Mehriban xanım Əliyeva zəngin və çoxşaxəli fəaliyyəti ilə ölkəmizi dünyada layiqincə tanıdır

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva həm də xalqlararası və mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfələr verir

Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir insan kimi tanınır.

Mehriban xanım Əliyeva Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərməyə başlayıb. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilisrus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Bakıda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb.

Milli Mədəni İrsin Qorunmasına yönələn nəhəng layihələr

Mehriban xanım Əliyevanın fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Əminliklə demək olar ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan fondun xidmətləri əvəzolunmazdır.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günlərinin təşkilidir. 2013-cü ilin iyul ayında Fondun təşkilatçılığı ilə Fransada keçirilən “Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışında iştirak edən Mehriban xanım Əliyeva çıxışında mədəniyyəti insanları və xalqları bir-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitə adlandırıb: Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, ölkəmizin musiqi mədəniyyəti barədə aydın təsəvvür qazanırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzluEurovision” müsabiqəsinin Bakıda təşkili ən yüksək səviyyədə olub. Onun rəhbərlik etdiyi “Eurovision-2012” təşkilat komitəsinin uğurlu fəaliyyəti nəticəsində Bakıda keçirilən ötənilki müsabiqə “Eurovisiontarixinin ən möhtəşəm şoularından biri kimi yaddaşlarda qalıb.

MUĞAM MUSİQİMİZİN ŞÖHRƏTİ DÜNYAYA YAYILIB

Bildiyimiz kimi, Azərbaycan qədim və zəngin musiqi mədəniyyətinə malik olan ölkədir. Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həmmilli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Bu, bir daha Azərbaycan muğamının tanıdılması istiqamətində görülən işlərin miqyasından və uğurundan xəbər verir.

AZƏRBAYCAN İDMANININ BEYNƏLXALQ UĞURLARINA TÖHFƏ

Mehriban xanım Əliyevanın fəaliyyətində idmanın, xüsusən də onun bir sahəsi olan gimnastikanın respublikamızda inkişafına dəstək də xüsusi yer tutur. 2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də o, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynadı.

Bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycanda bədii gimnastika sürətlə inkişaf etdi, bu sahədəki təmsilçilərimiz beynəlxalq yarışlarda yüksək yerlər tutmağa başladı. 2012-ci il London Yay Olimpiadasında ölkəmizi bədii gimnastika üzrə təmsil edən Aliyə Qarayevanın 4-cü yerə yüksəlməsi Azərbaycan gimnastikasının növbəti uğurudur.

MEHRİBAN XANIM ƏLİYEVANIN TİMSALINDA HUMANİZM VƏ XEYRİYYƏÇİLİK NÜMUNƏSİ

Mehriban xanım Əliyeva xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım, anauşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların da təşəbbüskarıdır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, ortaali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri və s. kimi böyük layihələrə imza atıb.

Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində qızlar üçün yeni müasir məktəbin tikintisinə başlanıb və 2007-ci ildə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verilib. Fond mütəmadi olaraq məktəbi əyani vəsaitlər, kitablar, kompüterlər və digər ləvazimatlarla təchiz edir.

2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib. Tədbirin məqsədi təhlükəsiz qanqan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək idi.

Mehriban xanım Əliyeva Dürand xəttinin hər iki tərəfində könüllü əsaslarla təhlükəsiz qanköçürmə ilə məşğul olan Həmzə Fonduna tam təchiz olunmuş 1 təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi hədiyyə edib. Azərbaycanın birinci xanımı, həmçinin, Hayber Göz Fondunun Pişəvarda yerləşən göz klinikası üçün yeni binanın inşasına maddi yardım göstərib.

Müqəddəs Ramazan ayında isə İslamabad, Rəvalpindi, Kəraçi, Larkana, Navabşah, Kvetta, Job və Pişəvar şəhərlərində yerləşən “Pakistan Sweet Homeuşaq evlərinin 1200-dən çox sakini üçün Heydər Əliyev Fondu tərəfindən iftar süfrələri təşkil edilib.

Mehriban xanım Əliyeva xeyriyyə məqsədli fəaliyyətini 2013-cü ildə də davam etdirib. Belə ki, Ramazan ayı günlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın paytaxtı İslamabad şəhərindəki “Edhi Homes” kimsəsizlər evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin, bu təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar üçün iftar süfrəsi təşkil olunub.

Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaç” ordeninə layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.

2012-ci ildə Mehriban xanım Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

Bütün bunlar Mehriban xanım Əliyevanın böyük xeyriyyəçilik fəaliyyətini, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz xidmətləri təsdiq edir.

AZƏRBAYCAN QADINININ LAYİQLİ SİMASI

Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimaisiyasi xadimlərin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətlə bağlı məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib.

2012-ci il iyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdurmövzusunda iclasda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib, Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını vurğulayıb.

Qeyd edək ki, Mehriban xanım Əliyeva 2011-ci il iyunun 24-də Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunub.

Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir.

Beləliklə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın zəngin fəaliyyəti Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, ölkəmizin müsbət imicinin formalaşmasına, eləcə də, mədəniyyətlərarası dialoqun genişlənməsinə böyük töhfədir.

 

Hülya MƏMMƏDLİ

 Yeni Azərbaycan.- 2013.- 24 avqust.- S.3.