Artıq Azərbaycanda qiymətli kağızlarla ticarətin tam funksional, mütəşəkkil meydanı və əməliyyat infrastrukturunun mövcudluğunu bəyan edə bilərik

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı www.yap.org.az saytına müsahibə verib:

- Rüfət müəllim, müstəqillik dövründə Azərbaycan Respublikasının qiymətli kağızlar bazarındakı inkişaf dinamikasını necə xarakterizə edərdiniz?

- Məlum olduğu kimi, qiymətli kağızlar kompleks və təsərrüfat xarakterli müqavilələrdir. Bu müqavilələrin effektiv icrasını təmin edən institutların, başqa sözlə desək qiymətli kağızlar bazarının fəaliyyəti isə yalnız özəl mülkiyyət və azad sahibkarlıq prinsiplərinə əsaslanan hüquqi və iqtisadi münasibətlər sisteminin formalaşması ilə mümkün ola bilər. Bu baxımdan, qiymətli kağızlar bazarındakı inkişafı bütövlükdə, ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel qiymətləndirmək daha düzgün olardı.

20 illik müstəqillik dövrü ərzində Azərbaycan bu prinsiplərə əsaslanan münasibətlər sisteminin yaradılması istiqamətində həm dünya, həm də region ölkələri üçün etalon qəbul edilən bir inkişaf yolu keçib. Müstəqilliyin ilk dekadası ərzində azad bazar münasibətləri və fərdi sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərən yeni iqtisadi sistemin fundamental təsisatları formalaşdırıldı. Makroiqtisadi tənzimləmə institutları və təcrübəsi yaradıldı, ölkənin iqtisadi inkişafının əsasını təşkil edən neft strategiyası hazırlanaraq tətbiqinə başlandı. Genişmiqyaslı iqtisadi islahatlar müstəqilliyin ikinci onilliyində də davam etdirildi. Bu dövrdə iqtisadiyyat sahəvi və coğrafi olaraq şaxələndirildi, sahibkarlığın inkişafını dəstəkləyən əlverişli biznes mühiti təmin edildi, effektiv maliyyə sektoru yaradıldı. Bütün bunlar artıq ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti üçün ilkin şərtlərin formalaşdığından xəbər verirdi və bu əsasda ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının formalaşdırılması tədbirlərinə müstəqilliyin ikinci dekadasından etibarən xüsusi diqqət yetirildi. İlk növbədə, qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi institusionallaşdırıldı, tənzimləyici orqan-Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yaradıldı və müvafiq nəzarət və tənzimləyici potensial formalaşdırıldı. Son bir neçə il ərzində bazarın artan dinamikasına uyğun olaraq QKDK-nın hüquq və vəzifələri genişləndirildi, tənzimləyici potensialın və kadr hazırlığının əhəmiyyətli artımına nail olundu.

Qiymətli kağızlar bazarının hüquqi əsasını təşkil edən “Qiymətli kağızlar haqqında” Qanun hələ 1992-ci ildə qəbul edilsə də, 2004-cü ildə Mülki Məcəlləyə müvafiq əlavə və dəyişikliklər edilməklə ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair hüquqi normativ baza əhəmiyyətli dərəcədə təkmilləşdirildi. Qanunvericilik sahəsində islahatlar bu gün də dinamik davam etməkdə və davamlı olaraq bir sıra normativ hüquqi aktlar qəbul edilməkdədir. Son 4 ildə 3 qanun, 21 qanunaltı normativ sənəd qəbul edilmişdir. Ölkədə mütəşəkkil qiymətli kağızlar bazarı infrastrukturunun əsasını təşkil edən institutlar yaradıldı. 1999-cu ildə Milli Depozit Mərkəzi yenidən təşkil edildi, 2000-ci ildə Bakı Fond Birjası yaradıldı. Paralel olaraq, müasir fond bazarı vasitəçiləri, broker və diler institutları fəaliyyətə başladı. Son illər bazar infrastrukturunun avtomatlaşdırılması, ticarət, depozitar-uçot və saxlanc sistemlərinin inteqrasiyası tədbirlərinə başlandı. Bu gün qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ticarət meydançasına məsafədən çıxış imkanlarından istifadə etməkdədirlər. Beləliklə, biz artıq ölkədə qiymətli kağızlarla ticarətin tam funksional, mütəşəkkil meydançası və əməliyyat infrastrukturunun mövcudluğunu bəyan edə bilərik. Bu gün qiymətli kağızlar bazarında iqtisadi subyektlərin tələblərinə uyğun olaraq növü, müddəti və baza aktivlərinə görə müxtəlif xüsusiyyətli maliyyə alətləri təklif edilməkdədir. Bu alətlərin ticarəti bazarda aktiv investorlar təbəqəsinin formalaşması, o cümlədən, xarici investorların Azərbaycan maliyyə alətlərinə sərmayələr yatırmasına imkan verir. Son 10 ildə (ölkə iqtisadiyyatının 4 dəfə artdığı şəraitdə) Bakı Fond Birjasının ticarət dövriyyəsi 96 dəfə artaraq ÜDM-ə nisbətdə 1,7 faizdən 16,8 faizə yüksəldi.

- Siz həm ölkə iqtisadiyyatında, həm də qiymətli kağızlar bazarında əhəmiyyətli inkişafa nail olunduğunu vurğuladınız. Bəs belə bir şəraitdə, ötən il bu sahədə xüsusi bir Dövlət Proqramının qəbul edilməsinin zərurəti nə idi?

- Əlbəttə ki, biz bu dövr ərzində əhəmiyyətli inkişafa nail olmuşuq, lakin bununla belə kapital bazarlarının artım potensialının tükəndiyini deyə bilmərik. Qarşımızda duran vəzifə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kapital bazarlarında da kəmiyyət artımı ilə yanaşı, əhəmiyyətli keyfiyyət artımına da nail olmaqdır. Qiymətli kağızlar bazarının institusional mühiti, əməliyyat infrastrukturu, qanunvericilik bazası və tənzimləyici potensialı tamamilə yeni keyfiyyət səviyyəsinə çatmalı, inkişaf etmiş ölkələrin standartlarına tam uyğunlaşdırılmalıdır. Bunu bizim qarşımızda duran ambisiyalı hədəflər tələb edir. Cənab Prezident ötən il Azərbaycan iqtisadiyyatının növbəti 10 illik dövrü üçün inkişaf hədəflərini səsləndirdi. Müstəqilliyimizin 3-cü onilliyinin əsas iqtisadi inkişaf hədəfi kimi ikiqat iqtisadi artım müəyyən edilib. Belə bir artımın təmin edilməsi üçün iqtisadiyyatın əhəmiyyətli dərəcədə kapitallaşmasına, yeni sərmayələrə ehtiyac vardır. Bu sərmayələr, eyni zamanda, iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmalı, insan kapitalının inkişafını təmin etməli, ölkəyə yeni texnologiya və nou-havların gətirilməsinə zəmin formalaşdırmalıdır. İqtisadiyyatın artan və daha yüksək keyfiyyətli investisiya tələbatı maliyyə vasitəçiliyi xidmətlərinin təqdim edilməsində də ciddi keyfiyyət sıçrayışını tələb edir. Qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı da məhz bu məqsədə fokuslaşmışdır. Dövlət Proqramının məqsədi orta müddətli perspektivdə qabaqcıl standartlara uyğun, səmərəli fəaliyyət göstərən və tənzimlənən, özəl sektora geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarlarının formalaşdırılmasıdır. Bizim strategiyamız qiymətli kağızlar bazarının institusional inkişafını, əməliyyat infrastrukturunun tam avtomatlaşdırılmasını, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasını, tələb və təklifin genişləndirilməsini, qiymətli kağızlar bazarında tənzimləyici potensialın və peşəkar hazırlığın yüksəldilməsini hədəfləyir. Proqramda nəzərdə tutulmuş tədbirlər çoxsahəlidir və iqtisadiyyatın demək olar ki, bütün sferalarını əhatə etdiyindən Proqramın icrası 10 dövlət orqanına tapşırılıb.

- Ötən bir il ərzində Dövlət Proqramının icrası ilə bağlı nə kimi işlər görülmüşdür?

- Dövlət Proqramı 10 illik geniş bir dövrü əhatə etsə də, 1 il kimi qısa müddət ərzində biz neçə sıra istiqamət üzrə ilk nəticələrə nail olmuşuq. İlk növbədə, Proqramın icrası həvalə edilmiş 10 dövlət orqanının iştirakı ilə Proqramın effektiv icra və qarşılıqlı fəaliyyət mexanizmləri formalaşdırılmışdır. Kapital bazarlarının əməliyyat infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, ticarət sisteminin avtomatlaşdırılma səviyyəsi artırılmışdır. Qiymətli kağızların qeydiyyatuçot mexanizmləri sadələşdirilmiş, bu xidmətlərin artıq elektron qaydada təklifinə başlanılmışdır. Yeni keyfiyyətdə fəaliyyət göstərəcək olan kapital bazarının hüquqi bazasını formalaşdıran “Qiymətli kağızlar haqqında” Qanun layihəsi üzərində tamamlanmışdır. Bu Qanun layihəsi, Azərbaycan qiymətli kağızlar bazarının yeni institusional mühitinin hüquqi əsaslarının yaradılmasını, tənzimləyicinin, əsas infrastruktur təsisatlarının və bazar iştirakçılarının səlahiyyət və məsuliyyətinin optimal bölgüsünün müəyyən edilməsini, maliyyə alətləri ilə şəffaf və ədalətli ticarət prinsiplərini tətbiq etməklə daha stabil və təhlükəsiz maliyyə bazarlarının formalaşmasını hədəfləyir. Qanun layihəsi yaxın günlərdə hökumətə təqdim ediləcək. Qanun layihəsi özlüyündə tənzimləyici çərçivənin tamamlanması üçün kifayət deyilbununla əlaqədar, qanunaltı normativ baza da əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Qanunaltı normativ bazanın formalaşdırılması və tənzimləyici infrastrukturun tamamlanması məqsədilə zəruri normativ hüquqi aktların çərçivəsi müəyyən edilmişdir. Qeyd edilən sənədlərin hazırlanması məqsədilə zəruri texniki yardımlar cəlb edilmişdir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Proqramın qüvvədə olduğu son bir il ərzində 13 normativ xarakterli qaydastandart qəbul edilmişdir. Qiymətli kağızlar bazarında tələb və təklifin artırılması məqsədilə Bakı Fond Birjası (BFB) tərəfindən “Listinq Məsləhət Proqramı” hazırlanmış və tətbiqinə başlanılmışdır. Proqram şirkətlərin kapital bazarlarına çıxış üçün hazırlanması məqsədi daşıyır və bununla əlaqədar qiymətli kağızları ticarət oluna biləcək potensial şirkətlərə fond bazarından alternativ maliyyə mənbəyi kimi istifadənin üstünlükləri, habelə bunun üçün zəruri hazırlıq tələbləri izah edilməkdədir.

BFB-də ticarət olunan maliyyə alətlərinin çeşidi artırılmış və özəl sektorun qiymətli kağızlar bazarından maliyyələşməsi imkanları genişləndirilmişdir. Eyni zamanda, BFB-də qiymətli kağızlara dair məlumatların avtomatlaşdırılmış açıqlanması modulu istifadəyə verilmişdir. Hazırda BFB tərəfindən sözügedən moduldan istifadəyə dair qaydaların hazırlanması üzrə işlər davam etdirilir. Bütövlükdə, qiymətli kağızlar bazarına dair məlumatlılığın artırılması və peşəkar hazırlığın inkişaf etdirilməsi üçün kompleks tədbirlər və təlim proqramları həyata keçirilməkdədir. Bu zaman biz həm daxili, həm də xarici resurslardan istifadə edirik. Qiymətli kağızlar bazarının tənzimləyicisi olan QKDK-nın kadr potensialının gücləndirilməsi məqsədilə mütəmadi olaraq seminarlar, təlim proqramları və treninqlər təşkil edilməkdədir. Eyni zamanda, 3 il öncə başlatdığımız bazar haqqında bilik və məlumatların geniş yayılması məqsədilə ölkənin mətbuat orqanlarında mütəmadi xüsusi buraxılışların dərc edilməsi, müxtəlif auditoriyalara ünvanlanmış qiymətli kağızlar bazarı haqqında müsabiqələr davam etdirilməkdədir.

- Rüfət müəllim, dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimal itkilərlə ötüşdü. Ölkəmiz iqtisadi artımda daha konservativlik nümayiş etdirdi. Azərbaycan iqtisadiyyatını beynəlxalq mikromakroiqtisadi proseslərin təsirindən təcrid olunmuş hesab etmək olarmı?

- Azərbaycan iqtisadiyyatının qlobal mikromakroiqtisadi proseslərdən təcrid olunduğunu demək obyektiv olmazdı. Bir sıra digər sahələrdə olduğu kimi iqtisadi sferada da Azərbaycan beynəlxalq proseslərə tam inteqrasiya olunubbu proseslərin aktiv iştirakçısıdır. İqtisadi inteqrasiyanın ən mühüm göstəricisi olan xarici ticarətin ölkə ÜDM-nə nisbəti 50 faizdən çoxdur. Böhranın ən kəskin fazası olan 2008-ci ildə bu nisbət 110 faizi keçmişdi. Ölkənin aparıcı iqtisadi sahəsi olan neftneft məhsullarının ixracından gələn gəlirlərin dövlət büdcəsində payı da 50 faizdən artıqdır. böhran şəraitində bu gəlirlərin əsasını təşkil edən neft qiymətləri kəskin-təxminən 4 dəfə azalmışdı. Əlbəttə ki, belə bir şəraitdə qlobal iqtisadiyyatdakı bu dəyişikliklərin ölkə iqtisadiyyatına təsirsiz ötüşdüyünü demək yanlış olardı. Lakin bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatı dövlət başçısı cənab İlham Əliyevin düzgün, cəsarətli və uzaqgörən iqtisadi siyasəti nəticəsində böhranın təsirlərindən minimal itkilərlə çıxdı. Son 10 il ərzində əldə edilmiş möhkəm iqtisadi baza, fiskal xərclərin optimal bölgüsü, kontr-tsiklik iqtisadi tənzimləmə rejimi böhranın Azərbaycan iqtisadiyyatına neqativ təsirini minimuma endirdi.

İqtisadi artımın konservativliyinə gəldikdə isə qeyd etmək lazımdır ki, böhranın başlandığı dövrdən etibarən Azərbaycan iqtisadiyyatı inamlı artım nümayiş etdirmişdir. Xüsusilə vurğulamaq istərdim ki, böhran dövründə enerji ixracatçısı olmayan ölkələrdə belə iqtisadi resessiyaya durğunluq müşahidə edildiyi halda, iqtisadiyyatının əsas hissəsini neft sektorunun təşkil etdiyi Azərbaycanda müsbət artım templəri qeydə alınmışdır. 2009-cu ildə, bütövlükdə, dünya iqtisadiyyatının daraldığı şəraitdə, Azərbaycan 9,3 faizlik inamlı artım nümayiş etdirmişdir. Sonrakı dövrlərdə iqtisadiyyatın stabil artımına da məhz daha öncədən əldə edilmiş geniş iqtisadi baza əsasında nail olunmaqdadır. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən aparılmış uzaqgörən iqtisadi şaxələndirmə siyasəti nəticəsində iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun artan rolu ilə birbaşa əlaqəlidir. Qeyri-neft sektorunun bu artımı sağlam, dayanıqlı və rifah səviyyəsinin yüksəldilməsini təmin edən artımdır.

Bu dövrdə qiymətli kağızlar bazarının fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, maliyyə bazarları və kapital axınları sərhəd tanımadığından böhran ölkənin qiymətli kağızlar bazarına da təsir etmişdir. Bu təsir qlobal likvidlik çatışmazlığı şəraitində xarici investorların Azərbaycan qiymətli kağızlar bazarına yatırdığı sərmayələri ölkədən çıxarması ilə özünü büruzə vermişdir. Bununla belə, qiymətli kağızlar bazarında öhdəliklər tam icra edilmiş, kəskin qiymət tərəddüdləri və ya defolt (öhdəliklərin icra edilməməsi) halları baş verməmişdir. Əksinə, qısamüddətli və spekulyativ xarakterli xarici sərmayələr daha dayanıqlı və uzunmüddətli investisiyalarla əvəz olunmuşdur. Artıq kapital bazarları öz artımını tam bərpa etmiş və böhranöncəsi hədlərinə çatmışlar.

- Rüfət müəllim, siz son illər ölkənin qeyri-neft sektorunda əhəmiyyətli irəliləyişə nail olunmasını, habelə qiymətli kağızlar bazarında yerli sərmayəçilərin iştirakının artdığını qeyd etdiniz. Qeyri-neft sənayə müəssisələrinin və obyektlərinin Azərbaycan səhm bazarında ümumi payı və həcmi nə qədərdir?

- Ölkənin qiymətli kağızlar bazarı tam həcmdə qeyri-neft sektorunun maliyyələşməsinə xidmət edir. Hazırda Bakı Fond Birjasında 700-ən artıq şirkətin səhmləri ticarət olunmaqdadır və bu şirkətlərin demək olar ki, hamısı qeyri-neft müəssisələridir. Bu müəssisələr tikinti, nəqliyyat, maliyyə, ticarət, maşınqayırma, kənd təsərrüfatı, yeyinti, tekstil sənayesi kimi müxtəlif sferaları təmsil etməkdədir. Bütövlükdə, korporativ qiymətli kağızlar bazarında əməliyyatların 95 faizdən çoxu da məhz səhm bazarının payına düşməkdədir. Artım dinamikasına gəldikdə isə qeyd etməliyəm ki, 2011-ci ildə səhm bazarında əməliyyatların həcmi ikiqat artmışdır.

- 2012-ci ilin müvafiq dövründə qiymətli kağızlar bazarında əməliyyatların dinamikası necə olmuşdur?

- 2012-ci ilin birinci rübü ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və bir sıra struktur amillərinin təsiri fonunda davam etdirmişdir. Bütövlükdə qiymətli kağızlar bazarı bu dövrdə 47 faiz artmışdır. Bu dövrdə Maliyyə Nazirliyi tərəfindən investorlara təklif edilən dövlət istiqrazlarının buraxılışı və yerləşdirilməsi 2000-ci ildən bəri ilk dəfə olaraq qeydə alınmamışdır. Buna baxmayaraq, dövlət qiymətli kağızlar bazarı əsasən Mərkəzi Bankın notları və repo əməliyyatları hesabına artmışdır. Bütövlükdə, bu dövrdə dövlət qiymətli kağızları ilə ticarət 60 faiz artmışdır.

Korporativ qiymətli kağızlar bazarında əməliyyatların dinamikası səhm bazarının aktivliyi ilə dəstəklənmişdir. Cari ilin əvvəlində mənfəətini nizamnamə kapitalının artırılmasına yönəldən bank və sığorta şirkətləri üçün vergi güzəştlərinin müddətinin bitməsinə baxmayaraq bu dövrdə səhm bazarında 18 faizlik artım qeydə alınmışdır.

- Rüfət müəllim, rəqəmlərdən də gördüyümüz kimi, Azərbaycan qiymətli kağızlar bazarı dinamikinkişaf etməkdə olan bazardır. Belə bir bazarın tənzimlənməsi nə qədər mühümdürbununla əlaqədar hansı işləri görülməkdədir?

- Əlbəttə ki, qiymətli kağızlar bazarının inkişafı və təşviqi ilə yanaşı, bazarın tənzimlənməsi də QKDK-nın ən mühüm vəzifələrindəndir. İnkişaf səviyyəsindən asılı olmayaraq, qiymətli kağızlar bazarı mürəkkəb funksionallığa malikdirbu məqam daim QKDK-nın diqqətindədir. Bu məqsədlə, biz bir tərəfdən bazarda mütərəqqi tənzimləmə mexanizmlərinin formalaşdırılmasına, digər tərəfdən isə, bu mexanizmləri bilavasitə tətbiq edən QKDK-nın peşəkarlığının yüksəldilməsinə fokuslaşırıq.

Bu gün qiymətli kağızlar bazarında sistem xarakterli risklərin vaxtında aşkarlanması və effektiv tənzimlənməsi vasitələri tətbiq edilməkdədir. Bazarın peşəkar iştirakçılarının fəaliyyətinin adekvat tənzimlənməsi üçün yeni nəzarət metodologiyasının tətbiqinə başlanılmışdır. Risk əsaslı bu nəzarət sistemi mümkün boşluqların erkən mərhələdə müəyyən edilməsini və onlara qarşı preventiv tədbirlərin görülməsini təmin edir.

Qiymətli kağızlarla əqdlərin şəffaflığının təmin edilməsi məqsədilə bazar iştirakçılarının hesabatlılığı gücləndirilmiş, məlumatların açıqlanması mexanizmləri təkmilləşdirilmişdir. Bu gün daxil olan məlumat və hesabatların QKDK tərəfindən mütəmadi olaraq sistemli təhlili aparılmaqdadır.

İnvestorların hüquqlarının müdafiəsi, habelə qiymətli kağızlar bazarı sahəsində hüquqi məsuliyyətin gücləndirilməsi və effektiv təsir mexanizmlərinin yaradılması işləri tamamlanmaq üzrədir. Bu məqsədlə bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin layihəsi hökumətə təqdim edilmişdir. Bütövlükdə, QKDK “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası çərçivəsində hazırlanan “Qiymətli kağızlar bazarı haqqında” Qanun layihəsində ölkənin qiymətli kağızlar bazarında nəzarət və tənzimləmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra prinsip və mexanizmlər nəzərdə tutulmuşdur. QKDK-da mütərəqqi idarəetmə təcrübəsinin formalaşdırılması məqsədilə başladığımız orta müddətli strateji planlama mexanizminin tətbiqi tam institusionallaşdırılmışdır. 2013-cü ildə biz artıq ikinci orta müddətli strateji planlama dövrünə başlayacağıq.

Komitə əməkdaşlarının potensialının inkişaf etdirilməsi və peşəkarlığının artırılması məqsədilə illik təlim proqramı hazırlanmış və bir sıra yerlixarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində icra edilməkdədir. 2011-ci ildə QKDK əməkdaşlarının 54 faizi ölkədaxili, 22 faizi isə ölkəxarici təlim və tədbirlərdə iştirak etmişdir.

 

 

Yeni Azərbaycan.- 2012.- 31 may.- S.8.