Görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim

 

Aprelin 28-də dünyaşöhrətli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümüdür

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

 

Uğurlarla dolu olan həyat yolu

 

Aprelin 28-də Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümü tamam olur. Zərifə xanım Əliyeva 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb. Atası Əziz Əliyev ermənilər tərəfindən azərbaycanlılara qarşı şüurlu surətdə həyata keçirilən soyqırımı siyasəti nəticəsində 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur olur. Məhz burada Zərifə xanım dünyaya göz açır. 1923-cü ilin may ayında isə Əziz Əliyev Bakıya köçür. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini bitirmək üçün universitetə qəbul olurtibb fakültəsini, sonra isə aspiranturanı bitirərək, elmlər namizədi elmi dərəcəsi alır. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışmağa başlayır.

Zərifə xanıma da tibb elminə marağı atası aşılamışdı. Həkim olmaq həm də insana öz ömründən pay vermək demək idi. Yuxusuz gecələrin, zəhmət dolu günlərin bəhrəsini təkcə Zərifə xanımın müalicə etdiyi xəstələr yox, bütün Azərbaycan xalqı görürdü.

Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiyaonun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə Azərbaycan Respublikası üçün mühüm məsələyə çevrilmişdi. Belə bir vəziyyətdə bu infeksion xəstəliyi, eləcə də, onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi. Çünki həmin dövrdə dünya işığına həsrət qalan insanların çoxu məhz bu xəstəlikdən əziyyət çəkirdi. Beləcə, Zərifə xanım nəinki Azərbaycanın böyük tibb müəssisələrinə, eləcə də, respublikamızın ən çox traxoma xəstəliyi yayılmış rayonlarına səfərlər edir, oftalmoloq-həkimlər qarşısında traxomabaşqa göz xəstəliklərinin müayinə və müalicəsinə dair məruzələr edir, əhali ilə çoxsaylı söhbətlər aparırdı. Praktik həkim fəaliyyəti ilə yanaşı, Zərifə xanım elmi axtarışlarını da davam etdirirdi. O, özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə, traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edirdi. Gənc alim Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başladı. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onaOftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib.

1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Bu İnstitut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji aparır. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə xanım Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir və oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirirdi. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi də xüsusi yer tuturdu. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası daha çox cəlb edirdi. Bu problemin aktuallıgı yalnız kimyaelektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 1968-ci ildən başlayaraq bir alim kimi Zərifə xanım Əliyeva professional oftalmologiya məsələləri ilə daha ciddi məşğul olmağa başladı. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün elmi fəaliyyəti boyu araşdırırdı. Bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərirdi. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən, şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edirdi. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdi. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almaqla yanaşı, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri idi. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Zərifə xanım Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların aparılması tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar atdı.

1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə, elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.

Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Zərifə xanım Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsalat sahələrində görmə orqanına mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiya, o cümlədən, “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Azərbaycanlı professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri və həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri bu günöz aktuallığını itirməyib. OnunGöz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini özünə cəlb edib. Zərifə xanım Əliyeva fundamentalTerapevtik oftalmologiya” kitabının müəlliflərindən biridirbu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.

Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Dünyada ilk tibbi vəsait olan “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B. Şulpina və L.F. Moşetova ilə birlikdə) öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.

 

Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi

 

Akademik N.Puçkovskayanın bu sözü Zərifə xanımın xarakter cizgilərində öz əksini tapmışdır. Zərifə xanım Əliyeva bütün elmi fəaliyyəti boyu müxtəlif humanist aktlar həyata keçirib. Mətbuatda həkimlər tərəfindən ömürlük korluğa məhkum olacağı haqqında qərar verilmiş qızcığazın məktubu dərc olunmuşdu və həmin dövrün adamlarını riqqətə gətirmişdi. Ən bahalı dərmanları belə öz hesabına xaricdən gətirdən Zərifə xanım bir neçə il çalışdıqdan sonra qızın gözlərinə işıq bəxş edə bilmişdi. Belə faktlar kifayət qədərdir. Əsası isə odur ki, Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ocağından qaynaqlanan bu xeyirxahlıq missiyası indi də layiqincə davam etdirilir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu missiyanın öhdəsindən şərəflə gəlir.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli sözlər söyləyiblər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünyaşöhrətli oftalmoloq akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva çox ağıllı insanböyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.

Zərifə Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürdüyündən o, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə də vaxt ayırırdı. Onun çoxsaylı məqalələri, çıxışları, məhz bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfəsini verib. Zərifə xanımın rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. O, həkim fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ilə cəmiyyətdə özünə layiqli yer tutmuşdu. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Zərifə xanımın fitri istedada malik novator alim, paknadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir. Onun elmi, tibbipedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyəti haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir.

 

Zərifə xanım Əliyeva böyük filosof, gözəl pedaqoq və natiq idi

 

Zərifə xanım Əliyevanın elmi, pedaqoq və tərbiyəçi, eyni zamanda, fəal ictimai xadim kimi fəaliyyəti bu gün də həmkarları tərəfindən xoş xatirələrlə yad olunur. Dünyaşöhrətli alimlər Zərifə xanım Əliyeva haqqında ancaq xoş düşüncələrini ifadə edirlər.

Professor O.P.Dobromislova Zərifə xanım Əliyeva haqqında bunları yazır: “Zərifə Əziz qızı təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi. Öz xatirələrimdə əsasən Zərifə Əliyevanı insan və qadın kimi səciyyələndirmək istərdim”.

Helmqolts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.V.Trutneva isə bunları qeyd edir: “Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə oftalmoloqmu?! O, eyni zamanda, böyük filosof, gözəl pedaqoqnatiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik, yüksək təşkilatçılıq bacarığı da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi”.

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.M.Krasnov isə Zərifə xanımın elmi nailiyyətlərindən bəhs edərkən deyirdi ki, O, tibb sahəsində elə tədqiqatlar aparırdı ki, mənim fikrimcə, burada vəziyyət bir qədər təzadlı şəkil almışdı: Bizim zəmanədə işçinin bütün gücü ilə fəaliyyət göstərməsi üçün görmə qabiliyyətinin vəziyyətindən çox şey asılıdır və müasir cəmiyyətdə görmə qabiliyyətinin yaxşılaşdırılmasına tələbat günü-gündən artır. Bununla yanaşı, həmin mövzuya həsr olunmuş fundamental elmi əsərlər yox idi, yalnız ayrı-ayrı elmi fraqmentlər mövcud idi. Üstəlik onlar da vahid elmi sistem halında toplanmamışdı. Zərifə xanım kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını, bilik və bacarığını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanda, heç də həmişə layiqincə qiymətini almayan bir sahənin xidmətlərinə sərf edəsən”.

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, Əməkdar elm xadimi, professor N.B.Şulpina isə əsas diqqəti Zərifə xanımın insani keyfiyyətlərinə çəkir: “Zərifə xanım elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olan adam onu ömrü boyu unuda bilmir”.

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafatın laureatı V.V.Şmelyeva: “Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisimaraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır”.

Leninqrad Gigiyena İnstitutunun Göz Xəstəlikləri kafedrasının müdiri, professor A.N.Dobromislov da Zərifə Əliyeva haqqında ancaq xoş düşüncələrə malik olduğunu söyləyir: “Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı ilə, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır”.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2013.- 27 aprel.- S.8.