Mədəni irsimizin tariximizin böyük hamisi

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada gözəl örnəkdir

 

Məlum olduğu kimi, cəmiyyətə xidmət etmək, insanlara təmənnasız qayğı diqqət göstərmək, həmçinin, xalqımızın milli mədəniyyətini dünyada təbliğ etmək Heydər Əliyev Fondunun bu Fondun rəhbəri, Azərbaycanın birinci xanımı UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyət istiqamətlərinin mərkəzində dayanan başlıca amillərdəndir. Ümumiyyətlə, Mehriban xanım Əliyeva ölkəmizdə dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahəsində respublikada beynəlxalq miqyasda böyük işlər görən, bir sözlə, Azərbaycanı layiqincə təmsil edən bir insan kimi tanınır.

 

Mədəniyyətlərarası dialoqa mədəni irsinin qorunmasına töhfələr

 

Mehriban xanım Əliyeva Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən, milli mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərməyə başlayıb. Belə ki, hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə, Azərbaycan, ingilis rus dillərində çap olunanAzərbaycan - İrsjurnalını təsis edib. Bakıda hazırda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb.

Heç şübhəsiz, milli mədəniyyətimizin inkişaf etdirilməsi dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan fondun xidmətləri əvəzolunmazdır. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti eyni zamanda, mədəniyyətlərarası dialoqa töhfədir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq Qərb musiqisini, eləcə məşhur ifaçıları, bəstəkarları bir araya gətirir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin uğurlu fəaliyyəti nəticəsində, Bakıda keçirilən “Eurovision-2012” mahnı yarışması isə ümumiyyətlə bu mötəbər müsabiqənin tarixinin ən möhtəşəm tədbirlərdən birinə çevrildi.

Mehriban xanım Əliyeva ölkəmizdəki qədim tarixi abidələrin bərpasına qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. May ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtımıza gələn minlərlə qonağın gəzinti turunun marşrutuna salınan Qala qoruğu ölkəmizdən kənarda da məşhurlaşmaqdadır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin təmiri bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. 2012-ci ilin iyununda isə Heydər Əliyev Fondu ilə Romadakı Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair Sazişimzalanıb.

Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə , mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə, 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam aşıq sənəti, eləcə , Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

İdmana qayğı

 

Mehriban xanım Əliyevanın idmanın, xüsusən , onun bir sahəsi olan gimnastikanın respublikamızda inkişafına dəstəyi xüsusi qeyd edilməlidir. Məlumat üçün bildirək ki, 2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də o, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003-cü 2004-cü il Dünya Kuboku yarışlarının 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Beləliklə, bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycanda bədii gimnastika sürətlə inkişaf etdi, bu sahədəki təmsilçilərimiz beynəlxalq yarışlarda yüksək yerlər tutmağa başladı. 2012-ci il London Yay Olimpiadasında ölkəmizi bədii gimnastika üzrə təmsil edən Aliyə Qarayevanın 4-cü yerə yüksəlməsi isə Azərbaycan gimnastikasının növbəti uğurudur.

 

Mehriban xanım Əliyevanın humanist addımları Azərbaycan sərhədləri ilə məhdudlaşmır

 

Mehriban xanım Əliyeva həmçinin, xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım göstərilməsi, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Belə ki, Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məkəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası və s. kimi böyük layihələrə imza atıb. Sonuncu belə tədbirlərdən biri kimi, 2012-ci ilin iyulunda Yasamal rayonundakı 27 və 325 saylı uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini göstərmək olar.

Onu da bildirmək yerinə düşər ki, Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Məsələn, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində qızlar üçün yeni müasir məktəbin tikintisinə başlandı və 2007-ci ildə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verildi. Fond mütəmadi olaraq həmin məktəbi əyani vəsaitlər, kitablar, kompyuterlər və digər ləvazimatlarla təchiz edir.

Bu günlərdə Pakistanın nüfuzlu “Daily Times” qəzetində nəşr olunan “Mehriban Əliyeva - humanizm rəmzi” başlıqlı yazıda qeyd olunur ki, 2012-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın Hayber-Paxtunva, Bəluçistan, Pəncab və Sind əyalətlərində səhiyyə, təhsil və humanitar layihələrdən ibarət silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində kimsəsizlər evində, qadın və uşaqlar üçün xəstəxanada hepatit B virusuna qarşı peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılıb. 2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib. Tədbirin məqsədi təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək idi.

Mehriban xanım Əliyeva Dürand xəttinin hər iki tərəfində könüllü əsaslarla təhlükəsiz qanköçürmə ilə məşğul olan Həmzə Fonduna tam təchiz olunmuş 1 təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi hədiyyə edib. Azərbaycanın birinci xanımı, həmçinin, Hayber Göz Fondunun Pişəvarda yerləşən göz klinikası üçün yeni binanın inşasına maddi yardım göstərib.

Müqəddəs Ramazan ayında isə İslamabad, Rəvalpindi, Kəraçi, Larkana, Navabşah, Kvetta, Job və Pişəvar şəhərlərində yerləşən “Pakistan Sweet Home” uşaq evlərinin 1200-dən çox sakini üçün Heydər Əliyev Fond tərəfindən iftar süfrələri təşkil edilib.

Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə, Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyeva həmçinin, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə, bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

2012-ci ildə Mehriban xanım Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında isə ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

 

Qadınlara örnək dəstək olan fəaliyyət

 

Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2012-ci il iyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas zamanı qadınların cəmiyyət həyatının müxtəlif sahələrində artan fəallığının müsbət cəhətlərindən danışılıb. İclasda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib, Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını və burada qadınlara verilən seçki hüququnun bir çox aparıcı dövlətləri qabaqladığını vurğulayıb.

Qeyd edək ki, Mehriban xanım Əliyeva 2011-ci il iyunun 24-də Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunub.

2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimai və siyasi xadimlərin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də, onların ictimai fəaliyyətlə bağlı məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib. O, Azərbaycan Respublikasında təhsilə, o cümlədən, qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulayıb.

Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə, ölkənin siyasi həyatında aktiv iştirak edir.

Beləliklə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada gözəl örnəkdir. Danılmaz həqiqətdir ki, dünya təcrübəsində birinci xanımın ictimai, siyasi həyatda, humanitar sahələrdə bu qədər aktiv olması, beynəlxalq miqyasda ölkənin layiqli təmsilçisinə çevrilməsi hallarına az rast gəlmək olar.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2012.- 28 avqust.- S.3.