Yeni Azərbaycan Partiyası həm Avropa, həm də Asiyada böyük nüfuza malikdir
Yeni
Azərbaycan Partiyasının beynəlxalq əlaqələr
şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf
Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, Yeni Azərbaycan
Partiyası (YAP) geniş beynəlxalq əlaqələrə
malikdir. Bu mənada, partiyamızın
2011-ci il ərzində beynəlxalq
əməkdaşlıq istiqamətindəki
fəaliyyətini necə
xarakterizə edərdiniz?
- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası ölkəmizin
ən güclü siyasi qüvvəsidir. Partiyamız Azərbaycanın ictimai-siyasi
həyatında aparıcı
rol oynayır. Bu mənada YAP-ın
fəaliyyətində beynəlxalq
əlaqələr də
xüsusi yer tutur. 2011-ci ildə
partiyamızın bu sahədə fəaliyyəti
yüksələn xətlə
inkişaf edib. Xatırladım ki, ötən il
YAP-ın nümayəndə
heyəti Rumıniyada,
Çin Xalq Respublikasında və başqa ölkələrdə
səfərdə olub.
Bilirsiniz ki, YAP-ın Çin Kommunist Partiyası və Rumıniyanın
Liberal-Demokrat Partiyası
ilə geniş əlaqələri var. Həmin
səfərlər zamanı
bir sıra vacib görüşlər
keçirildi və partiyaların iş fəaliyyəti ilə ətraflı tanış
olduq. Onu da qeyd edim ki, Rumıniyaya
səfər zamanı
əldə olunmuş
razılıq əsasında
hər iki partiyanın gəncləri
arasında da əlaqələrin genişləndirilməsi
istiqamətində addımlar
atılıb. Bunun
nəticəsi olaraq isə ötən il gənclərimiz
qarşılıqlı səfərlər
ediblər. Ümumiyyətlə, 2011-ci ildə digər
səfərlər də
olub ki, bu səfərlərin də partiyamızın beynəlxalq əlaqələrinin
genişlənməsində vacib rolu var.
Ən vacib məsələlərdən
biri isə YAP-ın böyük beynəlxalq tədbirlərə
ev sahibliyi
etməsidir. Bilirsiniz ki, ötən ilin dekabr ayında
partiyamızın təşkilatçılığı
ilə Bakı şəhərində “Modernləşmə
siyasəti: yeni iqtisadi və sosial çağırışlar”
mövzusunda beynəlxalq
konfrans keçirildi. Dünyanın 30-dan çox ölkəsindən
nüfuzlu siyasətçilərin
iştirak etdiyi tədbirdə vacib məsələlər müzakirə
olundu. Qonaqlar da çıxışlarında
bildirdilər ki, qloballaşan dünyada modernləşmə siyasəti
və yeni iqtisadi, sosial çağırışların müzakirəsi olduqca əhəmiyyətlidir. Məsələn,
Flippinin beş dəfə spikeri olmuş Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının
(İCAPP) Daimi Komitəsinin
həmsədri Xose Venesianın, həmçinin,
Avropa Xalqları Partiyasının prezidenti
Uilfred Martensin konfransda iştirak və çıxış
etməsi bir daha onu göstərir
ki, YAP həm Avropada, həm də Asiyada böyük nüfuza malikdir.
Eyni zamanda,
2011-ci ildə YAP ilə
Tacikistanın hakim Xalq
Demokratik Partiyası, eləcə də, Serbiyanın və Monteneqronun hakim partiyaları
arasında əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalandı. Bütün bunlar
partiyamızın beynəlxalq
əlaqələrinin güclənməsi
ilə yanaşı, onun dünya miqyasında nüfuzunun da artmasının göstəricisidir.
- YAP-ın Avropa Xalqları Partiyası
(AXP) ilə əməkdaşlığının
perspektivini necə görürsünüz? Bu əməkdaşlığın əhəmiyyəti nədən
ibarətdir?
- Avropa Xalqları
Partiyası Avropa İttifaqının qrup partiyasıdır və özündə bu qitənin nüfuzlu siyasi təşkilatlarını
birləşdirir. Təşkilatın rəhbəri Uilfrid
Martens Belçikanın 8 dəfə
baş naziri olub. Belçikanın ağır günlərində
ölkənin başında
duraraq onu problemlərdən xilas edib. Avropa Xalqları Partiyasına
Avropa İttifaqına
üzv olan dövlətlərin sağ-mərkəz
yönümlü siyasi
partiyaları üzvdür.
Yəni,
bu təşkilat özündə şəxsləri
deyil, partiyaları birləşdirir. Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 70-dən çox partiya daxildir. YAP ilə AXP arasında çox sıx əlaqələr var. Bunu
təsdiq etmək üçün deyə bilərəm ki, partiyamızın nümayəndə
heyəti 2009-cu ilin dekabr ayında Bonn şəhərində AXP-nin
qurultayında iştirak
edib. Bundan əlavə, ötən il YAP nümayəndə
heyəti Brüsselə
səfər edərək
AXP-nin rəhbər şəxsləri ilə səmərəli görüşlər
keçirib. Eyni zamanda, partiyamızın
Gənclər Birliyinin
üzvləri də
AXP-nin dəvəti ilə Brüsseldə səfərdə olublar.
Bu hadisə həm
də gənclərimiz
üçün böyük
məktəb idi.
Hər bir səfərin kökündə isə o
dayanır ki, buradan Azərbaycanın mənəvi, siyasi dəyərlərini getdiyimiz
ölkəyə çatdırır
və həmin ölkədən bizə lazım olan dəyərləri gətiririk.
Fikir mübadiləsi apararkən
həm öz siyasi həyatımızı
zənginləşdirir, həm
də o ölkəyə
Azərbaycanın təcrübəsini
apara bilirik.
Məlum olduğu kimi, Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı
vaxtdan bu günədək böyük
inkişaf yolu keçib. Bu gün
cənab İlham Əliyevin rəhbərliyi
ilə partiyamız yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin, eyni zamanda, Cənubi
Qafqaz bölgəsinin
ən böyük siyasi qüvvəsidir. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində
əməkdaşlıq edirik.
Bu baxımdan, çox nüfuzlu Avropa Xalqları Partiyası ilə əlaqələr böyük
əhəmiyyət kəsb
edir. Bu, beynəlxalq əlaqələrin
daha da genişləndirilməsi
ilə yanaşı,
YAP-ın fəaliyyəti
haqqında da Avropaya geniş bilgilər verir. Bu fakt onu da sübut edir
ki, biz Avropa dəyərlərinə sadiqik.
Avropada aparıcı siyasi güc olan qurumla
geniş əməkdaşlıq
etməklə, biz, Avropa
dəyərlərini, insan
hüquqlarını, demokratik
dəyərləri yüksək
tutduğumuzu nümayiş
etdiririk. Eyni zamanda,
dünyanın aparıcı
partiyalarının sıralarına
qoşulmaq istiqamətində
addımlar atırıq.
Eləcə də, AXP partiyamızla
əməkdaşlığa əhəmiyyət verir.
Bu, artıq siyasi
güc tərəfindən
YAP-ın siyasətini
bəyənmək deməkdir.
- Bəs 2012-ci il
ərzində beynəlxalq
əlaqələr sahəsində
hansı addımların
atılması gözlənilir?
- Qeyd etmək istəyirəm ki, YAP-ın beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə məhdudlaşmır. Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür. Ona görə də, Asiya qitəsi ilə də əməkdaşlıq məsələlərinə önəm veririk. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı təşkilatla fəal əməkdaşlıq edirik. Bu təşkilata Asiyanın 330-dan çox partiyası daxildir. Təşkilata onun Daimi Komitəsi rəhbərlik edir. Daimi Komitəyə 330 partiya arasından seçilmiş 18 partiyanın nümayəndələri daxildir. Çox təqdirəlayiq haldır ki, YAP da bu komitənin üzvüdür. Bu isə partiyamızın Asiyada da böyük nüfuza sahib olmasının göstəricisidir. YAP ötən il İCAPP-ın bir neçə iclasında iştirak edib. İclaslar Malayziya və Çində keçirilib.
Eyni zamanda, bu il ərzində də beynəlxalq əlaqələrin gücləndirilməsi diqqət mərkəzində olacaq. Belə ki, 2012-ci ilin iyun ayında Azərbaycanda İCAPP-ın Daimi Komitəsinin iclası keçiriləcək. Qeyd edim ki, Daimi Komitənin iclasının harada keçirilməsi müzakirə olunanda ölkənin inkişafı, orada baş verən proseslər nəzərə alınır. Ötən il seçim zamanı bir neçə ölkənin namizədliyi olsa da, Azərbaycana üstünlük verildi. Bu da onu göstərir ki, Azərbaycanda baş verən proseslərə dünya böyük maraq göstərir. Bundan əlavə, bu ilin noyabr ayında ölkəmizdə daha böyük siyasi hadisə baş verəcək. Belə ki, İCAPP-ın Baş Assambleyası Bakıda keçiriləcək. Bu tədbirdə Asiyanın ən aparıcı partiyalarının nümayəndələri, 400-500 siyasi xadim iştirak edəcək. Eləcə də, tədbirə Avropanın nüfuzlu təşkilatlarından da nümayəndələr dəvət olunacaqlar. Bu isə YAP-ın nüfuzunun artması ilə yanaşı, onun dünyanın siyasi qurumlarına inteqrasiyasının nəticəsidir.
Bundan əlavə, partiyamız 2012-ci ildə ikitərəfli əlaqələrini də davam etdirəcək. Məlumat üçün bildirim ki, YAP ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Artıq bu barədə tərəflər arasında razılıq əldə olunub. Qarşı tərəf YAP nümayəndələrini Vyetnama dəvət edib və məhz bu səfər çərçivəsində sənəd imzalanacaq. Yəqin ki, 2012-ci il ərzində bu səfər baş tutacaq.
- Asəf müəllim, bu gün cəmiyyətimizdə əsas müzakirə mövzularından biri Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanunun qəbul olunmasıdır. Sizin bu məsələyə münasibətiniz necədir, bu sənəd Avropa dəyərlərinə zidd deyilmi?
- Bu gün Avropada çox maraqlı, qəribə proseslər gedir. Fransa parlamentinin tarixdə baş verməsi bəlli olmayan hadisə haqqında qanun qəbul etməsi demokratiyaya uyğun deyil. Bu sənədi Fransa kimi ölkənin Senatının qəbul etməsi nəinki demokratik prinsiplərə ziddir, eyni zamanda, çox xoşagəlməz misaldır. Çünki artıq dünya Fransanın qəbul etdiyi sənədi müzakirə edir. Bu, seçkiqabağı siyasi alver olmaqla yanaşı, antidemokratik qərardır, Fransa Konstitusiyasına ziddir. Fikrimcə, Fransa Konstitusiya Məhkəməsi qanunun təsdiqinə imkan verməyəcək.
Eyni zamanda, Türkiyə və Azərbaycan bu istiqamətdə işlərini davam etdirməlidir. İkili standartlar yolverilməzdir. Bəzi ölkələr Avropaya inteqrasiya etmək istəyir. Amma belə addımları, qeyri-demokratik qərarların qəbul olunmasını gördükdə ortaya sual çıxacaq ki, əgər Avropa demokratiyadan danışırsa, Fransanın qəbul etdiyi sənədi necə başa düşmək olar? Yaxşı olar ki, BMT-nin hansısa qurumu səviyyəsində tarixdə baş verməsi təsdiqlənməmiş hadisə haqqında qanunların qəbul edilməməsi dövlətlərə tövsiyə olunsun.
Belə bir məsələ haqqında qərar qəbul etmək üçün dəqiq araşdırmalar olmalıdır və tarixi sənədlər ortaya çıxmalıdır. Bu gün Türkiyə dövləti arxivləri açmağı təklif edir. Ermənistan isə buna getmək istəmir, çünki ifşa olunacaqlarını yaxşı bilir. Düşünürəm ki, hansısa mərhələdə bu məsələ dayanacaq. Fransada ermənilərdən çox türk yaşayır. Türkiyə məsələ ilə bağlı mövqeyini ifadə edib. Bilirsiniz ki, Türkiyə yaxın illərdə dünyanın iqtisadi baxımdan ən böyük 10 dövləti sırasında olacaq. Bu qanunun qəbul olunması isə yalnız Fransaya başağrısı verəcək.
Həmin qanunun qəbul olunması, həmçinin, Avropa dəyərlərinə ziddir. Avropa dəyərləri nə coğrafi, nə də fiziki anlayışdır. Avropa dəyərləri bir transformasiya prosesidir. Bunun da kökündə düşüncə tərzi dayanır. Bu da ondan ibarətdir ki, insan sərbəst, azad olmalıdır, demokratik prinsiplər ölkədə inkişaf etməlidir. Bu baxımdan, Fransa Senatının qəbul etdiyi qanun Avropa dəyərlərinə ziddir. Belə çıxır ki, fransızlar bu dəyərlərə qarşı çıxır. Avropanı birləşdirən məhz dəyərlərdir. Bu dəyərlərə qarşı çıxmaq Avropa İttifaqı üçün böyük problemlər yaradacaq. Onsuz da Avropa İttifaqı ciddi iqtisadi böhran yaşayır. Bunun ardınca isə mənəvi böhran gəlir. Hesab edirəm ki, bu məsələlər Avropaya daha ciddi zərbə vuracaq. Çünki bütün bunlar Avropanın gələcəyi üçün xoşagələn hadisələr deyil.
Yeni Azərbaycan.- 2012.- 7 fevral.- S.7.