“Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə”

 

YAP Gənclər Birliyi və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili alov” fəvvarə kompleksində konsert proqramı keçirilib

 

Dünən “Musiqili alov” fəvvarə kompleksində Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkil etdiyi “Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə” adlı möhtəşəm konsert proqramı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Milli Qurtuluş bayramının əhəmiyyətindən bəhs edib. Əli Əhmədov bildirib ki, qurtuluş məfkurəsi bu gün də davam etməkdədir: “Bir neçə gün bundan əvvəl bütün Azərbaycan xalqı, o cümlədən, dünyada yaşayan azərbaycanlılar bu gözəl bayramı qeyd etdilər. Hesab edirəm ki, bu günün qeyd olunması üçün, insanların qəlbində yaşaması üçün kifayət qədər əsaslar var. Azərbaycanın gündən-günə güclənən iqtisadiyyatı, insanlarımızın həyatının gözəlləşməsi, rifahının yaxşılaşması, əhval-ruhiyyəsinin yüksəlməsi, ölkəmizin hər bir guşəsinin, xüsusilə Bakı şəhərinin simasının dəyişməsi Ulu öndər Heydər Əliyevin qayıdışından başlayan qurtuluşun Azərbaycana gətirdiyi yeniliklərdir, faydalardır. 19 il ötməsinə baxmayaraq, Azərbaycan bu gün də qurtuluş məfkurəsini rəhbər tutaraq inkişaf edir. Bu möhtəşəm tədbirimizin keçirildiyi bu guşəyə nəzər salaraq Azərbaycanın qurtuluşdan başlayan həyatının gözəlliklərini gözümüzün qarşısında canlandıra bilərik. Ancaq dəyişən, gözəlləşən təkcə bu guşə deyil, Azərbaycanın hər bir guşəsidir. Bu mənada, qurtuluşun gətirdiyi yeniliklər və faydalar bu gün də Azərbaycana, xalqımıza xidmət edir”.

Bu gözəl təntənəli gecədə insanlara xoş istirahət arzulayan YAP Sədrinin müavini qeyd edib ki, istirahət etmək üçün kifayət qədər əsaslar var. “Ən əsası isə insanlarda  əhval-ruhiyyə var. Əhval-ruhiyyə o zaman olur ki, insan həyatından razı olur. İnsan o zaman həyatından razı olur ki, dövlətindən, hakimiyyətdən, ölkə başçısının həyata keçirdiyi siyasətdən  razıdır” - deyə, Əli Əhmədov vurğulayıb.

Çıxış edən Nizami rayon İcra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov isə bildirib ki, bu tədbir ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngin dövrə təsadüf edir: “Ötən il respublikamızın müstəqilliyinin 20 illiyini qeyd etdik. Azərbaycanın uğurları hamımızı sevindirir. Azərbaycan bu gün möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Ölkəmiz mədəniyyət və idman sahəsində beynəlxalq  tədbirlərin təşkilatçısı kimi bütün dünyada nüfuz qazanıb. “Eurovision-2012” mahnı müsabiqəsi də ölkəmizin nə qədər inkişaf etdiyini göstərdi. Bu nüfuzlu beynəlxalq mahnı müsabiqəsinin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə nə qədər yüksək səviyyədə keçirildiyi bütün dünyada əks-səda doğurub. Tədbirdə iştirak etmiş bir çox ölkələrin təmsilçiləri Azərbaycana vurğun olaraq bir daha ölkəmizə səfər etməyi çox arzulayırlar. Biz də fəxr edirik ki, Azərbaycan inkişaf yolundadır və gündən-günə qüdrətlənir”.

T.Budaqovun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil dövlətimiz güclənir və qurtuluşdan başlanan bu yol bu gün Prezident İlham Əliyev tərəfindən böyük inamla  davam etdirilir. “Bu yol Azərbaycanı xoşbəxt gələcəyə aparır”, - deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.

Sonra möhtəşəm konsert proqramına start verilib.

Gecədə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın builki müsabiqədə təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi yarışmada təmsil etmiş Səfurə Əlizadə, eləcə də digər tanınmış və gənc musiqiçilər çıxış ediblər.

Rumıniyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmiş məşhur “Mandinga” qrupunun səhnəyə çıxması isə konsertə yeni çalar qatıb. Qrupun ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Mandinga” qrupu 7 nəfərdən ibarətdir. “Eurovision-2012” mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan “Zaleilah” mahnısı ilə təmsil edən qrupun ifasında bu mahnı bir daha səslənib.

Bakıya səfəri çərçivəsində “Mandinga” qrupu paytaxtımızda yeni klipin çəkilişinə də başlayıb.

Yeri gəlmişkən, konsert proqramında iştirak edən gənclər də möhtəşəm tədbiri olduqca yüksək qiymətləndiriblər, ölkəmizin inkişafından məmnunluq hissi keçirdiklərini ifadə ediblər. Məsələn, Vüsalə Niftəliyeva qeyd edib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan qürur və sevinc hissi keçirir: “Müstəqil, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu gün Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində Azərbaycanda hər bir sahə inkişaf edir, ölkəmiz xoşbəxt gələcəyə doğru irəliləyir”.

Konsert proqramının möhtəşəm olduğunu qeyd edən Vüsalə Niftəliyeva bildirib ki, Azərbaycana təşrif buyurmuş xarici qonaqlar da ölkəmizin sürətli inkişafına heyran qalırlar: “Abadlıq-quruculuq işləri sayəsində ölkəmiz daha da gözəlləşir. Paytaxt Bakıda, o cümlədən Nizami rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri vətəndaşların rahatlığına xidmət edir. Hər bir vətəndaş hazırki sürətli inkişafdan, mütəmadi tərəqqi prosesindən iftixar hissi keçirir. Buna görə də daim vətəndaşların rahatlığına xüsusi diqqət yetirən dövlət başçısına xüsusi minnətdarlığımı bildirirəm”.

Fidan Abbasova isə deyib ki, konsert proqramı öz möhtəşəmliyi ilə seçilir. Deyərdim ki, biz bu proqramın keçirilmə səviyyəsinə heyran qaldıq.

“Bakı müasirləşir. Qeyd edə bilərəm ki, hətta Avropanın bir sıra qabaqcıl şəhərlərindən daha cəlbedici şəhərə çevrilib. Şübhəsiz, bütün bunların əsasında uzaqgörənliklə reallaşdırılan inkişaf strategiyası dayanır. Bu strategiyanın müəllifi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan qüdrətli dövlətə çevrilib”, - deyə o qeyd edib.

“Biz Azərbaycan vətəndaşı olduğumuz üçün iftixar hissi keçiririk. Çünki Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, müasir ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyev Azərbaycanı hərc-mərclikdən xilas etdi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin inkişaf strategiyası sayəsində ölkəmiz tərəqqi yolunda sürətlə irəliləyir”. Bunu isə Rahil Şükürov deyib.

Mehman Əliyevin sözlərinə görə, konsert proqramı yüksək səviyyədə təşkil olunub: “Ulu öndər Heydər Əliyev xalqımızı xaosdan xilas edib. Prezident İlham Əliyev isə Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirməklə ölkəmizi tərəqqi yoluna çıxarıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda tanınır, nüfuzlu dövlətdir, öz inkişafı ilə seçilir. Bu, bizim üçün fəxrdir”.

Namiq Muradov isə deyib ki, Nizami rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkil etdiyiHeydər Əliyev: Qurtuluşdan tərəqqiyəadlı konsert proqramı öz möhtəşəmliyi ilə seçilir: “Göründüyü kimi, proqram yüksək səviyyədə təşkil olunub”.

N.Muradov vurğulayıb ki, müstəqil Azərbaycan sürətlə inkişaf edir, güclü dövlətə çevrilib: “Biz bununla fəxr edirik. Bugünkü tərəqqinin əsasını Ümummilli lider Heydər Əliyevin təməlini atdığı uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi təşkil edir”.

Qeyd etmək lazımdır ki, bəhs olunan möhtəşəm konsert proqramının keçirildiyi Nizami rayonu həyata keçirilən abadlıq-quruculuq işləri infrastrukturun yenilənməsi, yol, nəqliyyat digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli ardıcıl işlər sayəsində müasirləşməkdə inkişaf etməkdədir. Vurğulayaq ki, son olaraq Bakının Heydər Əliyev Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronunKoroğlustansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin istismara verilməsi Nizami rayonu ərazisində nəqliyyat infrastrukturunun şaxələndirilməsi inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Bu, Azərbaycanın Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı hesab olunur. Məlumat üçün qeyd edək ki, bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2006-cı il aprelin 11-də başlanıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir. Qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilib. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu il iyulun 2-də açılıb. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü körpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü - son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunub.

Hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci kilometr, Əhmədli, “Günəşliyaşayış massivləri Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunub. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülüb. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, inşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaratmaqdadır.

 

 

NURLAN QƏLƏNDƏRLİ,

 

NARDAR BAYRAMLI

 

Yeni Azərbaycan.- 2012.- 21 iyun.- S.4.