Siyavuş Novruzov: Biz artıq namizədimizi müəyyən etmişik. Namizədimiz bəllidir

 

Bizim hər yerdə güclü yerli strukturlarımız və geniş seçki texnologiyalarına malik seçki qruplarımız var

 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovunwww.modern.azsaytına müsahibəsini təqdim edirik:

- Siyasi oppenentləriniz artıq 2013-cü ilin prezident seçkilərinə hazırlığa start veriblər. Müxtəlif siyasi bloklar yaranır, mesajlar ötürülür, namizədlər barədə müzakirə açılır. Məsələn, eks-spiker Rəsul Quliyev artıq prezidentliyə namizəd olacağını elan edib, müsavatçılar qurultayda İsa Qəmbərin namizədliyini irəli sürməyə hazırlaşırlar. Yeni Azərbaycan Partiyası özünün namizədi barədə müzakirələrə başlayıbmı?

- Əlbəttə müzakirələr gedir. Altı ay əvvəl partiyanın Sədr müaviniİcra katibi Əli Əhmədov bildirdi ki, YAP 2013-cü il üçün partiyanı Sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürür. Bizim hər yerdə güclü yerli strukturlarımız geniş seçki texnologiyalarına malik seçki qruplarımız var. Biz artıq namizədimizi müəyyən etmişik. Namizədimiz bəllidir. Müxalifətə gəlincə, onlar hələ indiyə qədər namizəd müəyyən edə bilmirlər. Heç edə bilməyəcəklər. Elə son parlament seçkilərini götürün. Marafona start verilməsinə baxmayaraq, müxalifət liderləri hələ hansı dairədən öz namizədliklərini verəcəklərini müəyyənləşdirə bilməmişdilər. Elə hardan gəldi namizədliklərini irəli sürmək o demək deyil ki, o elə uğur qazanacaq.

- Bəzən belə xəbərlər yayılır ki, hakimiyyət daxilində YAP-ın namizədilə bağlı birmənalı fikir yoxdur...

- Bu söhbətlərin heç bir əsası yoxdur. Hakimiyyət birdir, qərar da birdir. Vəssalam. Guya hansısa fərqli mövqeyin olması barədə yazılanlara gəlincə, bu hansısa qəzetlərin reytinq xətrinə yazdığı yazılardı. Elə bir məsələ yoxdur. Bunların hamısı yalan böhtandır.

- Bəs bütün bu kimi xəbərlər sizcə nədən qaynaqlanır?

- Bu əsasən xarici kəşfiyyat orqanlarının ortaya atdığı terminlərdir. Onlar bu terminləri müəyyən müxalifət nümayəndələri qəzetlərin vasitəsi ilə irəli sürürlər.

- Müxalifətlə iqtidar arasında siyasi münasibətləri normal sayırsınızmı?

- Dünyanın hər yerində iqtidarla müxalifət arasında mübarizə gedir bu təbiidir. Müxalifət hakimiyyətə gəlmək istəyir, iqtidar isə hakimiyyətdə qalmaq. Burada dostluq, qardaşlıq münasibətlərindən söhbət gedə bilməz. İqtidar müxalifət siyasi rəqiblərdir. Əgər eyni partiyada, məsələn Müsavatda başqan olmaq üçün müxtəlif qüvvələr arasında hansı gərgin mübarizə getdiyini nəzərə alsaq, o zaman düşünmək olar ki, onlarla bizim aramızda hansı münasibət var.

- Hakimiyyətin monolitliyi barədə sualı təsadüfən vermədik. Çünki eks-spiker Rəsul Quliyevin əsas tezislərindən biri iqtidar daxilində hansısa qüvvələrin ona dəstək verəcəyi ilə bağlı şərhlər məlumatlardır. Sizcə burada hər hansı bir həqiqət payı varmı?

- Qətiyyətlə deyirəm ki, belə bir məsələ yoxdur. Rəsul Quliyev 1996-cı ildən artıq Azərbaycanda yoxdur. O, ölkədəki real ictimai-siyasi vəziyyəti lazımınca qiymətləndirə bilir, onun Azərbaycanda bir tərəfdarı var. Heç bir siyasi qüvvə arasında onun dəstəyi yoxdur. Bu onun bir neçə mənasız bəyanatından başqa bir şey deyil. Rəsul Quliyev 2005-ci ildə eyni sözləri deyirdi hətta təyyarəyə minib gələcəyini vəd etmişdi. O zaman nəticəsi oldusa, indi ondan da betər olacaq.

- YAP gələnilki seçkilərə özünün hansı yeni baxışları ilə getməyə hazırlaşır?

- Seçkilərə 2 ilə yaxın müddət qalır. Amma biz bu istiqamtdə işləyirik. YAP-ın bir nömrəli funksiyası seçicilərlə işləməkdir. Biz mütəmadi olaraq bununla məşğuluq oluruq. Qeyd edim ki, YAP-ın artıq kompüterdə seçici bazası var. Azərbaycanda olan seçicilərin 90 faizinin bütün məlumatları bizim kompüter bazasında yerləşdirilib. Bu bazanın üzərində biz daim aparırıq. İdeyasını dəyişən varsa, o avtomatik olaraq baza sistemdən çıxarılır, hərbi xidmətdən qayıdanlar avtomatik olaraq daxil edilir. Biz ilboyu işləyirik. Yeni texnologiyalar əsasında biz bu sistemi qurmuşuq.

- Yəqin seçicilərinizin yaşadığı ərazilərdəki problemlərdən xəbərdarsınız?

- Təbii.. Biz ərazinin öyrənilməsi praktikasından istifadə edirik. Nümayəndələrimiz tərəfindən seçicilərin problemləri mütəmadi öyrənilir. Hər məntəqəyə YAP-ın 3 fəalı təhkim olunub. Onlar problemləri toplayır. Bu problemlərdən eləsi var ki, rayon miqyasındadır, eləsi var ki respublika... Həlli mümkün olan problem dərhal həllini tapır.

- Hakimiyyətin idarəetmə sistemində qəribə bir amil diqqəti çəkir. Artıq 90-cı illərdə olduğu kimi, bütün problemlərin səbəbkarı məsuliyyəti birbaşa Prezidentin üzərinə qoyulmur. İqtidar ayrı-ayrı məmurların nöqsanlarına, özbaşınalığına ya səriştəsizliyinə məsuliyyəti birbaşa cavabdeh olaraq həmin məmur üzərində qoyur. Buna münasibətiniz?

- Tamamilə doğru qeyd edirsiniz. Sahəyə məmur rəhbərlik edir. Hər məsələyə görə dövlət başçısını günahkar bilmək müraciət etmək düzgün yanaşma deyil. Birinin suyu gəlmirsə, toyuğu itirsə, buna görə Prezident cavabdehlik daşımır, o sahəyə təhkim edilmiş məmur cavabdehlik daşıyır. O baxımdan həmin məmurlar rəhbərlik etdikləri işlərə cavabdehlik daşıyırlar. Əgər o sahədə böyük problemlər varsa, dəyişiklik edilir, icra başçısı ya aidiyyatlı strukturun rəhbəri dəyişdirilir.

- Siz parlamentin iclaslarında məmur özbaşınalığı bürokrtatiyası ilə bağlı çıxış edirsiniz. YAP belə məmurlarla bağlı müzakirələr aparırımı?

- YAP-ın İdarə Heyətində belə məsələlər mütəmadi müzakirə olunur. Əgər hardasa ciddi problemlər varsa, partiyanın Sədrinə bu barədə məlumat çatdırılır.

 

 

Yeni Azərbaycan.- 2012.- 7 fevral.- S.5.