Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi
zəruridir
Siyavuş Novruzov: Müxalifətin
bir hissəsi Azərbaycan cəmiyyətində siyasəti
peşə kimi yox, qazanc mənbəyi kimi seçib
Yeni Azərbaycan
Partiyası İcra katibinin müavini, Milli Məclisin
deputatı Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə
verib:
Müxalifətin sosial bazası yoxdur
-
Siyavuş müəllim, məlum olduğu kimi, aprelin 8-də
radikal müxalifət partiyaları paytaxtda mitinq keçirdi. Onların uzun müddətdir geniş təbliğat
aparmasına baxmayaraq, müxalifətin bu aksiyası fiasko ilə
nəticələndi. Müşahidələrimizə
və rəsmi dövlət orqanlarının
açıqladıqları statistikaya görə, aksiyada
1200-1300 nəfərin iştirak etməsi bir daha radikal
müxalifət partiyalarının sosial bazasının
olmadığını göstərdi. Buna
baxmayaraq, bu düşərgənin rəhbərləri mitinqdə
guya kifayət qədər çox insanın iştirak etdiyini
və akiyanın “çox uğurlu”
alındığını iddia edirlər. Sizcə, həqiqətlə daban-dabana zidd olan bu
iddialar nəyə xidmət edir?
- Biz əvvəlcədən
də bəyan etmişdik ki, müxalifətin Azərbaycan
xalqı arasında heç bir nüfuzu, sosial bazası yoxdur.
Onlar artıq, belə demək
mümkündürsə, Azərbaycanda siyasətlə məşğul
olmurlar, sadəcə olaraq, bütün etdikləri qazanc məqsədilə
atılan addımlardır. Aprelin 8-də
keçirilən aksiya mitinq yox, piket idi. Bu
hadisə bir daha sübut etdi ki, bizim dediyimiz sözlər
haqlıdır. Bu piket xalqımızın
müxalifətə göstərdiyi
etimadsızlığın bariz nümunəsidir. Mən əvvəldən axıra qədər həmin
piketi müşahidə etdim. Hətta
müxalifət o meydanın üçdən birini doldura bilməmişdi.
Baxmayaraq ki, çox sayda bayraq gətirib
balaca-balaca uşaqların əlinə vermişdilər.
Orada əksəriyyət muzdla tutulan insanlar idilər
ki, pulları verilmədiyi üçün onlar da həmin
meydanı yarımçıq və əsəbi şəkildə
tərk etdilər. Biz baş verən bu
hadisələrin hamısını müşahidə edirdik.
Yəni mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da müxalifət
rəhbərlərinin qohum-əqrəbası,
dost-tanışı, mətbuat orqanlarının nümayəndələri
və həmin partiyaların aparatında çalışan
insanlar idilər. Bununla bağlı çox
sayda sübutlarım var. Piketdə çıxış edən
insanları dinləyərkən onların hələ də
1990-cı ilin təfəkküründə olduğu
görünür. Yəni, cəmiyyət
dəyişir, həyat dəyişir, təfəkkür dəyişir,
amma Azərbaycanın bu müxalifəti dəyişmir, elə
olduğu kimi qalıbdır.
Əlbəttə ki, xalqımız, ölkəmizin vətəndaşları
Azərbaycan siyasətində indiki müxalifətin xəyanətinin
şahidi olub.
Pənah Hüseyn belə bir ifadə işlədib ki,
YAP-ın nümayəndələri meydandakı adamların
çoxluğunu görüb oranı tərk ediblər və
s. Birincisi, biz oranı tərk etməmişdik və axıra
qədər qalıb vəziyyəti izləmişik. Tərk etmək, qaçmaq müxalifətin
xüsusiyyətidir və onların ənənələrindən
biridir. 1993-cü ildə bütün Azərbaycan
xalqı gördü ki, başda prezidentləri olmaqla Azərbaycan
xalqının taleyüklü bir dövrü olmasına
baxmayaraq, Konstitusiyaya and içmələrinə baxmayaraq,
ölkəmizi ağır vəziyyətdə qoyub
qaçdılar. Pənah Hüseyn Azərbaycanın ləl-cəvahirat
fonduna süpürgə çəkərək qaçıb
gizlənmişdi hansısa ot
tayasının altında, biz neçə ildən sonra onu
güclə tapıb gətirdik. İndi də
demokratiyadan danışır. Əli Kərimli
isə Kələkidə qaçıb gizlənmişdi,
hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini
daşıyırdı. İsa Qəmbər
hansı dərədə gedib gizlənmişdi bəlli
deyildi. Biz Azərbaycanda ictimai-siyasi
sabitlik, demokratik mühit yaradandan sonra ortaya
çıxdılar. Yəni, qoyub
qaçmaq onların ənənəsidir və Azərbaycanın
taleyüklü məsələləri zamanı həmişə
qaçıblar. Bütün bunlar Azərbaycan
xalqına bəllidir. Pənah Hüseyn
yalan danışır və yalan danışanda, heç
olmasa, üzünə bir ələk tutardı ki, camaat
görməsin. Deyir, mitinqdə 10 min adam
vardı. Azərbaycan cəmiyyəti
görmür ki, sən yalan danışırsan? Təbii ki, bu yalanların hamısını xarici
mühit üçün danışırlar, amma Pənah
Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla
oranı çəkirdilər və həmin aparat da sayı
göstərir. Yeni informasiya
texnologiyaları var ki, Pənah Hüseynin dediyi sayı deyil,
reallığı göstərir. Bir
neçə xarici səfirliyin, diplomatik korpusun nümayəndələri
çəkiliş aparırdı. Müxalifət
rəhbərlərinin isə iştirakçıların sayını
artırmaqda məqsədi var. Bu da ondan ibarətdir ki, bu
sayı artıq deməklə xaricdən aldıqları vəsaitin
miqdarını artırmaq istəyirlər. Lakin bu cəhdləri iflasa uğradı. Mən
orada da dedim ki, bu “mitinq”i təşkil edənlərin hərəsinə
bir kəndir lazımdır ki, getsinlər özlərini
assınlar. Yəni, bu səviyyə ilə, bu cür
şişirtmə ilə deyirlər ki, guya aksiyada 10 min adam vardı. Orada heç min adam
yox idi. İkinci tərəfdən, aksiyanın
təhlükəsizliyi lazımi səviyyədə təmin
olunmuşdu. Biz hər zaman deyirik ki, mitinq
keçirmək üçün istənilən şərait
yaradılıb və gedin razılaşdırılmış
mitinqinizi keçirin. Sadəcə,
müxalifət rəhbərləri iflasa
uğrayacaqlarını bildikləri üçün qanunsuz
mitinqlər keçirməyə
çalışırdılar.
Onu da qeyd edim ki, mitinq iştirakçılarının
sayı ilə bağlı müxalifətçilərin
özləri də ziddiyyətli fikirlər səsləndirirlər. İsa Qəmbər
çıxışında təkrar edirdi ki, gələn dəfə
hər kəs özü ilə beş nəfər
gətirsin. Bu, bazardan toyuq almaqdır, qarpız
almaqdırmı? İ.Qəmbər bir tərəfdən
deyir ki, Müsavatın minlərlə üzvləri var, digər
tərəfdən yalvarır, ilan dili çıxarır ki,
söz verirsinizmi ki, gələn dəfə gələndə
hərəniz beş nəfər də gətirəcəksiniz?
Yəni burada söhbət əsla əqidə,
ideologiya məsələsindən gedə bilməz. Sadəcə, sayı çox göstərmək
üçün çalışırlar. Bu düşüncə tərzinə malik insanlar Azərbaycanı
hansı inkişaf etmiş cəmiyyətə apara bilərlər?
Aksiyada o qədər küfr etdilər ki,
axırda göydən onların başına torpaq
yağmağa başladı. Nəticə
də belə oldu ki, mitinqi yarımçıq qoyaraq
dağılışıb getdilər hərəsi bir tərəfə.
Heç mitinqin qətnaməsini də axıra
qədər oxuya bilmədilər, çünki hamı
dağılışmışdı.
Təbii ki, biz istərdik ki, Azərbaycanda normal bir
müxalifət olsun. Əlbəttə, bu gün parlamentdə
təmsil olunan müxalifət var ki, konstruktiv mövqedən
çıxış edirlər, tənqidi fikirlərini deyirlər,
amma görülən işləri də qiymətləndirirlər.
Sadəcə olaraq, müxalifətin bir hissəsi
Azərbaycan cəmiyyətində siyasəti peşə kimi
yox, qazanc mənbəyi kimi seçib. Bu qazanc mənbəyi
ilə də onu-bunu aldadaraq hər mövsumdə bir az öz maddi vəziyyətlərini düzəltməyə
çalışırlar. Yəni İctimai
Palata deyilən qurumda birləşən müxalifət Azərbaycan
xalqının maraqlarını müdafiə etmir, dövlətçiliyin
möhkəmlənməsinə xidmət göstərmir,
müəyyən məsələlərin həlli ilə
bağlı hansısa real təkliflərlə
çıxış etmir.
Müxalifət cəmiyyəti
şantaj etmək yolunu tutub
- Azərbaycanın
paytaxtı daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Gələn ay Bakıda “Eurovision” mahnı müsabiqəsi
keçiriləcək və dövlətimiz bu müsabiqəyə
ən yüksək səviyyədə
hazırlaşmaqdadır. Hətta bir sıra beynəlxalq
ekspertlər Bakının ev sahibliyinin bu
müsabiqəyə yenilik bəxş edəcəyini,
avropalıların paytaxtımızda görülən işlərə
heyran qalacağını söyləyirlər. Buna
baxmayaraq, müxalifət və onlara dəstək verən bəzi
maraqlı qüvvələr bu musiqi yarışmasını
siyasiləşdirməyə və yalan informasiyalarla təbliğat
aparmağa cəhd göstərirlər. Sizcə,
bu aksiyalar həmin beynəlxalq tədbir ərəfəsində
Azərbaycanın imicinə xələl gətirmək məqsədinə
xidmət etmirmi?
-
Müxalifət ilk gündən “Eurovision” mahnı müsabiqəsi
vasitəsilə dövləti, cəmiyyəti şantaj etmək
yolunu tutub. Bu gün də həmin yol davam
olunur. Onları da buna təhrik edən bir
neçə dövlət var. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda
Avronest Parlament Assambleyasının sessiyası keçirildi.
Dünyanın, Avropanın bir sıra dövlətlərindən
nümayəndələr bu beynəlxalq tədbirdə
iştirak etdi. Ölkəmiz bu tədbiri ən
yüksək səviyyədə təşkil etdi. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin
keçirilməsi ənənə halını alıb.
Bunun özü ölkəmizin yüksək təşkilatçılığına,
Azərbaycanda bu işlərin həyata keçirilməsi
üçün mühitin olmasına, söz və mətbuat
azadlığının mövcudluğuna, insan
hüquqlarının qorunmasına dəlalət edir. Bilirsiniz ki, “Eurovision” bir musiqi müsabiqəsidir.
Bu tədbirdə insanlar, xüsusilə gənclər
gəlib mahnı oxuyurlar, öz qabiliyyətlərini göstərirlər
və s. Bu musiqi yarışmasını siyasiləşdirmək,
buna siyasi rəng vermək, onu bu və ya digər şəkildə
cinayət törətmiş şəxslərlə
bağlamaq düzgün deyil. Bu müsabiqə
bizdən əvvəl Almaniyada, Rusiyada, Norveçdə də
keçirilib. Bunların hansında bu tədbir
siyasiləşdirilib və ya hansısa məqsədlərlə
bağlı məsələlər qaldırılıb?
Sadəcə olaraq, “Eurovision”un təşkil
olunması ilə əlaqədar öz tələbləri var
və Azərbaycan həmin tələbləri yüksək səviyyədə
yerinə yetirir. İstər təhlükəsizlik,
istərsə də yerləşdirmə, təşkilatçılıq
baxımından müvafiq işlər görülür.
Lazımi strukturların əməkdaşları
üçün treninqlər keçirilir, yeni otellər
açılır və s. Müxalifət isə xaricdəki
ağalarının təhriki ilə bu işin üstünə
azacıq da olsa kölgə salmaq istəyir. Burada Ermənistanın da, bizi istəməyən
ayrı-ayrı dövlətlərin də əli var. Bu
yaxınlarda İran tərəfindən də bir bəyanat
verildi. Baxırsan ki, onların fikirləri
müxalifətin fikirləri ilə üst-üstə
düşür və mənbənin harada olması artıq bəlli
olur.
Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan
güclü dövlət kimi bu beynəlxalq tədbiri də ən
yüksək səviyyədə keçirəcək. Mən
inanmıram ki, “Eurovision” mahnı müsabiqəsini gələcəkdə
Azərbaycanın səviyyəsində keçirə bilən
ölkə olsun.
Azərbaycanda siyasi partiya alver mənbəyinə
çevrilib
-
Siyavuş müəllim, bu faktlar göstərir ki, bu gün
ölkəmizdə siyasi sistemin, partiyaların fəaliyyətinin
təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. Bu
günlərdə Milli Məclisdə “Siyasi partiyalar
haqqında” Qanuna əlavə və dəyişikliklər
müzakirəyə çıxarıldı. Bu
dəyişiklərin qəbul olunması siyasi sistemin təkmilləşdirilməsində
hansı rolu oynayacaq?
-
Ümumiyyətlə, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi
məsələsi zəruridir. Bu ondan irəli gəlir
ki, ölkəmizdə “Siyasi partiyalar haqqında” Qanun 1992-ci
ildə qəbul olunub. O vaxt bir sıra partiyalar
yarandı ki, onların fəaliyyət istiqaməti,
yönümü, qarşılarına qoyduqları proqram
aydın deyildi. Ona görə də, bu məsələnin
təkmilləşməsinə ehtiyac var idi. Dəfələrlə Milli Məclisdə bununla
bağlı məsələ müzakirə olunub ki, ya bu
qanuna əlavə və dəyişikliklər edilməli, ya
da ümumiyyətlə, qanun yenidən qəbul
olunmalıdır. Artıq “Siyasi partiyalar
haqqında” Qanuna dəyişikliklər barədə layihə
parlamentin müvafiq komitəsində müzakirə olunub və
Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesab edirəm ki, bu layihənin qəbulundan sonra təkmilləşdirmə
işləri aparılmalıdır. Biz şahidi
olmuşuq ki, Azərbaycanda siyasi partiya alver mənbəyinə
çevrilib, partiya parçalandıqdan sonra onun mülkiyyəti
üzərində böyük davalar gedibdir və s.
Bütün bunlara rəğmən “Siyasi parityalar haqqında”
təkmil bir qanuna böyük ehtiyac var idi və artıq belə
bir sənəd hazırdır. YAP bu qanunla bağlı kifayət
qədər təkliflərlə çıxış edib və
Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi
bir daha səsləndirəcəyik.
İndiki vəziyyət davam etsə,
məhəlli partiyalar yarana bilər
- Sizin təklif
olunan dəyişikliklərə münasibətiniz necədir?
-
Ümumiyyətlə, bu qanuna təklif edilən dəyişikliklər
çoxdur. Biz bu təklifləri bir neçə
bloka bölsək, birinci məsələ siyasi partiyaların
hüquqi təsnifatıdır. Bununla əlaqədar
kifayət qədər təkliflərimiz var. İlk növbədə,
siyasi partiyanın yaranması ilə əlaqədar təkliflər
vermişik. Doğrudur, mövcud qanunda
partiya yaratmaq üçün 1000 imza tələb olunur.
Amma nəzərə almaq lazımdır ki, bu qanun 20 il bundan əvvəl qəbul olunub və ötən
dövrdə Azərbaycanın əhalisi, seçicilərin
sayı artıbdır. Əgər 20 il
öncə əhalinin sayı 7 milyon idisə, indi bu göstərici
9 milyon nəfəri ötüb. Bununla bağlı olaraq biz
qanunda partiya yaratmaq üçün seçicilərin 0,1 faizinin imzasının tələb
olunmasını təklif edirik. Bu da çox
cüzi göstəricidir. Əgər partiya
ayrı-ayrı seçkili orqanlara namizəd irəli
sürürsə, məsələn, prezidentliyə, parlamentə,
bələdiyyələrə namizəd təqdim edirsə və
0,1 faiz seçici etimadı qazana bilmirsə,
onun adı necə siyasi partiya ola bilər? İkinci
tərəfdən, indiki vəziyyət davam etsə, məhəlli
partiyalar yarana bilər. Yəni, istənilən
şəhərdə və ya kənddə min nəfər
seçici imzası toplayaraq Ədliyyə Nazirliyindən
qeydiyyatdan keçib siyasi partiya yaratmaq mümkündür.
Amma o faktiki respublika əhəmiyyətli partiya
olmur, sadəcə, bu statusda çıxış etmək
hüququna malikdir. Biz hesab edirik ki, ya 50+1,
ya da seçki dairələrinin 2/3 hissəsində bu imzalar
müvafiq sayda toplanmalıdır. Digər
tələblər nizamnamələrlə bağlıdır
ki, bəzi partiyalar nizamnamə qaydalarını pozurlar. Belə ki, bəzi partiyalar vaxtında qurultay
keçirmir, yaxud gizli şəkildə qurultay
çağırıb özünü sədr elan edənlər
olur və s. Yəni, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi,
onun düzgün hüquqi bazasının olması
üçün bu dəyişikliklər edilməlidir.
Digər məsələ siyasi partiyaların seçkili
orqanlarda iştirakıdır ki, bu da Seçki Məcəlləsi
ilə tənzimlənir. Ona görə də, “Siyasi partiyalar
haqqında” Qanun Seçki Məcəlləsinin tələblərinə
uyğunlaşdırılmalıdır.
Dövlət büdcəsindən
maliyyələşmə siyasi partiyaların
formalaşmasına və inkişafına böyük təkan
verəcək
- Ən çox müzakirə olunan məsələlərdən
biri partiyaların maliyyələşdirilməsi ilə
bağlıdır. Sizcə, maliyyələşmənin məhz
təklif olunan variantlar üzrə aparılması ölkəmizin
siyasi palitrasında partiyaların roluna və fəaliyyətinə
uyğundurmu?
- Siyasi
partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi
ən vacib və cəmiyyətdə ən çox müzakirə
olunan məsələdir. Bilirsiniz ki, belə təcrübə
ölkəmizdə mövcuddur. Belə ki,
dövlətin maliyyə dəstəyi ilə QHT-lərin layihələri
həyata keçirilir, eləcə də mətbuat
orqanlarına dəstək göstərilir və s. Bu gün
artıq reallıq ondan ibarətdir ki, siyasi partiyaların
dövlət tərəfindən maliyyələşməsinə
zərurət yaranıb. Ümumiyyətlə, bu maliyyələşmə
üç qrupa bölünür: dövlət tərəfindən
birbaşa, dövlət tərəfindən dolayısı ilə
və qarışıq tip maliyyələşmə. İndiyə qədər siyasi partiyalar ölkəmizdə
dolayısı ilə dövlət tərəfindən maliyyələşib.
Buna misal olaraq, seçki dövründə pulsuz efir
vaxtının ayrılmasını, qəzetlərdə pulsuz
təbliğatın aparılmasını, təbliğat yerlərinin
pulsuz verilməsini və s. göstərmək olar. Dünyada bu prosesin bir çoxu müqavilə ilə
tənzimlənir. Amma göstərdiyim
faktlar siyasi partiyaların dolayısı ilə dövlətdən
maliyyələşməsi deməkdir.
Dövlət büdcəsindən vəsaitin
ayrılması isə partiyaların birbaşa maliyyələşməsidir. Bu vəsaitin
ayrılması da dünya praktikasında mövcud olan bir
neçə prinsip əsasında aparılır. Qanuna təklif olunan dəyişikliklərdə isə
bu prinsip müəyyən dərəcədə YAP-ın
hüquqlarının pozulmasından keçir. Belə ki, vəsaitin 10 faizinin parlament seçkilərində
3 faizlik baryeri keçən, amma parlamentdə təmsil
olunmayan partiyalara verilməsi nəzərdə tutulur. Əslində, burada prinsip ondan ibarət olmalıdır
ki, son seçkilərdə parlamentə
düşüb-düşməməsindən asılı
olmayaraq seçicilərin 3 faiz səsini toplayan partiyalara vəsaitin
10 faizi verilsin. İkinci hissə 40 faiz həcmində
təklif edilir ki, bu da vəsaitin parlamentdə təmsil olunan
partiyalar arasında bərabər şəkildə
bölünməsini özündə ehtiva edir. Hesab edirəm ki, bu yanaşma da düzgün deyil.
Çünki bu gün parlamentdə YAP-ın 71
təmsilçisi var. Digər 11 partiya isə ümumilikdə
13 nəfərlə təmsil olunur. Necə ədalətli
ola bilər ki, ümumi parlament üzvlərinin 56 faizini təşkil
edən partiya ilə parlamentin heç 0,1
faizini təmsil etməyən partiya eyni məbləğdə
vəsait alsın.
Üçüncüsü, 50 faizlik bölgü
mandatların sayına görədir və bu,
düzgündür. Ümumiyyətlə, dövlət
büdcəsindən maliyyələşmə siyasi
partiyaların formalaşmasına və inkişafına
böyük təkan verəcək. Digər
tərəfdən, dövlət büdcəsindən maliyyələşmə
partiyaların xarici dövlətlərdən, xarici vətəndaşlardan,
vətəndaşlığı olmayan şəxslərdən,
o cümlədən müəyyən terror təşkilatlarından,
kəşfiyyat orqanlarından alınacaq vəsaitlərin
qarşısının alınması üçün də
bir addımdır. O partiyalar belə bir yeniliyə etiraz
edirlər ki, onlar həmin dairələrdən maliyyələşir.
Artıq burada hesabatlılıq ortaya qoyulanda həmin
mənbələr üzə çıxa bilər.
Baxmayaraq ki, 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar
haqqında” Qanunda da göstərilir ki, ildə bir dəfədən
az olmayaraq hər bir siyasi partiya öz maliyyə durumu, gəlirləri
və xərcləri barədə hesabat verməlidir. İndiyə qədər YAP-dan başqa heç bir
partiya öz gəlir mənbələri və maddi təminatı
haqqında məlumat vermir. Amma dövlət
tərəfindən partiyalar maliyyələşəndə
hesabatların verilməsi məcburi xarakter daşıyacaq.
Əgər burada şəffaflıq olacaqsa,
heç bir problem yaranmayacaq. O adamlar qorxur ki, həmin vəsaiti
şəffaf şəkildə xərcləməyəcək.
Bizə bəllidir ki, son mitinqi keçirən
partiyalar da aldıqları vəsaiti öz üzvləri
arasında bərabər bölüşdürmür, bir qrup
adamın şəxsi gəlir mənbələrinə
çevirib və öz şəxsi təminatlarını
onun vasitəsilə reallaşdırırlar.
Venesiya Komissiyası tərəfindən
irəli sürülən təkliflər nə hüquqi, nə
siyasi, nə də beynəlxalq əhəmiyyəti olmayan məsələlərdir
- Bu təkliflər
hazırlanarkən hökumət təmsilçiləri
Venesiya Komissiyası ilə məsləhətləşmələr
apardılar. Komissiyanın bəzi təklifləri
haqlı olaraq dəyişiklərdə əksini tapmayıb.
Bəziləri isə bu məsələni bilərəkdən
və ya bilməyərəkdən düzgün şərh
etmir. İstərdik, bu məsələyə
aydınlıq gətirəsiniz...
- Bu təşkilatın
bu qanunvericiliklə əlaqədar cəmi iki təklifi var.
Venesiya Komissiyası təklif edir ki, xarici ölkə vətəndaşları
və vətəndaşlığı olmayan insanlar Azərbaycanda
siyasi partiya yarada bilsin. Dünyanın heç
bir yerində belə bir məsələ yoxdur. Nə
Almaniyada, nə Fransada, nə Böyük Britaniyada, nə
İtaliyada, bir sözlə dünyanın heç bir ölkəsində
belə bir müddəa yoxdur və bu, kəskin şəkildə
qadağan edilir. O cümlədən də, bu tip şəxslərin
partiyalara maliyyə yardımı göstərməsi
bütün dünyada qadağandır.
Burada yalnız İsrail istisna təşkil edir. Bu dövlət
elan edib ki, bütün dünyada yaşayan yəhudilər
İsrail vətəndaşı hesab olunur. Bu baxımdan, həmin müddəalar orada işləyir.
Qalan heç bir ölkədə bu formada qanun
yoxdur. Yaxşı olar ki, Venesiya
Komissiyası ilk növbədə özlərində bu
praktikanı tətbiq etsinlər, sonra Azərbaycana tövsiyə
edə bilərlər.
İkinci təklif isə siyasi partiyaların maliyyələşməsi
ilə əlaqədardır. Venesiya Komissiyası təklif
edir ki, bütün partiyalar maliyyələşdirilsin. Amma dünyada belə bir praktika var ki, siyasi partiya
yalnız seçkidə iştirakına görə maliyyələşir.
Əgər seçkidə iştirak etmirsə,
demək o partiya yox, QHT-dir. Bir sözlə, Venesiya
Komissiyası tərəfindən irəli sürülən təkliflər
nə hüquqi, nə siyasi, nə də beynəlxalq əhəmiyyəti
olmayan məsələlərdir.
Yeni Azərbaycan.-
2012.- 13 aprel.- S.5.