Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində
2011-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib
Qərib
Məmmədov: Ötən
il DTXK tərəfindən
respublikanın ayrı-ayrı
bələdiyyələri üzrə
2398 hərrac və müsabiqə təşkil
olunub
Dünən Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində (DTXK) 2011-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası
giriş sözü ilə açan komitə sədri Qərib Məmmədov bildirib ki, DTXK-nin struktur vahidlərinin,
o cümlədən, tabeçiliyində
olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət
Aerogeodeziya Müəssisəsinin,
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin üzərinə
2011-ci ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan
Respublikasının qanunlarına,
dövlət başçısının
fərmanlarına, həmçinin,
Nazirlər Kabinetinin qərarlarına müvafiq
olaraq mühüm dövlət tapşırıqları
qoyulub. Onun sözlərinə görə,
müasir Azərbaycan
dövlətinin qurucusu
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, Azərbaycan xalqına diqqət və qayğısının
nəticəsi olaraq həyata keçirilməyə
başlanmış, bu
gün isə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən, ölkəmizin
inkişafında iqtisadi
və siyasi əhəmiyyət kəsb
edən torpaq islahatının qarşıya
qoyduğu vəzifələrlə
bağlı 2011-ci ildə
də bir sıra təxirəsalınmaz
tədbirlər görülüb.
Belə ki, “Torpaq islahatı haqqında” Qanunla qarşıya qoyulan vəzifələrə uyğun
olaraq respublikanın
8641506 vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində
saxlanılıb, 2 milyon
32 min 744 hektarı (23,5 faiz)
bələdiyyə mülkiyyətinə
verilib və 1 milyon 695 min 123 hektarı
(19,6 faiz) isə özəlləşdirilib: “2011-ci il 31 dekabr vəziyyətinə
torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən)
3 milyon 428 min 136 subyektə
(871 min 220 ailəyə) torpaq
payları naturada və hüquqi sənədlər əsasında
ayrılaraq öz sahiblərinə verilib ki, bu da
özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir”.
Bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi
məsələsinə gəlincə,
6 bələdiyyənin mülkiyyətinə
aid torpaqları, habelə
torpaq islahatı ilə bağlı və müxtəlif növlü təsərrüfat
formaları üçün
3068 ədəd texniki
torpaq kadastrı sənədləri (plan və
ölçü) hazırlanıb,
5 rayonun 40 təsərrüfatının
kadastr məlumatlarının
ilkin vahid bazasının yaradılması
işlərinə başlanılıb,
eyni zamanda, 12 lay üzrə GİS məlumatları
toplanıb: “Qeyd etmək lazımdır ki, torpaq islahatının
qarşıya qoyduğu
vəzifələrə müvafiq
olaraq ölkənin 8 641 506
hektar vahid torpaq fondunun 2 032 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə
aiddir”.
Respublika
üzrə mövcud
1959 inzibati ərazi dairəsindən və
4593 ərazi vahidindən
47 rayon üzrə 403 inzibati
ərazi dairəsinin və 846 ərazi vahidinin sərhədlərinin
döngə nöqtələrinin
koordinatlarının müəyyən
edilməsi, mərz nişanlarının basdırılması
və xəritələşdirilməsi
işlərinə başlanılıb
və bundan 200 inzibati ərazi dairəsinin və 344 inzibati ərazi vahidinin Dövlət reyestrinin aparılması və onlara Şəhadətnamənin verilməsi
məqsədi ilə xəritələri hazırlanıb,
təsdiq edilərək
digər sənədlərlə
birlikdə Azərbaycan
Respublikasının Milli
Məclisinə təqdim
olunub.
Vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ
sahələri və fərdi yaşayış
evi altındakı torpaqların sənədləşdirilməsinə
gəlincə, 2011-ci ildə
30398 vətəndaşın adına fərdi
qaydada yaşayış
evi və bağ sahələrinə
görə plan və
ölçü sənədləri
hazırlanıb təqdim
olunub. İndiyədək
DTXK tərəfindən 2637 yaşayış məntəqəsi
üzrə 801688 vətəndaşın
adına kompleks və fərdi qaydada Şəhadətnamə,
551 yaşayış məntəqəsi
üzrə 190635 vətəndaşın
adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanaraq
verilib. Hesabat ilində, həmçinin,
Bakı və Sumqayıt şəhərləri
üzrə fərdi yaşayış evi və bağ sahələrinə görə
4695 vətəndaşın adına plan və
ölçü sənədləri
hazırlanıb.
Komitə
sədri bildirib ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin
tənzimlənməsi məqsədilə
Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
müvafiq olaraq DTXK tərəfindən 2011-ci ildə
respublikanın ayrı-ayrı
bələdiyyələri üzrə
2398 hərrac və müsabiqə təşkil
olunub: “Torpaq bazarında hərrac və ya müsabiqələrin
DTXK tərəfindən təşkil
edilməsi respublikada torpaq münasibətlərinin
tənzimlənməsinə və daha da
təkmilləşdirilməsinə zəmin yaratmaqla yanaşı, torpaqların
mühafizəsi və
istifadəçiliyi sahələrində
dövlət nəzarətinin
daha da gücləndirilməsi
işlərində ciddi
dönüş yaradacaq
və bu sahədə şəffaflığı
təmin edəcək”.
Kollegiya
iclasında, o da vurğulanıb ki, 2011-ci ildə torpaq məsələləri ilə
əlaqədar 3621 ərizə-şikayətə,
o cümlədən, 726 təkrar
müraciətə, 620 xüsusi
nəzarətə alınmış
şikayətə baxılaraq,
müvafiq tədbirlər
görülüb. Ötən
il komitə tərəfindən həyata
keçirilmiş yerquruluşu
və dövlət torpaq kadastrı işləri ilə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə
dövlət nəzarəti,
geodeziya, topoqrafiya, kartoqrafiya fəaliyyətinə
dövlət nəzarəti
və bu fəaliyyətlə bağlı
lisenziyaların (xüsusi
razılıq) verilməsi,
eyni zamanda, dövlət sərhədlərinin
delimitasiyası və
demarkasiyası üzrə
həyata keçirilən
işlər istiqamətində
DTXK tərəfindən müvafiq
addımlar atılıb.
Hesabat dövründə iri taxılçılıq sahələrinin
yaradılması istiqamətində
də mühüm işlər görülüb.
Bundan başqa, Azərbaycan torpaqlarının
erməni silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində
məcburi köçkün
düşmüş və
çadır düşərgələrində
müvəqqəti yerləşdirilmiş
məcburi köçkünlərin
müvafiq rayonların
ərazilərində məskunlaşdırılması
məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 22 avqust tarixli, 562 saylı, 2001-ci il 7 sentyabr tarixli
577 saylı və
2002-ci il 13 may tarixli
700 saylı fərmanlarından
və həmin fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq sərəncamlarından irəli
gələn qaydada
DTXK öz üzərinə
düşən torpaqayrılması
ilə bağlı funksiyasını bu günə kimi yüksək səviyyədə
yerinə yetirib.
İclasda, komitənin beynəlxalq əlaqələrindən də
bəhs olunub. Bildirilib
ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2009-cu il tarixli 201 s nömrəli sərəncamı
ilə təsdiq edilmiş Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
arasında “Azərbaycanda
Torpaq Kadastr Sisteminin Təkmilləşdirilməsi
layihəsi” çərçivəsində
2011-ci ilin 17 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
ilə Koreya Respublikasının Torpaq,
Nəqliyyat və Dəniz Məsələləri
üzrə Nazirliyi arasında coğrafi informasiya məkanı sahəsində “Anlaşma
Protokolu”nun imzalanması
mərasimi keçirilib.
Layihənin əsas məqsədləri Koreyanın
qabaqcıl kadastr texnologiyasından istifadə
etməklə torpaq qeydiyyatı üçün
effektiv metodologiyanı
inkişaf etdirmək,
çöl tədqiqatında
yeni metodologiyanın və fotoqrametrik tədqiqin imkanını inkişaf etdirən və eyniləşdirən
metodologiyanı nümayiş
etdirmək, torpaq administrasiyasının inkişafı
və eksperimental ərazi üçün idarəetmə sistemi, iqtisadi inkişafa öz töhfəsini verən, Azərbaycanda torpaq bazarını və torpağa sahiblənmə təhlükəsizliyini
sabitləşdirməkdən ibarətdir.
O da qeyd olunub
ki, Bakı şəhərində nəqliyyatın
intellektual idarəolunması
layihəsi üzrə
şəhərin 2200 km2 ərazisində
nəqliyyatın intellektual
idarə olunması üçün DTXK tərəfindən
rəqəmsal xəritələr
hazırlanıb. Bu xəritələrdə
57 növdə 3d formatında
məlumatlar həm mətn və həm də qrafiki formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilib: “Bu işin əsas sifarişçisi
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyidir
və işin yerinə yetirilməsi Koreyanın SKCS şirkətinə
tapşırılıb. İşin əsas
hissəsi olan rəqəmsal xəritələr
DTXK tərəfindən hazırlanıb.
Bu xəritələr əsasında
Bakı şəhərinin
ərazisində nəqliyyat
vasitələrinin hərəkəti
üçün yolların
gediş istiqaməti,
yol nişanları, döngələr, binalar,
bina nömrələri,
yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də, istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez
bir zamanda təyin edilir”.
Kollegiya
iclasında, eyni zamanda, DTXK sədri Qərib Məmmədovun sərəncamı ilə
qurum daxilində yaradılmış İnformasiya-texnologiyaları
sektorunun təqdimatı
keçirilib, həmçinin,
komitənin müvafiq
icraçı struktur
vahidlərinin rəhbərlərinin
hesabatları dinlənilib
və həmin hesabatlar müzakirə edilərək müvafiq qərar qəbul olunub.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2012.- 23 fevral.- S.5.