Mürəkkəb ictimai-siyasi atmosferdə yaranmış YAP qısa müddət ərzində Azərbaycanı ən stabil ölkəyə çevirməyi bacardı .

 

  “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun www.yap.org.az saytına müsahibəsi

 

- Arif müəllim, noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü tamam olur. Ümumi yanaşma kontekstindən YAP-ın təsis olunma ərəfəsindəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, 1992-93-cü illərin əvvəllərində Azərbaycan qarşıdurma meydanına çevrilmişdi. Ölkəni xaos, anarxiya, dərəbəylik bürümüşdü. Erməni cəlladları Xocalı soyqırımını törətmişdilər, torpaqlarımız işğal olunur, rayonlarımız və ərazilərimiz itirilirdi. Üstəlik, ölkəmiz vətəndaş qarşıdurması ilə üzləşmişdi. Səriştəsiz və qabiliyyətsiz adamlara böyük səlahiyyətlərin verilməsi onların iddialarını artırmışdı. Onların bəziləri xarici dövlətlərin "buyruq quluna" çevrilmiş, ölkə, xalqmilli maraqları unutmuşdular. Vəzifə hərisliyi, şəxsi maraqlar vətəndaş qarşıdurmasına gətirib çıxarmışdı. Ölkə rəhbərliyi isə bunların qarşısını ala bilmirdi. Vaxtı ilə Naxçıvanda dövlət çevrilişi həvəsinə düşənlər, Heydər Əliyevin kölgəsini belə qamçılayanlar, indi Ulu öndərin kölgəsinə sığınmalı oldular. Xalq isə belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü.

Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq, 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də Onun Ali Sovetin sədri seçilməsi ilə müstəqil dövlətçilik tariximizin ikinci dövrü başlandı. 1991-ci ildə Müstəqillik aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan xalqı bu sevinci yalnız 1993-cü ildən, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Görkəmli dövlət xadiminin qayıdışı Azərbaycana elə Azərbaycanın özünü qaytardı. Lakin Azərbaycan Heydər Əliyevin 1982-ci ildə SSRİ rəhbərliyinə gəldiyi vaxt qoyub getdiyi Azərbaycan deyildi. Azərbaycanı çətin vəziyyətə salan, siyasi, iqtisadi, hərbi böhrana düçar edənlər yenə də ölkəmizin gələcək inkişafını istəsələr də, istəməsələr də bu dahi şəxsiyyətdə görürdülər. Xalq isə bütün ümidini Heydər Əliyevə bağlamış, "Xalqı düşdüyü bu bəlalardan qurtar!" şüarı ilə meydanlara çıxmışdı. Təcrübəli və uzaqgörən siyasətçi, mahir dövlət xadimi Heydər Əliyev xalqın inamını özünə qaytardı. Xalq başa düşürdü ki, Heydər Əliyev Azərbaycanı xilas edəcək.

Məhz, YAP belə bir şəraitdə xalqın sifarişilə yaranmışdı. Bu səbəbdən də o, tez bir zamanda ətrafına milyonlarla insanı yığaraq dövlətçiliyi xilas etdi. Elə buna görə də əbəs yerə YAP-ı xalqın partiyası adlandırmırlar. Onun Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti tərəfindən dəstəklənməsi isə YAP-ın parlaq qələbələr qazanmasının əsas səbəbidir. Bir sözlə, mürəkkəb ictimai-siyasi atmosferdə yaranmış YAP qısa müddət ərzində Azərbaycanı ən stabil ölkəyə çevirməyi bacarıb.

- YAP-ın Sədri seçilmiş Ulu öndər Heydər Əliyevin hansı tədbirləri nəticəsində Azərbaycan sabitlik adasına çevrildi?

- Heydər Əliyev siyasi tariximizə qurucuxilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, milli liderxalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasiictimai həyatında Onun qədər misilsiz xidmətlər göstərən şəxs tapmaq çətindir. Hakimiyyət hərisləri Azərbaycanı parçalamaq həddinə gətirib çıxardılar, çıxış yolunu da tapa bilmədilər. Heydər Əliyev isə qeyri-adi idarəetmə bacarığına malik olan hakimiyyət ustadı idi.

Heydər Əliyev Azərbaycanı çətin vəziyyətə salan daxilixarici amilləri çox yaxşı bilirdi. Onun aradan qaldırılması yollarının mükəmməl bilicisi idi. Ulu öndər, ilk növbədə, müharibənin qarşısını almaq, atəşkəs rejimini tətbiq etmək üçün bu işin açıq və gizli iştirakçıları ilə danışıqlar apardı. 1994-cü ilin mayında atəşkəs əldə edildi, vaxt qazanıldı. Bundan istifadə edərək qeyri-qanuni silahlı dəstələr tərki-silah edildi, ictimai-siyasi sabitlik yaradıldı. Ordu quruculuğuna başlanıldı. Ölkəni parçalamaq istəyən qüvvələrlə danışıq aparıldı, bu sahədə respublika ziyalılarının, ağsaqqallarının qüvvəsindən istifadə edildi. Bu işi törədənlər haqqında qanuni ölçü götürüldü. Ölkənin müstəqilliyinə təhlükə yaradan səbəblər müəyyən edildi, onlar mərhələ-mərhələ zərərsizləşdirildi. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr Ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Dövlət çevrilişinə cəhdlər edilirdi. Bunların qarşısı qətiyyətlə alındı. Bununla belə, Ulu öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına böyük diqqət yetirirdi. Belə ardıcıl səylər nəticəsini verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı, müstəqil dövlətimizin ilk Konstitusiyası imzalandı, prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, hüquqi dövlət quruculuğunu sürətləndirmək üçün qanunlar qəbul olundu. Bir sözlə, Azərbaycanın müstəqilliyini daimi, əbədi, sarsılmaz etmək üçün lazım olan tədbirlər həyata keçirildi, siyasiiqtisadi böhran aradan qaldırıldı, ölkənin hərtərəfli inkişafına başlandı.

- Azərbaycanın ümumi inkişafı tendensiyası çərçivəsində tərəqqi edən sahələrdən birini də dəmiryol sektorudur. Polad magistralın inkişafında Ulu öndərin hansı xidmətlərini qeyd edə bilərsiniz?

- Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Ulu öndərimizin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya Ümummilli liderin qayğısı və nəzarəti ilə reallaşan tədbirlərin hələ tam siyahısı deyil. Burada mən Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu sahə ilə bağlı gördüyü işləri diqqətinizə çatdıracağam. Ümumiyytlə, 1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilibbunlar dəmir yolunun bütün sahələrini əhatə edib.

Sovetlər birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilib. 1970-ci ildən başlayaraq şəhərətrafı qatarları müasir tələblərə cavab verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı. 1970-ci illərdə Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilib.

Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir. 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülüb. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilib, 5 keçid avtomatlaşdırılıb, yarım avtobloklama 33 km. xəttin 8 stansiyasında quraşdırılıb. Ulu öndər Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilib.

Respublikanın şimal-qərb zonasının iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən birionun böyük nüfuzu sayəsində 1980-ci ildən başlanan Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi olub. Bütün tikinti işləri 1985-ci ildə başa çatdırılıb. 1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılıb.

1970-1987-ci illərdə Ulu öndər Heydər Əliyevin qayğısı ilə yüzlərlə Azərbaycanlı gənc respublikadan kənara oxumağa göndərildi. Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən gənc mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır.

1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi. Azərbaycan dəmir yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlayıb. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposubir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hal-hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlayıb.

Keçmiş SSRİ respublikalarının cəmi bir neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilib.

Böyük öndərin qayğısı ilə bu dövr ərzində fədakarlıq göstərən dəmiryolçuların əməyinin qiymətləndirilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, 1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist - Qəzənfər Əliyev, qazançı Qənbər Balayevqatar tərtibatçısı Danil Bondaryov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 21 nəfər Lenin ordeni, 241 nəfər "Qırmızı Əmək Bayrağı", 302 nəfər "Şərəf Nişanı", 27 nəfər "Xalqlar Dostluğu", 24 nəfər "Oktyabr İnqilabı" ordeni ilə təltif olunub. Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdu. Respublikanın polad magistralının yüzlərlə işçisi keçmiş SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan "Fəxri dəmiryolçu" döş nişanı ilə mükafatlandırılıb.

- Bəs, müstəqillik dönəmində bu sahənin inkişafı ilə bağlı hansı tədbirlər həyata keçirilib?

- XX əsrin 90-cı illərində Ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə cənab Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmir yoluna rəis təyin etdi. Bu dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu.

Polad magistralda çalışanlar insanlar yaxşı bilirlər ki, istər keçmiş İttifaq illərində, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyət dəmir yoluna, onun inkişafına daim diqqət və qayğı göstərib. Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll edib. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilib. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Sevindiricidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu uğurla davam etdirir.

- Arif müəllim, qeyd etdiyini kimi, Ulu öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər dəmiryol sektorunun inkişafı ilə bağlı hansı işlər görülüb?

- Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırkı ölkə başçısı İlham Əliyevin zamanında yeni mərhələyə qədəm qoydu. Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə Azərbaycan, onun nəqliyyat strukturları «Şimal-Cənub» və «Bakı-Tbilisi-Qars» beynəlxalq və regional layihələrin reallaşması proseslərində yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu, tarixi bir sənəddir. Çünki bu sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.

 

 

Yeni Azərbaycan.- 2012.- 31 oktyabr.- S.4.