İstanbulda Xəzər Forumu keçirilir
İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı
ilə keçirilən
Xəzər Forumunda Türkiyə, Azərbaycan
və Balkan ölkələrindən
dəvət olunmuş
nazirlərin, dünyanın
35 ölkəsindən gəlmiş
ekspertlərin iştirakı
ilə enerji və kommunikasiya layihələri müzakirə
olunur.
Forumun əvvəlində
Xəzər hövzəsinin
karbohidrogen ehtiyatlarının
çıxarılması və
nəqlindən bəhs
edən sənədli
film nümayiş etdirilmişdir.
HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada
keçirilən müzakirələrin
bölgədəki enerji
və kommunikasiya layihələri üçün
konstruktiv rolundan bəhs etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına
təbrikini Prezident Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov oxumuşdur. Dövlətimizin başçısının məktubunda
qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən
sonra Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi
Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından
böyük əhəmiyyətə
malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin
həyata keçirilməsinə
və irimiqyaslı sərmayələr yatırılmasına
imkan verir.
Dövlətimizin başçısı siyasət,
iqtisadiyyat, elm adamlarının
iştirakı ilə
aparılacaq müzakirələrin
Avropanın enerji xəritəsini dəyişəcək
yeni layihələrin meydana çıxmasına
töhfə verəcəyini
vurğulamış, Forumun
işinin məhsuldar olacağına əminliyini
bildirmiş və ona uğurlar arzulamışdır.
Sonra, Türkiyə
Prezidenti Abdullah Gülün
Forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi
“Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcəkdir. Bundan
başqa, modern İpək
Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn
il istifadəyə
veriləcəkdir. Bütün bu
layihələr sayəsində
Xəzər bölgəsi
enerji və kommunikasiya xətlərinin
mərkəzi olacaqdır.
Forumun açılışında
çıxış edən
Türkiyənin enerji
və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan
və Türkiyənin
aparıcı rol oynadıqlarını söyləmişdir. TANAP layihəsinin həyata keçirilməsi qardaş
ölkələrimizin birgə
səyləri ilə mümkün olacaqdır.
Artıq
hazırlıq işləri
tamamlanmış və
tezliklə tikintiyə
başlanacaqdır. Azərbaycan qazı
təkcə Avropanın
deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının
təmin edilməsinə
mühüm töhfə
olacaqdır.
Forum işini bölmə
iclaslarında müzakirələrlə
davam etdirir.
Yeni Azərbaycan. - 2013.- 6 dekabr.-
S.2.