Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Bu gün Azərbaycan dövlətinin hərtərəfli inkişafına görə nəinki regionda, hətta dünyada fərqləndiyini desək, heç də yanılmarıq. Eyni zamanda, onu da vurğulamaq yerinə düşər ki, hazırda ölkədə bütün sahələrdə əldə edilən uğurlardan hər bir bölgəmizə, o cümlədən, paytaxtın rayonlarına, qəsəbələrinə, kəndlərinə də pay düşür. Elə Prezident İlham Əliyevin təsdiq etdiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tam sürətlə icra olunması da bu sözləri dilə gətirməyə əsas verir. Paytaxt ətrafında aparılan bu yenilikləri nəzərə alaraq, Bakının rayonlarından olan Binəqədini “şəhər içərisində şəhər” adlandırmaq olar.

Belə ki, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində hazırda Binəqədi rayonunun qəsəbələrində, mikrorayonlarında və digər yaşayış məntəqələrindəki binaların həyətlərində nümunəvi, abad məhəllə layihəsi çərçivəsində geniş abadlıq-quruculuq işləri aparılır.

Bu məqamda vurğulamaq yerinə düşər ki, hazırda rayonunŞamaxinka” deyilən əraziyə qədər olan hissəsində və eyni zamanda, Beynəlxalq avtovağzala gedən yol istiqamətində aparılan quruculuq işləri də göz oxşayandır. Daha doğrusu, süni dağların yaradılması, onların üstünün qazon ilə örtülməsi, müxtəlif dekorativ ağacların və güllərin seçilməsi, çiçəklərdən ibarət “Binəqədi” sözünün yazılması, eyni zamanda, torpaq saatın quraşdırılması sözügedən rayonda aparılan abadlıq işlərinin həcmindən xəbər verir. Xüsusilə, axşam bu yoldan istifadə insanı başqa bir aləmə yolculuğa aparır.

Əlbətdə ki, Binəqədi rayonunda aparılan quruculuq işləri gələcəkdə böyük layihələrin gerçəkləşdirilməsi üçün məhz bu məkanın seçilməsinə şərait yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Binəqədi rayonu Xocahəsən qəsəbəsindəki yeni tədris kompleksinin açılış mərasimində gələcəkdə tələbə şəhərciyinin burada yaradılması ilə bağlı müəyyən planların olduğunu vurğulayıb.

Rayonda aparılan quruculuq işləri daha bir iri pilot layihənin Binəqədi ərazisində reallaşdırılmasına imkan yaradıb. Belə ki, Avropa Komissiyasının “İNOGATE” proqramı çərçivəsində reallaşdırılan “Şərqi Avropa və Mərkəzi Asiyanın İnşaat Sektorunda Enerjiyə Qənaət Təşəbbüsü” layihəsi Binəqədi rayonunda reallaşacaq. Layihənin “Binalarda enerji səmərəliliyi” ilə bağlı komponentinin icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin təklifi əsasında Binəqədi rayonu ərazisində, Ə.Naxçıvani küçəsi 27 ünvanında yerləşən 9 mərtəbəli 200 mənzilli binada keçirilməsi təklif edilib. Hazırda həmin binada Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir işləri aparılır-binanın fasadına üzlük çəkilir, dam örtüyü təzələnir, dəhlizlər, girişlər və s. təmir olunur. Gələcəkdə binanın həyətində yeni qazanxananın tikintisi, istilik enerjisiisti su ilə daimi təchizat nəzərdə tutulur.

Təklif qəbul ediləndən sonra layihə üzrə beynəlxalq ekspertlər Bakı şəhərinə ezam olunublar, layihə üçün pilot binaya baxış keçirilib, binanın enerji auditi aparılıb və burada istifadə olunan enerjinin böyük hissəsinin itkiyə getdiyi aşkarlanıb. Mütəxəssislər tərəfindən enerji sərfiyyatında qeyri-rasionallığın mövcudluğu üzə çıxarıldığından ekspertlər səmərəliliyin artırılacağı təqdirdə, işlədilən enerjinin təxminən 50 faizinə qənaət edilməsinin mümkün olacağını bildiriblər. Layihənin həyata keçirilməsinin əsas komponentlərindən biri  Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin  (MMMC) yaradılmasını nəzərdə tutur. Bununla bağlı olaraq, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən komissiya yaradılıb. Komissiyaya rayon mikrorayonlarında, xüsusən, rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasadları üzlənmiş binalardaya abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işlərini aparmaqla çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarə edilməsi üsullarının seçilməsində, habelə idarə edilməsi üsulu seçilmiş binalarda müvafiq sənədlərin hazırlanmasında və dövlət qeydiyyatına alınmasında hərtərəfli dəstək və köməklik göstərilməsi ilə bağlı tapşırıqlar verilib.

Binəqədi rayonunda aparılan mütərəqqi və diqqət cəlb edən işlərdən biri də Sulutəpə qəsəbəsində yeni parkın salınmasıdır. Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, yeni salınan  park ekoloji mühitin qorunmasına xidmət edəcək, əhalinin asudə vaxtının təşkili və istirahəti üçün burada lazımi şərait yaradılacaq.

Hazırda da Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən parkın ərazisi Bakı-Şamaxı magistral yolu istiqamətində genişləndirilərək abadlaşdırma və yenidənqurma  işləri aparılır, yeni yaşıllıq və rekreasiya əraziləri salınır. Paralel olaraq magistral yol boyu Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yolkənarı hasarlar müasir üzlük daşlarla üzlənir, kiçik memarlıq formalardan istifadə edilməklə landşaft elementlərindən ibarət kompozisiyalar yaradılır. Xocasən qəsəbəsi ərazisində qəsəbədaxili yolların əsaslı təmiri və genişləndirilməsi istiqamətində  müvafiq işlər davam etdirilir.

Binəqədi rayonunun əhalisi, onların problemləri hər zaman rayon icra başçısının diqqət mərkəzindədir. İcra Hakimiyyətinin başçısı Xalədddin İsgəndərov daimi olaraq rayon sakinləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir və yerindəcə həll olunması üçün lazımi tapşırıqlar verir. İcra Hakimiyyətinin başçısı cari ilin 9 ayında yerlərdə 25 səyyar görüş keçirib, aparatda 4191 vətəndaş (bundan 313-ü RİH başçısı tərəfindən) qəbul edilib.

Eyni zamanda, icra başçısı işçilərinin insanlarla davranışı, onların qarşısında nizam-intizam qaydalarına riayət edilməsini də diqqət mərkəzində saxlayır.

Bu gün Binəqədidə yaşayan insanların müraciətlərinə də operativ reaksiya verilir və artıq Sakinlərin Müraciət Xidməti rayon sakinlərinin istifadəsindədir. Sakinlərin Müraciəti Xidməti adlandırılan 1646 elektron xidmət növü İcra Hakimiyyətinin saytında cari ilin fevral ayının 6-dan rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə fəaliyyətə başlayıb.

Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərovun sözlərinə görə, Xidmətin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevikoperativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının inkorporasiya edilməsidir ki, nəticə etibarilə ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir. Bu ideyanın maraqlı cəhətlərindən biriodur ki, Binəqədi rayon sakinləri üzləşdikləri problemlərin həlli üçün yalnız bir ünvana müraciət edirlər. Həmin müraciətlər qeydə alınaraq “bir qapı” prinsipi üzrə həllini tapır. Bu, həm də sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verir.

Yeri gəlmişkən, bu ilin noyabr ayı ərzində Binəqədi rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə daxil olmuş zənglərin sayı 2050, cavablandırılmış zənglərin sayı 1922, birbaşa cavablandırılmış zənglərin sayı 1411, 1 operator üzrə zənglərin orta sayı 75, yaradılmış əks əlaqələrin sayı 716, tərtib edilmiş şikayət vərəqələrinin sayı 520 olub. Şikayət xarakterli müraciətin 336-nın icrası təmin edilib, o cümlədən, 313-ü tam həll olunub, 23-ü müvafiq izahat verilərək aradan qaldırılıb, 184-nün həlli isə icraatdadır.

Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəlincə, müraciətlərin 123-ü su-kanalizasiya, 101-i qaz təchizatı, 14-ü elektrik enerjisi, 45-i lift problemləri, 12-si yolların yararsız olması, 190-ı istilik təchizatı, 7-si məişət və zibil tullantıları ilə əlaqədar, 28-i isə digər məsələlərlə bağlı olub.

Eyni zamanda, bu ilin 9 ayında rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq 5 yeni xeyir-şər evi tikilib, 1 xeyir-şər evi əsaslı təmir edilib, 6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla tam təmin olunubbu tip evlərin tikintisiya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Rayon ərazisində zibil qutularının yerləşdirilməsi üçün xüsusi yerlər inşa olunub. Binaların qarşısına asfalt döşənib və maşınların park edilməsi üçün xüsusi yerlər ayrılıb. Kanalizasiya sistemləri yenilənib, qaz, su və işıqla bağlı problemlər aradan qaldırılıb. Parklarda uşaqlar üçün əyləncə yerləri, ağacdan hazırlanmış oturacaqlar quraşdırılıb. Məhəllərdə yaşlı insanlar üçün stolüstü oyun guşələri inşa edilib. Sakinlərin gecə saatlarında parkda normal istirahət etmələri üçün burada müasir işıqlandırma sistemi quraşdırılıb.

Binəqədi rayonu ərazisində abadlıq-quruculuq işləri bununla bitmir. Rayon ərazisini gəzərkən hər dəfə müxtəlif yeniliklərin şahidi oluruq.

 

Aytən ƏLİYEVA

Yeni Azərbaycan.- 2013.- 14 dekabr.- S.8.