Dünyanın 8-ci möcüzəsi Azərbaycanda - “Khazar islands”

 

Şəhər layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli: Şəhərdə universitet, xəstəxana, ralli yarışlarının keçirilməsi üçün məkan, qolf atçılıq mərkəzləri inşa ediləcək. Həmçinin, şəhərə xarici ölkələrdən gələcək turistlər üçün hava limanı da tikiləcək. Şəhərin tam istifadəyə verilməsi 15 ilə hesablanıb

Məlum olduğu kimi, Azərbaycanda regionumuzda ilk dəfə dünyaya səs salmış yeni analoqu olmayan layihənin icrasına başlanılıb. Bu, 50 süni adaların üzərində qurulan, dünyanın 8-ci möcüzəsi adlandırılanKhazar islands” layihəsidir. 600 mindən artıq insanın məskunlaşması üçün nəzərdə tutulmuşKhazar islands” şəhəri Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərqində yerləşir. Açıq dənizdə yerləşənKhazar islands” yeni şəhəri öz layihəsinin ecazkarlığı ilə sakinlərinə dünyanın ən müasir yeniliklərinə qonşu olmaq imkanı yaradır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət, əyləncə mərkəzləri müasir insanın ehtiyacını təmin edəcək bütün şərait təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yamyaşıl bulvar ən son texnologiyalarla təchiz olunmuş yaşayış qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir. Süni adalarda ekoloji təmiz nəqliyyat vasitələri, yollar, piyada keçidləri adaları birləşdirən 66 asma körpü rahat uzunömürlü yaşam üçün gözəl şərait yaradır. Hal-hazırda 13 göydələndə bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə aparılır. Qeyd edək ki, tikintinin ilkin mərhələsi 2013-cü ilin sonuna planlaşdırılır.

Şəhər layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli qəzetimizə eksklüziv müsahibəsində bildirib ki, 2016-cı ildə artıq şəhər işləməyə başlayacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyevin investorlar üçün yaratdığı əlverişli şərait bu cür iri layihələrin reallaşdırılması üçün insanlarda həvəs formalaşdırır: “Bu layihədə hər bir detal insan amili üçün nəzərdə tutulub. Bütün kommunikasiya infrastrukturu elə bir şəkildə qurulacaq ki, bir daha onların düzəldilməsinə görə salınmış yeni yollar qazılmayacaq. Həmçinin, şəhər daxilində qazanxanalar olmayacaq. Əgər binaların qızdırılması üçün qazanxanalar inşa olunsa, görün o zaman şəhərdə necə qeyri-estetik vəziyyət yaranar. Ona görə , biz düşünürük ki, sahildən kənarda 200 Mvt gücündə elektrik stansiyası inşa edək, eyni zamanda, qazla işləyən istilik qazanxanası quraşdıraq. Şəhərdə yerləşən bütün yaşayış qeyri-yaşayış sahələrinə elektrik istilik yeraltı kommunikasiya vasitələri ilə ötürüləcək. Beləliklə , ekoloji baxımdan təmiz şəhər, yaşayış məkanı inşa ediləcək”.

Onun sözlərinə görə, artıq dünyanın nüfuzlu dövlətlərindən, həmçinin, İtaliyadan, Səudiyyə Ərəbistanından nümayəndələr gəlir ki, bu lahiyədə iştirak etsinlər: “Yeni olmasına baxmayaraq, artıq bütün dünyada bu layihədən danışılır. Son hesablamalara görə, ümumilikdə, bu layihənin icrası üçün yüksək məbləğdə vəsait lazım olacaq. Əlbəttə ki, bunun bir hissəsi yatırımdan, digər hissəsi isə evlərin satışından əldə oluacaq. Biz düşünürük ki, şəhərsalma təcrübəsinə malik Koreya, Çin kimi ölkələrin şirkətlərilə danışqlar aparaq maksimum şəkildə gözəl, möhkəm şəhər salaq. Şəhərdə universitet, xəstəxana, ralli yarışlarının keçirilməsi üçün məkan, qolf atçılıq mərkəzləri inşa ediləcək. Həmçinin, xarici ölkələrdən gələcək turistlər üçün hava limanı da tikiləcək. Deyim ki, şəhərin tam istifadəyə verilməsi 15 ilə hesablanıb”.

Lahiyənin müəllifi ada şəhərin təməlinin həddən artıq möhkəm olacağını söyləyib: “Arxipelaq öz konturları ilə içərisində inci bəsləyən bir dəniz sədəfini xatırladır. Dalğaqıranlarla haşiyələnmiş bu dəniz faunasının sakini burada - Azərbaycan paytaxtının sahil zonasından uzaq olmayan guşədə öz sakit limanını tapacaq. Arxipelaq baş adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca hündürmərtəbəli binalar ucaldılmış kiçik adalardan villalar üçün ayrıca adalardan ibarətdir. Körpü bəndlərlə birləşdirilmiş arxipelaqın bütün adaları vahid tamlığın hissələridir. Önəmlisi budur ki, adalar dənizin dayaz sularında, 5 metrlik dərinlikdə Abşeron yarımadasından dənizin dibinə uzanan eyni monolit layin üzərində ucaldılır bu, onun möhkəmliyinə təminat verir”.

O, deyib ki, şəhərdəki, binalar, evlər 8-9 ballıq zəlzələyə hesablanıb.

İ.Nehrəmli vurğulayıb ki, bu şəhər işıqforsuz olacaq: “Burada müxtəlif konfiqurasiyalı körpülər salınacaq, geniş - 10 gediş-gəlişli hamar, möhkəm yollar salınacaq. Maşınlarla hərəkət etmə çox sadə təhlükəsiz olacaq. Şəhərdə, həmçinin, tramvay nəqliyyat vasitəsi fəaliyyət göstərəcək”.

Yeni salınan arxipelaq şəhərdə evlərin satılması prosedurundan da danışan Hacı İbrahim Nehrəmli söyləyib ki, ilkin qiymət evin kv.m. görə, 3500 manat olacaq: “Bununla yanaşı, evlərin satılması ipoteka vasitəsilə mümkün olacaq. Əlbəttə ki, bu cür təkliflər üzərində işləyirik. Eyni zamanda, milyon kv.m-lərlə mağazalar, otellər digər obyektlər fəaliyyət göstərəcək ki, bu da öz növbəsində böyük sayda yerləri deməkdir”.

Qeyd edək ki, “Khazar islands” şəhərinin fevralda Səudiyyə Ərəbistanında, apreldə Çində təqdimat mərasimləri keçiriləcək. Ölkəmizdə isə şəhərin təqdimatı mart ayında baş tutacaq.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2012.- 19 yanvar.- S.5.