Daşınmaz əmlakın icbari sığortası zamanın tələbidir

 

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov www.yap.org.az saytına müsahibə verib:

- Məmməd müəllim, Azərbaycanda mövcud olan sığorta sistemi haqqında deyə bilərsiniz? Bu sahənin inkişafı istiqamətində kimi yeniliklər baş vermişdir?

- Son dövrlərdə təbiətdə baş verə biləcək hadisələr barədə əvvəlcədən məlumatlar verilsə , seysmik zonalarda zəlzələyə dözümlü tikintilərin inşa edilməsinə, yanğına qarşı qurğuların qurulmasına s. tədbirlərin görülməsinə baxmayaraq, baş verə bilən təbii fəlakətlər, yanğın, zəlzələ partlayışlar digər gözlənilməz hadisələr nəticəsində cəmiyyətə külli miqdarda maddi ziyan dəyir, bu, insanların həyat sağlamlığına zərər vurur.

Qeyd olunan hadisələr nəticəsində zədələnmiş ya məhv olmuş əmlakların bərpasına külli məbləğdə vəsait tələb olunur. Bu da vətəndaşlara o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə problemi yaradır. Təbii fəlakətlər digər gözlənilməz hadisələr nəticəsində dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri respublikada fəaliyyət göstərən sığorta şirkətləridir. İnkişaf etmiş Avropa ölkələrində sığorta bazarı əsrlərlə fəaliyyət göstərsə , Azərbaycanda sığorta işi respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra müstəqil olaraq fəaliyyət göstərməyə başlamışdır.

1992-ci ildə Maliyyə Nazirliyinin nəzdində Dövlət Sığortası baş İdarəsinin bazasında Dövlət Sığorta Şirkəti yaranmışdır. Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri mövcud şəraitdən istifadə edərək 2011-ci ildə 213 milyon manat sığorta haqlarının toplanılmasına nail olmuşdur, daxili sığorta haqlarından Dövlət Sığorta Şirkətinin payına 9 faiz düşür.

- Dövlət Sığorta Şirkətinin sığorta bazarında yeri rolu nədən ibarətdir?

- Dövlət Sığorta Şirkəti təsərrüfat hesablı olmaqla, respublika rayon şəhərlərində 80 sığorta filialı fəaliyyət göstərməklə, hüquqi fiziki şəxslərə 28 könüllü 10 icbari sığorta üzrə sığorta xidməti göstərir.

Şirkətin 2009-cu ildəki fəaliyyəti sığortalılar kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək şirkətlər arasındaİlin Şirkətimükafatına layiq görülmüşdür. Bu da şirkətin kollektivini cari ildə daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirməklə yüksək əzmlə çalışmağa, sığortalılara daha dolğun önəmli sığorta xidməti göstərməyə sövq edir.

Şirkətimiz sığorta fəaliyyətinin idarəetmənin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə, sığortalılara xidmət keyfiyyətinin yüksəldilməsinə görə, Beynəlxalq İSO 9001 2008 keyfiyyət sertifikatını almışdır.

Respublika ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən idarə, müəssisə təşkilatların rəhbərlərinə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamlarına təklif olunur ki, Dövlət Sığorta Şirkətində mövcud olan sığorta xidmətlərindən istifadə edərək yanğın, zəlzələ, təbii fəlakətlər gözlənilməz hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq məqsədi ilə onlara məxsus əmlakları, işçi, qulluqçuların həyat sağlamlığını, məsuliyyətlərini, nəqliyyat vasitələrini sığorta etdirmək üçün Dövlət Sığorta Şirkətinin yerli filiallarına müraciət etsinlər.

- Ölkəmizdə sığorta sistemi inkişaf etməkdədir. Bu prosesdə sığorta qanunvericiliyini qənaətbəxş saymaq olarmı?

- Şirkətimizdə qüvvədə olan normativ-hüquqi aktların könüllü sığorta qaydalarının təkmilləşdirilməsi üzərində daimi tədqiqatlar aparılır. Qeyd olunanlarla yanaşı, şirkətimizdə beynəlxalq standartlara uyğun sığortaların əmlak mənafelərinə cavab verən vətəndaşlara məxsus tikintilərin, ev əmlakının, mal-qaranın, nəqliyyat vasitələrinin, mənzillərin təmirinin sığortası qaydaları mövcuddur.

Bildiyiniz kimi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə təminat yaratmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif qanunlar, qərarlar təsdiq edilir. Sığorta bazarının vəziyyəti daim dövlətin nəzarətində olmaqla, sığorta işinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi beynəlxalq səviyyəyə uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Buna misal olaraq 24 iyun 2011-ci ildə Milli Məclis tərəfindənİcbari sığortalar haqqındaQanun qəbul edilmiş bu qanunun tətbiq edilməsinə dair ölkə Prezidenti tərəfindən 15 sentyabr 2001-ci ildə Fərman imzalanmışdır. Bu qanun özündədaşınmaz əmlakın icbari sığortası”nı, “daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası”nı birləşdirir. Daşınmaz əmlakın icbari sığortası hüquqi fiziki şəxslərə məxsus yaşayış evlərinin, mənzillərin qeyri yaşayış tikililərinin sığortasını əhatə etməklə, Bakı şəhərində yaşayış evləri mənzillərin sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat; Gəncə, Sumqayıt Naxçıvan şəhərlərində sığorta məbləği 20.000 manat, sığorta haqqı 40 manat digər rayonlarda sığorta məbləği 15.000 manat, sığorta haqqı isə 30 manat məbləğində müəyyən edilmişdir.

- Əhalinin bu sığorta növünə cəlb olunması istiqamətində hansı nəticələr əldə edilmişdir?

- Bu növ sığortanın aparılması məqsədilə Dövlət Sığorta Şirkəti onun filialları tərəfindən ötən müddətdə əhali arasında geniş təbliğat işi aparılmış, müxtəlif televiziya kanallarında daşınmaz əmlakın icbari sığortasına dair reklamlar verilmiş, şəhər, rayon icra hakimiyyətləri başçılarına müraciət olunmuş, vətəndaşlara bildirişlər göndərilmişdir.

İcbari sığortalar haqqındaQanunun 75-ci maddəsinə ölkə Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının 4.4-cü bəndinə əsasən yaşayış evləri mənzillərin icbari qaydada sığorta olunmasına nəzarət müvafiq yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Onu da qeyd etmək lazımdır ki, bir sıra rayonlarda bu sahəyə rayon icra hakimiyyəti başçılarının köməyi diqqəti nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinin mənzillərin sığorta olunması işi qənaətbəxş təşkil edilmişdir. Belə ki, ötən dövr ərzində Yevlax rayonunda 1245, Göygöl rayonunda 1130, Gədəbəy rayonunda 964, Yardımlı rayonunda 919, Şirvan şəhərində 800, Ağstafa rayonunda 786, Qazax rayonunda 647 yaşayış evi mənzil sığorta olunmuşdur.

- Sığortalılara dəyən zərərlərin tam ödənilməsində təminat hansı səviyyədədir?

- Bildiyiniz kimi 2010-cu ildə Kür-Araz çaylarında suyun səviyyəsinin qalxması daşqınlar nəticəsində Sabirabad, İmişli, Hacıqabul, Salyan, Saatlı rayonlarında Şirvan şəhərində, eləcə , bu yaxınlarda Zaqatala, Balakən Qax rayonlarında baş vermiş zəlzələ nəticəsində yaşayış məntəqələrində çoxlu sayda vətəndaşlara məxsus yaşayış evləri mənzillər ciddi zədələnərək yararsız hala düşmüşdür. Aparılan yoxlamalarla müəyyən edilmişdir ki, zədələnən ya uçan evlərin heç biri sığorta olunmamışdır. Ona görə, dövlət başçısı həmin zərərçəkən vətəndaşlara yeni yaşayış evlərinin tikintisi zədələnən evlərin təmiri üçün büdcədən xeyli məbləğdə vəsait ayırmışdır.

İcbari sığortalar haqqındaQanunda daşınmaz əmlak, yəni yaşayış evi, mənzil yanğın, partlayış ya təbii fəlakət nəticəsində zədələndikdə məhv olduqda ona qanunla müəyyən olunmuş sığorta ödənişi veriləcək ki, bu da onların tikintilərinə dəyən zərərin bərpasını təmin edəcəkdir.

Bu qanunun icrası ilə bağlı Dövlət Sığorta Şirkəti tərəfindən cari ilin yeddi ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 30250 müqavilə bağlanaraq 1 153 000 manat, o cümlədən yaşayış evlərinin mənzillərin sığortası üzrə 29000 müqavilə bağlanmış, 1 021 000 manat, qeyri-yaşayış tikintilərinin sığortası üzrə 1260 müqavilə bağlanmış, 131410 manat sığorta haqqı toplanmasına nail olunmuşdur. Qeyd olunan dövrdə qanunda göstərilən sığorta hadisələrindən zərərçəkmiş 112 vətəndaşa 295703 manat, o cümlədən zəlzələdən zərərçəkmiş Zaqatala, Balakən Qax rayonlarında cəmi 93 nəfərə 149854 manat sığorta ödənişinin verilməsi təmin olunmuşdur.

Əminəm ki, ölkə əhalisi, fiziki hüquqi şəxslərə məxsus yaşayış evlərini, mənzillərini qeyri-yaşayış tikintilərini Dövlət Sığorta Şirkətində sığorta etdirərək qanunun icrasının təmin olunmasında fəal iştirak edəcəklər. Bundan əlavə, rayon şəhər icra hakimiyyətlərinin rəhbərləri bu sahəyə öz nəzarətini daha da gücləndirəcəklər. Dövlət Sığorta Şirkətinin kollektivi öz işiniİcbari sığortalar haqqındaQanunun tələbinə uyğun olaraq qurur vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin icbari sığortaya cəlb edilməsi sahəsində bütün imkan bacarıqlarından istifadə edəcəklər.

 

 

Yeni Azərbaycan.- 2012.- 7 sentyabr.- S.6.