Prezident İlham Əliyevin fəaliyyətində insan amili hər zaman prioritet təşkil edib

 

Cənab Prezident İlham ƏliyevinAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı Sərəncam ölkəmizin həyatında yeni bir səhifə açacaq

 

Müsahibimiz millət vəkili Aslan Cəfərovdur:

- Aslan müəllim, məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2012-ci il üçün dövlət büdcəsi haqqındaQanun Milli Məclis tərəfindən qəbul edilib Prezident İlham Əliyev bu qanunun tətbiqi barədə Fərman imzalayıb. Ümumiyyətlə, dövlətimizin cari il üçün olan büdcəsini necə xarakterizə edərdiniz?

- Qeyd etdiyiniz kimi, bir müddət əvvəl Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi ətraflı şəkildə təhlil olunaraq, prinsipial məsələlər ətrafında ciddi müzakirələr aparılaraq qəbul edildi. Mən, dövlətimizin cari il üçün olan büdcəsi haqqında mətbuatda kifayət qədər informasiyalar getdiyini nəzərə alaraq, statistik rəqəmləri sadalamaq istəmirəm. Amma Azərbaycanın 2012-ci il üçün ali iqtisadi sənədinin fundamental əsasları haqqında danışmaq istərdim.

İlk növbədə onu vurğulayım ki, bu sənədin ali məqsədi Azərbaycan vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasıdır. Məlumdur ki, büdcədə nəzərdə tutulmuş budəfəki sosial xərclərin böyük bir hissəsi sosial müdafiə məsələləri üçün ayrılıb. Bildiyiniz kimi, cari il üçün nəzərdə tutulmuş dövlət büdcəsində sosial sahəyə ayırmalar daha sonra dövlət başçısının sərəncamları ilə müxtəlif sahələrdə çalışanların əməkhaqları artırıldı. Düşünürəm ki, 2012-ci ilin dövlət büdcəsi cari ildə Azərbaycanda sosial müdafiəsi zəif olan təbəqənin vəziyyətini, xüsusi yardıma ehtiyacı olan qrupların şəraitini daha da yaxşılaşdırmağa, əmək haqlarının qaldırılmasına bununla da, yoxsulluğun səviyyəsinin daha da azaldılmasına imkan verəcək. 2012-ci ilin dövlət büdcəsinin 28 faizinin sosial xərclər təşkil etməsi yuxarıda söylədiyim fikrin həqiqiliyini bir daha sübut edir.

Digər tərəfdən, Azərbaycan dövləti artıq prioritet hesab etdiyi sahələrə özü investisiyalar yatırır. Məktəblərin, xəstəxanaların, olimpiya komplekslərinin, həmçinin, digər insan amilini ön görən sosial xarakterli obyektlərin inşasını ya təmirini dövlətin müvafiq strukturları yerli vəsait hesabına həyata keçirir. Bu fakt onu sübut edir ki, Azərbaycan dövləti bu cür fəaliyyətləri öz hesabına reallaşdıra biləcək dərəcədə güclüdür, qüdrətlidir. Bundan başqa, cari il üçün dövlət büdcəsinin neftin qiymətinin qabarması çəkilməsi faktoruna görə tənzimlənməsi isə ali iqtisadi sənədin mükəmməlliyindən xəbər verir.

Bir sözlə ifadə etsək, Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsini sosial investisiya yönümlü, sabit dayanıqlı sənəd kimi xarakterizə etmək olar.

- Ötən ilin son ayı ərzində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə əmək haqları artırıldı. Sizcə, bu fəaliyyət hansı məqamlardan xəbər verir?

- Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin fəaliyyətində insan amili hər zaman prioritet təşkil edib. Məlum olduğu kimi, vətəndaşların sosial vəziyyətinin rifahının yüksəldilməsi üçün mütəmadi, ardıcıl addımlar atan Prezident İlham Əliyev hər il müvafiq sərəncamları ilə maaş pensiyaları artırır. Ötən ilin dekabr ayı ərzində dövlətimizin başçısı təhsil, səhiyyə, mədəniyyət, idman digər sahələrdə çalışan insanların əmək haqlarının artırılması haqqında sərəncamlar imzalaması da bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti insanların sosial rifah halının yaxşılaşdırılmasını prioritet hesab edir bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirir.

Bu məqamda bir məsələyə xüsusi olaraq, toxunmaq istərdim. Artıq üç ildir ki, öz təsirini dünyanın bütün ölkələrinə, o cümlədən, inkişaf etmiş dövlətlərinə belə göstərən qlobal maliyyə iqtisadi böhran planetin iqtisadi konyukturasına ciddi zərərlər vurub. Amma sevindirici hal ondan ibarətdir ki, cənab Prezident İlham Əliyevin reallaşdırdığı milli inkişaf konsepsiyası nəticəsində Azərbaycan xalqı bu böhranın nəticələrini öz üzərində hiss etmədi. Dövlətimizin başçısının fəaliyyətinin nəticəsidir ki, dünyanın ən güclü ölkələri böhranın nəticələrini aradan qaldırmağa çalışdığı bir zamanda, Azərbaycanda əmək haqları artırılır. Bu, əlbəttə ki, Azərbaycan kimi gənc, müstəqil dövlət üçün böyük uğurdur.

- Cənab Prezident İlham ƏliyevinAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı Sərəncamla bağlı hansı fikirləri söyləyə bilərsiniz?

- Cənab Prezident İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı Sərəncamda da vurğulandığı kimi, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə , son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb.

Bununla yanaşı, Azərbaycanda sahibkarlar üçün kifayət qədər əlverişli şərait yaradılıb ki, ölkəmizdə özəl sektor sürətlə inkişaf etsin. Eyni zamanda, Cənab Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün atdığı addımları hər kəs görür. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Demək olar ki, son üç il ərzində sahibkarlara 383 milyondan çox güzəştli kreditlər verilib. Məhz bunların nəticəsidir ki, son üç il ərzində təkcə bu sahədə 20 mindən çox insan daimi yerləri ilə təmin olunub.

Qeyd edim ki, bəzi çıxışlarda müəyyən dövlətlərdən nümunələr gətirilir ki, bizdə o ölkələrə nisbətən vergilər çox böyük faizlədir. Lakin, bu cür düşünənlərin nəzərinə çatdırmaq lazımdır ki, o ölkələr müharibə şəraitində yaşamır, həmçinin, bizi qədər müdafiə təhlükəsizlik sahəsinə büdcədən vəsait ayırmırlar.

Bütün bunlar o deməkdir ki, ali hakimiyyət sahibkarlığın inkişafında maraqlıdır bu sahəyə böyük önəm verir.

Bəli, Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Ona görə , hər birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin daha da artması üçün aktiv sürətlə çalışmalıyıq. Fəal ictimai müzakirələr keçirilməli, təkliflər verilməlidir. Düşünürəm ki, cənab Prezident İlham ƏliyevinAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının hazırlanması haqqında imzaladığı Sərəncam ölkəmizin həyatında yeni bir səhifə açacaq.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2012.- 10 yanvar.- S.4.