Azərbaycan Avropaya inteqrasiya baxımından dünyaya nümunə göstərdi

 

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdur

 

- Səməd müəllim, Vilnüsdə keçirilən III «Şərq Tərəfdaşlığı» sammitinin əhəmiyyətini necə qiymətləndirirsiniz? Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində bu sammitkimi rol oynayır?

- Bir neçə gün bundan əvvəl Litvanın paytaxtı Vilnüs şəhərində tarixi bir toplantının şahidi olduq. Tədbirdə «Şərq tərəfdaşlığı» proqramında iştirak edən ölkələrin başçıların iştirak etməsi təbii ki, sammitə xüsusi əhəmiyyət verirdi. Çox şadam ki, bu sammitdə iştirak etmək imkanı mənə də yaradıldı. Avropa Birliyinə daxil olan bütün ölkələrin parlamentlərinin beynəlxalq əlaqələr komitəsinin sədrləri, «Şərq tərəfdaşlığı» ölkələrinin və Avropa Parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədrləri də Vilnüs sammitində ayrıca toplantı keçirib. Təbii ki, bunların hamısı eyni istiqamətdə gedən məsələlərdir. Vilnüsdə dörd istiqamət üzrə toplantılar oldu. Ən yüksək dövlət başçılarının zirvə sammiti idi. Bununla yanaşı Avropa Parlamentinin, Avropa İttifaqı və «Şərq tərəfdaşlığı» ölkələrinin parlamentlərinin beynəlxalq əlaqələr komitəsinin sədrlərinin iclası, üçüncü Avropa və «Şərq tərəfdaşlığı» ölkələrinin biznes forumu, dördüncü Avropa və «Şərq tərəfdaşlığı» ölkələrinin vətəndaş cəmiyyətinin nümayəndələrinin toplantısı olub. Bu dörd istiqamətdə Avropa ilə əlaqələr və Avropa istiqamətində inkişaf məsələləri müzakirə olunub. İlk öncə onu demək istəyirəm ki, bu beynəlxalq tədbirdə bəlkə də, yaxşı mənada ən gözəçarpan, hər bir ölkə tərəfindən rəğbətlə qarşılanan və öz mövqeyini ən açıq formada təqdim edən ölkə Azərbaycan oldu.

- Bu qənaətin formalaşmasında hansı amillər özünü göstərir?

- Bunu heç də təsadüfən demirəm. Ona görə ki, Avropanın şərqə inkişafı heçhamar yol deyilbu proses çox da asan getmir. Hər iki tərəfdən bu proses çətinliklə gedir. Bilirsiniz ki, «Şərq tərəfdaşlığı» proqramının 2009-cu ildə elan olunanda dərhal müzakirələr başladı ki, Belarus bu proqrama uyğundur, yoxsa uyğun deyil. Nəticədə Belarusu demək olar ki, «Şərq tərəfdaşlığı» proqramından çıxardılar. Buna etiraz əlaməti olaraq bu ölkə öz istiqamətini Rusiya ilə əlaqələri daha da genişləndirməyə yönəltdi, eləcə də, Gömrük İttifaqına qoşulmaq məsələsini gündəmə gətirdi. İkinci dövlət Ukrayna idi ki, Avropa Birliyi ilə əlaqələri sıx qurmaq niyyətini həmişə ortaya qoyub. İlk gündən bu bəyanatlara qəribəliklə baxırdıq ki, belə böyük dövlətin bu tezliklə Avropa Birliyi istiqamətində belə niyyətini ortaya qoyması elədə asan məsələ deyil. Nəzərə alsaq ki, Ukraynada narıncı inqilab baş vermişdi, onun təsiri, fəsadları hələ də qalmışdı, bu, bir qədər inandırıcı görünmürdü.

MoldovaGürcüstana gəlincə, onların mövqeyi aydın idi. Bu ölkələr birmənalı olaraq Avropa Birliyi ilə assosiativ sazişin imzalanması və inteqrasiyanı bəyan edirdilər. Ermənistanın mövqeyi isə bizi çox təəccübləndirirdi. Bu ölkədə gedən prosesləri bəlkə də, hamıdan yaxşı bilirik. Bilirik ki, nə dəcədə Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır, bu iqtisadiyyat nəinki Avropa iqtisadiyyatına, ümumilikdə normal, sivil ölkədə olan standartlara cavab vermir. Ancaq Ermənistandan ardı kəsilmədən bəyanatlar gəlirdi ki, mütləq Avropa İttifaqı istiqamətində sazişlər imzalayacaqlar, Aİ-yə gedəcəklər və s.

Azərbaycana gəldikdə isə ölkəmiz Avropa istiqamətində inkişafının birmənalı olmasını bəyan etməklə yanaşı, ən vacibi milli maraqların və dəyərlərin qorunması, xalqımızın inkişafına xidmət edən sazişlərə qoşulmaq siyasətini ortaya qoyub. Beləliklə, nəticədə məlum oldu ki, bu 6 ölkə içərisindən ən düzgün və ən səmimi, şəffaf mövqeyi məhz Azərbaycan nümayiş etdirib. Niyə? Ona görə ki, Azərbaycanı çıxmaq şərtilə ölkələrin hamısı apardıqları siyasətlə həm Avropa Birliyinin içərisində, həm Avropa-Rusiya münasibətlərində, həm də regionda gərginlik yaratdılar. Azərbaycan Avropaya inteqrasiya nöqteyi-nəzərindən Vilnüs sammitində dünyaya nümunə göstərdi. Bu da ondan ibarətdir ki, milli maraqlara uyğun hərəkət etməli, açıq və səmimi mövqe ortaya qoymaq lazımdır. İlk gündən Azərbaycan bu yolu seçibbu yol Vilnüs sammitində ölkəmizin mövqeyinin bütün iştirakçılar tərəfindən ən yüksək səviyyədə dəstəklənməsinə gətirib çıxardı.

Heç də təsadüfi deyil ki, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident İlham Əliyevlə görüşərək ölkəmizin mövqeyini alqışlayır, dəstəkləyir və başqa ölkələrə nümunə gətirirdilər. Bu da ondan ibarət idi ki, başqa ölkələrin mövqeyi Avropa-Rusiya arasında ziddiyyət yaradırsa, Azərbaycanın mövqeyi isə özünü Avropaya yaxınlaşdırır, eyni zamanda Avropa-Rusiya münasibətlərinə hər hansı xələl gətirmədən, əksinə konstruktiv rol oynayır. Bu, Vilnüs sammitində gözəçarpan ən vacib məsələlərdən biri idi. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev nümayiş etdirdi.

- Sammitin yekun qərarları haqqında nə deyə bilərsiniz?

- 2009-cu ildən 2013-cü ilədək Avropa «Şərq tərəfdaşlığı» proqramına qoşulmaq niyyətilə, yəni assosiativ müqaviləni bağlamaq niyyəti ilə əlaqədar AB rəsmiləri Ukraynaya yüzlərlə səfər edibbu sazişin imzalanması haqda çoxlu sayda vədlər eşitmişdilər. Avropada belə rəy formalaşmışdı ki, Ukrayna bu sazişi imzalayacaq. Və son anda bu sənədi imzalamayan Ukrayna bugünkü hadisələrlə üz-üzə qalıb. Ermənistan isə neçə illərdir ki, dağılmış iqtisadiyatını Avropaya yaxınlaşdırmaq cəhdi kimi təqdim edirdi. Nəticədə bu gün Ermənistan «Şərq tərəfdaşlığı» proqramının heç bir sənədini imzalaya bilmədi. Bəlkə də qəribə səslənər, amma Vilnüs sammitində Avropa istiqamətində işlək sənədin imzalanmasına yalnız Azərbaycan nail oldu. Baxmayaraq ki, GürcüstanMoldova «Şərq tərəfdaşlığı» proqramının üzvləri kimi assosiativ müqaviləyə imza atdılar, amma bu sənədlərin nə vaxt qüvvəyə minəcəyi qeyri-müəyyəndir. Bu haqda hələ gələcəkdə müzakirələr gedəcək. Ukrayna və Ermənistan isə heç bir addım atmadı. Azərbaycan isə viza rejiminin sadələşdirilməsi haqqında konkret, işlək sənəd imzalayıb. Bu sənəd bir müddət sonra real qüvvəyə minən sənəddir. Bu nöqteyi nəzərdən Azərbaycanı Vilnüs sammitində təmsil edən cənab Prezidentin mövqeyi, ən güclü və ən məntiqli bir mövqe kimi qiymətləndirilməlidir.

Bu gün Azərbaycan Avropada gedən prosesləri ciddi təhlil etməklə yanaşı bu proseslərə təsir etmək imkanına malik olub. Vilnüs sammitibunu göstərdi. Bizim iqtisadi əlaqələrimiz, şəffaf və açıq mövqeyimiz, ikitərəfli əlaqələri yüksək səviyyədə qurmaq niyyətimiz, beynəlxalq təşkilatlar içərisində Azərbaycan həqiqətlərini açıq şəkildə çatdırmağımız ona gətirib çıxarır ki, Azərbaycanın mövqeyini nəzərə alırlar, onunla hesablaşırlar və bu mövqe Avropada tam qəbul olunur.

- Avropada Azərbaycana qarşı həmişə ikili standartlar müşahidə olunub. Sizcə, bu sammit sözügedən problemin həlli istiqamətində müsbət təsir göstərə bilərmi?

- Təəssüflər olsun ki, ikili standartlar hələ də mövcuddur. Konkret misal çəkim. Ermənistan açıq şəkildə bəyan etdi ki, assosiativ üzvlüyü qəbul etmir, Gömrük İttifaqına qoşulacaq. Buna baxmayaraq, Vilnüsə gəlib «Şərq tərəfdaşlığı» sammitində iştirak edir. Ermənistan Vilnüsdə bir yalan danışır, o biri tərəfdə olanda isə deyir ki, mən həmişə sizinlə olacam, AB-yə qoşulma fikrim yoxdurs. Yəni bunları görmək elə də böyük ağıl tələb edən məsələ deyil. Bunu yalnız biz yox, avropalılar da görür. Amma onlar gördükləri halda yenə də Ermənistana dəstək nümayiş etdirirlər. Bu, birbaşa ikili standartdır. Proqramın öz məqsədlərinə çatmamasının səbəbi də məhz bu ikili standartlardır. «Şərq tərəfdaşlığı» proqramı bu ölkələri yaxınlaşdırmaq məqsədilə ortaya atılmış proqramdır. Doğrudur, nəticədə Belorus kənarda qaldı, Ukrayna tərəddüd içərisində, Ermənistan Gömrük İttifaqına gedir. Gürcüstanla Moldova isə Gömrük İtifaının əksinə olaraq assosiativ sazişə imza atdı. Yeganə Azərbaycan heç bir problem yaratmadan, dünyaya, o cümlədən Avropaya inteqrasiya mexanizminin yolunu göstərərək həm bu sammitdə, həm də Avropada siyasi liderlər tərəfindən çox yüksək səviyyədə qiymətləndirildi.

Deməli, Avropanın özündə neqativ proseslər, ikili standartlar mövcuddur ki, bu proqram o qədər öz müsbət nəticəsini vermədi. Nəticədə Vilnüs sammiti tarixə Avropa ilə Rusiya arasında ziddiyyətlərin dərinləşməsi kimibu ziddiyyətlərin Azərbaycan vasitəsilə aradan qaldırılması yollarını ortaya qoyan tədbir kimi tarixə yazıldı. Ölkəmizə qarşı ikili standart olub, var və gələcəkdə də davam edəcək. Biz bilməliyik ki, Azərbaycan Prezidentinin apardığı siyasət bu mənfi təsirləri maksimum dərəcədə ölkəmizdən kənarlaşdırır. Vilnüs sammitindən sonra ikilistandartlar olmayacağını düşünmək sadəlövlük olardı. Bu olacaq, sadəcə, biz bir daha şahidi olduq ki, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğunu beynəlxalq əlaqələr və Prezident İlham Əliyevin apardığı xarici siyasət bu problemləri neytrallaşdırmaq üçün ən düzgün siyasətdir.

- Vülnüs sammitinin ardınca, Rusiya Prezidenti Ermənistana səfər etdi. Bu səfər zamanı Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsi müzakirə olunub. Bu məsələyə münasibətiniz necədir?

- Yəqin ki, Vladimir Putinin səfəri zamanı Ermənistanın rəhbərliyi Yerevanda Rusiya Prezidentinə Gömrük İttifaqına qoşulacağına və öz gələcəklərini bu dövlətlə bağladıqlarına əmin ediblər. İki gün əvvəl isə Vilnüs sammitində başqa söz deyirdilər. Bu nöqteyi nəzərdən müstəqil dövlətin müstəqil mövqeyi olmalıdır. Bu proseslər onu sübut edir ki, Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur. Ən əsası da ondan ibarətdir ki, Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil. Ona görə ki, hər bir insan da, qurum da, o cümlədən dövlət də əvvəl gərək özü özünə hörmət etsin ki, başqaları da ona hörmət eləsin. Ermənistan bir regionda yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq etmək lazımdır.

Prezident İlham Əliyevin siyasəti Qafqazda heç kimə qarşı deyil. Amma Ermənistan belə siyasət apardığı üçün belə ağır vəziyyətdədir. İşğalçı olduğuna görə onun gələcəyi yoxdur. Amma Azərbaycanın Avropa ilə də, Rusiya ilə də əlaqələri var. Əlbəttə ki, Rusiyanın da, başqa ölkələrin də bu regionda tarixən maraqları varbunu heç kim inkar etmir. Bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. Bu siyasəti də hörmətli Prezidentimiz həyata keçirir. Bizim regionda mövqeyimiz güclüdürdünyada Azərbaycanla güclü dövlət kimi hesablaşırlar.

Ermənistanla bağlı isə tam əksinədir. Nə bu tərəf, nə o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Yalnız bu ola bilər ki, Ermənistandan istifadə edib öz mraqlarını bu regionda tətbiq etsinlər. Bu da Ermənistan xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil.

- Səməd müəllim, qeyd etdiniz ki, parlamentlərin beynəlxalq əlaqələr komitəsi sədrlərinin toplantısı keçirilib. Belə toplantılar davamlı olacaqmı və ölkəmiz üçün bunun əhəmiyyəti nədən ibarətdir?

- Bəli, biz parlament səviyyəsində beynəlxalq əlaqələr komitəsinin sədrləri kimigörüşdük. Çox sevindirici haldır ki, biz bu əlaqələri gələcəkdə də genişləndirəcəyik. Komitə sədrləri səviyyəsində Azərbaycan əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını da gündəmə gətiririk. Əvvəllər bu məsələ parlamentlərdə müzakirə olunurdu. Bundan sonra Avropada parlamentlərin beynəlxalq əlaqələr komitələrinin yığıncaqlarında da Ermənistanın Azərbaycana qarşı təcavüzünü gündəmə gətirəcəyik.

 

Yeni Azərbaycan.-2013.- 4 dekabr.- S. 4.