Azərbaycan gəncləri yüksək intellektual potensiala malikdirlər

 

YAP Gənclər Birliyinin təşəbbüsü iləAzərbaycan 2020: gələcəyə baxış-Gəncliyin düşüncələrimövzusundadəyirmi masakeçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü iləAzərbaycan 2020: gələcəyə baxış-Gəncliyin düşüncələrimövzusundadəyirmi masakeçirilib. Tədbirdə dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları partiyanın gənc üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət göstərildiyini bildirib. S.Orucov qeyd edib ki, Prezident İlham Əliyev ötən ilin noyabr ayındaAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalayıb. Onun sözlərinə görə, bu tədbirin keçirilməsində məqsəd 2020-ci ilə hədəflənmiş məsələlərlə bağlı gənclərin fikir təkliflərinin öyrənilməsindən ibarətdir. “Bu konsepsiya nəzərdə tutulan illər ərzində Azərbaycanın daha yüksək inkişafa malik dövlətə çevrilməsinə, sosial iqtisadi həyatın daha dinamik inkişafına səbəb olacaq. Ölkəmizdə İKT-nin, turizmin kənd təsərrüfatının yeni modellər üzrə inkişaf etdirilməsi, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək. Bu gün ölkə gündəmində daha çox müzakirə edilən bu konsepsiyanın hazırlanması təkcə dövlət qurumlarında deyil, ictimaiyyət arasında, vətəndaş cəmiyyətləri institutlarında geniş müzakirə olunmaqdadır. Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq konsepsiyanın hazırlanmasına dair müzakirələr aparmaq, təkliflər vermək məqsədi ilə tədbirlər təşkil olunur” - deyə, S.Orucov qeyd edib.

Gənclər idman nazirinin müavini İntiqam Babayev çıxış edərək dövlət gənclər siyasətinin prioritetləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, İnkişaf Konsepsiyasında gənclərlə bağlı bir sıra məsələlər öz əksini tapacaq. İ.Babayev nazirliyin bu məqsədlə gənclərin təkliflərinə diqqətlə yanaşdığını vurğulayıb: “Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün gənclərimiz dövlət quruculuğu inkişaf prosesində fəal iştirak edirlər. Ölkəmizdə elə bir sahə yoxdur ki, orda gənclər aktiv iştirak etməsin. Eyni zamanda, gənclərimizə dövlət idarəetmə sistemində böyük etimad göstərilir. İnkişaf Konsepsiyası gələcək dövrə hesablandığı üçün yeni nəsil bu prosesdə fəal iştirak etməlidir”.

TürkPA-nın baş katibi Ramil HəsənovAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının ölkəmiz üçün önəmli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sənəddə dövlətimizin inkişafına xidmət edən vacib məqamlar əksini tapmalıdır: “Prezident İlham Əliyev bəyan edib ki, əsas hədəflərimizdən biri 2020-ci ildə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaqdan ibarətdir. Bu məqsədə çatmaqdan ötrü təkcə dövlətin üzərinə yox, bütün cəmiyyətin üzərinə vəzifələr düşür. Bu baxımdan, İnkişaf Konsepsiyasının hazırlanmasında cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən, gənclər yaxından iştirak etməlidir”.

TürkPA-nın baş katibi YAP Gənclər Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib. 5 il ərzində təşkilata rəhbərlik etdiyini xatırladan R.Həsənov partiyanın gənclərinin maraqlı layihələr həyata keçirdiyini deyib.

Dəyirmi masa”da Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov çıxış edərək bu gün hər bir dövlətin öz gələcəyini düşündüyünü bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti öz gələcəyinə inamla baxır. Gələcək inkişaf perspektivləri ilə bağlı ölkəmizin qarşısında vəzifələr dayandığını deyən F.Məmmədov Azərbaycanın  bu istiqamətdə dünya təcrübəsini öyrənərək yeni strategiya, proqramlar müəyyənləşdirdiyini vurğulayıb. “2020-ci il məsafə baxımından böyük olmasa da, biz bu inkişaf konsepsiyasını müəyyənləşdirməklə, əslində 2030, 2040-cı illərə olan hədəflərimizi müəyyənləşdirəcəyik” - deyə, F.Məmmədov vurğulayıb.

Gənclər İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı gənclərin təkliflərinin öyrənildiyini deyib. Onun sözlərinə görə, fond bu məqsədlə layihələrin həyata keçirilməsində iştirak etməyə hazırdır.

YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızıAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının gələcək taleyimiz üçün çox əhəmiyyətli sənəd olduğunu vurğulayıb. Onun fikrincə, gənclər bu konsepsiyanın hazırlanmasında fəal iştirak etməlidirlər. Millət vəkili bu gün Azərbaycan gəncliyi üçün böyük perspektivlərin açıldığını diqqətə çatdırıb: “Bugünkü gənclərimizin səviyyəsini görərkən əminliklə deyə bilərik ki, ölkəmizin gözəl gələcəyi var Azərbaycanın  gələcəyi  etibarlı əllərdədir”.

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Şəbnəm Məmmədova isə 2020-ci ilə hədəflənmiş tədbirlərdə İKT-nin daha da inkişafının diqqət mərkəzində olacağını bildirib.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov ölkə gənclərinin cəmiyyətimizin aparıcı qüvvəsi olduğunu bildirib. Onun sözlərinə görə, gənc nəsil ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər.

Millət vəkili Sevinc Hüseynova da Azərbaycan gənclərinin yüksək intellektual potensiala malik olduğunu vurğulayıb.

Dəyirmi masa”da, həmçinin, YAP Gənclər Birliyinin sədr müavinləri Aytən Əliyeva Aytac Əliyeva, təşkilatın ofisinin rəhbəri Sərraf Hüseynov, ofisin təşkilatı işlər üzrə koordinatoru Vüsalə Niftəliyeva, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov, gənc fəallardan Səidə Abdullayeva başqaları   çıxış edərəkAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası ilə əlaqədar fikir təkliflərini bildiriblər. Çıxışlarda İKT-nin təhsildə tətbiqi, region gənclərinə dəstək, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, turizmin inkişafı s. məsələlərlə əlaqədar təkliflər səsləndirilib.

Qeyd olunub ki, gənclərin təklifləri layihə formasında hazırlanaraqAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında nəzərə alınması üçün müvafiq strukturlara təqdim ediləcək.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azəzərbaycan.- 2012.- 26 aprel.- S.5.