Ermənistan
dövlət deyil, dünya
ermənilərinin Qafqazdakı yarım-hərbi ofisidir
Və ya yaxın gələcəkdə
əgər “Ermənistan ölkə deyil” fikrinə görə
ermənilərin qanunla cəzalandırıldığını
eşitsək, gərək biz təəccüblənməyək
Son
dövrlərdə dünyada baş verən ictimai-siyasi və
hərbi-siyasi proseslər beynəlxalq münasibətlər
sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirib.
Müasir kiber texnologiyaların da iştirak etdiyi beynəlxalq
münasibətlər sferasında hadisələrin inkişaf
dinamikası çox sürətlə irəliləyərək
yeni qlobal mühiti formalaşdırmaqdadır. Baş verən
hadisələr beynəlxalq münasibətlər sisteminin əsas
aktoru olan milli dövlətlərin, eyni zamanda, regional və
qlobal təşkilatların da fəaliyyətində yeni
keyfiyyət dəyişikliklərinin yaranmasına gətirib
çıxarıb. Bu keyfiyyət dəyişiklikləri isə
müxtəlif aspektlərdə, fərqli şəkildə və
istiqamətlərdə özünü göstərməkdədir.
Azərbaycanın hücum
diplomatiyası siyasəti yeni perspektivlər yaradıb
Məsələ
ondadır ki, yeni şəraitdə bu münasibətlərin
milli aktorların lehinə və əleyhinə doğru istiqamətlənməsi
ilə bağlı yeni tendensiyalar yaranıb. Sevindirici
haldır ki, müstəqil dövlət olaraq, beynəlxalq
münasibətlərin müstəqil aktoru kimi Azərbaycan
Respublikası yeni şəraitdə köhnədən qalma
stereotipləri qıraraq, müasir beynəlxalq münasibətlər
sistemində öz yerini və rolunu möhkəmləndirməyə
nail olub. Artıq dünya ictimai rəyində olan
ayrı-ayrı ənənəvi yanaşma metodları və
yaxud tendensiyaları köklü şəkildə dəyişməyə
başlayıb.
Məhz
Azərbaycan Respublikasının həyata keçirdiyi
hücum diplomatiyası sayəsində bu gün beynəlxalq
ictimai rəyin ölkəmizə doğru yönlənməsi,
ölkəmizin lehinə formalaşması təmin edilib. Həmçinin,
bu və ya digər ölkələrdə Azərbaycana
münasibətdə köhnədənqalma ənənəvi
baxış kardinal şəkildə dəyişib. Bu vəziyyət
isə yeni mərhələdə Dağlıq Qarabağ
probleminin həlli ilə bağlı yeni üfüqlər və
perspektivlər açıb.
Heç
şübhəsiz ki, Dağlıq Qarabağ probleminin regionda
mövcud olması bu problemin yaranmasında və bu günə
qədər canlı olaraq ayaqda tutulmasında maraqlı olan
bir sıra dövlətlərin də mövqeyində dəyişiklik
olmasına gətirib çıxaracaq. Çünki əgər
Cənubi Qafqazda vəziyyət indiki kimi davam edərsə, bu
problemi yaradan və onu idarə edən, regionda bu problemdən
təzyiq vasitəsi kimi istifadə edən şimal qonşumuz
məhz indiki vəziyyətdə və hazırki statusunda
Dağlıq Qarabağ problemini həll etməzsə yaxın
gələcəkdə problemin həlli ilə bağlı
onun əlində olan iqtisadi-siyasi və hərbi
rıçaqlar itirilə bilər. Çünki dəyişən
dünya bütün ölkələrə yeni keyfiyyət dəyişikliyi
gətirdiyi kimi Rusiya Federasiyasına da yeni davranış, yeni
keyfiyyət, yeni münasibətlərin
formalaşmasını diktə edir.
Dağlıq Qarabağ problemi məhz
indi həll edilməlidir
Görünən
odur ki, yaxın gələcəkdə artıq Rusiya Cənubi
Qafqazda və bütövlükdə regionda bəlkə indiki
qədər söz sahibi və səlahiyyət sahibi olmayacaq.
Buna görə də, hesab edirik ki, Rusiya Federasiyasında olan
bəzi praqmatik siyasi dairələr məhz Dağlıq
Qarabağ probleminin indi həll olunması ilə bağlı
tədbirlər görməlidirlər. Əks təqdirdə,
Rusiya bu tarixi şansı qaçırmaqla, ənənəvi
Rusiya-Azərbaycan dostluğu və strateji müttəfiqliyində
bir şansı buraxmış olacaq. Bu, xalqların
dostluğuna və tarixi münasibətlərinə xidmət
edəcək bir siyasi qərarı qəbul etməməklə
gələcəkdə münasibətlərin başqa formada
şəkillənməsinə əsas vermiş olacaq. Ona
görə də, məhz indiki tarixi şəraitdə Rusiya
düzgün qərar qəbul edərək, Dağlıq
Qarabağ probleminin həll olunması ilə bağlı məsələləri
aktuallaşdırmalı və bu problemi həll etməlidir.
Yoxsa, sonra gec ola bilər.
Ermənistanın daxili və xarici
siyasəti fiaskoya uğrayıb
O da
xüsusi olaraq qeyd olunmalıdır ki, son dövrlərdə
Azərbaycan dövləti tərəfindən həyata
keçirilən balanslaşdırılmış siyasət,
eyni zamanda, hücum diplomatiyası öz töhfələrini
verməkdədir. Bu günə qədər həyata
keçirilən siyasət Cənubi Qafqazda yeni keyfiyyətdə
yeni bir reallıq formalaşdırıb.
Bu, o
qədər qabarıq, sərt və danılmaz bir
reallıqdır ki, artıq Ermənistan ictimaiyyəti və
erməni siyasətçiləri də bunu dərk edirlər.
Onlar başa düşürlər ki, Cənubi Qafqazdakı
siyasi, iqtisadi və turizm layihələrindən kənarda
qalıblar. Artıq Ermənistanda anlayırlar ki, bu şəkildə
yaşamaq və bu şəkildə həyatı davam etdirmək
mümkün olmayacaq. Ona görə də, mart ayının
5-7-də Brüsselə səfər edən Ermənistan
prezidenti Serj Sarkisyan istər Avropa Komissiyasının sədri
Joze Manuel Borrozu ilə, istərsə də NATO-nun baş
katibi Anders Foq Rassmussen ilə görüşən zaman Azərbaycanı
şikayət etməyə başlayıb. Bu, əslində,
Ermənistanın xarici və daxili siyasətinin fiaskosunun
göstəricisidir.
Bir
sözlə, artıq “soyqırımı” iddialarının,
antimüsəlman təbliğatının işə
yaramadığı, Avropada köhnə kartlardan istifadə
etmənin nə qədər yararsız olduğu Ermənistan
ictimaiyyətinə və hərbi xunta liderlərinə də
bəllidir. Ona görə də, Sarkisyan Joze Manuel Borrozu ilə
görüşündə Azərbaycanı ittiham edir və
deyir ki, “Azərbaycanda ksenefobiya görünməmiş həddə
çatıb. Azərbaycanda müharibə təbliğ
olunur. Azərbaycanı idarə edənlər erməniləri
düşmən adlandırırlar və siz neft
alırsınız onun əvəzində verdiyiniz pulların
nəyə xərcləndiyinə nəzarət etmirsiniz”. Ermənilər
məhz bu cür acizanə müraciətlərə ümid
edirlər.
Sarkisyan
və ermənilər qonşu ölkənin 20 faiz
torpaqlarını işğal edəndə, Xocalı
soyqırımını törədəndə, həmçinin,
birbaşa əlisilahlı quldur kimi o proseslərdə
iştirak və sonradan da bunu fəxrlə beynəlxalq mediada
etiraf edəndə bilməliydilər ki, erməni
xalqının timsalında o və onun kimilər düşməndirlər.
Və bu düşmənçiliyi onlar yaradıblar. Bu
gün bundan şikayətlənmək isə həm məğlubiyyətin
etirafı, həm də ləyaqətsiz bir etirafdır.
Və
doğrudan da, Sarkisyan kimiləri Azərbaycan xalqının
düşmənləridir. Onlar bunu əməlləri ilə
sübut ediblər. Əlbəttə ki, bu cəhdlər
heç bir fayda verməyəcək. Güclənən Azərbaycanın
hərbi, iqtisadi və siyasi potensialı qarşısında
Ermənistan mütləq ən qısa zamanda geri çəkilməli
olacaq.
Erməni hərbi xuntası həm
də korrupsioner şəbəkə yaradıb
Məsələ
ondadır ki, xunta liderlərinin daxili siyasəti də iflasa
uğrayıb. Bu yaxınlarda Sarkisyan rəhbərlik etdiyi
Respublikaçılar partiyasının qurultayında bir
sıra çarəsiz etirafları yenidən səsləndirib.
Sarkisyan həmin qurultayda “heç kimin hüququ yoxdur ki, desin
bu ölkə ölkə deyil” deyib. Yəni, bir vaxtlar Rusiya rəsmilərinin
forpost, bizim təşkilat adlandırdığımız və
yaxud “Ermənistan ölkə deyil vahid təşkilatdır”,
“Ermənistan dünya erməniçiliyinin Qafqazda olan
“ofis”idir” kimi fikirlər bu gün artıq Ermənistan əhalisi
tərəfindən də etiraf olunur. “Ermənistan ölkə
deyil” fikri erməni əhalisi arasında o qədər məşhurdur
ki, artıq Ermənistan prezidenti bu fikri deməyə heç
kəsin hüququ olmadığını bildirməyə məcbur
olur. Yaxın gələcəkdə əgər “Ermənistan
ölkə deyil” fikrinə görə ermənilərin qanunla
cəzalandırıldığını eşitsək, gərək
biz təəccüblənməyək. Amma bu fikir real,
çılpaq bir həqiqətdir. Doğrudan da, Ermənistan
dövlət deyil. Ermənistan sadəcə imperialist güclərə
xidmət edən hərbi bazadır. Məsələ
ondadır ki, aparılan siyasət hərbi xuntanın idarə
etdiyi bu ölkədə iqtisadiyyat deyilən müəyyən
münasibətlərin bir neçə oliqarxlar tərəfindən
idarə olunması və istismar edilməsi həddindən
artıq rüşvətxorluq və korrupsiya faktlarının
olması Ermənistanın olmayan iqtisadiyyatını da
çökdürüb. Və buna görə də əhali
ölkədən miqrasiya edir. Nəticə etibarilə Ermənistanın
ümumi əhalisi say etibarilə 1 milyondan bir qədər
çoxdur ki, bunlar da bu və ya digər şəkildə məcburi
olaraq Ermənistanda bir növ həbs olunmuş ermənilərdir.
Niyə onların ölkə daxilindən ölkə xaricinə
çıxmağa iqtisadi imkanları yoxdur, ya bu və digər
şəkildə inzibati resurslar onlara mane olur. Ya da bu və ya
başqa formada müxtəlif şantaj üsulları ilə
müxtəlif maddi, cəlbedici metodlar ilə ölkədə
saxlanılır. Sarkisyanın bu cür acı etirafları Ermənistan
müxalifəti tərəfindən də ciddi şəkildə
tənqid olunur və ölkənin vəziyyəti Ermənistan
müxalifətində ciddi narazılıqlara səbəb
olur. Yeri gəlmişkən, Ermənistandakı bu daxili vəziyyəti
erməni əsilli fransız müğənnisi Şarl Aznavur
da çox gözəl ifadə edə bilmişdi. Demişdi
ki, ermənilərə qarşı bir genosid var, amma bu genosid
daxili genosiddir və Ermənistanın apardığı siyasət
nəticəsində ölkənin daxilində ermənilərə
qarşı bu genosid baş verir. Daxili vəziyyəti qiymətləndirən
EMK-sının kordinatoru Levon Zurabyan isə Ermənistan
Respublikasının prezidentinin “Dağlıq Qarabağ bizim
olub, bizimdir, bizim olacaq” şüarına artıq istehza ilə
yanaşır.
Biz də
hesab edirik ki, bu gün artıq köhnəlmiş 1990-cı
illərin əvvəllərində qalmış şüarla
yenidən hakimiyyətə gəlmək mümkün deyil. Və
doğrudan da, heç bir iqtisadi inkişafa, demokratik tərəqqiyə,
yüksək inkişafa nail ola bilməyən ölkə yenidən
Dağlıq Qarabağ kartından istifadə etməklə
hakimiyyətdə qalmaq istəyirsə, bir ölkədə
yenidən bu kart oynanılırsa demək ölkənin əldə
edəcəyi heç bir nailiyyət, heç bir inkişaf,
heç bir tərəqqi, heç bir uğur yoxdur. Ancaq əlbəttə
ki, Sarkisyanın bu cəhdləri əbəsdir. Tezliklə Azərbaycan
tərəfi bu kartı da onun əlindən alacaq.
Qeyd
olunur ki, biznesin göstəricilərinə görə,
2001-2003-cü illərdə Ermənistan 83 bal itirərək
geriləyibdir. Azərbaycan isə 245 bal qazanaraq biznesin
hesabatında daha da möhkəmləndiribdir. Korrupsiya
faktına görə, Ermənistan dünyada 180 ölkə
arasında 129-cu yerdədir. Ən çox korrupsiyaya
uğramış ölkələrdən biridir. Rəsmi
etiraflara görə, yoxsulluq indeksi 43 faiz civarındadır.
Qeyri-rəsmi indekslərə görə, bu, 70 faiz
civarındadır. Gizli iqtisadiyyata görə bu ölkə
151 ölkə arasında 143-cüdür. Bütün bu
göstəricilər ona dəlalət edir ki, Ermənistanın
daxili və xarici siyasəti iflasa uğramışdır. Və
belə vəziyyətdə qonşu ölkənin
torpaqlarını uzun müddət işğal altında
saxlamaq mümkün olmayacaq. Məhz Ermənistanın bu səfalətə
düçar olmasının ilk səbəbi onların
özləridir. Eyni zamanda, bu, Azərbaycanın uğurlu
hücum diplomatiyasının məntiqi nəticəsidir.
Hikmət Babaoğlu
Yeni Azərbaycan.- 2012.- 28 mart.- S.5.