Milli xəyanətkarların yeni hədəfi -
“Eurovision 2012”
Ermənipərəst xarici dairələrin
sifarişi ilə işləyən bəzi
QHT-lər Azərbaycan
dövlətinin və
xalqının uğurlarını
həzm edə bilmədiklərini növbəti
dəfə nümayiş
etdirdilər
Ölkəmizdə bəlli bir kəsim var ki, onlar xalqımızın,
dövlətimizin əldə
etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək
bu nailiyyətin üstünə kölgə
salmaq, onu qaralamaq üçün bütün güclərini
səfərbər edirlər. İqtisadi
inkişafımız, dövlətimizin
dünya siyasi palitrasında mühüm
aktorlardan birinə çevrilməsi faktı,
Azərbaycanın dünyada
tolerant, mədəni, sivilizasiyaların
dialoq mərkəzi kimi nümunəyə çevrilməsi həmin
kəsimin yuxusunu ərşə çəkib...
2011-ci ildə Azərbaycanın
“Eurovision” mahnı müsabiqəsində
bütün dövlətləri
qabaqlayaraq birinci yerə çıxması
və 2012-ci ildə bu yarışmanın Bakıda keçirilməsi
həmin satqın kəsimi aktivləşdirib. Əslində, hər kəsi sevindirməli olan bu fakt nədənsə,
milli mənəviyyatdan
uzaq, şantaj və böhtanı özünə peşə
seçmiş bu insanların hədəfinə
çevrilib. Özünü “təşkilat” adlandıran
qondarma və milli təəssübkeşlikdən
xəbərsiz bəzi
QHT-lər yeni bir “layihə” həyata keçirmək istəyirlər. Təbii ki,
bu “fəaliyyətin” haradan və kimlər tərəfindən
sifariş edildiyi onların kimliklərindən
bəllidir. Amma o da
məlumdur ki, onların bu yalanları, böhtanları
və şər kampaniyası, hər zamankı kimi, yenə də fiaskoya uğrayacaq.
Həmin
ermənipərəst və
anti Azərbaycan dairələrin
Azərbaycandakı nökərxislətli
əlaltılarının isə
bu işi can-başla yerinə yetirməsinin mənəviyyatsızlıqdan
başqa bir adı yoxdur...
Anti Azərbaycan dairələrin nökərləri
və ya “mənəviyyatsızlıq simvolları”...
Azərbaycanın uğurlarına sevinməyən,
əksinə, bu uğurlara qara yaxmaq üçün hazır dayanmış bəzi insanların indi də “Eurovision” yarışmasını hədəfə
götürməsi təsadüfi
deyil. Siyasi Azadlıqları Müdafiə
Alyansı, Sülh və Demokratiya İnstitutu, Reportyorların
Azadlıq və Təhlükəsizlik İnstitutu
və İnsan Hüquqları klubunun hazırladığı bu
şantaj, böhtan kampaniyasının hansı
çirkin niyyətlərə
əsaslandığı elə
təşkilatların adlarından
bəllidir. Onsuz da Azərbaycana
qarşı olan bir sıra maraqlı
dairələrin ölkəmizlə
bağlı çirkin
planlarının önündə
hər zaman bu təşkilatlar gedir və muzdurluq
edirlər. Pul üçün
hər yola baş vuran, xarici ianələrin (təbii ki, hansısa marağın təmini qarşılığında
verilən ianələrin),
bəxşişlərin qarşılığında
dövlətinə və
xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayanların idarə
pultu da elə pul verənlərinin
əlindədir.
Azərbaycan müxalifəti öz
xalqına və dövlətə müxalifətdir
Özünü “demokratiya mücahidləri”
adlandıran bu, bir para milli
hislərdən uzaq kəslər o qədər
cılızlaşıblar ki,
fəaliyyətlərini yalnız
böhtan müstəvisində
çəpərləyiblər. Mədəni bir tədbiri siyasiləşdirməyə çalışanların
bu cəhdi bir daha göstərir
ki, özünü müxalif adlandıran belələri xalqa və dövlətə qarşı müxalifətdədirlər.
Axı, siyasi hakimiyyətə müxalifətdə olmaq fərqli şeydir. Müxalifətçilik dövlətin, xalqın
mədəniyyətinin qazandığı
nailiyyətə siyasi
don geyindirmək deyil.
Bunun bir adı var-acizlik və satqınlıq!.
Bu siyasi oyunların
qeyd etdiyimiz milli mənəviyyatdan, milli təəssübkeşlikdən
uzaq QHT-lərə tapşırılması isə
bir daha göstərir ki, həmin insanlar üçün dəyər
anlayışı sıfıra
bərabərdir. Bu QHT-lər
hər addımda Azərbaycan dövlətinə
qarşı təzyiq
etmək istəyən
bəzi Qərb dairələrinin əlaltısından
başqa bir şey deyillər. Məsələn, milli problemimiz olan Dağlıq Qarabağın
işğaldan azad edilməsi istiqamətində
Azərbaycan dövlətinin
apardığı qətiyyətli
siyasi kursa zərbə vurmaq üçün həmin
QHT-lər əsl “ermənipərəst” mövqe
nümayiş etdirirlər.
Bu isə onların niyyətlərini, kimliklərini
və arzularını
üzə çıxarır...
Bir daha qeyd etmək
istəyirik ki, xalq istər adını müxalifət
qoyan həmin şəxslərin, istərsə
də işi-gücü
yalnız dövlətin
maraqlarını satmaq
olan həmin QHT-lərin kimliklərini bilir. Yəni, milçək bir şey deyil...
AXCP-nin qəzeti anti Azərbaycan təbliğatının mətbu
ruporu rolunda...
Hər zaman antimilli yalanlara, böhtanlara böyük məmnuniyyətlə öz
səhifələrində yer
verən radikal müxalifətin nəzarətində
olan bir sıra qəzetlər guya bundan öz
maraqları üçün
istifadə etməyə
salışır. Həmin siyahının
başında isə
AXCP sədri Əli Kərimlinin nəzarətində
olan “Azadlıq” qəzeti gəlir. Bir müddət öncə bu qəzetin erməni mətbuatı üçün “etibarlı
mənbəyə” çevrilməsi
haqqında yazı dərc etmişdik. Orada da göstərilirdi ki, ermənilərin Azərbaycana, dövlətimizin
uğurlarına qarşı
apardığı antitəbliğatın
istinad nöqtəsi “Azadlıq” qəzetidir.
Ölkədə gedən
hər bir prosesi, hətta havanın tutulmasını,
küləyin əsməsini
az qala
“Eurovision”la əlaqələndirməyə
çalışan bu
insanlar öz gülünc məntiqləri
ilə nəyisə ortaya qoymağa çalışırlar. Maraqlıdır ki, qəzet özü yazır ki, “Eurovision-2012” Mahnı Yarışmasının rəhbəri
Con Olav Sand Azərbaycandan zəmanət
məktubu alıb.
Həmin məktubda isə Azərbaycanın dövlət orqanları tərəfindən mahnı
yarışması ərəfəsində
ölkəmizə səfər
edəcək xarici jurnalistlərin təhlükəsizliyinə
və onların sərbəst və operativ fəaliyyətinə
hər cür şərait yaradılacağına
zəmanət verilir...
Axı, “Azadlıq”
qəzeti və öz yalanlarını tirajlamaq üçün gülünc bir portal yaradıb ağlına gələni orada yerləşdirməyə çalışanlar
nə etmək istəyirlər? Antimilli hislərdən başqa
bir “dəyərə”
malik olmayan bu kəsim bir
mədəniyyət tədbirini,
mahnı yarışmasını
niyə bu qədər siyasiləşdirir?
Məğlubiyyətə düçar olan,
əslində, bütünlüklə
məğlubiyyətdən başqa bir anlam kəsb etməyən belələri
üçün pul alıb xalqın uğuruna qara yaxmaq belə asandırmı?!
Amma xalqımız
hər zaman bu cür mənəviyyatsız
satqınlıqların cavabını
layiqincə verib. Karyeralarını siyasi alver üzərində
quran və özünü ağızdolusu
“siyasətçi” adlandıran
bu uğursuzların əllərinin hər şeydən üzüldüyü
bir daha aşkar olur. Onlar üçün onsuz da siyasi mədəniyyət
və ya siyasi mübarizə anlayışı yoxdur və olmayıb. Onlar üçün bir dəyər var-siyasi satqınlıq qarşılığında alınacaq
pul... bunun üçünsə xalqı
da, dövləti də satmağa hazırdırlar...
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2012.- 24 yanvar.-
S.7.