Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir

 

Millət vəkili Kamilə Əliyeva www.yap.org.az saytına müsahibə verib:

- Kamilə xanım, 2011-ci il Azərbaycanın, bütövlükdə cəmiyyətimizin həyatında hansı yeniliklərlə yadda qaldı?

- 2011-ci il Azərbaycanın həyatında bir çox nailiyyətlərlə yadda qaldı. İlk olaraq, bildirim ki, ötən ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın mövqelərini, dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirdi. Uğurlu şəkildə yürüdülən həm daxili, həm xarici siyasət Azərbaycanın modern dövlət kimi sürətli inkişafını şərtləndirdi.

Vurğulanmalıdır ki, ötən il iqtisadiyyatın inkişafı dinamik şəkildə müşahidə olundu. Sosial sahədə ciddi addımlar atıldı. Dünyanın nüfuzlu, güclü dövlətləri maliyyə iqtisadi böhranın yaratdığı çətinliklərdən çıxış yolu axtardığı bir zamanda, Azərbaycan dövləti vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi üçün praktik qərarlar qəbul etdi. Ötən il əvvəlcə pensiyalar 40 faiz artırıldı, sonra isə dekabr ayından başlayaraq, Prezident İlham Əliyevin sərəncamlarına əsasən müxtəlif sahələrdə çalışanların əmək haqları artırıldı.

Digər sahələrdə əhəmiyyətli irəliləyişlər oldu. Mədəniyyət, incəsənət, idman, təhsil digər sferalarda böyük işlər görüldü, əhəmiyyətli nailiyyətlər əldə edildi. Həmçinin, Azərbaycanın regionlarının inkişafı da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Yeni müəssisələrin yaradılması, yerlərinin açılması, insanların rifah halının yüksəlməsi, istirahət məkanlarının inşa edilməsi s. bölgələrimizin simasını tamamilə dəyişdi. Buna misal olaraq, Zaqatala, Balakən rayonlarını göstərə bilərəm. Təbii ki, Azərbaycanın bütün bölgələri uğurlu inkişaf yolu keçir. Prezident İlham Əliyevin təsdiqlədiyiRegionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıçərçivəsində rayonlarda görülmüş işlər bir daha Azərbaycanın ümumi sürətli inkişafını göstərir.

Əlbəttə ki, ümumi xarakterizə etsək, 2011-ci il ölkəmiz üçün uğurlu il kimi yaddaşlara yazıldı. Nümunə üçün müxtəlif tarixi nailiyyətlərimizi qeyd edə bilərik.

Belə ki, ilk olaraq, ötən il Azərbaycan müasir dövlət kimi bütün dünyanın, eləcə , Avropanın diqqətində oldu. Ölkəmizin mədəniyyət təmsilçiləri qitədə məşhur olan “Eurovision-2011” mahnı müsabiqəsində birinci yeri qazandı. Bu müsabiqədə Azərbaycanın qalib gəlməsi isə Avropanın, bütövlükdə avropalıların ölkəmizə olan marağından, inamından irəli gəlirdi. Azərbaycan artıq dördüncü dəfə idi ki, bu müsabiqədə iştirak edirdi iştirakçılarımız hər dəfə parlaq ifaları ilə seçilirdilər. Yəni, bu fakt göstərir ki, Avropada Azərbaycanın zəngin mədəniyyətinə, incəsənətinə maraq var. Azərbaycanın polietnik çoxkonfessiyalı ölkə kimi tarix müasirliyi özündə birləşdirməsi, ümumbəşəri ideallara sadiqlik nümayiş etdirməsi, ölkəmizi daha da cəlbedici edir. Bu mənada, hətta, sadə avropalılar belə, Azərbaycanla daha yaxından tanış olmağa, Şərq Qərb mədəniyyətinin sintezini əyani şəkildə görməyə can atırlar. Düşünürəm ki, bu il “Eurovision” yarışmasının tarixinə düşəcək Bakı müsabiqəsi hər bir avropalıya ölkəmizlə yaxından tanış olmağa real imkanlar yaradacaq.

Azərbaycanın ikinci tarixi nailiyyəti müstəqilliyimizin 20-ci ildönümündə ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsilə bağlıdır. Məlum olduğu kimi, ötən ilin oktyabr ayının 24-də Azərbaycan 155 dövlətin dəstəyilə BMT-nin ali orqanına üzv seçildi. Təbii ki, bu da təsadüfi bir uğur deyil. Çünki, 193 dövlətin 155-nin səsini qazanmaq Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan, eyni zamanda, etibarlı tərəfdaşlığı əməkdaşlığı ehtiva edən xarici siyasət yürütməsindən irəli gəlir.

- Ötən il təhsil sferasında hansı uğurlara imza atıldı? 2011-ci təhsil ictimaiyyəti üçün yaddaşlarda necə qaldı?

- Məlum olduğu kimi, hər bir xalqın, dövlətin gələcək inkişafı məhz, onun təhsilinin səviyyəsindən asılıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin tərəqqi yoluna nəzər saldıqda görürük ki, təhsil, elm, elmi-texniki tərəqqi həmin dövlətlərdə əsas yeri tutmuşdur. Azərbaycan da perspektiv inkişafını bu yolla qurub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti Azərbaycanın perspektiv inkişafı üçün sağlam təməl formalaşdırıb. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev neft kapitalının intellektual kapitala çevrilməsi strategiyasını elan edib. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsi qaldırılır, bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirilir, həm azərbaycanlı gənclər xaricdə nüfuzlu universitetlərdə təhsil almağa göndərilir. Bu, bir həqiqətdir ki, hazırda Azərbaycanda həm dövlətin, həm Heydər Əliyev Fondunun dəstəyilə 3000-dən artıq məktəb inşa təmir edilib. Dövlət Proqramı çərçivəsində 5000-dən artıq azərbaycanlı gənc dünyanın tanınmış təhsil ocaqlarında təhsil almağa göndərilib. Bununla yanaşı, ölkəmizdə elmi-tədqiqat mərkəzlərinin yaradılması, elmin, təhsilin inkişafı üçün proqramların qəbul edilməsi, bu sahədə layihələrin həyata keçirilməsi üçün fondun formalaşdırılması s. tədbirlər göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir. Bu mənada ötən il Azərbaycanın təhsil, elm sahəsində yaddaqalan oldu.

- Əlbəttə, indidən 2012-ci il haqqında dəqiq proqnoz vermək olmaz. Amma məsələyə futuroloji prizmadan yanaşaraq, 2011-ci ildə əldə olunmuş uğurların əsasında cari ildə hansı yadda qalan hadisələrin olacağını bu gündən söyləmək olar?

- Anlaşılandır ki, 2012-ci il təzə başlayıb cari ilin perspektiv uğurları haqqında dəqiq söz söyləmək mümkün olmaz. Amma, qeyd edildiyi kimi, ötən ilin uğurlarının bazası üzərində bu il hansı uğurlu hadisələrin baş verə biləcəyini müəyyən mənada qeyd etmək olar. Birincisi, ötən il “Eurovision-2011” yarışmasının qalibi olmuş Azərbaycan 2012-ci ilin may ayında növbəti müsabiqənin keçirilməsinə ev sahibliyi edəcək. Bu yarışma ərəfəsində statistik məlumatlara görə, Avropa ölkələrindən Azərbaycana 70 mindən artıq insan gələcək. Bu o, deməkdir ki, Azərbaycan bu il Avropanın diqqət mərkəzində olacaq. Avropalılar ölkəmizin zəgin tarixi, mədəniyyəti, mətbəxi, gəzməli görməli yerlərilə tanış olacaqlar.

İkincisi, ötən il Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi bu ilin may ayında TŞ-nin iclasına sədrlik edəcəyini əsas götürərək deyə bilərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addım atıla bilər. TŞ BMT-nin ali orqanıdır onun qəbul etdiyi qətnamələrin yerinə yetrilməsi məcburidir. Əlbəttə ki, bu günə qədər BMT TŞ-nin 4 qətnaməsi olsa da, onlar icra olunmayıb. Amma, düşünürəm ki, artıq vəziyyət fərqlidir ali orqanın qərarlarından sonra torpaqlarımızı işğal etmiş Ermənistan təcavüzkar siyasətindən əl çəkməli olacaq.

Bir sözlə, düşünürəm ki, 2012-ci il dövlətimiz, xalqımız üçün uğurlu olacaq. Cari ildə də əhəmiyyətli hadisələr baş verəcək və Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq. Bunun üçün Azərbaycanın bütün imkanları var: Prezident İlham Əliyevin timsalında güclü, iradəli, praqmatik düşüncəli LİDER faktoru, sürətli və stabil inkişaf edən İQTİSADİYYAT, maliyyə vəsaiti, hakimiyyəti dəstəkləyən XALQ iradəsi. Bütün bunlar Azə

 

 

Yeni Azərbaycan.- 2012.- 24 yanvar.- S.8.