Nəsimi rayonu: quruculuq və
inkişafın ünvanı
Dövlət
Proqramının uğurla icrası nəticəsində Nəsimi
rayonu günü-gündən abadlaşır, insanların
rifahı yüksəlir
2012-ci il yanvarın 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlət başçısının
giriş və yekun nitqlərində respublikamızdakı
iqtisadi və siyasi vəziyyət dərindən təhlil edilib,
əldə edilən uğurlar qiymətləndirilib,
qarşıda duran vəzifələr və onların həlli
yolları dəqiq müəyyən olunub. Cənab Prezidentin
vurğuladığı kimi, ötən il qarşıya
qoyulan bütün iqtisadi və sosial vəzifələr
öz həllini tapıb, ölkəmizin uğurlu
inkişafı davam edib. Ümumilikdə, 2011-ci ilin
yekunlarına nəzər saldıqda inamla deyə bilərik
ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası
qoyulan sürətli inkişaf, nəhəng quruculuq işləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir, ölkəmizin iqtisadi
qüdrəti, siyasi çəkisi və beynəlxalq
nüfuzu günbəgün artır, hüquqi, demokratik proseslər
daha da inkişaf edir. Sevindirici haldır ki, bu uğurların
qazanılmasında Nəsimi rayonunun da öz yeri, öz
payı vardır.
PAYTAXTIN MƏRKƏZİ
HİSSƏSİ ABADLAŞIR VƏ GÖZƏLLƏŞİR...
2011-ci ildə respublikamızın
bütün rayonlarında olduğu kimi, Nəsimi rayonunda da
genişmiqyaslı abadlıq, yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb. Ötən
il rayonda aparılan təmir və yenidənqurma işlərinin
gedişi ilə tanış olmaq, başa
çatdırılan tikintilərin açılış mərasimlərində
iştirak etmək üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 9 dəfə Nəsimi
rayonunda olub, eyni zamanda, rayon ictimaiyyətinin nümayəndələri,
ziyalılarla görüşüb, öz dəyərli
tövsiyələrini verib.
Qeyd etmək lazımdır ki, hesabat ilində
istifadəyə verilən tikililər, salınan park və
xiyabanlar paytaxtın mərkəzinə, ümumilikdə isə
doğma Bakımızın simasına xüsusi yaraşıq
verməkdədir və paytaxt sakinlərinin zövqünü
oxşayır.
Azərbaycan Prezidentinin Sərəncamı
ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramı”
çərçivəsində “Nizami”
kinoteatırının binası əsaslı təmir və
yenidənqurmadan sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyevanın
iştirakı ilə açılıb, kinoteatr
tamaşaçılar üçün yüksək
rahatlığın təmin olunduğu mədəniyyət
ocağına çevrilib. Hesabat ilində rayon ərazisində
yerləşən ölkə və yerli əhəmiyyətli
tarixi və memarlıq abidələri, bağ-park, monumental və
xatirə abidələrinin qorunması və təbliği də
diqqət mərkəzində olub.
2011-ci ildə dağ yəhudiləri dini
icması üçün yeni sinaqoqun tikintisi başa
çatdırılaraq istifadəyə verilib, “Əjdərbəy”
məscidinin əsaslı təmir və yenidənqurmadan sonra
açılışı olub. Bundan əlavə, S.Vurğun
küçəsindəki “Zabitlər” və Bülbül
prospektindəki parklarda aparılan yenidənqurma və
abadlıq işləri başa çatdırılaraq əhalinin
istifadəsinə verilib. Görülən işlərin nəticəsində
hər iki parkda sakinlərin istirahəti üçün hər
cür şərait yaradılıb. Həmçinin,
“Bakıelektrikşəbəkə” ASC-nin inzibati
binasının və Mərkəzi Dispetçer Xidmətinin,
28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində
yerləşən yeraltı keçidin tikintiləri başa
çatdırılıb.
Eyni zamanda, H.Seyidzadə, 20 Yanvar, Cavadxan,
S.Vurğun küçələrində, Vaqif, Azadlıq,
Tbilisi prospektlərində, rayonun mikrorayon ərazisindəki məhəllələrdə,
mövcud park və bağlarda ümumilikdə 10.000 -ə
yaxın ağac və gül kolları əkilib, rayon ərazisində
yeni-yeni yaşıllıq zolaqları salınıb. Rayon
İcra Hakimiyyəti tərəfindən 20 həyət müəyyənləşdirilərək
həmin həyətlərdə təmir-abadlıq və yenidənqurma
işləri aparılıb, S.Vurğun, R.Behbudov,
A.Bakıxanov, H.Ələsgərov, Mərdanov
Qardaşları küçələrində, Vaqif və
Azadlıq prospektlərində səkilərə tamet plitələr
döşənməsi işləri davam etdirilib,
ayrı-ayrı ünvanlarda bardürlər dəyişdirilib,
yol kənarlarında ağaclar və dekorativ kollar əkilib.
D.Əliyeva küçəsi 241, Cavadxan
küçəsi 28 və A.Əliyev küçəsi 9
ünvanlarında abadlıq və quruculuq işləri
aparılıb, məhəllədaxili yolların və
meydançaların asfalt örtüyü dəyişdirilib,
həmin ünvanlarda yeni oturacaqlar qoyulub, uşaq oyun
meydançaları quraşdırılıb, yeni
yaşıllıq zolaqları salınıb.
Hal-hazırda 2-ci mikrorayonda yerləşən
Heydər Parkında, Cavadxan küçəsində (“Moskva”
ticarət mərkəzinin qarşısındakı ərazidə)
abadlıq və yenidənqurma işləri davam etdirilir,
Bakıxanov küçəsindəki və Koroğlunun abidəsi
qoyulan parklarda son tamamlanma işləri aparılır.
Bundan əlavə, Nəsimi rayon İcra
Hakimiyyətinin Bakıxanov küçəsi 643-cü məhəllədə
inşa olunan yeni inzibati binası yaxın günlərdə
istifadəyə veriləcək.
4-cü mikrorayon ərazisində 20 Yanvar
küçəsi 21 b saylı binanın qarşısında
müasir tələblərə cavab verən yeni stadionun
tikintisi davam etdirilir və 2012-ci ilin “İdman ili” elan
olunması ilə əlaqədar olaraq, tikili yaxın aylarda
rayon gənclərinin istifadəsinə veriləcək.
Hesabat ilində, həmçinin, Füzuli
küçəsində “Qış parkı”nın
salınması ilə əlaqədar ötən ildən
başlanılan söküntü işlərinə
yaxından köməklik göstərilib, Y.Səfərov və
Ə.Quliyev küçələrinin kəsişməsində
yeni parkın salınması məqsədilə əhalinin
köçürülməsi və digər hazırlıq
işləri başa çatdırılıb.
Yuxarıda sadalananlardan əlavə, ötən
ildə Azərbaycan Dövlət Neft Akademiyasının əsas
binasına Ulu öndər Heydər Əliyevin barelyefi vurulub, ətraf
ərazidə abadlıq və yenidənqurma işləri
aparılıb. Həmçinin, cənab Prezident İlham Əliyevin
tapşırığı ilə Dövlət Neft Şirkəti
tərəfindən Azadlıq pr. 25 saylı bina təmir
olunub, Nizami küçəsi 111, 118, Azadlıq pr. 18, 80, 89,
91, 95, 97, Vaqif pr. 3 və 5, Bakıxanov küçəsi 31 və
S.Rüstəm küçəsi 60/44 saylı binaların
fasadlarında isə əsaslı təmir işləri
aparılır.
Hesabat dövründə S.Rüstəm
küçəsi 55 saylı evin fasadına 4000 m2 aqlay
daşı vurulub, 3500 m2 yeni dam örtüyü
quraşdırılıb, həmçinin, Bakıxanov
küçəsi 23 və 25 saylı binaların
fasadlarında təmir-bərpa işləri başa
çatdırılıb. İl ərzində rayonun 15
ünvanına bütövlükdə 140045 m2 asfalt vurulub.
ÖTƏN
İL RAYONDA 2034 YENİ İŞ YERİ YARADILIB
Azərbaycan Respublikası Prezidentinin 14
aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət
Proqramı”na uyğun olaraq ötən il ərzində Nəsimi
rayonunda 2034 yeni iş yeri açılıb. Bunlardan 101-i yeni
yaradılan, 206-sı mövcud müəssisə və təşkilatlar,
16-sı fəaliyyətini bərpa etmiş müəssisə
və təşkilatlar, 1711-i isə fiziki şəxslər
üzrə olub. 2011-ci ildə rayonda orta aylıq əməkhaqqı
ötən illə müqayisədə 8 faiz artaraq 402,1 manat təşkil
edib.
Ötən ildə rayonda ümumi məhsul
buraxılışının həcmi 1 milyard 132 milyon 228,8
min manat olub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 24,8 faiz çoxdur. Hesabat ilində,
istehsal olunan sənaye məhsulunun həcmi 4,1 dəfə
artaraq, 341 miyon 224,7 min manat, tikinti- quraşdırma işlərinin
həcmi isə 8 faiz artaraq 340 milyon 309,2 min manat təşkil
edib. Nəqliyyat müəssisələri tərəfindən
görülmüş iş və xidmətlərin həcmi
319 milyon 491,1 min manat, rabitə müəssisələri tərəfindən
görülmüş iş və xidmətlərin həcmi
49,5 faiz artaraq 25 milyon 203,8 min manata çatıb. Hesabat ilində
rayon üzrə pərakəndə əmtəə dövriyyəsi
706 milyon 261,7 min manat olub ki, bu da əvvəlki illə
müqayisədə 1,4 faiz artım deməkdir. Əhaliyə
göstərilən pullu xidmətlərin həcmi isə 12
faiz artaraq 681 milyon 783,4 min manat olub.
Ötən il Nəsimi rayon Məşğulluq
Mərkəzinə iş axtaran vətəndaş kimi
müraciət etmiş 6092 nəfərdən 1193 nəfərinin
daimi işlə təmin olunmasına köməklik göstərilib,
131 nəfər iş axtaran vətəndaşa işsizlik
statusu verilərək, onlardan 102 nəfərə orta aylıq
əməkhaqqı, 29 nəfərə isə minimum əməkhaqqı
məbləğində müavinət təyin edilib.
TƏHSİLƏ
DİQQƏT ARTIR
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sədrliyi ilə ötən il mart
ayının 9-da Bakı şəhər İcra Hakimiyyətində
keçirilən şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına həsr olunan müşavirədən
sonra qəbul edilən Dövlət Proqramına Nəsimi
rayonu üzrə 41 bənddən ibarət tədbir
salınıb, ötən müddət ərzində Dövlət
Proqramında nəzərdə tutulan bütün tədbirlər
həyata keçirilib. “2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq rayonun 6 təhsil müəssisəsində əsaslı
təmir işləri aparılıb, 35 və 151 saylı tam
orta məktəblərdə müvafiq olaraq 250 və 160 yerlik
əlavə korpuslar tikilib, 4 körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri
aparılıb. 76 saylı körpələr evi-uşaq
bağçasında təmir işləri başa
çatdırılaraq istifadəyə verilib, 164 saylı tam
orta məktəbdə isə işlər başa çatmaq
üzrədir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
2011-2012-ci tədris ili ərəfəsində bütün
birinci sinif şagirdlərinə məktəbli ləvazimatları
hədiyyə edilib, il ərzində rayonda fəaliyyət
göstərən yardımçı məktəblərə
müntəzəm diqqət və qayğı göstərilib.
Qeyd etmək yerinə düşər ki, hesabat ilində
rayonda 29 tam orta məktəb, 2 xüsusi məktəb, Heydər
Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan
Universitetinin nəzdində məktəb-lisey kompleksi,
Atatürk liseyi və 7 məktəbdənkənar tərbiyə
müəssisəsi, 47 körpələr evi-uşaq
bağçası fəaliyyət göstərib. 2010-2011-ci tədris
ilində ümumtəhsil məktəblərini 1936 şagird
bitirib, onlardan 1121 nəfəri ali məktəblərə
daxil olub. Abituriyentlərdən 49-u 600-dən, o cümlədən,
12-si isə 650-dən yuxarı bal toplayıb, 3 nəfəri
isə Prezident təqaüdünə layiq görülüb.
650-dən yuxarı bal toplayan abituriyentlər rayon İcra
Hakimiyyətində qəbul edilib, qiymətli hədiyyələrlə
mükafatlandırılıb. Fərəhləndirici
haldır ki, 2010-2011-ci tədris ilinin nəticələrinə
görə Azərbaycan Respublikası Prezidentinin “İlin ən
yaxşı ümumtəhsil məktəbi” və “İlin ən
yaxşı müəllimi” mükafatlarının təsis
edilməsi haqqında Sərəncamı ilə 8, 14, 42, 151
saylı orta məktəblər “İlin ən yaxşı
ümumtəhsil məktəbi”, rayon müəllimlərindən
17 nəfər isə “İlin ən yaxşı müəllimi”
nominasiyası üzrə müsabiqənin qalibi olub, 2 nəfər
“Əməkdar müəllim” adına, 1 nəfər isə “Tərəqqi”
medalına layiq görülüb.
XÜSUSİ
QAYĞIYA EHTİYACI OLANLARIN SOSİAL MÜDAFİƏSİ
GÜCLƏNDİRİLİR
2011-ci ildə Dövlət Sosial Müdafiə
Fondunun Nəsimi rayon şöbəsində 25227 nəfər
pensiyaçı və müavinət alan vətəndaşlara
xidmət göstərilib ki, bunlardan 17641 nəfəri yaşa
görə, 5522 nəfəri əlilliyə görə, 2064 nəfəri
isə ailə başçısını itirməyə
görə pensiya alan pensiyaçılardır. Rayon üzrə
əmək pensiyalarının orta aylıq məbləği
174,75 manat təşkil edib. Faşizm üzərində qələbənin
ildönümü münasibəti ilə “1941-1945-ci illər
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi
yardım edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 3 may tarixli, 148 nömrəli Sərəncamına
əsasən 641 nəfərə ümumilikdə 158 min 800
manat məbləğində birdəfəlik maddi yardım
ödənilib.
Hesabat dövründə Əhalinin Sosial
Müdafiəsi Mərkəzi tərəfindən 4060 nəfər
vətəndaşa sosial müavinət və təqaüd
verilib, 17 nəfər təqaüdçü müalicə
olunmaq üçün sanatoriya-kurort putyovkası ilə təmin
edilib, pulsuz minik avtomobilləri almaq üçün növbəyə
dayanan 22 Qarabağ müharibəsi və vətən
müharibəsi əlillərinə kompensasiya ödənilib.
1912 ailənin 7699 nəfər ailə üzvünə
ünvanlı dövlət sosial yardımı verilib və hər
ailəyə düşən sosial yardımın orta aylıq
məbləği 138,59 manat təşkil edib ki, bu da 2010-cu
ilin göstəriciləri ilə müqayisədə 5,1 faiz
çoxdur. 2011-ci il ərzində 16 ailə yeni mənzil sahəsi
ilə təmin edilib. Onlardan 9 nəfəri Qarabağ
müharibəsi əlili, 1 nəfər şəhid ailəsi,
2 nəfər Çernobıl əlili, 3 nəfər
Böyük Vətən Müharibəsi əlili, 1 nəfər
isə 20 Yanvar əlili olub. Qeyd etmək lazımdır ki, Nəsimi
rayonu ərazisində 10872 nəfər məcburi
köçkün məskunlaşıb. Rayonda məskunlaşan
məcburi köçkün ailələrinin məişət
və kommunal xidmətləri, məskunlaşdıqları
yerlərdə rastlaşdıqları çətinliklərlə
əlaqədar yazılı və şifahi müraciətləri
daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində
olub.
ƏHALİ
FASİLƏSİZ ELEKTRİK ENERJİSİ, İÇMƏLİ
SU VƏ TƏBİİ QAZLA TƏMİN EDİLİB
2011-ci ildə istehlakçıları
fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə
“Bakıelektrikşəbəkə” ASC Nəsimi rayonu Enerji Təchizatı
və Satışı İdarəsi tərəfindən 3 ədəd
yeni Komplekt Transformator Məntəqəsi (KTM), 5 ədəd
güc transformatoru quraşdırılıb, 5020 metr 6/10
kv-luq, 363 min 223 metr müxtəlif markalı 0,4 kv-luq kabel xətləri
dəyişdirilib. 97, 99, 116 saylı yarımstansiyalarda
transformatorlar daha güclüləri ilə əvəz edilib,
2 dövrəli kabel xətləri çəkilərək
istifadəyə verilib, hal-hazırda isə 117 saylı
yarımstansiyada yenidənqurma işləri aparılır.
Sərf olunan enerji haqlarının
yığımı 2011-ci ildə 12,07 mln. manata
çatdırılıb ki, bu da 2010-cu illə müqayisədə
7 faiz artıqdır.
Hesabat ilində təbii qazın qəbulu,
paylanması və istehlakı zamanı yaranan itkilərin
azaldılması, uçotun dəqiq aparılması, qaz təchizatının
yaxşılaşdırılması üçün “Azəriqaz”
İstehsalat Birliyi tərəfindən H.Əliyev, Cavadxan,
H.Seyidzadə, A.Məhərrəmov, 20 Yanvar, S.Rüstəm,
A.Səhhət, Kazımovski, A.Mustafayev, Mir Qasımov, Q.Quliyev,
F.Qasımzadə, Ə.Topçubaşov, S.Vurğun
küçələrində və Azadlıq prospektində
mexaniki qaz sayğaclarının “Smart-kart” tipli sayğaclar ilə
əvəz olunması işləri davam etdirilib.
Alatava yaşayış massivində və
mikrorayonlarda ümumilikdə 9886 ədəd sayğac
quraşdırılıb və müxtəlif diametrli 3269 metr
qaz kəməri çəkilib.
2011-ci ildə Nəsimi rayon Su Kanal
Departamenti tərəfindən əhali sektoru üzrə 38034,
qeyri-əhali sektoru üzrə isə 2166 sayğac
quraşdırılıb. 2010-cu illə müqayisədə əhali
sektoru üzrə 5892, qeyri-əhali sektoru üzrə isə
463 ədəd artıq sayğac quraşdırılıb.
İl ərzində rayon ərazisində istismar müddəti
başa çatmış 5990,0 p.m magistral su kəmərləri,
müxtəlif diametrə malik 582 p.m. kanalizasiya şəbəkəsi,
istismara yararsız 45 ədəd quyu və 16 ədəd
yağış barmaqlıq dəyişdirilib.
Hesabat ilində “Azəristiliktəchizat”
ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsi
tərəfindən 323 yaşayış binasından 215-i
(ötən illə müqayisədə 10 yaşayış
binası çoxdur) 19 ümumtəhsil tam orta məktəb,
14 körpələr evi-uşaq bağçası, 6 səhiyyə
obyekti və 35 digər təyinatlı obyektlər istilik
enerjisi ilə təmin olunub.
NƏSİMİ
SAKİNLƏRİ TƏRƏQQİNİ VƏ
İNKİŞAFI DƏSTƏKLƏYİR
Abadlq-quruculuq, sosial-iqtisadi sahədə əldə
edilən inkişaf, eyni zamanda, özünü rayonun
ictimai-siyasi həyatında da qabarıq şəkildə
büruzə verir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan
Partiyası Nəsimi rayon təşkilatının ətrafında
çoxminli üzvlər birləşib. Yəni, Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və
Prezident İlham Əliyev tərəfindən davam etdirilən
uğurlu siyasi kursun rayon əhalisi tərəfindən dəstəklənməsini
YAP Nəsimi rayon təşkilatının sıralarına
daxil olanların sayının artması da təsdiqləyir.
YAP Nəsimi rayon təşkilatının sədri, millət
vəkili Məlahət İbrahimqızının sözlərinə
görə, rayon əhalisi hər zaman Ulu öndər Heydər
Əliyevin ideyalarına sadiqliklərini nümayiş etdiriblər:
“Rayonun sakinləri bütün siyasi kampaniyalarda fəallıq
nümayiş etdirərək dövlətçiliyə
bağlılıqlarını dəfələrlə
sübut ediblər. Biz bunu prezident və parlament seçkilərində,
referendumda, eyni zamanda, bələdiyyə seçkilərində
də gördük. Əminəm ki, müşahidə olunan
sosial-iqtisadi tərəqqi fonunda rayon əhalisi ictimai-siyasi
proseslərdə daha aktiv iştirak edəcək, gələcəkdə
də dövlətimizin inkişafı naminə qərarlar verəcək”.
Səlim
LOĞMANOĞLU
Yeni Azərbaycan.-
2012.- 7 fevral.- S.6.