NƏSİLLƏRƏ ÖRNƏK

 

Azərbaycan xalqının taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq, ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz Onun sayəsində öz mənəvi dəyərlərini layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev totalitar Sovet rejiminin təzyiqlərinə baxmayaraq, Azərbaycanda ana dilimizi, milli-mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin səviyyəsinin yüksəldilməsi üçün düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur.

Azərbaycançılıq - bu söz hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, müstəqil bir dövlətin ən şərəfli və ləyaqətli, vətənpərvər və fədakar vətəndaşı olmaq deməkdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra bir zamanlar əlimizdən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.

Məlum olduğu kimi, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə xalqın zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənc dövlətin siyasiiqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. “...Hər bir insan öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu öndər, hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olanözünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyən Ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Müasir dövrdə hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmək fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyunca möhkəm mənəvi təməl üzərində inamla irəliləyirlər. Azərbaycanda bu ağır və taleyüklü missiyanı Ulu öndərimiz Heydər Əliyev Öz üzərinə götürdü. Ulu öndərimiz Heydər Əliyev, xalqın saf inanclarını, sağlam dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış lider kimi əbədiyaşarlıq zirvəsinə ucalmışdır.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə kifayətlənməyib, həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması sahəsində də məqsədyönlü aparırdı. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və həssas münasibət sadəcə olaraq tarixin bir milli-mənəvi sərvət kimi qorunması təşəbbüsü deyildir. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü idi.

Çox vaxt Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətinin sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı qurmasında görürlər. Bəli, 1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət quruculuğuna başlandı. Dövlət quruculuğuonun hüquqi təminatı prosesi bu gündavam edir. Bu, həqiqətən də, böyük nailiyyətdir. Lakin Heydər Əliyevin bu sahədəki daha böyük xidməti dərin qatda olduğundan, çox vaxt diqqətdən kənarda qalır. Bu, Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsindəki xidmətlərdir.

Əlbəttə, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir”.

Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, Onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi.

Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıqdeyən Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də, öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir.

XX yüzillikdə Azərbaycana rəhbərlik etmiş şəxsiyyətləri bir-bir gözümüz önündən keçirsək, görərik ki, onlardan heç biri Heydər Əliyev qədər Azərbaycan xalqına və dövlətçiliyinə xidmət etməyə nail olmayıb. Onun hakimiyyətə gəldiyi ilk illərdən (1969) başlayaraq Azərbaycan günü-gündən inkişaf etməyə, Sovet respublikaları arasında ilk sıralara doğru addımlamağa başladı. Heydər Əliyev hər il yüzlərlə gənc həmvətənimizi dünyanın müxtəlif ölkələrinə oxumağa göndərdi. Onun siyasi qabiliyyətini duyan SSRİ rəhbərliyi Heydər Əliyevi Azərbaycandan uzaqlaşdıraraq rəhbərliyə çəkdilər. Əslində burda tam başqa məqsəd vardı. Məqsəd xalqın vətənpərvər övladını Vətənindən ayırmaq idi. Amma Heydər Əliyev uzaqgörənliyi ilə bunları əvvəlcədən duymuşdu. SSRİ rəhbərliyində olduğu müddətdə hər an xalqımız üçün çalışmış, Azərbaycanı daima inkişaf etdirməyə nail olmuşdur. 80-ci illərdə Sov.İKP MK-nın baş katibi postuna ən real namizəd Heydər Əliyev olduğu halda bir qrup slavyan idarəçilər “O, xalqına bağlı adamdır, hakimiyyətə gələrsə, türk xalqlarını daima bizdən üstün tutacaqdı” - deyərək, səriştəsiz, var-dövlət pərəstişkarı Qorbaçovu hakimiyyətə gətirdilər. Mənfur Qorbaçov hakimiyyətə gəldiyi gündən xalqımıza qarşı məkrli siyasət yürütməyə başladı. O zamanlar Heydər Əliyev nəinki Qorbaçovun qarşısında ümumiyyətlə SSRİ rəhbərliyi qarşısında böyük maneə idi. Nəhayətdə SSRİ dağıldı, Vətənimiz müstəqil oldu. O zamankı səriştəsiz, siyasi bacarıqlardan məhrum hakimiyyət Heydər Əliyevin ətrafında birləşmək əvəzinə Ona qarşı çıxdılar. Bəlkə də, başqa bir şəxs olsaydı, Azərbaycanı tərk edərdi, amma O, bunu etmədi. Xalq sevgisi, Vətən sevgisi o qədər güclü idi ki, Azərbaycanı tərk edə bilməzdi.

Beləliklə, xalq Heydər Əliyevin ətrafında birləşdi. Heydər Əliyev hakimiyyətə gəldiyi dövr elə bir dövr idi ki, sözlər anlatmaq üçün yetərsizdir. Aclıq, səfalət, günü-gündən artan dövlət borcları, hər gün döyüşlərdə şəhid olan qəhrəman oğul-qızlarımız. Lənkəran, Quba və Gəncə olaraq ölkə parçalanmaqda idi. O, hakimiyyətə gəldiyi gün atəşkəsə nail oldu. Heydər Əliyevsiz Azərbaycan komendant saatının hökm sürdüyü bir yer idi. Gecə saat 11-dən sonra bayırda qalsan başına yüzlərlə fəlakət gələrdi. Heydər Əliyevsiz xalq aclıq-səfalət çəkən bir xalq idi, insanlar çörək növbələrində gecələyirdi. Heydər Əliyevsiz nüfuzunu itirmiş bir ölkə idik. Heç bir təşkilatda sayılmırdıq, demək olar ki, müstəqilliyimiz tanınmırdı. Bu gün məhz Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində BMT-nin ən ali orqanı olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Heydər Əliyevsiz bizlər sabahını itirmiş gənclik idi. Nizamsız ordu, demək olar ki, olmayan təhsil. Heydər Əliyevsiz işsizlərin cəm olduğu bir ölkə idik. Bir sözlə, Heydər Əliyevsiz məhv olmaqda olan Azərbaycan idik. Heydər Əliyev bu respublikanı və xalqımızı birləşdirdi, inkişaf etdirdi və ölkəmizdə vətəndaş həmrəyliyi və milli birlik yaratdı.

Bugünkü azadsuveren Azərbaycan Ulu öndərin şah əsəridir. Ölkəmiz məhz Onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru davamlı, uğurlu addımlar atır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev şəxsiyyətinə ehtiramümumxalq sevgisi əbədidir. Çünki bu böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmışdır. Tarix Ulu öndər Heydər Əliyev kimi insanları yüz, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilmişdi. Ulu öndər olduqca iti zəkaya, polad iradəyə malik dahi şəxsiyyət idi. Heydər Əliyev fenomeninə, Onun tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər.

İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi, görkəmli rəssam Nikos Safronov Ulu öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuşbu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dünyaya gəlir. Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət Onun tale yolu, ömür yolu olmuşdur. Qısa zaman kəsiyində Ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadisiyasi nüfuz qazandırmışdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmışdır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, ən ağır günlərdə Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.

Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində Özünə əbədi abidə ucaldıb. Ona görə də, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavanrahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq Onun ruhu qarşısında ən ümdə borcumuzdur. Ulu öndərin mənalı ömür yolu Vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, Onun dəyərli irsini örnək kimi qəbul edirlər. Çünki onlar hələ sovetlərin zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər.

Bu gün Heydər Əliyev deyəndə ilk düşündüyün Azərbaycan və Azərbaycan deyəndə isə göz önünə Böyük Azərbaycanlı, xalqımızın Ulu öndəri Heydər Əliyev gəlir. Bəli...bu bir gerçəklik və Onun etirafıdır: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır!!

 

 

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı, YAP

Siyasi Şurasının üzvü

 

Yeni Azərbaycan.- 2013.- 26 aprel.- S.9.