Günü-gündən müasirləşən Bakı şəhəri öz gözəlliyi ilə göz oxşayır

 

Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq, quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və paytaxt sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır

Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturun yenilənməsi, yol, nəqliyyat digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli ardıcıl işlər davam etdirilir. Bu çərçivədə Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri, Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər xüsusilə vurğulanmalıdır. Xəbər verildiyi kimi, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunması nəzərdə tutulub.

Bununla yanaşı, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işlərinin fonunda bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Həmçinin, bəhs olunan sahədə son tamamlama abadlaşdırma işləri çərçivəsində ağaclar, kollar əkilməkdə, yaşıllıqlar salınmaqdadır ki, bunlar da həm göz oxşayır, həm əraziyə səfər edən insanlarda olduqca xoş təəssürat yaradır.

Bəhs olunan ərazidə gəzintimiz çərçivəsində onu da müşahidə etdik ki, burada insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün olduqca əlverişli şərait yaradılmışdır. Parkda yeni elektrobuslar, faytonlar digər gəzinti marşrutları işləyir ki, bu da gəzintiyə çıxmış vətəndaşların uzaq məsafəyə daha qısa zamanda getməsini asanlaşdırır onların rahatlığına xidmət edir.

Bununla yanaşı, əraziyə kiçik ölçülü avtobuslar, qolf maşınları balaca qatarların gətirilməsi nəzərdə tutulub ki, bunlar da insanların ərazidə rahat gəzintisinə xidmət edəcək. Onu da qeyd edək ki, Bulvarda attraksionların, kafelərin səyyar ticarət xidmət obyektlərinin sayı da artmaqdadır. Bu da öz növbəsində ərazidə gəzintiyə çıxmış insanlarda olduqca xoş təəssürat məmnunluq yaradır.

Əlbəttə ki, bütün bunlar vətəndaşlarda olduqca xoş təəssüratlar məmnunluq hissi yaradıb. Ərazidə gəzintiyə çıxmış insanların münasibətlərii bunu deməyə əsas verir. Məsələn, rəyini öyrəndiyimiz vətəndaş Tangiz Axundovanın sözlərinə görə, Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər vətəndaşların rahatlığına xidmət edir: “Ümumiyyətlə, respublikamızda hazırda geniş abadlıq-quruculuq işləri aparılır. Xüsusilə, Bakı günü-gündən gözəlləşir. Bakıda insanların istirahəti rahatlığı üçün gözəl şərait yaradılır. Zövqlə salınan yaşıllıq Milli Parkda yeni tikilən ailəvi istirahət məkanları insanların xoş istirahətinə rahatlığına xidmət edir. Buna görə , daim vətəndaşların rahatlığına xüsusi diqqət yetirən dövlət başçısına xüsusi minnətdarlığımı bildirirəm”.

Digər şəhər sakini Sevda Gözəlova isə düşünür ki, şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, bütövlükdə, şəhər infrastrukturunun  yenilənməsi olduqca mütərəqqi təqdirəlayiq haldir: “Bakı müasirləşir. Deyərdim ki, hətta Avropanın bir sıra qabaqcıl şəhərlərindən daha cəlbedici şəhərə çevrilib. Bakının ən məşhur yerlərindən olan Dənizkənarı Milli Parkın genişləndirilməsi xüsusilə gözəl layihədir. Düşünürəm ki, bura təkcə Bakı sakinlərinin istirahəti üçün deyil, eləcə , şəhərimizə gələn qonaqlar üçün ideal istirahət məkanına çevriləcək. Məsələn, gələn ay paytaxtımız “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Düşünürəm ki, müsabiqədə təmsil olunan ölkələrdən paytaxtımıza gələcək vətəndaşlar Bakının gözəlliyi qarşısında heyran olacaqlar. Həmçinin, onlar şəhərimizdə öz vaxtlarını çox gözəl keçirəcəklər”.

Vətəndaş Adil Rəfili isə qeyd edib ki, Dənizkənarı Milli Parkda yeni attraksionların quraşdırılması, yeni əyləncə mərkəzlərinin açılması gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istirahəti üçün mühüm əhəmiyyət kəsb edir: “Deyə bilərəm ki, bu gün Bakıda insanların rahatlığı üçün yaradılan şərait öz əlverişliliyinə görə Avropa ölkələrinin bir çoxunu geridə qoya bilər. “Eurovision” yarışmasına gələn qonaqlar da bunun şahidi olacaqlar. Həmçinin, Bakıda, xüsusilə Dənizkənarı Milli Parkda insanların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün məqbul şərait vardır. Hesab edirəm ki, insanlar bu cür əlverişli şəraitdən maksimum dərəcədə istifadə etməlidirlər”.

Ümidvaram ki, “Eurovision” mahnı müsabiqəsinə görə paytaxtımıza təşrif buyuracaq xarici qonaqlar, turistlər Bakıdan məmnun qalacaqlar, hətta buradan getmək istəməyəcəklər. Çünki Bakı gündən-günə gözəlləşən siması ilə göz oxşayır. Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri, yaradılan əlverişli şəraiti xüsusi vurğulamaq istəyirəm. Bunlar insan rahatlığı üçün çox önəmlidir. Əminəm ki, xarici qonaqlar “Eurovision  mahnı müsabiqəsindən sonra şəhərimizdən dərin məmnunluq hissi xoş təəssüratlarla ayrılacaqlar”. Bunu isə vətəndaş Vüsal Məmmədli deyib.

 

 

NURLAN,

 

SEVİNC

 

Yeni Azərbaycan.- 2012.- 20 aprel.- S.5.