Fransanın nüfuzlu "İncəsənət" jurnalı gənc azərbaycanlı rəssamın yaradıcılığından bəhs edib

 

Hər bir nömrəsi tələbkar fransız oxucuları tərəfindən böyük maraqla qarşılanan nüfuzlu "İncəsənət" (Beaux arts) jurnalının əsası 1983-cü ildə qoyulmuşdur. Jurnalda qədim və müasir incəsənət əsrləri, dünyanın tanınmış rəssamları və onların yaradıcılığı, rəsm əsərlərindən ibarət sərgilər haqqında yazılara, sənətşünasların ayrı-ayrı rəsmlər barədə fikirlərinə geniş yer verilir. Ojen Delekrua, Eduard Mane, Klod Mone, Ogüst Renuar kimi dünya şöhrətli fransız rəssamlarının vətəni Fransada nəşr olunan jurnalın 351-ci sayında 22 yaşlı gənc istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığından bəhs etməsi heç də təsadüfü deyildir. 2011-ci ildə UNESCO xətti ilə Parisdə ayrıca sərgisi təşkil olunan, müxtəlif vaxtlarda keçirilən sərgilərdə əsərləri nümayiş etdirilən Məryəmi dünyanın mədəniyyət beşiyi hesab olunan Fransada yaxşı tanıyırlar. Tanınmış rəssamlar və incəsənət mütəxəssisləri onun əsərlərini yüksək qiymətləndirirlər.

Fransanın nüfuzlu Dekorativ incəsənət məktəbində sərbəst müdavim kimi təhsilini davam etdirən gənc rəssam Məryəmin öz rənglər dünyası vardır. Məryəm bu dünyasına öz gözü ilə baxır və yaxın duyduğu, ürəyinə yatan mövzuları seçərək sehrli fırçası ilə müxtəlif rəngli boyalarla kətana köçürür.

Jurnal düzgün olaraq dünya rənglərinə öz gözü ilə baxan və duyğularını seçim edərək maraqlı əsərlər yaradan Məryəm və onun yaradıcılığından bəhs edən yazıya "Məryəmin gözləri ilə" sərlövhəsi vermişdir.

Həmin yazının tərcüməsini oxuculara təqdim edirik:

 

Yeni Azərbaycan.- 2013.- 30 avqust.- S.8.