"Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı"

 

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyinin mərkəzi ofisində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və Təhsil komissiyasının keçmiş sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovun “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP GB-nın sədri Seymur Orucov deyib ki, keçmişlə müqayisədə dünya bu gün bir çox cəhətdən həm rahat, həm də narahat dövrünü yaşayır:Bir tərəfdən bəşəriyyət xeyli tərəqqi etmiş, iqtisadiyyatın, mədəniyyətin, təhsilin,  elmin səviyyəsi xeyli yüksəlib. Digər tərəfdən, mənfi təzahürlər də artıb”.

Bildirilib ki, çağdaş dövrümüzdə doğma planetimizdə baş verən müsbət və mənfi qlobal dəyişikliklərə nəzarət etmək üçün mükəmməl meyara böyük ehtiyac duyulur: “Professor Ş.Əsgərovun “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabı bu ehtiyacı ödəmək baxımından lazımlı kitab saymaq olar. Kitabın ana xəttini yeni meyar, tədqiqatların riyazi aparatı və onu dövrümüzün social iqtisadi göstəricilərinə tətbiqi təşkil edir.

Daha sonra professor Ş.Əsgərov kitabın gənclər üçün oynadığı mühüm rol haqqında məlumat verib və fəlsəfənin, elmin və təhsilin zəruri əlaqəsindən və bu əlaqənin cəmiyyətin həyatı üçün əhəmiyyətindən danışıb.

Digər çıxış edənlər YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP GB-nın təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva, birliyin sədr müavini Aygün Əliyeva və digərləri çıxış edərək kitab haqqında xoş təəssüratlarını bölüşüblər.

 

Bayraml Nardar

Yeni Azərbaycan.- 2012.- 27 dekabr.- S.6.