Prezident İlham Əliyevin
həyata keçirdiyi uğurlu
idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya
hərəkatının ən fəal üzvlərindən
birinə çevirib
Ülvi Quliyev: Bu gün
dünyada qısa müddətdə güclü
idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül
ölkələrindən birinə
çevrilməyin Azərbaycan
modeli var
Müsahibimiz Milli Məclisin
üzvü, Azərbaycan
Respublikası Karate-Do Federasiyaları
Assosasiyasının Prezidenti
Ülvi Quliyevdir:
- Ülvi müəllim, Azərbaycan idmançılarının
XXX London Yay Olimpiadasında
əldə etdiyi qalibiyyət hər bir azərbaycanlı üçün qürur hissi verdi.
Ümumiyyətlə, idmançılarımızın
çıxışını ötən Olimpiya oyunları ilə müqayisədə necə
qiymətləndirirsiniz?
- İlk olaraq vurğulamaq lazımdır
ki, Olimpiya oyunları idman yarışları arasında
ən yüksək zirvədir. Digər tərəfdən, bu oyunların şüarında da səsləndiyi kimi əsas olan yarışlarda iştirak
etməkdir. Bəziləri
bu fikri bir az sadə qarşılayır,
amma nəzərə almaq lazımdır ki, Olimpiya oyunlarında
iştirak etmək üçün hər bir idmançı bir neçə yüksək səviyyəli
yarışlarda yüksək
nəticələrə nail olmalıdır. Bu lisenziyanı əldə etmək demək olar ki, bütün
gücünü, bu sahədəki istedadını
ortaya qoymalısan.
Bu gün Azərbaycanın
Olimpiya komandasının
sayının artması
məhz idmançılarımızın
dünya, Avropa və digər beynəlxalq miqyaslı yarışlarda əldə
etdiyi nailiyyətlərin
nəticələridir. O baxımdan, bir idmançımızın Olimpiya
oyunlarında iştirakı
bir neçə mərhələdəki qalibiyyətimizin
bəhrəsi sayılmalıdır.
İkinci bir tərəfdən, ötən
Olimpiya oyunlarındakı
nəticələrlə son nəticələrə müqayisəli
şəkildə yanaşsaq,
bunu bir neçə istiqamətdən
dəyərləndirə bilərik.
Birincisi,
iştirakçıların sayının artması ölkəmizdə idman siyasətinin uğurlarından,
idmançılarımızın dünya arenasındakı
qalibiyyətindən xəbər
verir. Medal sayının artımı,
rekord saya çatması isə idmana qayğının ortaya qoyduğu nəticəyə əsaslanır.
Yəni,
istər kəmiyyət,
say, istərsə də
keyfiyyət baxımından
Azərbaycan Olimpiya yığmasının çıxışı
olduqca yüksək səviyyəlidir. Sıralamaya
baxanda bizdən geridə qalan bir sıra inkişaf
etmiş, əhalisinin
sayı dəfələrlə
bizdən çox olan ölkələrin adına rast
gəlirik. 204 dövlət arasında
30-cu sırada qərarlaşmaq
olduqca yüksək nəticədir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə Olimpiya hərəkatının
yaşı digər ölkələrə nisbətən
cavandır. Bu uğurlar isə, ölkəmizdə Prezident
İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
idman siyasətinin uğurlarıdır. Bu gün idmana dövlət səviyyəsində
göstərilən qayğı,
yaradılan şərait
ölkəmizdə idmanın
kütləviliyini təmin
edib. Azərbaycanda güclü idmançıların
yetişməsində bu
kütləvilikdən irəli
gələn rəqabət
də öz sözünü deyir. Bu gün
bütün idman növləri üzrə Azərbaycanda gənc, güclü idmançılar
yetişir ki, bu da gələcək
yarışlarda, mötəbər
turnirlərdə ölkəmizin
bayrağının daha
çox dalğalanmasına,
himnimizin daha çox səslənməsinə
yol açacağına
ümid yaradır.
Artıq Paralimpiya oyunlarına da start verilib və
inanıram ki, komandamız burada da uğurlu nəticələr əldə
edəcək.
- Qeyd etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək səviyyədədir
və idmançılara
yaradılan şərait
hər zaman yüksək dəyərləndirilir.
Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında hansı
rolu oynayır?
- Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir.
Hazırda, respublikamızın bütün bölgələrində
dünya standartlarına
cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib.
Sevindirici haldır ki,
London Olimpiyadasında qalibiyyət
əldə edən idmançılarımızın bir çoxu məhz bölgələrimizi
təmsil edən idmançılardır. Hətta çempionumuzun
biri-Tural Gəncə idman məktəbinin yetirməsidir. Vaxtilə, idman
qurğularının tikintisində
zona prinsipi əsas götürülürdüsə,
bu gün hər bir rayonumuzda
yüksək səviyyəli
idman kompleksləri tikilib istifadəyə verilib. Bununla yanaşı, kiçik
tutumlu məşq zalları, paytaxt və ona yaxın
ərazilərdə böyük
idman arenaları inşa olunub. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın
kütləviliyinə göstərilən
diqqət olduqca böyükdür. Bu gün Olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub,
uşaqlar, yeniyetmələr
idman bölmələrində
yeni standartlarla məşq edirlər.
Bu baxımdan, bütün məsuliyyətimizlə
Azərbaycanda idmanın
yüksək sürətlə
inkişaf etdiyini deyə bilərik. Yuxarıda da qeyd etdiyim
kimi, bu inkişaf özünü
qazanılan uğurlarda
aşkar göstərir.
Azərbaycanın dünyada idman
ölkəsi kimi tanınmasında ölkəmizin
Olimpiya Hərəkatında
əhəmiyyətli uğurlara
imza atmasının çəkisi çox böyükdür. Hətta
deyə bilərik ki, bu gün
dünyada qısa müddətdə güclü
idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül
ölkələrindən birinə
çevrilməyin Azərbaycan
modeli var. Ölkə Prezidenti, möhtərəm
İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən
fəal üzvlərindən
birinə çevirib.
Azərbaycan qısa müddətdə bir sıra beynəlxalq yarışlara ev
sahibliyi edib. Bu səviyyəyə çatmaq üçün
Azərbaycanda səbrlə,
planlı şəkildə
genişmiqyaslı işlər
həyata keçirilib.
- Yaradılan infrastruktur, şəraitlə yanaşı,
ölkəmizdə idmanın
kütləviliyinin təminatında
bu sahənin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının, qanunvericiliklərin
rolu hansı səviyyədədir?
- Ümumiyyətlə, bir faktı mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada tək-tək ölkələrdəndir ki,
bütün sahələrdə
əldə olunan nailiyyətlər konsepsiyaya
əsaslanır. O cümlədən
də, idman sahəsindəki qələbələr,
nəticələr də
məhz konsepsiyaların,
uzun dövr üçün hazırlanan
proqramların nəticəsində
əldə olunub. Prezidentimizin də qeyd etdiyi
kimi, idmanın inkişafı dövlət
siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. 2004-2008-ci illərdə
həyata keçirilən
idmanın inkişafına
dair Dövlət Proqramı bu sahədə sıçrayışlı
inkişafın təməli
sayıla bilər.
Məhz,
həmin dövrlərdə
və ondan sonrakı illərdə Azərbaycanda bölgələrdə
idmanın inkişafı
geniş vüsət aldı. Prezident İlham Əliyevin
şəxsi səyi sayəsində bölgələrdə
gənclərin sağlam
şəkildə yetişdirilməsi,
ölkəmizin genefondunun-gənclərimizin
sağlam ruhda böyüməsi üçün
əsaslı addımlar
atıldı. Dövlət Proqramı başa çatsa da, bu sahə üzrə
görülən işlər
davam etdirilir. Digər tərəfdən, hər
bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Bu gün ölkəmizdə
idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər,
ibtidai məktəb səviyyəsində də
inkişaf etdirilir.
“Bədən Tərbiyəsi və İdman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə
inkişafını, həm
də bu inkişafın sistematikliyini
təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə
dövlət siyasətinin məqsədi bədən tərbiyəsi
və idmanın hüquqi bazasını, bədən tərbiyəsi
və idmanın inkişafının təmin etdirilməsini,
yüksək dərəcəli idmançıların
hazırlanması üçün bədən tərbiyəsi-idman
təşkilatlarını, uşaq idman müəssisələri
sistemini yaratmaqdan ibarətdir. Yəni, bu
sahədə nailiyyət əldə olunması
üçün bütün imkanlar yaradılır. O
cümlədən, bu gün bütün idman təşkilatları
üçün bərabər imkanlar yaradılıb və
bütün idman sahələri inkişaf etdirilir. Bu özü-özlüyündə həm də
sistematikliyi, davamlılığı təmin edir. Təbii ki, nəzərə alsaq ki, idmanla peşəkar
səviyyədə məşğul olan insanların əksəriyyəti
gənclərdir, idmana qayğı, idmanın kütləviliyi
həm də gənclərin inkişaf etdirilməsi sahəsində
görülən işdir. Bu baxımdan,
ölkəmizdə gənclərin inkişafına həsr
olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın
inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir.
Gənclər arasında maarirfləndirici təbliğatın
aparılması, idmana cəlb olunması bu məsələdə
əsas xətt sayılır. Əsas məqsəd
gənclərin sağlamlığının qorunması və
buna xidmət edən təşviqedici və maarifləndirmə
tədbirlərinin keçirilməsidir. Unutmayaq
ki, sağlam gənclik həm də sağlam gələcək
deməkdir. Ölkə rəhbərliyinin
qayğısı ilə həyata keçirilən bu tədbirlər
bir daha onu deməyə əsas verir ki, ölkəmizdə
idmanın inkişafı gələcək illərdə də
yüksək səviyyədə təmin olunacaq.
- 2012-ci il həm də Prezident İlham Əliyev tərəfindən
“İdman ili” elan olunub. Artıq “İdman ili”nin
yarısı arxada qalıb. İstərdik ki,
ötən dövrdə ölkəmizdə idmanla
bağlı görülən işləri dəyərləndirəsiniz?
- Birmənalı
şəkildə “İdman ili”nin ən əsas
nailiyyəti Olimpiya oyunlarında iştirakımız və əldə
olunan 10 medaldır. Bununla yanaşı, bu ilin 6 ayı ərzində
ölkəmiz bir sıra mühüm beynəlxalq turnirlərə
ev sahibliyi edib. Xüsusi vurğulamaq gərəkir
ki, dövlət başçımızın bu sahəni
xüsusi olaraq diqqətdə saxlaması nəticəsində,
bu gün dünyanın idman mərkəzlərindən biri
kimi nüfuzlu idman tədbirlərinə ev
sahibliyi edən ölkəmizdə ötən il 36 beynəlxalq
yarış təşkil edilib. Cari ilin altı ayı ərzində
isə artıq 28 beynəlxalq yarışa ev
sahibliyi etmişik. Bu ilin ötən ayları ərzində
idmanla bağlı 126 respublika tədbiri keçirilib,
komandalarımız 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq
toplanışında iştirak ediblər. Bu rəqəmlər
Azərbaycanın idman həyatının nə qədər
geniş olduğunu əks etdirir. Əldə olunan nəticələr,
görülən işlər, səslənən bu faktlar
ölkəmizin gələcək illərdə Olimpiya
oyunlarına ev sahibliyi iddiası yolunda bir
mayakdır. Bildiyimiz kimi, ölkəmiz 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək
hüququ uğrunda mübarizəyə qoşulub və
idmanın yüksək inkişafı yaxın zaman kəsiyində
buna nail olmağımıza imkan verir. Heç
kimə sirr deyil ki, hər dövlət bu və ya digər
şəhəri üçün Olimpiya oyunlarını
keçirməyə iddiaçı şəhər statusunu
ala bilmir. Çünki bu zaman həm
dövlətin, həm də şəhərin imkanları,
ölkənin və şəhərin bütün sferalarda
inkişaf templəri, xüsusiyyətləri nəzərə
alınır. Olimpiya Oyunlarını
keçirmək iddiamız dünyanın idman ailəsində
xüsusi bir yerə malik olmağımızdan xəbər
verir. Mən inanıram ki, ölkədə
Olimpiya hərəkatı və idman sahəsində
görülən işlər, beynəlxalq miqyasda qazanılan
nüfuz və etimad bu arzumuzu da gerçəkləşdirəcək.
Möhtərəm Prezidentimizin dediyi kimi, “bizim bu işə sədaqətimiz
və bağlılığımız gec-tez məqsədə
nail olmağa aparıb çıxaracaqdır”. Biz
mütləq şəkildə Prezidentimizin bütün sahələrdə
fəaliyyətini dəstələkləməliyik ki, qələbələrimizin
də sayı çox olsun.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 28 avqust.-
S.6.