Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

 

Ölkənin mətbuat ictimaiyyəti dövlət başçısının medianın inkişafına diqqət və qayğısını yüksək qiymətləndirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostuseçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostuelan edilib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin “Jurnalistlərin dostuelan olunması təsadüfi deyil. O deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birininmediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu bildirib.

Tədbirdə Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib, jurnalistlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Cənab Prezident, eyni zamanda, internet mediası ilə bağlı öz dəyərli fikirlərini bildirib. Ölkəmizdə medianın yeni forması kimi inkişaf edən internet mediasının nümayəndələri isə öz növbələrində bu görüş barədə fikirlərini qəzetimizlə bölüşüblər.

Məsələn, “Qafqazinfo.az” xəbər saytının direktoru Elbrus Ərud Azərbaycanın dövlət başçısının KİV rəhbərləri ilə görüşünü yüksək qiymətləndirib: “Prezident İlham Əliyevlə görüş bizə ölkənin media qurumlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm məqamları səsləndirməkdə kömək etdi. Bu, açıq və səmimi dialoq idi. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, bu kimi görüşlər Azərbaycanda jurnalistikanın inkişafına öz töhfəsini verəcək və “dördüncü hakimiyyət”in nümayəndələrinə olan hörməti daha da artıracaq. Belə görüşlər çox mühümdür və müsbət nəticələr verə bilər, eləcə də jurnalistlərin məmurlarla dialoquna müsbət təsir göstərə bilər”.

Bəzi KİV-lərin bu görüşə siyasi don geyindirmək cəhdlərini yersiz hesab edən Elbrus Ərud “Prezidentin öz ölkəsinin jurnalistləri ilə görüşməsi tamamilə normal və müsbət bir haldır. Və dövlət başçısının jurnalistlərlə dialoqu Azərbaycan KİV-nə yalnız xeyir gətirə bilər” sözlərini də əlavə edib.

Modern.az portalının baş redaktoru Elşad Eyvazlı Bakıda olmadığından tədbirdə iştirak edə bilməsə də, görüşü yüksək qiymətləndirdiyini deyib: “Azərbaycan Prezidentinin jurnalistlərlə keçirilən görüşdə səsləndirdiyi fikirlər ölkə həyatının bütün sahələri üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Prezident həmin görüşdə kifayət qədər açıq danışdı, mediamızın və bütövlükdə ölkəmizin gələcəyi, perspektivləri, eləcə də mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı dövlətimizin yaxın və uzaq hədəflərini göstərdi. Azərbaycan cəmiyyətinin iqtisadi-siyasi cəhətdən, ictimai fikir baxımından daha da sıx birləşməli olduğunu vurğuladı, medianın bu prosesdəki rolunu yüksək dəyərləndirdi. Prezidentə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi, jurnalistlərlə keçirilən görüş və dövlət başçısının ortaya qoyduğu mükəmməl yol xəritəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti Azərbaycan mediasına heç bir təmənna güdmədən, heç bir əvəz istəmədən, ayrı-seçkilik salmadan, siyasi baxışlarına fərq qoymadan sahib çıxır. Bu isə Azərbaycan dövlətinin humanist mahiyyətindən, demokratik prinsiplərə, sözfikir azadlığına verdiyi dəyərdən qaynaqlanır”.

Elşad Eyvazlı bu görüşün mətbuatımızın inkişafına daha ciddi təkan verəcəyini də deyib: “Bu görüş həm də mətbuat nümayəndələrinin gələcəyə daha böyük ümidlərlə baxmasına zəmin yaradacaq çox önəmli bir məqamı da ortaya çıxardı: Azərbaycan dövləti hər zaman milli mətbuatın inkişafına dəstək verəcək və onun yanında olacaq!”

Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov da hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşü dövlət başçısının ölkədə medianın inkişafında, xüsusilə, azad medianın inkişafında maraqlı olduğunubu istiqamətdə lazımi dəstəyi verdiyini bir daha sübut etdi: “Əslində, Prezident İlham Əliyevin vaxt ayıraraq media nümayəndələri ilə geniş tərkibdə görüşməsi ölkəmizdə söz, mətbuat azadlığının mövcudluğunun və yüksək səviyyədə qorunduğunun göstəricisidir. Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində söylədiyi fikirlər mətbuatın yeni hədəflər uğrunda mübarizəsinə imkanlar açdı. Biz media nümayəndələrinə o qalır ki, medianın inkişafı naminə yeni hədəflərə çataq. Bu hədəflərdən ən başlıcalarından biri də Azərbaycan dövlətinin xaricdə təbliğatıdır. Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çılpaqlığı ilə çatdırmaqdır. Bu işdə xüsusilə informasiya agentlikləri daha aktiv olmalıdırlar. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımız ilk növbədə vətəndaş mövqeyindən çıxış etməliyik. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanda dinamik inkişafı təmin etmək üçün sabitlik vareyni zamanda, Azərbaycan mətbuatı, xalqı, cəmiyyəti üçün də müstəqillik, dövlətçilik və müasirlik prinsipləri üstünlük təşkil edir və etməlidir. Bu görüş bir daha həm ictimaiyyət, həm media nümayəndələri üçün onu sübut etdi ki, Prezident İlham Əliyev jurnalistlərin dostudur, azad medianın, demokratik inkişafın qarantıdır. Demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın çox böyük rolu var. Biz bu yolda mübarizliyimizi daha da artırmalıyıq”.

Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşü böyük hadisədir və bu, Azərbaycan dövlətinin mediaya diqqəti və böyük dəstəyi kimi qiymətləndirilməlidir”. Bunu isə SİA-nın icraçı direktoru Vəli Vəliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi heç də təsadüfi deyil: “Mətbuatda çalışanların əksəriyyəti Prezident İlham Əliyevi özünün dostu bilir. Bunu şərtləndirən amillər az deyil. Əvvəla, Prezidentin Özü daim dostluğa doğru addımlar atır. Bütün çıxışlarında media ilə hakimiyyət nümayəndələri arasında sağlam münasibətin olmasını, milli maraqlar mövqeyindən çıxış etməyimizi tövsiyə edir. İkincisi, dünyanın heç bir ölkəsində olmayan münasibəti bizim jurnalistlər dövlət başçımızdan görüb. Dünənə qədər ümidsizliyə qapılan media nümayəndələrinə dövlət tərəfindən yeni mənzillərin verilməsini mən bir müjdə kimi qəbul edirəm. Kimin nə deməyindən asılı olmayaraq, bu addım jurnalistlərə verilən ikinci nəfəsdən, stimuldan başqa bir şey deyil. Maddi vəziyyəti o qədər də yaxşı olmayan jurnalistin mənzillə təmin olunmasının onun yaradıcılığına, məhsuldarlığına necə təsir edəcəyini təsəvvür etmək bir o qədər də çətin deyil”.

SİA-nın icraçı direktoru, eyni zamanda, keçirilən bu görüşün jurnalistlərin həyatında dərin bir iz buraxdığını xüsusi olaraq qeyd edib: “Bu görüş səmimi atmosferdə keçdi. Prezident tərəfindən mətbuatın uğurları, cəmiyyətdə mövqeyi və problemləri barəsində verilmiş tezislər bundan sonra da medianın yolunda mayak olacaq”.

 

Oktay

 Yeni Azərbaycan.- 2013.- 3 dekabr.- S.6.