Baş nazirin müavini Elçin Əfəndiyev:
UNESCO-nun bu mühüm sessiyasının Bakıda
keçirilməsi cəmiyyətimiz və ictimai
həyatımız üçün olduqca əlamətdar hadisədir
UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanın paytaxtı Bakıda keçirilməsi, ümumiyyətlə, cəmiyyətimiz və ictimai həyatımız üçün olduqca əlamətdar hadisədir.
AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində söyləyib.
Baş nazirin müavini Azərbaycan ilə UNESCO arasında qarşılıqlı hörmətə, ehtirama və etimada söykənən işgüzar əlaqələrin yarandığını nəzərə çatdırıb. O, xüsusən son illərdəki fəaliyyəti qeyd edərək bildirib ki, bu müddətdə Azərbaycan ilə UNESCO arasında əlaqələr daha da genişlənib, Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunublar.
E.Əfəndiyev vurğulayıb ki, bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. O bildirib ki, Prezident İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubu Azərbaycan hökumətinin UNESCO ilə əməkdaşlığın inkişafına verdiyi qiymətin bariz nümunəsidir.
Baş nazirin
müavini təqribən bir
həftə davam edəcək bu sessiyanın ölkəmizdə keçirilməsinin
Azərbaycan-UNESCO əlaqələrinin daha
da inkişaf etməsində
xüsusi rol
oynayacağını deyib.
Yeni Azərbaycan. - 2013.- 3 dekabr.- S.3.