Əli Həsənov:
Biz İran tərəfindən
rəsmi açıqlama gözləyirik
Azərbaycan
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun APA-ya
müsahibəsi:
-
Bakıda “Demokratiya üçün oxu” kampaniyası çərçivəsində
keçirilən tədbirlər yekunlaşdı. Sizcə, bu kampaniya Azərbaycanla
bağlı hansı izlər buraxdı?
- Faktiki olaraq “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı qərarlar veriləndən
sonra dünyanın bəzi anti-Azərbaycan qüvvələri və təşkilatlar hərəkətə
keçib. Sıralarında erməni təşkilatlarının
da təmsil olduğu, onların bəlli sahələrdə
maliyyəsi ilə fəaliyyət göstərən
qurumlarına qoşulan
bu təşkilat və bu təşkilatı
təmsil edən bir-iki nəfər Azərbaycan vətəndaşı
anti-Azərbaycan təbliğatına
dəstək verirlər.
Anti-Azərbaycan təbliğatı aparan beynəlxalq mərkəzlərin
dəyirmanına su axıdırlar. Ona görə
də düşünürəm
ki, bu təşkilatın
qurucuları və bu fəaliyyəti həyata keçirən insanlar tezliklə onların anti-Azərbaycan
siyasətinə cəlb
olunduqlarını, bu
və ya digər xarici kəşfiyyat orqanlarına
dəstək verdiklərini
anlayıb bu yoldan çəkinməlidirlər.
- Bu müddət ərzində
“İctimai Palata”nın razılaşdırılmamış
aksiyalar keçirilməsini
necə qiymətləndirirsiniz?
- Buna da təəssüf edirik. Müxalifət partiyaları ölkə
vətəndaşlarına və xarici ictimaiyyət nümayəndələrinə,
KİV-lərə, xarici
ölkələrdəki siyasət
yaratma mərkəzlərinə
özlərini göstərmək
üçün daha müsbət və pozitiv fəaliyyət göstərə bilmədikləri
üçün bu cür davranırlar.
Yəni,
Azərbaycana “Eurovision” mahnı
müsabiqəsini işıqlandırmağa
gəlmiş jurnalistlər
qarşısında özlərini
göstərmək, mövcudluqlarını
nümayiş etdirmək
istəyirlər. Onlar belə
fəaliyyətlə heç
zaman Azərbaycan seçicisinin səsinə
ümid edə, onun etimadını qazana bilməzlər.
Əgər onlar hesab edirlərsə ki, xarici təşkilatların,
yaxud bu gün onların fəaliyyətini xaricdə
işıqlandıraraq Azərbaycana
çamur atan qurumların dəstəyi
ilə hakimiyyətə
gələcəklər, yanılırlar.
- İsveçin Azərbaycandakı
səfirinin dünən
keçirilmiş ziyafətdə
bu ölkənin
“Eurovision” təmsilçisi Lorinə çıxışı
zamanı siyasi bəyanat verməsi ilə bağlı təklifi barədə mətbuatda yayılan məlumata münasibətiniz
necədir?
- Bəli, bu məlumat
barədə xəbərim
var. Təəssüf olsun
ki, burada da müəyyən siyasiləşmə cəhdləri
var. İstər diplomatik
nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi
qruplar olsun. Musiqi yarışmasını siyasiləşdirmək
olmaz. Bu və ya digər
partiya nümayəndələri
ilə musiqi yarışmaçısı arasındakı
ünsiyyətləri quraraq
belə beynəlxalq nüfuzlu tədbirlərə
xələl gətirmək
cəhdi həmişə
pislənilib, bundan sonra da pisləniləcək.
- Bununla bağlı İsveç tərəfinə
etiraz olacaqmı?
- Mən bu məsələnin
mahiyyəti barədə
dəqiq məlumatlı
deyiləm. Hər halda mətbuatdakı
xəbərlərdə görünən
budur ki, siyasi partiya nümayəndələri ilə,
xüsusən bu günlərdə aktiv
anti-Azərbaycan fəaliyyəti
nümayiş etdirənlərlə
“Eurovision” yarışmasına qatılan ölkələrin
təmsilçiləri arasında
belə ünsiyyətin
yaradılması, buna
vasitəçilik edilməsi
bəlli məqsədlərlə
edilə bilər.
Əlbəttə, bu, siyasiləşmə
məqsədilə edilirsə,
biz bunu pisləyirik.
- NATO-nun Çikaqo Sammitinin
yekununda qəbul edilmiş Bəyannamədə
Dağlıq Qarabağla
bağlı müddəa
da əksini tapmışdı. Bunu necə dəyərləndirirsiniz?
- Biz bunu obyektiv, həm də müsbət dəyərləndiririk.
Çünki NATO beynəlxalq sülhyaratma
proseslərində iştirak
edən əsas nüfuzlu qurumlardan biridir. Düşünürük
ki, bu qurumun
Cənubi Qafqazdakı
digər münaqişələrlə
dəyərləndirməsi, hər üç ölkənin ərazi bütövlüyünün pozulmaz
olmasını təsdiqləməsi,
gələcəkdə Dağlıq
Qarabağ probleminin, o
cümlədən Ermənistan-Azərbaycan
münaqişəsinin həllində
ATƏT-in digər prinsipləri
ilə yanaşı istifadə olunan əsas beynəlxalq hüquq norması kimi qəbul oluna bilər. NATO əvvəlki illərdə, əvvəlki
sammitlərdə də
Azərbaycanın ərazi
bütövlüyü və
Ermənistanın Azərbaycan
ərazilərini işğal
etməsi faktını
təsdiq etmişdi.
Bu gün həmin faktı bir daha təsdiqləməsi onu göstərir ki, erməni tərəfi, yaxud onlara dəstək verən dairələrin iddia etdiyi kimi
“Dağlıq Qarabağ
problemi Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll oluna bilməz” prinsipi, uydurmaları yalandır və nüfuzlu beynəlxalq təşkilatların
mövqeyi ilə üst-üstə düşmür.
- AXCP sədri Əli Kərimli deyib ki, “İranda milyonlarla azərbaycanlının
dini lider kimi qəbul etdiyi din xadiminin burda tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”.
- Azərbaycanda heç bir İran dini
rəhbəri, yaxud dini lideri təhqir
olunmayıb. Azərbaycan hakimiyyəti və
ictimaiyyəti İranın
dini rəhbərlərinə,
ruhaniyyətinə daim
sayğı ilə yanaşıb. Lakin eyni
zamanda ruhaniyyətin
anti-Azərbaycan fəaliyyətini
də açıq şəkildə, çəkinmədən
onlara bildirib. Son zamanlar İranın
bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına
qoşulublar və bu işin başında
dayanıblar, Azərbaycanda
keçirilən beynəlxalq
tədbiri “gey-parad” adı ilə ləkələmək istəyirlər.
Azərbaycan xalqına beynəlxalq
aləmdə, o cümlədən
İran səviyyəsində
böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik.
O ki qaldı İran səfirliyi qarşısında keçirilən
piketlərdə İranın
dini rəhbərinin portretinin qaldırılması
ki, “Ermənistana dəstək verməkdən
imtina et!”, “Anti-Azərbaycan fəaliyyətinin
qarşısını alın!”
- bu, çağırışdır.
Burada böhtan, təhqir yoxdur.
- İranın Azərbaycandakı
səfirinin Tehrana çağırılmasına münasibətinizi bilmək
istərdik....
- Hər bir ölkənin
öz səfirini ölkəyə çağırması,
məsləhətləşmələr aparması təbiidir. Bu normal prosedurdur. Bunu dramatikləşdirmək lazım
deyil. Faktiki olaraq dramatikləşən
odur ki, İranın bəzi dairələri Azərbaycanın
əleyhinə əsası
olmayan anti-Azərbaycan
təbliğatı aparırlar.
Bir an içində bunu dayandırmalıdır. Azərbaycan hakimiyyətinin
indiyədək İran,
onun maraqları, regionda bu ölkəyə
yanaşma, bu ölkə ilə beynəlxalq aləmin münasibətləri ilə
bağlı səsləndirilən
rəsmi açıqlamalarının
cavabı hələ ki, İran tərəfindən
gəlməyib. Biz o rəsmi açıqlamaları
İran tərəfindən
gözləyirik.
- İranda saxlanılan
iki azərbaycanlı şairin taleyinə hələ də rəsmi aydınlıq gətirilməyib. Bununla bağlı gözləntiləriniz
nədir?
- Təəssüf olsun ki, biz bu məsələyə
aydınlıq gətirə
bilmirik. Çünki
heç bir məlumat yoxdur. Hesab edirik ki, bu
cür hallar iki ölkə arasındakı münasibətlərə
ziyan vurur.
Yeni Azərbaycan.- 2012.-24 may.- S.3.