Regionların sosial-iqtisadi inkişafı ilə bağlı aparılan siyasət uğurlu nəticələr verir

 

Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu yöndə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən biridir.

Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son illər davamlı sıçrayışlı inkişafını təmin edib yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə tərəqqi modelinin prioritet konseptlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilənRegionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illərə 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin gərgin əməyinin əzmkarlığının nəticəsi olaraq hazırlanan həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 8 ildə ən mütərrəqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıelmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.

Regionların inkişafı ilə bağlı birinci proqramın tam vaxtında icra olunması, ikinci proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.

Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası genişləndirilməsinə, yeni istehsal emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.

Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 2003-cü ildə 73 faiz təşkil etdiyi halda, hazırda 95 faizə çatıb. Görülmüş işlərin nəticəsi olaraq 2004-cü ildən indiyədək ölkədə 40 minə yaxın yeni müəssisə yaradılıb ki, bunun da təxminən 40 faizi regionların payına düşür. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni yerlərinin 86,2 faizi qeyri-dövlət sektorunda yaradılıb. Son 8 ildə bölgələrdə yaradılmış yerlərinin sayı 1 milyonu ötüb.

Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. İşsizliyin yüksək səviyyədə olduğu ölkələrdə işçi qüvvəsindən yarımçıq istifadə nəticəsində iqtisadi sistem özünün istehsal imkanlarından tam istifadə edə bilmir. İşsizlik, həmçinin, insanların həyati vacib maraqlarına ciddi zərbə vurur onları yaşayış uğrunda mübarizə aparmaq hüdudlarına gətirib çıxarır. Beləliklə, işsizliyin səviyyəsi hər bir ölkədə iqtisadiyyatın ümumi vəziyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyev məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin müəllifi kimi çevik operativ addımlar atmaqla insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail oldu. Azərbaycanda ümumi makroiqtisadi artım templəri əyani şəkildə istehsal müəssisələrinin rentabelli fəaliyyətini göstərir, eyni zamanda, insanların məşğulluğunun təmin olunduğunu şərtləndirir. Bu amillər isə son nəticədə işsizliyin səviyyəsinin aşağı düşdüyünü ifadə etmiş olur. Ümumiyyətlə, “Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın məzmunu birbaşa sosial xarakter daşıyır sənədin məntiqi nəticəsi insan amilinə söykənir. Yəni, dövlətin inkişafı zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Cənab Prezident bu qənaətdədir ki, “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın əsas vəzifəsi ondan ibarət olub ki, bölgələr sürətlə inkişaf etsin, bölgələrdə proseslər müsbət istiqamətdə getsin, bölgələrdə yaşayan insanların həyat səviyyəsi yaxşılaşsın, xidmət sektoru yaxşılaşsın infrastruktur da inkişaf etsin.

Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə , yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar göstərişlər verməsi proqramın icrasının əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Eyni zamanda, Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsinə, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlər həyata keçirilib.

Dövlət başçısı ötən 8 ildə bütün rayonlara səfər edib, ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal xidmət müəssisələrinin açılış təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı, həmçinin, bir sıra infrastruktur nəqliyyat obyektlərinin tikintisinin bərpasının vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyevin sistemli davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini həyata keçirilməsini təmin edir. Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər planı yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxacaq. Dövlət isə bütün bu tədbirləri perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.

 

 

Arzuman Muradlı,

YAP Səbail rayon təşkilatının sədr müavini,

 iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Yeni Azərbaycan.- 2012.- 29 mart.- S.3.