Azərbaycan virtual məkanda

 

Məlum olduğu kimi, Azərbaycan hazırda sürətli iqtisadi inkişaf tempinə, dayanıqlı infrastrukturakommunikasiya imkanlarına, əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir. Qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, Azərbaycan öz dinamik inkişafını qoruyub saxlaya bilmiş, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşmış, əhalinin həyat səviyyəsi ilbəil yüksəlmişdir. Son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almışdır. Əlbəttə ki, Azərbaycanın İKT sahəsində dinamik inkişaf edən ölkəyə çevrilməsi Ümummilli lider Heydər Əliyevin Milli İKT Strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsinin nəticəsidir. Cənab Prezidentin ötən il dekabrın 29-da təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən isə bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayıb və İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr düşür.

Şübhəsiz ki, Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edibbununla bağlı müvafiq Sərəncam imzalayıb. Azərbaycanda İKT ili artıq çox mühüm tarixi bir hadisə ilə - ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlamətdar olub. Azərbaycan BMT-nin müvafiq komitəsində kosmik ölkələr sırasına qəbul olunubkosmik fəzanın sülh məqsədləri ilə istifadəsi üzrə öhdəliklər götürüb. Azərbaycanın ilk telekommunikasiya peyki gözlənilən tarixdə - 2013-cü ilin fevralın 8-də Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə buraxılıb. Bu nailiyyət Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də, ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramların reallaşdırılması sayəsində əldə olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Milli Strategiya ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biri ölkəmizdə “elektron hökumət”in formalaşdırılmasıdır. Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb. Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir.

İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcudyarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə, həmçinin, genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4-cü ay pulsuz”, “sürətin 2 dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə”, “Tələbələrə yay sevinci”, “Gözləmə tarifi” və s. kimi kampaniyalara start verilib.

Ümumiyyətlə, son illərdə ölkəmizin iqtisadi siyasətində regional inkişafa xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, Fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi artıq özünün məntiqi nəticələrini verib, respublikamız iqtisadi sahədə böyük uğurlar əldə edib. Ölkəmizin son 10 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar ilk növbədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Son 3 ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir, yəni, istifadəçilərin sayı əhalinin 70 faizi səviyyəsindədir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu gün Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir və onlardan 50 faizi genişzolaqlı internetə qoşulub. Nazir qeyd edib ki, hazırda Facebook sosial şəbəkəsində Azərbaycan vətəndaşların sayı 1 milyon 250 mini ötüb. Onun sözlərinə görə, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq: “Bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığı 85 faizə çatdırılacaq. Bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq. Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür. İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10 faizi elektron xidmətlərdən istifadə edir, 40 faiz internet xidmətlər isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə elektron xidmətlərdən əhalinin 100 faiz əhatə olunması və xidmətlərin 80 faizinin elektronlaşdırılması nəzərdə tutulur”.

Nazir həmçinin qeyd edib ki, hazırda ölkədə elə aktiv internet istifadəçiləri var ki, onların hətta virtual olaraq digər ölkələrdəki yerlərinə çıxışları var. Bu gün ölkədə internet üzərində rəsmi prosedurlar - vergi, gömrük xidmətlərinin olmadığını deyən Ə.Abbasov bildirib ki, gələcək dünyada belə prosedur olsa belə, Azərbaycan hökuməti bunu etməyəcək.

Qeyd edək ki, ölkədə, xüsusən də, regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən “evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanıb. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit/saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə, elektron xidmətlərin, distant-təhsil, elektron ticarət, teletibb və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər) əsasən hazırlanmış və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilən bir layihə- “Elektron hökumət” layihəsi xüsusi diqqətə layiqdir.Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsidir. Yəni hər bir vətəndaş hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya bilər. “E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə bir nöqtədən giriş imkanını təmin edir. Hazırda “Elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulubbu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunub. “Elektron hökumət” portalında bir çox nazirliyin bəzi xidmətlərindən qeydiyyatsız istifadə etmək də mümkündür.

Elektron hökumət” portalı hazırda vətəndaşların tələblərinə yüksək səviyyədə cavab verir. Yeganə problem əhalinin bir hissəsinin elektron xidmətlərdən zəif istifadə etməsidir. Bunu isə cəmiyyətdə ancaq maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması daElektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müasir inkişaf bütün sahələrdə daha çox informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə faydalanmaqla mümkün olur. Bu, artıq özünü doğruldan təcrübədir. İnformasiya texnologiyaları şəbəkəsinin bütün dünyada olduğu kimi, Azərbaycanda da kifayət qədər strateji sahə kimi hesab edilməsinin əyani sübutudur. Və bu gün İKT iqtisadiyyatda ən önəmli sahələrdən biridir.

Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün əksəriyyəti bu gün Azərbaycanda da tətbiq edilməkdədir. Əhalinin əksər hissəsinin İnternetə çıxış imkanları var. İnsanların sərbəst şəkildə informasiya əldə etməsi, azad informasiya cəmiyyətinin bərqərar olması dövlət siyasətidir. Ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergigömrük bəyannamələri təqdim edilir. Daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu da elektron formada həyata keçirilir.

Ümumiyyətlə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının müşahidə olunan yüksək inkişaf tempi respublikamızın bu sahədə də inkişaf göstəricilərinə görə, dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyinə inam yaradır. 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi isə bu inamı bir daha təsdiq edir.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2013.- 13 dekabr.- S.6.