Azərbaycanda uğurlu gənclər siyasətinin yeni mərhələsi başlayıb
Azərbaycan Gənclər Təşkilatları
Milli Şurasının
sədri, Milli Məclisin deputatı Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, Azərbaycanda bütün
sahələrdə olduğu
kimi gənclərlə
iş sahəsində
də dövlət siyasəti həyata keçirilir. Bu siyasətin
əhəmiyyəti haqqında
fikirlərinizi bilmək
istərdik...
- Bildiyiniz kimi Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan bu siyasət nəticəsində
Azərbaycan gəncliyi
yüksək inkişaf
mərhələsini yaşayır.
Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir
dövrün tələblərinə
və reallıqlarına
uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə
qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri
gənclərə dövlət
dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli
diqqət göstərilməsindən
ibarətdir. Son illər
respublikamızda həyata
keçirilən tədbirlər
gənclərin hərtərəfli
inkişafının təmin
olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi
şərait və təminatların yaradılmasını
sürətləndirib, onların
ictimai-siyasi fəallığının
artmasına kömək
edib. Bu gün ölkəmizdə gənclər
siyasəti dövlət
siyasətinin mühüm
tərkib hissəsinə
çevrilib. Azərbaycan
gəncliyi ictimai həyatın bütün
bölmələrində aktiv
fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində
mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə
gənclərlə bağlı
xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə
iş sahəsində,
gənclərin sosial-iqtisadi
inkişafına yönəldilmiş
mükəmməl qanunvericilik
bazasının formalaşdırılmasından
xəbər verir. Cənab Prezident tərəfindən ölkədə
həyata keçirilən
gənclər siyasəti
gənclərin bütün
təbəqələrinin hərtərəfli
inkişafını, ölkənin
ictimai-siyasi həyatında
onların yaxından iştirakını təmin
etməkdədir. Yeni mərhələdə dövlət
başçısı tərəfindən
gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri
əhatə etməklə
geniş spektrlidir. Belə ki, bu
siyasət gənclərin
tərbiyəsi, sağlamlığı,
təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli
təşkili, həmçinin,
gənclərin cəmiyyət
həyatının bütün
sahələrində fəal
iştirakı ilə
bağlı məsələləri
əhatə edir. Gənclərlə düzgün
iş strategiyasının
müəyyənləşdirilməsi və bu strategiyadan
irəli gələn vəzifələrin dəqiqliklə
yerinə yetirilməsi
nəticəsində bu
gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət
və s. sahələrdə
böyük nailiyyətlər
əldə edir, dövlətçilik ənənələrini
daim uca tutur, çoxşaxəli
dövlət islahatlarının
həyata keçirilməsində
yaxından iştirak edir.
- Dövlət başçısı
Azərbaycanda Gənclər
Fondunun yaradılması
haqqında sərəncam
imzalayıb. Eləcə
də, müxtəlif
bölgələrdə Gənclər
Mərkəzi tikilib istifadəyə verilir. Bütün bunlar gənclərin cəmiyyətdə
fəal bir təbəqə kimi inkişafına nə dərəcədə təsir
göstərəcək?
- Bəli, bir müddət öncə dövlət başçısı
Gənclər Fondunun yaradılması haqqında
sərəncam imzaladı
və fondun fəaliyyəti üçün
vəsait ayrılıb.
Qeyd etdiyiniz kimi ölkəmizin bölgələrində
Gənclər Mərkəzi
yaradılır. Cənab
Prezident bir sıra rayonlara səfəri zamanı artıq belə mərkəzlərinin açılışını
edib. Ümumiyyətlə,
regionların inkişafı
proqramı çərçivəsində
də bu işlər gedir. Gənclərimiz bölgələrdə
çox fəaldırlar.
Onlar üçün
idman mərkəzləri,
mədəniyyət obyektləri
tikilib istifadəyə
verilir. Prezident İlham Əliyevin təşəbbüsü və
tapşırığı ilə bütün rayonarda Gənclər evi və Gənclər
mərkəzləri yaranacaq.
Məqsəd gənclərimizin
bir araya gəlməsi, müəyyən
müzakirələr aparması
üçün ünvan
yaratmaqdır. Bu mərkəzlərdə
həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər imkanlar yaradılır ki, gənclərimiz bundan maksimum istifadə etsinlər. Ümumiyyətlə,
bütün bunlar artıq Azərbaycanda gənclər siyasətinin
yeni mərhələsinin
başlaması deməkdir.
- Fuad müəllim, may ayında Bakıda
“Eurovision” mahnı müsabiqəsi
keçiriləcək. Nüfuzlu
beynəlxalq tədbir
ərəfəsində bəzi
qüvvələr ölkəmizin
imicinə zərbə
vurmağa çalışırlar.
Gənclərimizin bu qüvvələrin fəaliyyətinə
münasibəti necədir?
- Bu gün Azərbaycan güclənir, müstəqil
siyasət yürüdür.
Bir sıra daxili və xarici qüvvələr bundan qıcıqlanır.
“Eurovision” mahnı müsabiqəsi
ərəfəsində həmin
qüvvələr fəallaşaraq
ölkəmizə qarşı
kampaniya aparırlar. Amma onların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri
tamamilə yanlışdır.
Təəssüf ki, bu prosesdə Azərbaycanın inkişafını,
güclü dövlət
olmasını istəməyən
xarici qüvvələrə
daxilimizdə də dəstək verənlər
var. Bir sıra dairələr bu nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə
keçirilməsindən sui-istifadə etməyə çalışırlar. Həmin
dairələrə daxilimizdən
yalnız kiçik bir qrup dəstək
verir.
Gənlərimizin mütləq əksəriyyəti
isə bu tədbirin ölkəmizdə
keçirilməsinə çox
sevinir. Bu gənclərin
“Eurovision” mahnı müsabiqəsinin
“Fan klubu” fəaliyyət
göstərir. Bu klubda
sağlam gənclər
yığışıb müxtəlif
təşəbbüslər göstərirlər. Onların
Azərbaycan sevgisi gözəl nəticələr
verir. Çox sevindiricidir ki, belə gənclərimiz çoxluq təşkil edir və ölkəmizin
tərəqqisinə öz
töhfəsini vermək
istəyirlər.
“Eurovision”
mahnı müsabiqəsinə
ölkəmiz çox
ciddi şəkildə
hazırlaşır. Hesab
edirəm ki, kiçik bir qrupun Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri iflasa uğrayacaq. Gənclərimizin mütləq
əksəriyyətinin müxalifətin
çirkin niyyətlərinə
dəstək verməməsi
bu fikri təsdiqləyir. Bu gün
gənclərimiz həmin
qüvvələrin “Eurovision” ərəfəsində ölkəmizə
qarşı apardığı
kampaniyanı pisləyir.
Hazırda Azərbaycan
Gənclər Təşkilatları
Milli Şurasında
72 gənclər təşkilatı
birləşib. Milli Şurada birləşən
gənclər hər zaman, o cümlədən
“Eurovision” mahnı müsabiqəsi
ərəfəsində Azərbaycan
təbliği ilə fəal məşğul olur. Onlar bu
prosesdə İKT-nin imkanlarından tutmuş bir çox vasitələrdən istifadə
edərək ölkəmizi
beynəlxalq aləmdə
təbliğ edirlər.
Bu təbliğat işində
xalqımızın zəngin
tarixi və mədəniyyəti, milli
adət-ənənələri, eləcə də müasir dövrdə Azərbaycanın inkişafı
ilə bağlı məlumatlar öz əksini tapır. Nüfuzlu mahnı yarışması ərəfəsində
bu iş daha da gücləndirilib.
Düşünürəm ki, Bakıda “Eurovision” mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək.
Buraya gələn xaricilər də həqiqətləri öz
gözləri ilə görəcək və heç vaxt qərəzli mövqeyin ardınca getməyəcəklər.
Təbii ki, obeyktiv rəyin formalaşmasında cəmiyyətimizin
aparıcı qüvvəsi
olaraq gənclərimizin
səyləri və təşəbbüsləri də
əhəmiyyətli rol
oynayacaq.
Yeni Azərbaycan.- 2012.- 24 aprel.- S.7.