Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük uğurlar əldə edən rayon bu gün daha da müasirləşib

Hazırda ölkənin hər yerində, o cümlədən paytaxtın Binəqədi rayonunda da abadlıq-quruculuq işləri gedir. Yerli sakinlərin də qeyd etdikləri kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər, xüsusilə də, 2012-ci ilin aprelindən sonra aparılan abadlıq-quruculuq işləri nəticəsində Binəqədi rayonu yeni inkişaf və tərəqqi dövrünə qədəm qoyub. Bizimlə söhbətdə sakinlər onu da vurğuladılar ki, dövlət başçısının diqqət və qayğısı sayəsində böyük uğurlar əldə edən rayon bu gün daha da müasirləşib. Prezident İlham Əliyevin rayona hər səfəri isə yeni-yeni obyektlərin açılışı ilə yadda qalır.

Binəqədi rayonu Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km. məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. Ərazisi 169,38 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir. Rayonun inzibati ərazisində 4 mikrorayon və 6 qəsəbə mövcuddur. Eyni zamanda, rayonda yerli özünüidarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 253 700, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Binədən qədim diyar – Binəqədi

Rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə danışmazdan öncə Binəqədinin tarixinə nəzər salmaq yerinə düşər. Belə ki, rayon öz adını Binəqədi kəndindən götürüb. Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetirilib. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılıb. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilib.

Yeri gəlmişkən, ən qədim yaşayış məskənlərindən biri kimi xarakterizə olunan rayonun ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş hamam, 1908-ci ildə inşa edilmiş məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid ovdan, IX - XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid Karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən neft mədənləri ərazisində tunc dövrüNekropolu, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən “Dövlət Qoruğuelan edilmiş “Binəqədi IV dövr faunaflora qəbirstanlığı” və “Keyrəki” vulkan dağı mövcuddur.

Abadlıq-quruculuq işləri davam edir

Qeyd edək ki, məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində rayonda güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırılıb. Hazırda isə rayon ərazisində 95 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 5-i mədənçıxarma, 85-i emal, 2-si elektrik enerjisi, qazbuxarlanma, 3-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir.

Yuxarıda da vurğuladığımız kimi, ölkədə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən Binəqədi rayonuna da pay düşüb. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinin icrası nəticəsində 2013-cü ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin, digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yanvar-sentyabr aylarında ümumilikdə 6181 kv.metr hörgü, 14058 kv.metr suvaq, 26267 kv.metr dekorativ suvaq, 57734 kv.metr boyaq işləri aparılıb, küçələrdə və binaların həyətlərində 4741 kv.metr tamet daşı, 4154 p/m səki daşları döşənib, 7-ci mikrorayon ərazisində 8400 p/m novalçasu axıdılan boru əsaslı təmir edilib. Hazırda məhəllələrin abadlaşdırılma işləri davam etdirilir. Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış və əsaslı tikintiyə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilib. Carı ilin 9 ayında rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq 5 yeni xeyir-şər evi tikilib, 1 xeyir-şər evi əsaslı təmir edilib, 6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla tam təmin olunubbu tip evlərin tikintisiya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 kv.metr çəmən (qazon) salınıb, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif növdə ağaclar əkilib. Rayon ərazisində 46873 kv.metrə yaxın yumşaq dam örtüklərində əsaslı və cari təmir işləri aparılıb. Ümumi istifadə yerlərində 947 kv.metr pəncərə cari qaydada təmir edilib, 98 pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılıb, 20 lift əsaslı təmir edilib, 44 lift yenisi ilə əvəz edilib və hazırda 5 lift üzrə işlər davam etdirilir. Eyni zamanda, ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 19733 metr olan 118400 kv.metr sahəyə asfaltörtüyü çəkilib.

Əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb

Qeyd edək ki, bu ilin 9 ayı ərzində şəbəkə üzrə müxtəlif diametrli 95034 p/m içməli su xətti, 19820 p/m kanalizasiya xətti dəyişdirilib, 12502 p/m kanalizasiya xətti təmizlənib və 720 p/m yağış kanalizasiya şəbəkəsi yuyulub, 54 su nasosları, 47 siyirtmə təmir olunub və 49-u yenisi ilə əvəz edilib.

Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif ərazilərdə Binəqədi QİS və podrat təşkilatlar tərəfindən ümumi uzunluğu 109 min 504 p/m qaz xətti çəkilib, 28141 ədəd mexaniki qaz sayğacı “Smart-karttipli qaz sayğacları ilə əvəz edilib, tikinti podrat təşkilatları tərəfindən 96 min 225 p/m qaz xətti çəkilib və 98 min 225 p/m qaz xətti boyanıb. Ərazidə 32 ədəd qaz tənzimləyici və 21 ədəd siyirtmə quraşdırılıb.

Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin 9 ayı ərzində 24500 p/m kabel dəyişdirilib və 25 ədəd transformator yenisi ilə əvəz edilib. Eyni zamanda, giriş paylayıcı lövhələrinin quraşdırılması, transformatorlarda əsaslı təmir işlərinin aparılması, elektrik dayaqları, elektrik sayğaclarının dəyişdirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilib. Hesabat dövründə abonentlərə 7031 ədəd müasir elektron tipli sayğac quraşdırılıb, 80 ədəd elektrik dayağı dəyişdirilib və 65 ədəd yeni dayaq quraşdırılıb.

Ötən dövr ərzində əhalinin istilik təchizatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Belə ki, müxtəlif ünvanlarda 18 qazanxana, 154 ədəd nasos, 19 dəst suqızdırıcıları və 69 ədəd qoruyucu klapanların yoxlanılması prosesi aparılıb. Eyni zamanda, rayon ərazisində müxtəlif ünvanlarda 48 ədəd qazanların, 44 ədəd nasosların, 1406 ədəd siyirtmələrin və 1954 metr boruların əsaslı təmir işləri aparılaraq, 45 ədəd istilik kameralarının, qazanxanalarda tüstü yollarının və 163 ədəd çirktutanların təmizlənməsi işləri görülüb. Həmçinin, tədbirlər planına uyğun olaraq nəzərdə tutulmuş 3775 metr məhəllədaxili və magistral istilik borularının 278 metri əsaslı təmir olunub, 20 siyirtmə dəyişdirilib.

Rayon rəhbərliyi sakinlərin problemlərini diqqət mərkəzində saxlayır

Bu məqamda onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə müvafiq addımlar atılıb. Məsələn, dövlət başçsının 5 sentyabr 2012-ci il tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq, Binəqədi rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən, yerlərdə səyyar qəbulları təşkil edilib, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından Tədbirlər Planı təsdiq olunub və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılıb.

Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin 9 ayı ərzində 25 səyyar görüşü keçirilib. İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərlərinin də qatıldıqları həmin görüşlərdə ümumilikdə 4093 nəfər rayon sakini iştirak edib və vətəndaşlar tərəfindən 353 məsələ qaldırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin icrası ilə əlaqədar, 25 Tədbirlər Planı tərtib edilib. Tədbirlər Planı çərçivəsində qaldırılan məsələlərin 29-u yerində həll edilib, 122-si planda nəzərdə tutulan müddətdə həllini tapıb, 118 məsələnin həlli nəzərdə tutulub, 6 məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub, 20 məsələ məqsədəmüvafiq hesab edilməyib, 87 məsələ isə hazırda icraatdadır.

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2013.- 13 dekabr.- S.7.