərlə tarixi torpaqlarımızı ələ keçirməyə səy göstərən ermənilər Sovet imperiyasının rəhbərliyində təmsil olunan havadarlarının köməyi ilə 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkata başladı. İlk olaraq, Ermənistanda yaşayan həmvətənlərimizin öz dədə-baba torpaqlarından qovulması ilə başlanan bu proses ikinci mərhələdə Dağlıq Qarabağın onun ətrafındakı rayonların işğalı ilə davam etdirildi. Həmin illərdə, ermənilərin min bir təxribat törətməsinə, yollarda pusqular quraraq dinc əhalini gülləbaran etməsinə, Ağdam-Kəlbəcər elektrik xəttini partladıb rayonu işıqsız qoymasına, Yevlax-Kəlbəcər magistral yolunu bağlamasına baxmayaraq, yerli əhali torpaqlarını qoruyurdu.

Lakin 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini dövlət səviyyəsində təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdliklə vuruşan, bütün əzab-əziyyətə sinə gərən, yurdunu canından artıq sevən rayon əhalisi çıxılmaz vəziyyətdə qaldı. Bu arada isə Kəlbəcərin işğalına qədər ilk böyükmiqyaslı faciə-Ağdaban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Qeyd edək ki, Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı hadisələrindən biri-günahsız qocaların, körpə qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi memarlıq mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah qəbiristanlıqların təhqir məhv edilməsi, klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın Aşıq Şəmşirin əlyazmalarının yandırılıb talan edilməsi erməni separatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı idi.

Kəlbəcərin işğalının tam əsası isə 1993-cü il mart ayının 26-dan qoyuldu. Belə ki, ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çıraqlı kəndlərini yandırdılar, Kəlbəcər-Tərtər magistralını bağlamağa cəhd göstərdilər. Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırmış. Rayon sakinlərinin bildirdiyinə görə, əhaliyə heç bir köməyin edilməməsi, AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi, əslində, xəyanəti, satqınlığı Kəlbəcəri məhv etdi...

Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildi: “Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi”.

Beləliklə, işğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır öz yurd-yuvalarına qovuşacaqları günü səbrsizliklə gözləyirlər.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2012.- 3 aprel.- S.7.