HEYDƏR ƏLİYEV VƏ BİLİYƏ ƏSASLANAN İNKİŞAF

 

Ulu öndər Heydər Əliyev mənsub olduğu xalq üçün ən çətin məqamlarda belə çalışmalarını əsirgəməyən, xalqına azadlıq bəxş etməyi Özünə hədəf seçmiş, eyni zamanda, planetar təfəkkürlü bir liderdir. Heydər Əliyev, sözün əsl mənasında, öz ölkəsinin patriotu idi. Onun üçün Azərbaycanın rifahı ən ali məqsəddir və bu məqsəd naminə aşa bilməyəcəyi sərhəd yoxdur. Azərbaycanın Ümummilli lideri hakimiyyətdə olduğu, kifayət qədər əhəmiyyətli bir zaman kəsiyində Azərbaycanın müasir tarixini yaradırdı. Bu illər ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında elə bir sahə, elə bir başlanğıc yoxdur ki, orada Ulu öndərin izinə, imzasına rast gəlməyəsən. Heydər Əliyev milli inkişaf strategiyasının əsasını qoymuşonun davamlı və qətiyyətlə reallaşması üçün uğurlu zəmin yaratmışdır. Özübu prosesdə inkişafın kəmiyyət deyil, keyfiyyət göstəricilərinin əhəmiyyətini ön plana çəkməklə, əslində, qeyri-adi proqnozlaşdırma qabiliyyəti sərgiləmişdir.

Azərbaycan xalqının zəngin elmi irsi, adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və sirlərin rekonstruksiyası, milli musiqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativminiatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda milli irsimizin təbliği və tanıdılması istiqamətində də Ulu öndərin xidmətləri danılmaz və misilsizdir. Bu günbu işlər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən uğurla davam etdirilir. Amma bir faktı da etiraf etməliyik ki, Heydər Əliyev dünyagörüşündə, düşüncə tərzində mədəniyyət anlamı təkcə incəsənət, musiqis. ilə məhdudlaşmır. Ulu öndərin fəaliyyətində mədəniyyətin daha ətraflı və əhatəli açması var. O, mədəniyyəti insanın istər təbii, siyasiyaxud iqtisadi, istərsə də sosial ətraf mühitlə harmoniyası kimi qəbul edirdimilli inkişaf strategiyasını da məhz bu rakursda işləmişdir. Ətraf mühit dedikdə, eyni zamanda, təbii mühit, təbii ehtiyatlardan davamlı istifadə edilməsi də nəzərdə tutulur. Məhz bu yanaşması, həmçinin, sosiumun inkişaf perspektivlərinin mədəniyyətin nailiyyətlərində kodlaşdırılması gerçəkliyinə inanması Azərbaycanda sosiomədəni modernləşməyə, demokratik milli dövlətin qurulmasına yönəldilmiş Heydər Əliyev siyasi kursunun konturlarını bəlirləyib. Bu kurs ölkənin iqtisadi, siyasi-hüquqitexnoloji yeniləşməsini nəzərdə tutur. Ölkədə bu sayaq modernləşmə elmə, xüsusilə də ictimai elmlərə münasibəti də köklü şəkildə dəyişə bilib.

Bəllidir ki, bilik və mədəniyyətin əsas daşıyıcısı, qoruyucusu və onları inkişaf etdirən insandır. Müasir dövrdə ən önəmli strateji məsələ dünyada insanı inkişafın mərkəzinə qoymaq, bu prosesi insana doğru yönləndirmək, bu istiqamətdə mövcud olan problemləri aşmaq və mənəvi dirçəlişinə yol açmaqdır. Əslində, bir çox davamlı inkişaf ideoloqları da qeyd olunan gerçəkliyi proqnozlaşdırılan innovativ inqilabın təməli kimi görürlər. Vaxtilə Heydər Əliyev də insan potensialını bütün sahələrdə inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili kimi müəyyənləşdirib. Ulu öndər buna dayanaraq Azərbaycanın XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçidini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni duruma transformasiyasını daha da sürətləndirəcək istiqamətlər və prioritetləri ortaya qoyub. İnsan potensialın formalaşdırılmasını demokratik dəyərlərin bir hissəsi kimi qiymətləndirən ölkə lideri bu məqsədlə Azərbaycanda təhsil, sağlamlıq və idman sahələrinin innovativ modernləşdirilməsinə yönəlik strateji kursun konturlarını cızıb. Hələ Azərbaycanda siyasi hakimiyyətinin ilk mərhələsində Heydər Əliyevin Azərbaycanın parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri də azərbaycanlı gəncləri keçmiş Sovetlər Birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Ulu öndər 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına köməklik göstərib. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilə qədər ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlmişdi. Bu yolla Azərbaycanımızın elmikadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Eyni zamanda, həmin illərdə yetişən peşəkar kadrların çalışacağı xüsusi sənaye müəssisələrinin inşası və istifadəyə verilməsi üçün bütün imkanlardan yararlanıb. Misal olaraq, 1975-ci il dekabrın 25-də işə salınan Bakı Məişət Kondisionerləri zavodunu göstərmək olar. Bu nəhəng sənaye kompleksinin Bakıda tikilməsi şəxsən Heydər Əliyevin xidməti idi. Onun sayəsində zavodun layihəsi SSRİ-nin başqa regionundan götürülüb Bakıya gətirilib və qısa müddətdə - iki ilə tikilib istifadəyə verilib. Məişət Kondisionerləri zavodu Sovet İttifaqında miqyası və texnoloji səviyyəsinə görə bu tipli dördüncü sənaye kompleksi hesab olunurdu. Bütün sadalanan tədbirlər, strateji addımlar sayəsində Heydər Əliyev elmimilli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq, elm, ali təhsil və iqtisadiyyat arasında ahəngdarlığı təmin etməyi nəzərdə tutub.

Məhz bu əsaslara dayanaraq cənab Prezident İlham Əliyev sonradanqara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasını irəli sürüb. ilk növbədə, Heydər Əliyevin vaxtında kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi, eyni zamanda, Azərbaycanın prioritetlərini düzgün müəyyənləşdirməsi sayəsində ölkə 1996-cı ildən sonra insan inkişafı göstəriciləri ilə dünyanı heyrətləndirə bilib. Nəticədə beynəlxalq təşkilatların təhlillərinə əsasən, Azərbaycan Respublikası 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna aid edilmişdir. O zamana qədər Azərbaycan insan inkişafında orta nəticələr əldə etmiş ölkələr qrupuna daxil idi.

İnsan inkişafı göstəricilərində qısa zaman kəsiyində belə yüksəliş həm də davamlı inkişaf sahəsində təhsil strategiyası ilə birbaşa bağlıdır. Qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş ölkənin Təhsil Strategiyasına görə, Azərbaycanda davamlı və insan potensialına əsaslanan inkişafın tədris kurrikulumlarına daxil edilməsi prosesi daha erkən başlanmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş təhsil strategiyasına əsaslanaraq, 2001-ci ildən, yəni BMT və UNESCO-nun qərarından 4 il öncə, Təhsil Nazirliyi ölkənin aliorta məktəblərində davamlı və insan potensialına əsaslanan inkişaf fənninin tədrisini geniş miqyasda həyata keçirməyə başlamışdır. Artıq 2003-cü ildə Azərbaycanda orta ümumtəhsil məktəbləri üçün bu fənnə aid dünyada ilk dərs proqramı hazırlanmış, dərslik və dərs vəsaitləri Təhsil Nazirliyi tərəfindən təsdiq və nəşr edilmişdir. Azərbaycan dünyada davamlı və insan potensialına əsaslanan inkişafı ümumi təhsil prosesinə daxil etmiş ilk ölkədir. Azərbaycan təhsilinin bu istiqamətdə əldə etdiyi nailiyyətlər haqqında məlumatları BMT-nin Baş Qərargahı (Nyu-York) 2005-ci ildə bütün dünyaya yaymışdır. Bu təşkilat ölkəmizdə hazırlanmış, ingilis dillində dərc edilmiş ali məktəblər üçün dərs vəsaitini digər ölkə və təşkilatların istifadəsi üçün 2005-ci ildən öz saytında yerləşdirmişdir.

Heydər Əliyevin elmə əsaslanan inkişaf strategiyasının ən vacib tərkib hissəsi müasir Azərbaycanın böyük-kiçik bütün uğurlarının rəhni sayıla biləcək neft strategiyasıdır. Əksər hallarda ölkənin uğurlu neft strategiyasının təməlinin 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulduğu vurğulanır. Bu tarix və imzalanmış sənəd olduqca əhəmiyyətlidir və ölkənin iqtisadi, sosial inkişafı, siyasi uğurlarının səbəblərindəndir. Lakin Ümummilli lider Heydər Əliyevin neft strategiyasının bünövrəsi daha erkən dövrdə qoyulub. Buna misal kimi, hazırda Ulu öndərin adını daşıyan və onun təşəbbüsü ilə məhz Bakıda qurulmuş Dərin Özüllər zavodunu göstərmək olar. Zavodun inşasına 1978-ci ildə başlanılmış və müəssisə 1984-cü ildə istismara verilmişdir. Aydındır ki, dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması üçün nəzərdə tutulan zavodun 1978-ci ildə inşasına başlamaq üçün bu istiqamətdə öncəki illərdə gərgin aparılmış, siyasi iradə və təşəbbüs ortaya qoyulmuşdur. Bu unikal zavod daxili tələbatı ödəməklə yanaşı, artıq XX əsrin son onilliyində Şimal dənizində BP şirkəti üçün sifarişlər yerinə yetirirdi.

Dərin Özüllər zavodunun işə düşməsilə Azərbaycanda dəniz şəraitində neft istehsalı strategiyası dəyişdi. Əvvəlki illərdə tələb edilən kilometrlərlə uzanan estakadaların inşasından imtina etmək mümkün oldu. Bununla da həm inşaatistismar xərcləri köklü surətdə azaldı, həm də ekologiya və sağlamlıq üçün risklər minimuma endirildi. Praktiki olaraq, Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində Azərbaycan Respublikasının neft strategiyasında yeni texnolojiiqtisadi dövr başlandı.

Azərbaycanda davamlı inkişafın göstəricilərindən olan enerjinin istifadəsinin səmərəliliyi də kifayət qədər yüksəkdir və beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, ölkədə hər bir kq neftdə olan enerjinin istifadəsi nəticəsində dəyəri 7,0 ABŞ dolları olan məhsul istehsal edilir. Bu rəqəm əksər neftqaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Yalnız Norveçdə bu rəqəm bizimlə müqayisədə daha yüksəkdir - 9,2 ABŞ dolları təşkil edir. Lakin bizdə artım dinamikası daha sürətlidir. Nəzərə alınmalıdır ki, beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə hazırlanmış hesabatlarında bu rəqəm yalnız 2,1, 2005-ci ilin hesabatlarına görə isə 2,7 ABŞ dolları təşkil edirdi. Aydın olur ki, qısa bir müddətdə təbii ehtiyatlardan istifadənin səməriliyi bir necə dəfə artmışdır. Bu isə yalnız biliyə və onun daşıyıcısı olan insan potensialına əsaslanan siyasət sayəsində reallaşa bilər. Alınmış nəticələr davamlı insan inkişafı baxımından olduqca əhəmiyyətlidir və bu istiqamətdə dövlət rəhbərliyi tərəfindən strateji baxımdan uzaq perspektivə hesablanmış siyasətin aparılmasından xəbər verir. Məhz Heydər Əliyevin gerçəkləşdirdiyi və ya reallaşması üçün zəmin hazırladığı sadalanan siyasi tədbirlər sayəsində Azərbaycan dövləti hazırda inkişafın avanqardında addımlayır və deməli, qələbəni təmin edən uğurlu strategiya davam edir. Dövlətimizin bir keçid mərhələsini qət edərək, digər modelə addımladığı, təkamül inkişaf tipindən innovasiyalı inkişaf tipinə, biliyə əsaslanan cəmiyyət mərhələsinə keçid aldığı bir dövrdə, Prezident İlham Əliyev müstəqilliyin bərpasının iyirmi illiyində Ulu öndərin yürütdüyü siyasi kursa sadiqliyini bir daha nümayiş etdirərək “Güclü dövlət, yüksək rifah!” strategiyasını qarşıdakı illər üçün başlıca məqsəd kimi irəli sürmüşdür. Bu məqsədə çatmaq üçün Azərbaycan dövləti bütün imkanlara malikdir: maddiinsan resursları, milli ruh və ənənələr. Azərbaycana yalnız bu imkanlardan faydalanaraq qloballaşma şəraitində davamlı inkişafa öz töhfələrini vermək qalır.

 

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

 

Yeni Azərbaycan.- 2013.-12 aprel.- S.4.