31 MART SOYQIRIMI-xalqımızın
qan yaddaşı
Azərbaycan ikinci dəfə
müstəqillik əldə
etdikdən sonra məhz Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31
mart soyqırımı günü
kimi rəsmiləşdirildi
Məlum olduğu kimi, 31 mart soyqırımı ermənilərin
xalqımıza qarşı
həyata keçirdiyi
ən böyükmiqyaslı
terror aktlarından biri
kimi tarixə yazılıb. 1918-ci ildə
baş vermiş bu qanlı olay
demək olar ki, bütünlüklə
Azərbaycan ərazisini
əhatə edib.
Tarixdən də bəlli
olduğu kimi, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan
Şaumyanın başçılıq
etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Britaniya hökumətindən milyon
qızıl rubl məbləğində ilkin
yardım alan
Stepan Şaumyan, Bakıda azərbaycanlılara
qarşı bolşeviklərlə
erməni milliyyətçilərinin
işbirliyini təmin
edib. 1918-ci ildə martın 9-da Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd
Tağıyevin dəfn
mərasimində iştirak
etmək üçün
Bakıya gələn
general Talışinskinin başçılıq
etdiyi Azərbaycan alayı hələ paytaxta qədəm basmamış Rusiya bolşeviklərinin lideri
Vladimir Ulyanov (Lenin) Bakı
Sovetinin başçısı
Stepan Şaumyana aşağıdakı məzmunda
teleqram yollayıb: Hörmətli yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür
edirəm. Sizin düşünülmüş
siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin
daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun
sayır və nəticədə qələbə
çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər
arasında narazılıqlar
və münaqişələr
nəticəsində irəli
getmişik. Bu konfliktləri işlətməyi
öyrənin, hal-hazırda
diplomatiya öyrənmək
vacibdir. Bütün dostlara
xoş arzular və salamlar.
V.Ulyanov (Lenin)
Lakin Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının
üzvləri Bakı
Soveti tərəfindən
həbs edilir və qarşıdurmanın
ilk anları yaşanır. Nəticədə şəhərdə yaşayan
azərbaycanlılar Bakı
Sovetinə qarşı
müqavimət göstərməyə
başlayırlar. Baş verən
silahlı münaqişə
martın 30-dan aprelin
3-nə qədər davam
edir.
Yeri gəlmişkən,
tarixi mənbələrdə
qeyd edilir ki, Bakıda qırğın törədilməsinə
hələ 1918-ci ilin
yanvarında cəhd edilsə də bu baş tutmamışdı. Amma müsəlman
korpusunun komandiri
general Talışinskinin həbsi
artıq şəhərin
türk-müsəlman əhalisində
ciddi qəzəb doğurmuşdu. Bundan
istifadə edən ermənilər isə silahlı toqquşmaya can atırdılar. Stepan Şaumyan Bakı
Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş
müharibəsinin başlıca
istehkamına çevrilməlidir.
Toqquşmanın başlanması üçün
bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin
Evelina gəmisində
Lənkərandan Bakıya
gətirilməsini təşkil
edən 48 hərbçinin
gəlişi oldu.
Ermənilər şayiə yaydılar
ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq
barədə göstəriş
alıblar. Bunu bəhanə gətirən
Şaumyan gəmidəki
zabitlərin tərk-silah
olunması üçün
göstəriş verdi. Yerli əhali isə
küçələrə çıxıb zabitlərin
tərk-silah olunmasına
etirazını bildirdi.
Beləliklə, dinc əhaliyə
qarşı soyqırımı
başladı. Şamaxıda 72, Qubada 122 kənd yerlə-yeksan edildi və əhalisinə divan
tutuldu. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış
istintaq komissiyasının
hesabatında bu hadisələr zamanı ölənlərin sayının
20 mindən çox olduğu bildirilir.
1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən
istifadə edən ermənilər öz istədiklərinə bolşevizm
bayrağı altında
nail olmağa cəhd edirdilər. Beləliklə, Bakı kommunası
1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə
başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən
Bakıya gətirilir.
Bundan başqa, Qırmızı
Qvardiya adı altında yaradılan 10-12
minlik ordunun da 70 faizi ermənilərdən
ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni
koalisiyası cəbhə
boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında
Bakıda ilk atəş
səsləri eşidildi.
Təpədən-dırnağa qədər silahlanmış
erməni əsgərləri
müsəlmanların evlərinə
basqınlar edərək
onları vəhşicəsinə
öldürür, körpələrə
və qocalara aman vermirdilər. Hətta İçərişəhərə
hücum zamanı A.Mikoyanın başçılığı
ilə yaradılmış
İnqilabı müdafiə
adı ilə çıxış edən
bu quldur dəstələri Bakının
ən gözəl memarlıq abidələrindən
olan İsmailiyyəni
yandırıb, Açıq
söz, Kaspi, Baku qəzetlərinin redaksiyalarını
dağıdıb, məscidlərə
böyük ziyan vurublar.
Mart hadisələri, əslində,
bolşeviklərin daşnaklarla
birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının
əsas təşkilatçısı
olan S.Şaumyan özü də 1918-ci il aprelin
13-də RSFSR XKS-ə yazdığı məktubunda bunu etiraf etmişdi: Biz süvari dəstəmizə
birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə
yaxın silahlı qüvvələrimiz var idi... Daşnaksütyunun da üç-dörd
min nəfərlik milli
hissələri var idi ki, bunlar
da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı
vətəndaş müharibəsinə
qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək
mümkün deyildir.
Biz bilərəkdən buna yol verdik.
Onu da vurğulamaq yerinə düşər ki, tarixin qanlı səhifələrindən olan
31 mart soyqırımı Sovet
ideoloqları tərəfindən
qəsdən unutdurulmağa
çalışılırdı. Yalnız
Azərbaycan ikinci dəfə müstəqillik
əldə etdikdən
sonra məhz Ümummilli liderimiz Heydər Əliyevin 26 mart
1998-ci il tarixli Fərmanı ilə 31 mart soyqırımı
günü kimi rəsmiləşdirildi. Eyni zamanda,
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dünyaya erməni vandalizminin tanıtdırılması, Azərbaycan
xalqının haqlı,
ədalətli mövqeyinin
çatdırılması istiqamətində dayanmadan
fəaliyyət göstərir.
Məhz bu fəaliyyət nəticəsində
artıq dünya bilir ki, XIX əsrin
əvvəllərində Qarabağ
və Zəngəzura
İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin
köçürülməsi,
1948-1953-cü illərdə soydaşlarımızın Qərbi
Azərbaycandan deportasiya
edilməsi, 1988-ci ildən
başlayaraq Dağlıq
Qarabağı Azərbaycandan
qoparmaq məqsədi güdən genişmiqyaslı
müharibə və bu gün də
davam edən acı nəticələri,
1992-ci ilin Xocalı faciəsi təcavüzkar
erməni millətçilərinin
azərbaycanlılara qarşı
planlı sürətdə
həyata keçirdiyi
soyqırımı siyasətinin
qanlı səhifələridir.
Yeri gəlmişkən,
hələ 2004-cü ildə
Daşnaksütyun partiyasının
üzvü Qrant Markaryan Ermənistan parlamentində açıq
şəkildə bəyanat
vermişdi ki, məqsədləri Azərbaycan
torpaqları deyil, azərbaycanlıların kökünü
kəsməkdir. Həmçinin, bəyanatında onu da vurğulamışdı
ki, məqsəd yeni nəsildə azərbaycanlılara qarşı
nifrət və ikrah hissini formalaşdırmaqdır
və bunu özlərinin ən böyük qələbəsi
hesab edirlər.
Bir sözlə, tarixən erməni millətçilərinin
xalqımıza qarşı
hərbi, siyasi, ideoloji və başqa vasitələrlə
yürütdüyü siyasətin
məqsədi azərbaycanlıları
doğma torpaqlarından
sıxışdırıb çıxarmaq, fiziki
cəhətdən məhv
etməklə yeni ərazilər ələ keçirmək və mifik böyük Ermənistan dövləti
yaratmaq olub. Məhz buna görə də, ermənilərin xalqımıza qarşı
apardıqları genosid
siyasətinin tarixi kökləri yüzilliklərdən
üzübəri keçib
gəlir. Əsrlərdən bəri ermənilərin bizə qarşı olan düşmənçilikləri
heç bir sərhəd bilməyib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2012.- 30 mart.- S.7.