Emosiya qrupları, antimilli
müxalifət və
mitinq
Radikal müxalifət anti-Azərbaycançı
təzyiq qrupu kimi
Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə, həmçinin,
destruktiv fəaliyyət
mexanizmi ilə gündəmə gələn
radikal müxalifət
siyasi palitrada dağıdıcı subyekt
qismində çıxış
etməklə, özünün
korporativ, anti-Azərbaycançı,
qərəzli xarici dairələrin isə transmilli maraqlarının
təmin olunması üçün ən müxtəlif metod və texnologiyalara istinad edir. Daha da dəqiqləşdirsək,
sosial bazası və reytinqi, demək olar ki, olmayan, Azərbaycan
siyasi palitrasında funksionallığını çoxdan
itirmiş və disfunksiya nümunəsi qismində çıxış
edən radikal müxalifət daha çox anarxist və radikal meyillərlə müşayiət
edilən, özündə
təxribatçı və
manipulyasiya xarakterli taktika və niyyətləri ehtiva edən siyasi fəaliyyət mexanizmindən
yararlanmağa çalışır.
Radikal müxalifətin “mitinq” kimi səciyyələndirməyə
çalışdığı son təxribatçı aksiyalarda
müşahidə olunan
faktlar və reallıqlar da bunu göstərən bariz nümunələrdəndir.
Emosiya qrupları yeni ideoloji idxal məhsuludur
Qeyd etmək lazımdır ki, radikal müxalifət
8 aprel tarixində həyata keçirdiyi “mitinq”dəki biabırçı
fiaskodan sonra yeni dağıdıcı
metodlara istinad etmək qərarına gəlib ki, bu sırada da emosiya qruplarından
istifadə olunması
nəzərdə tutulub.
Belə ki, növbəti dağıdıcı aksiyada
emosiya qruplarının
iştirak etməsi planlaşdırılır. Bu qruplar mitinqə
qatılacaq radikal siyasi partiyalar tərəfindən təşkil
olunub və onlar təlimata uyğun olaraq, öz aralarında daha çox radikal olmaq üçün
yarışacaqlar. Ən radikallar
mitinqin sonunda mükafatlandırılacaqlar. Əlbəttə, bu fakt radikal müxalifətin “mitinq” adını verdiyi təxribatçı
aksiyalarda anarxist və radikal meyillərə istinad olunmasına dəlalət
edir. Çünki emosiya qruplarından
daha çox radikal və anarxist səciyyəli kütləvi aksiyalarda-hərəkatlarda
istifadə olunur və bu sabitliyi
pozmaq, xaos və dağıdıcı
meyillər yaratmaq missiyasına xidmət edir.
Emosiya qrupları radikallar
və anarxistlərin mitinq taktikası kimi...
Qeyd etdiyimiz
kimi, emosiya qruplarından daha çox radikal və anarxist cərəyanların nümayəndələri
tərəfindən istifadə
olunur. Başqa sözlə, bu
qruplar öz fəaliyyətlərində siyasi
radikalizmin təməl
prinsiplərini əsas
götürməkdə və
fəaliyyət mexanizmlərini
radikal, anarxist niyyətlər üzərində
qurmaqdadırlar. Emosiya
qrupları dedikdə isə heç bir rasional kriteriya və
çalarlar əsasında fəaliyyət göstərməyən,
bu və ya digər məsələyə münasibətdə
radikal, təxribatçı və manipulyativ situasiyanın
formalaşdırılması missiyasına xidmət edən
kütləvi (əslində, bir o qədər də pərakəndə-H.B.)
birliklər nəzərdə tutulur.
Fikrimizi əsaslandırmaq üçün siyasi
radikalizm və anarxizmin nümunəsində emosiya
qruplarının fəaliyyət mexanizminin mahiyyətinə,
eyni zamanda, bu qruplardan istifadə edən siyasi subyektlərin
taktika və strategiyalarının
əsaslarına toxunacağıq.
Bəs emosiya qrupları nədir?
Beləliklə, ilk növbədə siyasi radikalizmin
timsalında emosiya qruplarının fəaliyyət mexanizminin
mahiyyətinə toxunmaq məqsədəmüvafiqdir. XVIII əsrdən
etibarən siyasi leksikonda işlənməyə başlayan
radikalizm mövcud sistemin əsaslı dəyişdirilməsini
nəzərdə tutan və cari durumu qəbul etməyən
ideoloji baxışlar sistemi kimi səciyyələndirilir.
Bu baxışlar sisteminin fonunda kütləvi
etirazçılar kimi istifadə olunan emosiya qrupları isə
səsləndirdikləri şüarlarla manipulyativ və təxribatçı
situasiya formalaşdırmağa çalışırlar.
Sirr deyil ki, radikal ideologiyanı mənimsəmiş
emosiya qruplarının fəaliyyət mexanizminin əsasında
atılan addımların fonunda mövcud sistemin əsasları
və qanunauyğunluqları nəzərə
alınmadığından sonunda ciddi kataklizmlərin təzahür
etməsi gözlənilən haldır. Bəzi
araşdırmaçılar radikalist baxışlar sistemini
mürtəce ideologiya kimi səciyyələndirir və qeyd
edirlər ki, radikal xarakterli ideoloji xətt sonu bəlli olmayan
xaotik meyillərin əsasını qoyan və antaqonist
tendensiyaları kəskinləşdirən amil kimi dəyərləndirilməlidir.
Elə bu kontekstdən çıxış edən
araşdırmaçılar emosiya qruplarını da destruktiv
birləşmələr kimi səciyyələndirirlər.
Çünki mürtəce ideologiyanı mənimsəmiş
bu cür kütləvi birliklər yalnız
dağıdıcı addımlara istinad edir və öz
şüarlarında, addımlarında heç bir rasional kriteriyaya istinad etmirlər.
Radikalizm siyasətdən sui-istifadədir
Siyasi
radikalizmin tədqiqatçılarından biri olan Ceyms Mill qeyd
edir ki, radikalizm, əslində, ayrı-ayrı ideologiyalardan
sui-istifadənin fonunda ortaya çıxmış
baxışlar sistemidir: “Klassik mənada radikal siyasi fəaliyyətə
malik olanlar heç vaxt islahat tərəfdarı ola bilməzlər. Onlar qurucu
deyillər. Mövcud status-kvonun dəyişdirilməsi
və ümumi nizamın alt-üst edilməsi niyyətinin
fonunda hərəkət edən radikal siyasətçilər
daim inqilabi dəyişikliklər istəyirlər. Amma bu dəyişikliklərin ümumi rifaha və
sosial ədalətə nə qədər faydalı
olacağını bilməmələri onların fəaliyyətinin
qeyri-müəyyənliyini aşkar edir”.
Beləliklə, buradan da belə bir qənaətə gəlinir
ki, status-kvonun dəyişdirilməsi və ümumi nizamın
alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən
radikalizm nümunələri-emosiya qrupları nə istədiklərini
və nəyə xidmət etdiklərini dərk etmirlər. Onlar mənimsədikləri
radikal ideologiyanın fonunda irrasional şüar və
addımlara istinad edirlər.
Araşdırmaçı Erriko Malatesta isə qeyd edir
ki, siyasi radikalizm ümumi qəbul edilmiş təməl
baxışların və prinsiplərin dəyişdirilməsini
nəzərdə tutduğundan cəmiyyətdə
deviasiyaları sürətləndirən və
ayrılmaları təmin edən qeyri-maddi faktor kimi
çıxış edir. Əlbəttə ki,
emosiya qrupları da öz fəaliyyətlərini bu cür
prinsiplər üzərində qurduqlarından deviant birləşmələr kimi
səciyyələndirilir.
Radikalizm siyasi terrorizm və amoralizmdir
Qeyd etmək lazımdır ki, radikallar
dağıdıcı niyyətlərini həyata keçirmək
üçün ən müxtəlif zaman kəsiklərində
fərdi və kütləvi terrora, təxribat və
iğtişaşlara baş vurublar. Eyni zamanda, emosiya
qrupları öz şüar və tələblərində
terror, təxribat və iğtişaş
çağırışları ilə
çıxış edirlər. Hətta
şovinizm, irqçilik, amoralizm (əxlaq tələblərinə
və cəmiyyətdə qəbul edilmiş ümumi normalara
etinasız, saymazyana yanaşma) kimi bəşəriyyətə
ciddi bəlalar gətirmiş dağıdıcı meyillər
də radikalizmin fonunda ortaya çıxıb və emosya
qruplarının istinad nöqtəsi qismində səciyyələndirilir.
Bütün bunların fonunda maksimalist, nihilist
davranış formaları sərgiləyən emosiya
qruplarının qeyri-müəyyən məqsədlər
naminə zorakı, dağıdıcı metodlara istinad etməsi
onların sosial tərəqqinin təkamül amillərinin
imkanlarını düzgün qiymətləndirə
bilməmələrindən irəli gəlir.
Emosiya qrupları həm də anarxistlər və antidövlətçilərdir
Radikalizmin sol qanadının təzahür formalarından
və ideoloji xəttlərindən biri olan anarxizm də emosiya
qruplarının ideya mənbəyi kimi çıxış
edir. “Suveren milli dövlətlərin sıradan
çıxması” və “ümumi normalarla təsbit
edilmiş qanunların ləğv edilməsi” prinsiplərindən
çıxış edən anarxistlər sadalanan məqsədlərin
həyata keçirilməsi naminə inqilab etməyə və
müxtəlif stratifikasiyalar arasında antaqonizm yaratmağa cəhd
edirlər. Onların ən çox istifadə
və istinad etdiyi vasitə isə sui-qəsd metodudur. Təsadüfi deyil ki, emosiya qrupları da öz
çağırışlarında bu cür
dağıdıcı vasitələrə xüsusi yer verirlər.
Göründüyü kimi, radikalizm və anarxizmin təməl
prinsiplərinin, ideyalarının fonunda ortaya
çıxmış emosiya qrupları zamanından və məkanından
asılı olmayaraq disfunksionallıq gətirən tənəzzül
mənbəyidir. Məhz elə buna görə də, hər
bir cəmiyyətin rasional düşüncəli fərdləri
bu cür dağıdıcı meyillər və əməllərə
qarşı birmənalı şəkildə müqavimətçi
mövqeyində durur. Başqa sözlə,
sağlam düşüncəli cəmiyyətlərdə bu
cür dağıdıcı vasitə və meyillərə birmənalı şəkildə
“yox” deyilir.
Emosiya qruplarına bağlanmış ümid...
Qeyd etdiyimiz kimi, radikal müxalifət növbəti mitinqlərdə emosiya qruplarından istifadə olunmasını planlaşdırıb. Əlbəttə ki, bu fakt özülüyündə radikal müxalifətin siyasi fəaliyyətinin hansı prinsip və meyarlara söykəndiyini göstərir. Daha da dəqiqləşdirsək, normal siyasi mübarizə apara bilmədiklərindən dağıdıcı metodlara istinad edən radikallar bu dəfə emosiya qruplarına ümid bağlayıblar. Təbii ki, bu fakt heç də təəccüblü deyil. Çünki xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və anti-Azərbaycançı mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Bu da onu deməyə əsas verir ki, radikal müxalifət Azərbaycanın milli təhlükəsizliyini və milli mənafeyini özünün korporativ səciyyə daşıyan destruktiv maraqlarına qurban verməyə razıdır.
Digər tərəfdən, emosiya
qruplarından istifadə olunması planı ona
dəlalət edir ki, radikal müxalifət hazırkı mərhələdə
radikal, təxribatçı və manipulyativ situasiyanın
formalaşdırılması missiyasına xidmət edən
vasitələrə istinad edir.
Sağlam rəqabət əvəzinə ekssess aktları seçmək radikal
müxalifəti autsayderə çevirib
Bütün bunlar ona dəlalət edir ki, radikal
müxalifət özünün siyasi irrasionallığını davam etdirir və siyasi palitrada yalnız
dağıdıcı subyekt qismində təmsil
olunur. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç
cür istifadə edə bilmirlər. Bu tendensiya müstəqillik
əldə edildikdən sonra özünü göstərir. Faktdır
ki, onlar plüralist mühitin fonunda rəqabət əvəzinə
dağıdıcı təxribatlarları, ictimai-siyasi
münasibətlər sisteminə qarşı yönəlmiş
qəsdləri, ekssess aktlarını (cəmiyyətdə
kəskin ziddiyyətlərlə müşayiət edilən
toqquşmaların yaranmasına və ictimai
asayişin pozulmasına yönəlmiş
hərəkətlər) seçməklə autsayderə
çevriliblər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən
radikal müxalifət bu
günə qədər ictimai-siyasi zərurət
kimi alternativ ideya istehsal edə bilməyib
və sağlam fəaliyyət mexanizmindən
məhrum olub. Bununla
yanaşı, radikallar “marginal
burulğan”lar yaratmaqla cəmiyyətin ən dinamik
təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla
onları ən müxtəlif təxribatlarda iştiraka
sövq edirlər. Bir sözlə,
dağıdıcı müxalifət normal
siyasi mübarizə imkanlarını qiymətləndirə
bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin
pozulması ilə təzahür edən xaotik
durum) qarşı-qarşıya qoymaq metodunu seçib. Bu isə
nəticə etibarilə onların özləri üçün “bumeranq”
zərbəsi qismində çıxış edir.
Radikal müxalifətin ideya
və maliyyə mənbələrinə dair...
Bütün bunların fonunda qeyd edilməlidir ki, radikal müxalifət öz fəaliyyətini sırf xarici güclərin, anti-Azərbaycançı
maraq qruplarının
dağıdıcı mənafeyi üzərində
qurmaqdadır. Başqa sözlə, radikal müxalifət beynəlxalq maraq qruplarından aldıqları qrantların
“haqq”ını vermək və maliyyə axınının
davamlılığını təmin etmək üçün bu cür destruktiv metod və texnologiyalara istinad edir. Bu
isə onu deməyə əsas verir ki, siyasi
partiya adı altında fəaliyyət
göstərən bu qüvvələr həqiqətdə
təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər.
Emosiya qrupları son ideoloji
diversiya kimi müxalifəti bir dəfəlik bitirəcək
Beləliklə, təxmin etmək çətin deyil ki, radikal müxalifət
emosiya qrupları ideyasını (əslində,
sifarişini) xidmət
etdikləri qərəzli
xarici dairələrdən
alıb. Amma onlar dərk etməlidirlər ki, istinad etdikləri dağıdıcı qüvvələr
antimilli səciyyə
daşıyır, tənəzzül
mənbəyi qismində
çıxış edir
və xalqın ali mənafeyinə
ziddir.
Nəticə etibarilə, radikal müxalifət Azərbaycana
qarşı müəyyən
təzyiqlər etmək
istəyən qərəzli
dairələrin əlində
ucuz vasitə kimi çıxış edir. Son olaraq İctimai Palatanın 8 aprel tarixində keçirdiyi mtiniqdə çağırışların və şüarların xarici dildə səsləndirilməsi bir
daha buna dəlalət edir.
Dolayısıyla, radikal müxalifət Azərbaycanda sabitliyin pozulması missiyasına xidmət etməkdədir və bunun da
qanunauyğun nəticəsi
kimi, xalq, ictimaiyyət onlara birmənalı şəkildə
“yox” deyir. Bəhs edilən
dağıdıcı qüvvələrin
“demokratiya” adı altında etdiyi meydan nümayişlərinin
əsl mahiyyəti artıq ifşa edilib və anarxistlərin “demokratiya” maskası düşüb.
Məhz belə bir şəraitin
fonunda radikal müxalifət üçün
yeganə və son seçim siyasi səhnəni tərk etməkdir. Çünki antimilli mövqedən
çıxış edərək
milli maraqları zərbə altına qoyan həmin qüvvələr bu cür dağıdıcı
fəaliyyətin fonunda
özlərinin siyasi mövcudluqlarını davam
etdirə bilməzlər.
Nəticə etibarilə, artıq
radikal müxalifətin
siyasi palitradan çəkilməsi ictimai-siyasi
zərurətə çevrilib.
HİKMƏT BABAOĞLU
Yeni Azərbaycan.-
2012.- 19 aprel.- S.5.