Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini iclaslarla davam etdirib

 

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini iclaslarla davam etdirir.

AzərTAc xəbər verir ki, sessiya çərçivəsində dekabrın 6-da günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas başlayıb.

Əbülfəs Qarayevin təklifi ilə sessiyanın iştirakçıları Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra sessiya işini davam etdirib. Əvvəlcə 2014-cü il üçün məşvərətçi qurumun yaradılmasına onun texniki şərtlərinə dair işçi sənəd müzakirə edilib qərar layihəsi (“8.COM 9.a”) qəbul olunub.

Daha sonra iclasda əməliyyat direktivlərinə ilkin düzəlişlər müzakirə olunub. Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi Sesil Düvel bildirib ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ilin dekabrında Parisdə keçirilmiş sessiyasında mühafizənin, kommersiyalaşmanın davamlı inkişafın arasında münasibətlər müzakirə edilib, müxtəlif rəy təkliflər verilib. Bildirilib ki, Konvensiyanın yerinə yetirilməsi üzrə əməliyyat direktivləri mütəmadi olaraq yenilənir. Hazırda “8.COM 13.a” qərar layihəsinin 116 117-ci bəndlərinə müəyyən dəyişikliklər edilib.

Sonra müvafiq düzəliş dəyişikliklər aparılaraq “8.COM 13.a” sənəd layihəsi qəbul olunub.

Sessiyanın dekabrın 6-da keçirilən iclasında, həmçinin Bəşəriyyətin Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyaların nəzərdən keçirilməsi üçün seçim məsələlərinə dair işçi sənəd müzakirə edilib.

Daha sonra əməliyyat direktivlərinə ilkin düzəlişlər məsələsi nəzərdən keçirilib. Müvafiq sahə üzrə siyahıya salınmış elementin genişləndirilməsi ya ixtisara salınması proseduru müzakirə edilib sənəd layihəsi (“8.COM 13.c”) qəbul edilib.

Sonra sessiyanın iştirakçıları üçün İçərişəhərə infotur təşkil edilib.

Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub.

İçərişəhərlə tanışlıq zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır bunlar qorunub saxlanılır.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olanŞirvanşahlar Sarayı Kompleksiilə tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini günün ikinci yarısında mədəniyyət turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirib.

Tədbirdə nominasiyaların qiymətləndirilməsi, köməkçi məşvərətçi qurumun vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Müvafiq düzəliş dəyişikliklər aparılaraq “8.COM 13.d” sənəd layihəsi qəbul olunub.

Sonra Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi xanım Sesil Düvel qeyri-hökumət təşkilatları barədə hesabatla çıxış edib.

Bildirilib ki, sessiyanın ilk günündə Azərbaycan paytaxtında qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu təşkil olunub. Forumda 150-dən artıq Beynəlxalq qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak ediblər.

Vurğulanıb ki, UNESCO-nun 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin ali məclislərində indiyədək 156 QHT akkreditə olunub. Onların bəziləri qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, digərləri sadəcə mədəni vasitəçi kimi fəaliyyət göstərirlər.

Diqqətə çatdırılıb ki, QHT-lər konvensiyanın işində mühüm rol oynamaq niyyətindədirlər. Buna görə QHT-lər üçün akkreditasiya prosesi dəyişdirilməli onların qeydiyyat məsələsinə yenidən baxılmalıdır.

Hesabat ətrafında fikir mübadiləsi aparan iştirakçılar vurğulanıblar ki, qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da rolu əvəzsizdir. Bu səbəbdən QHT-lər üçün meyarlar dəyişdirilməlidir.

Müvafiq sahə üzrə siyahıya salınmış elementin genişləndirilməsi ya ixtisara salınması proseduru müzakirə edilmiş sənəd layihələri (“8.COM 14.a” “8.COM 14.b “) qəbul edilib.

Qərara alınıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası 2014-cü il noyabrın 24-dən 28-dək Parisdə keçirilsin.

Bu gün sessiya işini davam etdirəcək.

 

Yeni Azərbaycan.- 2013.- 7 dekabr.- S.7