Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyası işini iclaslarla
davam etdirib
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini iclaslarla davam etdirir.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində dekabrın 6-da günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas başlayıb.
Əbülfəs Qarayevin təklifi ilə sessiyanın iştirakçıları Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra sessiya işini davam etdirib. Əvvəlcə 2014-cü il üçün
məşvərətçi qurumun yaradılmasına və onun texniki
şərtlərinə dair
işçi sənəd
müzakirə edilib və qərar layihəsi (“8.COM 9.a”) qəbul
olunub.
Daha sonra iclasda əməliyyat direktivlərinə ilkin düzəlişlər müzakirə
olunub. Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi Sesil Düvel bildirib ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 2012-ci ilin
dekabrında Parisdə
keçirilmiş sessiyasında
mühafizənin, kommersiyalaşmanın
və davamlı inkişafın arasında
münasibətlər müzakirə
edilib, müxtəlif rəy və təkliflər verilib. Bildirilib ki, Konvensiyanın yerinə yetirilməsi üzrə əməliyyat
direktivləri mütəmadi
olaraq yenilənir.
Hazırda “8.COM 13.a” qərar layihəsinin 116 və
117-ci bəndlərinə müəyyən
dəyişikliklər edilib.
Sonra müvafiq
düzəliş və
dəyişikliklər aparılaraq
“8.COM 13.a” sənəd layihəsi
qəbul olunub.
Sessiyanın dekabrın 6-da keçirilən
iclasında, həmçinin
Bəşəriyyətin Qeyri-Maddi
İrsinin Reprezentativ Siyahısına salınmalı
olan nominasiyaların nəzərdən keçirilməsi
üçün seçim
məsələlərinə dair işçi sənəd də müzakirə edilib.
Daha sonra əməliyyat direktivlərinə
ilkin düzəlişlər
məsələsi nəzərdən
keçirilib. Müvafiq sahə üzrə
siyahıya salınmış
elementin genişləndirilməsi
və ya ixtisara salınması proseduru müzakirə edilib və sənəd layihəsi
(“8.COM 13.c”) qəbul edilib.
Sonra sessiyanın
iştirakçıları üçün İçərişəhərə
infotur təşkil edilib.
Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə
məlumat verilib.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq
kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub.
İçərişəhərlə tanışlıq
zamanı qonaqlara
UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilmiş “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilib. Bildirilib ki, İçərişəhər
ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi
memarlıq abidələri
vardır və bunlar qorunub saxlanılır.
Gəzinti zamanı qonaqlar
orta əsr Şərq memarlığının
şah əsəri, dünya əhəmiyyətli
tarix-memarlıq abidəsi
olan “Şirvanşahlar
Sarayı Kompleksi” ilə tanış
olublar. Məlumat verilib ki, XV
əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir.
O, Xəzər dənizindən
və şəhərin
ətrafındakı yüksəkliklərdən
aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası
işini günün ikinci yarısında mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə davam etdirib.
Tədbirdə nominasiyaların qiymətləndirilməsi,
köməkçi və
məşvərətçi qurumun vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Müvafiq düzəliş və dəyişikliklər aparılaraq
“8.COM 13.d” sənəd layihəsi
qəbul olunub.
Sonra Qeyri-Maddi
Mədəni İrsin
Qorunması üzrə
Konvensiyanın katibi xanım Sesil Düvel qeyri-hökumət
təşkilatları barədə
hesabatla çıxış
edib.
Bildirilib ki, sessiyanın ilk günündə Azərbaycan
paytaxtında qeyri-maddi
mədəni irsin qorunması üzrə Beynəlxalq QHT Forumu təşkil olunub. Forumda 150-dən artıq Beynəlxalq qeyri-hökumət təşkilatının
təmsilçiləri iştirak
ediblər.
Vurğulanıb ki, UNESCO-nun 2003-cü il Konvensiyasının
iştirakçı dövlətlərinin
ali məclislərində
indiyədək 156 QHT akkreditə
olunub. Onların bəziləri qeyri-maddi
mədəni irsin əsas daşıyıcıları
ilə sıx əlaqə saxlayır, digərləri sadəcə
mədəni vasitəçi
kimi fəaliyyət göstərirlər.
Diqqətə çatdırılıb ki,
QHT-lər konvensiyanın
işində mühüm
rol oynamaq niyyətindədirlər. Buna görə də QHT-lər üçün akkreditasiya prosesi dəyişdirilməli və
onların qeydiyyat məsələsinə yenidən
baxılmalıdır.
Hesabat ətrafında
fikir mübadiləsi aparan iştirakçılar
vurğulanıblar ki,
qeyri-maddi mədəni
irsin qorunmasında iştirakçı dövlətlərlə
yanaşı, qeyri-hökumət
təşkilatlarının da rolu əvəzsizdir. Bu səbəbdən də
QHT-lər üçün
meyarlar dəyişdirilməlidir.
Müvafiq sahə üzrə siyahıya salınmış
elementin genişləndirilməsi
və ya ixtisara salınması proseduru müzakirə edilmiş və sənəd layihələri
(“8.COM 14.a” və “8.COM 14.b “) qəbul edilib.
Qərara
alınıb ki,
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 9-cu sessiyası
2014-cü il noyabrın 24-dən 28-dək Parisdə
keçirilsin.
Bu gün sessiya işini davam etdirəcək.
Yeni Azərbaycan.- 2013.- 7 dekabr.- S.7