Həm YAP, həm də AKP qadınların ictimai-siyasi həyatdakı roluna böyük önəm verir

 

Müsahibimiz, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızıdır:

- Məlahət xanım, Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasındakı münasibətlərin səviyyəsini necə qiymətləndirərdiniz?

- Artıq təxminən on ildir ki, Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) arasında sıx əməkdaşlıq vardır. Demək olar ki, bu əməkdaşlıq Ədalət və İnkişaf Partiyasının yarandığı vaxtdan mövcuddur. Xatırladım ki, müasir Azərbaycanın qurucusu və YAP-ın yaradıcısı olan Ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, daha dəqiq desəm, 2002-ci il noyabrın 3-də AKP Türkiyədəki seçkilərdə qələbə çaldı. Həmin vaxtadək uzun illər ərzində Türkiyədə hakimiyyət koalisiya şəklində qurulurdu. Lakin uzun illərdən sonra ilk dəfə olaraq, Ədalət və İnkişaf Partiyası seçkidə qələbə çalaraq yeganə iqtidar partiyasına çevrildi. Həmin seçkidən bir neçə gün sonra AK Partiyanın qurucusu və lideri, Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğan Ulu öndərimiz Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəldi. Bakıda Ulu öndərimizlə Rəcəb Tayyib Ərdoğan arasında görüşlər oldu, həmçinin, onunla birlikdə səfər edən partiyanın seçkidə qalib gələn millət vəkilləri, bugünkü Türkiyə iqtidarında təmsil olunan siyasətçilərlə də görüşlər keçirildi. Ümummilli liderimiz bu görüşlərdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlığının vacibliyini qeyd etdi. Uzaqgörən, böyük şəxsiyyət Heydər Əliyev AKP-nin və cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın harizmatik bir lider olmasını, onun gələcək perspektivlərini, kamil siyasətçi, dünya səviyyəli bir lider olacağını öncədən görərək, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, əməkdaşlığın gündən-günə dərinləşməsində, eləcə də, Ulu öndərin sözləri ilə desək, bir millət - iki dövlət yol xəritəsinin daha da genişlənməsində partiyalar arasında əməkdaşlığa böyük diqqət yetirdi. Bildiyimiz kimi, YAP Azərbaycanda 1993-cü ildən iqtidardadır. Türkiyədə isə artıq on ildir ki, AKP hakim partiyadır. Türkiyədə uzun onilliklərdən sonra AKP ilk partiyadır ki, ardıcıl 3 seçkidə qalib gələrək, iqtidarda tək partiya kimi təmsil olunur. Qeyd etmək lazımdır ki, R.T.Ərdoğanın rəhbərlik etdiyi bu partiya komandası on ildir ki, Türkiyəni ən böyük nailiyyətlərə gətirib çıxarıb. 2001-2002-ci illərədək Türkiyə NATO-nun üzvü, güclü orduya sahib olan bir ölkə olsa da, əslində, sənaye, yeni texnologiyalar baxımından zəif inkişaf etmiş, kənd təsərrüfatı ölkəsi kimi tanınırdı. Çox hörmətli baş nazir R.T.Ərdoğanın rəhbərliyi ilə AKP-nin hakimiyyətdə olduğu son on il müddətində qardaş ölkə inanılmaz uğurlar əldə edib. Türkiyə artıq Avropanın 5-6-cı inkişaf etmiş ölkəsidir və “G-20” adlanan “Böyük iyirmiliyin” 13-cü yerdə dayanan üzvüdür. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının proqnozlarına görə, Türkiyə “Böyük iyirmiliyin” içərisində sürətlə irəliləyən ölkədir və qarşıdakı illərdə daha yüksək pilləyə qalxa bilər. R.T.Ərdoğanın bəyan etdiyi kimi, əsas hədəf 2023-cü ildə “Böyük səkkizliyə” daxil olmaqdır. Mən inanıram ki, Türkiyə bu məqsədinə çatacaqdır. Bildiyimiz kimi, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi tamam olacaq. Göründüyü kimi, ölkə yüz illiyə böyük nailiyyətlərlə gedir. R.T.Ərdoğanın dünya çapında harizmatik siyasi lider kimi qəbul olunması və onun rəhbərlik etdiyi hakim partiyanın Türkiyədə böyük uğurlara imza atması, bu gün qardaş ölkənin zirvələrə yüksəlməsinə səbəb olub. Bu gün də bu siyasət davam etdirilir və inanıram ki, bundan sonra da Türkiyənin uğurları çox olacaq. Əlbəttə, Ulu öndərin də dediyi kimi, bir millət - iki dövlət gələcəyə yol xəritəsi YAP-la AKP arasındakı əməkdaşlıqla daha da güclənəcək. Bildiyimiz kimi, möhtərəm Prezident İlham Əliyevin də Azərbaycan-Türkiyə əlaqələrinə böyük diqqət yetirməsi, eyni zamanda, Onun “bir millətin iki diasporu olmaz” ifadəsi Azərbaycan və Türkiyədən kənardakı hər iki ölkənin diasporunun fəaliyyətinə təsir göstərir. 2002-ci ildən bu vaxtadək hər iki partiya keçirdikləri bütün tədbirlərdə, layihələrdə qarşılıqlı olaraq iştirak edirlər. 2011-ci ildə Türkiyədəki parlament seçkilərində YAP-ın bir qrup üzvü AKP-nin seçki kampaniyasında iştirak etdi. Hər iki partiya bir-birilə olduqca yaxın və qardaş partiya kimi fəaliyyət göstərir. Eyni zamanda, hər iki partiyanın gənclər qolu, qadınlar təşkilatları, partiyamızın İcra katibliyində olan rəsmilər də bir-birilə sıx əməkdaşlıq edir. Bu, dövlətlərimiz arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfədir.

- Azərbaycanda Türkiyədə qadınların siyasi-ictimai həyatdakı rolu sizin fikrinizcə, hansı səviyyədədir?

- Həm YAP, həm AKP qadınların ölkənin ictimai-siyasi həyatında, qanunvericilikdə, dövlət quruculuğunda roluna təmsilçiliyinə çox böyük önəm verir. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev qadınların siyasi həyatdakı, dövlət idarəçiliyindəki, o cümlədən, partiyanın fəaliyyətindəki rolunu hər zaman çox yüksək qiymətləndirirdi. Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılan zaman keçmiş Sovetlər Birliyi ölkələrinin çoxunda belə bir siyasi qərar yox idi. Qeyd etdiyim kimi, Ulu öndər qadınların partiyanın xətti ilə siyasi həyatda təmsilçiliyinə çox böyük önəm verirdi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev qadınların ölkənin ictimai-siyasi həyatındakı roluna xüsusi diqqət yetirir, onların istər parlament, istərsə , bələdiyyə səviyyəsində fəal iştirakına şərait yaradır. Artıq bələdiyyələrdə qadınlar 28 faiz təşkil edir. O cümlədən, YAP Siyasi Şurasının üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dünya çapında göstərdiyi fəaliyyət qadınlarımızda daha güclü stimul yaradır, xüsusilə , partiyamızın sıralarında olan xanımlar ondan örnək götürərək daha fəal olmağa, ölkənin inkişafına öz töhfələrini verməyə çalışırlar. Türkiyədə isə, AKP iqtidara gəldikdən sonra qadınların siyasi həyatda təmsilçiliyi çox yüksək səviyyəyə çatıb. Məsələn, Türkiyə parlamentində AKP-dən öncə qadınlar cəmi 3-4 faiz təşkil edirdi. Lakin bu gün Türkiyə Böyük Millət Məclisində qadınların təmsilçiliyi 14 faizə yüksəlib. Türkiyə parlamentində yer alan partiyalar içərisində ən çox sayda qadın təmsilçisi olan hakim Ədalət İnkişaf Partiyasıdır. Başqa sahələrdə qadınların daha çox irəli çəkilməsi, onların sosial problemlərinin həlli üçün AKP ayrıca strategiya müəyyənləşdirib.

- YAP Qadınlar Şurasından olan nümayəndə heyətinin tərkibində may ayının 25-28-də Türkiyədə AKP-nin Qadın Qolunun Qurultayında iştirak etdiniz. Səfər təəssüratlarınız necədir?

- AKP-nin Qadın Qolunun keçirdiyi 3 qurultayın hər birində iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Hər növbəti qurultay əvvəlkindən daha möhtəşəm, daha gözəl təşkil olunur. Belə mötəbər tədbirlərin çox böyük əhəmiyyəti vardır. Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli siyasi xadimləri ilə görüşlərimiz oldu. Eyni zamanda, iştirak etdiyimiz qurultayda YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxış etdi. Ayrı-ayrı görüşlərdə mənim çıxışlarım oldu. Səfər çərçivəsində ilk görüşümüz AKP-nin Qadın Qolunun başqanı Güldan Akşitlə oldu. Güldan Akşit uzun illər nazir vəzifəsində çalışmış, bir neçə dəfə millət vəkili seçilmiş bir qadındır. Onunla görüşdə partiyalarımızın qadın qolları arasındakı əməkdaşlığın səviyyəsini müzakirə etdik, gələcək perspektivlərdən danışdıq. Biz AKP-nin qurucusu lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da ümumi görüşdə olduq. Qurultayda ABŞ, İngiltərə, Danimarka, İsveçrə, Tunis, Liviya kimi ölkələr daxil olmaqla, 40-a yaxın ölkədən yüksək rəsmi şəxslər iştirak edirdi. Lakin bütün görüşlərdə Azərbaycandan olan nümayəndə heyətinə xüsusi münasibət var idi. Onu da qeyd edim ki, qadın qurultayında cəmi 3 ölkədən - Azərbaycan, ABŞ Tunisdən olan nümayəndələr çıxış etdi. İlk olaraq isə, çıxış üçün bizə söz verildi. İstər baş nazir Rəcəb Tayyib Ərdoğanla, istərsə , Türkiyənin xarici işlər naziri, səhiyyə naziri, ailə sosial siyasət naziri ilə görüşlərdə Azərbaycana olan böyük sevginin şahidi olduq. Bütün görüşlərin əsas mahiyyəti isə, Azərbaycan Türkiyə arasındakı əlaqələrdə hər iki hakim partiyanın qadınlarının rolu, iki ölkə arasında dostluq, qardaşlıq münasibətləri olub. Görüşlərdən biri , Ankara şəhər bələdiyyəsinin başqanı Məlik Göksəllə oldu. O bizə Qadın Qolunun Ankara şöbəsinin fəaliyyəti ilə bağlı məlumat verdi. Bələdiyyə tərəfindən çox gözəl, rəngarəng, zəngin proqram hazırlanmışdı. Bu görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrində AKP YAP-ın rolu, qadınların fəaliyyəti barədə fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq proqramlarını müzakirə etdik. Həmçinin, səfər zamanı Türkiyədəki ailə təsisatları mərkəzində olduq, burada ailələrin gənc, yaşlı, əlil üzvlərinin asudə vaxtlarını keçirməsi üçün hər cür şəraitin yaradıldığını gördük. Onu da qeyd etməliyəm ki, Türkiyə son ildə gözəlləşərək, daha da inkişaf edib.

- Belə görüşlərin davam etdirilməsinin hər iki ölkə üçün faydaları nələrdir?

- Belə görüşlər Azərbaycanla Türkiyə arasında qadın məsələlərilə bağlı təcrübə mübadiləsinin aparılması baxımından çox böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, respublikamız Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında bütün sahələrdə, o cümlədən, qadın siyasəti ilə bağlı çox böyük uğurlar əldə edib. Hər iki ölkə qadınların siyasi-ictimai həyatdakı uğurları ilə bağlı bir-birindən nümunələr götürə bilər. Məsələn, Azərbaycanda qadınların bələdiyyələrdəki təmsilçiliyi 28 faizdir, Türkiyədə bu göstərici bir qədər aşağıdır. Azərbaycan Milli Məclisində qadınlar yerlərin 17 faizinə sahibdir, qardaş ölkədə bu rəqəm 14 faizdir. Azərbaycanda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib. Türkiyədə qadın siyasəti ilə bağlı müvafiq addımlar atılıb. Belə görüşlər imkan verir ki, bir-birimizin təcrübəsini öyrənək bəhrələnək. Bu sahədə məsələlərlə bağlı tez-tez görüşlərin keçirilməsi, eyni zamanda, qardaşlığımızın, dostluğumuzun daha da möhkəmlənməsi deməkdir. Hər iki partiyanın mövqeyi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Məlumdur ki, qloballaşma proseslərinin getdiyi bir vaxtda dünyada separatizm, terrorçuluq, güclünün gücsüzü əzməsi kimi çox böyük problemlər var. Bəzi hallarda ikili standartların əlaməti olaraq doğru olan deyil, güclü olan haqlı kimi qəbul edilir. Bu, Azərbaycan Türkiyə üçün bir mesajdır. Azərbaycan xalqının mənəvi mədəniyyətində, türk İslam əxlaqında doğru olmayanı güclü olduğu üçün haqlı qəbul etmək prinsipi yoxdur. Ona görə , bu gün biz istəyirik ki, həm doğru, həm haqlı, həm güclü olaq. Onda biz daha çox nailiyyətlər əldə edə bilərik. Bu səbəbdən , bizim birgə fəaliyyətimizə, birgə proqramlar həyata keçirməyimizə, təcrübə mübadiləsi aparmağımıza böyük ehtiyac var. Qeyd edim ki, YAP AKP arasında əlaqələr təkcə qurultaylar dövründə deyil, hər zaman ardıcıl, sistemli xarakter daşıyır. Xatırladım ki, bu ilin may ayının əvvəlində AKP-nin gənclər qolunun dəvəti ilə YAP gəncləri Türkiyədə səfərdə olub. Həmçinin, biz onları Azərbaycanda keçirilən tədbirlərə dəvət edirik. Bütün bunlar uzaq gələcəyə hesablanmış davamlı əməkdaşlıq proqramının uğurla həyata keçirildiyini göstərir. Əminliklə, söyləmək olar ki, iki ölkə arasındakı əlaqələr bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.

 

 

HÜLYA

 

Yeni Azərbaycan.- 2012.- 1 iyun.-S.6.