Mənim həyatımın ən gözəl anları Azərbaycanda keçib

 

Zəki Qazioğlu: Azərbaycan nə qədər güclənərsə, Şimali Kipr Türk Cümhuriyyəti də o qədər rahat və güvənlikdə olar

 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubu”nun budəfəki qonağı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğludur:

-Zəki bəy, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələr barədə nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, 1990-cı ilin 20 Yanvar faciəsini dünyada ilk qınayanlardan biri ŞKTC-nin Cümhuriyyət Məclisi olub. Daha sonra ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı da kəskin şəkildə qınadıq. Şimali Kiprin Cümhuriyyət Məclisi sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə qarşı çıxan və Azərbaycanı hər zaman dəstəkləyən ilk addımı atıb. Bundan başqa Dağlıq Qarabağ münaqişəsi davam etdiyi ötən dövr ərzində biz hər zaman Azərbaycanın yanında olan, eyni acıları daha öncə biz də yaşadığımız üçün bunu ən yaxşı anlayan və daim azərbaycanlı qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik. Onu da deyim ki, Şimali Kiprin Türkiyədən sonra ən çox təmasda olduğu ölkə Azərbaycandır. Bizim burada həyata keçirmək istədiyimiz işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları bir-birləri ilə sıx əlaqəyə girsin.

- Azərbaycanla Şimali Kipr arasında hansı sahələrdə əlaqələrin inkişaf etdiyi daha çox özünü göstərir?

- Qarşılıqlı əməkdaşlıq sahəsində öz bəhrəsini verən daha çox təhsil sahəsidir. Turizm sahəsi də pis deyil. Keçən il bunun bir təcrübəsi də reallaşdı. Çarter relslər”i açıldı iki ayda buradan Şimali Kiprə 4 min turist getdi. Demək ki, bu sahədə yaxşı bir potensial var. Təbii ki, bunu dövlət etməməlidir, edə bilməz. Bu, yalnız xüsusi şirkətlərin görə biləcəyi işdir. Hesab edirəm ki, azərbaycanlı adamlarının Şimali Kiprə getməyinin əsl vaxtıdır. Mən Azərbaycan adamlarını həmişə olduğu kimi, bu gün Şimali Kiprə dəvət edirəm. Gedib görsünlər. Ən çox da orda turizm üçün çox zəngin bir sərmayə qoymaq imkanları var bizim dövlət bunu təşviq edir. Bunun üçün bəzi güzəştlər var. Ona görə deyirəm ki, hazırda Kiprə getməyin tam zamanıdır. Çünki Kipr türkləri üzərində olan embarqolar davamlı deyil. Əlbəttə ki, bütün bunlar tezliklə aradan götürüləcək. Çünki orada günahsız insanlar insan haqlarından məhrum ediliblər. Bunu hələ ki, Avropa görməməyə çalışır, amma hər bir vicdanı olan insan günahsız insanların orda təzyiqlər altında saxlanıldığını bilir. Bu təzyiqlər tezliklə ortadan qalxacaq Avropadan Şimalı Kiprə çox böyük sərmayələr gələcək. Əlbəttə ki, Avropadan gələn şirkətlər bankların pullarıyla, kreditləriylə çox güclü şəkildə investisiya qoymağa çalışırlar. Bax, azərbaycanlı adamları o zaman gələrsə, avropalılarla yarışma vəziyyətində qalacaq qalib gəlmək şansı çox az olacaq. Halbuki, indiki vaxtda bu rəqabət yoxdur ora investisiya qoymağın əsl vaxtıdır.

- Azərbaycanla Şimali Kipr arasında tələbə mübadiləsi hansı vəziyyətdədir?

- Mən Azərbaycana gəldiyim zaman ŞKTC- 65 azərbaycanlı tələbə var idi. Bir il sonra bu say 97-yə çatdı. Sonra isə 117, 127, 412 oldu. Bu il isə 950 oldu. Oktyabrda olacaq qəbulda isə bu sayın 1500-ə çatacağını güman edirəm. Bu, böyük bir rəqəmdir. Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə, Şimali Kiprdə olan 1500 çox böyük rəqəmdir. Kiprdə oxuyan xarici tələbələr içərisində ilk sırada Nigeriya İran qərarlaşır. Azərbaycan 6-cı sırada idi, amma indi 3-cü sıradadır. Güman edirəm ki, növbəti illərdə Azərbaycan bu istiqamətdə birinci yerə keçəcək. Bizdəki universitetlərin xaricdən gələn tələbə sayı 60 min olmalıdır. İndi 45 min tələbədir. Qarşımızdakı hədəf bu sayı lazım olan səviyyəyə yüksəltməkdir. Bu 60 min tələbənin 5 mini mütləq Azərbaycandan olmalıdır. Buna görə , Şimali Kiprdə universitetlərin sayı artmaqdadır. Hazırda bizdə 5 universitet var ki, onlardan 2-si dövlət, 3-ü isə özəldir.

- Bəs, azərbaycanlı tələbələrə güzəştlər varmı?

- Azərbaycanlı tələbələrə 50 faiz güzəşt var. Şimali Kiprdən olan tələbə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı tələbələr eyni qiymətlə təhsil alırlar. Amma Türkiyədən gələn tələbələr bunun iki qatını ödəyirlər. Bəzi universitetlər bir illik təhsil haqqı, gündə üç dəfə yemək yataqxana xərclərindən ibarət paket üsulu tətbiq edirlər. Bu isə, Azərbaycan manatı ilə 5 min manat civarında olur.

- Bir az da fəaliyyətiniz haqqında danışaq. Bu günə kimi Azərbaycandan başqa hansı ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz?

- 1987-ci ildən 1991-ci ilə qədər Belçikada - Brüssel nümayəndəliyində birinci katib olaraq çalışdım, sonra qısa bir vaxt ərzində İstanbulda baş konsul oldum. 1997-ci ildən 2003-cü ilə qədər İsveçrədə - Cenevrə nümayəndəliyində çalışmışam. Sonra Xarici İşlər Nazirliyinə qayıtdım üç il nazirlikdə işlədim. Nəhayət, son altı ilimi Azərbaycanda fəaliyyət göstərmişəm. Əslində isə, mən Şimali Kipri çox sevdiyimdən, xaricə getməsəydim olardı, sadəcə elə bir peşə seçmişəm ki, bütün həyatımı xaricdə keçirmək məcburiyyətində qaldım. Amma yavaş-yavaş sonuna gəlirik. Bundan sonra isə təqaüdə gedəcəyəm.

- Azərbaycana gəldiyiniz vaxtdan bu günə kimi görülən işləri necə qiymətləndirirsiniz?

-Mənim üçün Azərbaycan heç bir zaman yad bir yer deyildi. Amma Azərbaycanı daha yaxından tanımaq istərdim. Həm ki, dünyanın ən gözəl yerlərində diplomatik fəaliyyətdən sonra növbəti gedəcəyim ölkə ilə çox maraqlanırdım. 2005 -ci ildə ilk dəfə bura gələndən sonra gedib nazirəAzərbaycana bağlandım, məni orda diplomatik vəzifəyə göndərə bilərsinizdedim. 2006-cı ildən bu günə qədər burda yaşayaraq ən düzgün qərar verdiyimi özüm-özümə sübut etdim. Mənim həyatımın ən gözəl anları Azərbaycanda keçib. Digər ölkələrə gəlincə, məsələn, İsveçrə gözəl bir tablonu xatırladır, o ağaclar, o otların rəngləri, o sular, amma heç bir iyi gəlməz onların. Azərbaycanda isə hansısa rayona gedərkən yoldan bir keçi keçər onun iyi, ağacın, çiçəyin, böcəyin iyi adama xoş gəlir. Deməli, insan doğma yerlərdə özünü daha rahat hiss edir, daha xoşbəxt olur.

-Zəki bəy, bilirik ki, maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz ovla məşğul olmağa imkan verirmi?

- Mənim imkanım olsa, ova tez-tez gedərəm. Həm ki, xaricilərə burda silah qadağandır. Ona görə , mənim burda öz silahım yoxdur. Buna görə , burdakı dostlarla ova getmək lazımdır. Təəssüf ki, onların da hər zaman vaxtı olmur. Bu baxımdan da, ildə 3 ya 5 dəfə ova getmək fürsətim olur. Atam ovçu olduğuna görə, mən 8 yaşımdan ovla məşğulam. Ən çox ovladığım isə quşdur. Digər heyvanlara yazığım gəldiyi üçün onları ovlamaq istəmirəm. Quşu vurmaq istəyərkən isə düşünməyə fürsət olmur.

- Azərbaycan mətbəxini bəyəndinizmi daha çox hansı yeməkləri xatırlayacaqsınız?

- Sizin mətbəxlə bizim mətbəx arasında elə bir fərq yoxdur. Mən o qədər çox yeyən adam olmadığıma görə dolma, , kababın adını çəkə bilərəm.

- Övladlarınızın sizin yolunuzu davam etdirmək fikirləri varmı?

- Xeyr. Doğrusu, istəmirəm ki, onlar dövlət işində işləsinlər. Özəl sektorda işləmələrini daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid hotel idarəetməçiliyi üzrə oxudu hal-hazırda İsveçrədə təcrübə qazanır. 26 yaşlı İmah adlı oğlum isə İstanbulda hüquq bürosunda işləyir.

- Sizi Azərbaycanda əvəz edəcək insanın kim olacağını bilirsinizmi?

- Azərbaycanda məni əvəz etmək üçün Sadəddin Topuqçu gələcək. O da mənə çox yaxın insandır. Azərbaycandan getsəm , fikrim hər zaman burada olacaq.

 

 

 Yeni Azərbaycan.- 2012.- 1 avqust.- S.6.