Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşüb

Xəbər verildiyi kimi, dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşüb. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda, səfir naziri yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin, görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, polkovnik Vladimir Çernenko da iştirak edib.

Məlum olduğu kimi, qonşuregiona yaxın olan ölkələrlə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkələrimizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindən birini təşkil edir. Bu mənada, regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban, ikitərəfli dostluq münasibətlərinin daim inkişaf etdirilməsinə rəsmi Bakı xüsusi diqqət ayırır.

Ümumiyyətlə, Azərbaycanla Rusiyanın ortaq zəngin tarixi vardır. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Rusiya təxminən 2 əsrə qədər bir imperiyanın tərkibində olub. Tarixin müxtəlif dövrlərində Azərbaycan və rus xalqları, hətta ortaq düşmənə qarşı səngərin eyni tərəfində olublar.

Ötən əsrin sonlarında Sovet imperiyasının süqutu və hər iki dövlətin müstəqilliyə qovuşması əlaqələrin gələcək inkişafı baxımından yeni prinsiplərin yaranmasını şərtləndirib. Müstəqil Azərbaycan dövləti və Rusiya dövləti arasında ikitərəfli əlaqələrin əsası isə 1992-ci il aprel ayının 4-də qoyulub. Həmin ildə də Rusiyanın ölkəmizdə və Azərbaycanın Rusiyada səfirlikləri fəaliyyətə başlayıb. Lakin o zaman ölkəmizdə mövcud olan xaosanarxiya, həmçinin, Azərbaycanın bir dövlət olaraq müstəqilliyini möhkəmləndirə bilməməsi, hakimiyyətin uğursuz xarici siyasəti nəticəsində respublikamızın digər dövlətlərlə yanaşı, Rusiya ilə münasibətləri də qısa zaman kəsiyində kifayət qədər korlanmışdı. Lakin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın Rusiya ilə əlaqələrində də əsaslı dəyişikliklər yarandı. Beləliklə də, bu iki ölkə arasında əlaqələr yeni inkişaf yoluna qədəm qoydu.

Qarşılıqlı surətdə reallaşdırılan dövlət səfərləri isə şübhəsiz ki, yalnız əlaqələrin inkişaf etdirilməsinə xidmət edib. Bu mənada Ulu öndər Heydər Əliyevin Rusiyaya 1994-cü ildə reallaşan ilk səfəri ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi olub. Bundan sonra Azərbaycanla Rusiya arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. 18 yanvar 1996-cı ildə Moskvada imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında Saziş və 1 il sonra imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə bu mənada xüsusi əhəmiyyət kəsb edir. O dövrdə tərəflər arasında imzalanmış müvafiq sazişlər əsasında yaradılmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya ikitərəfli əlaqələrin gələcək perspektivlərdə daha da inkişafına müsbət təsir göstərir.

Bütövlükdə, Rusiya ilə Azərbaycan arasında müxtəlif istiqamətləri əhatə edən 150-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş imzalanıb.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strateji kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi rəsmi Bakının müxtəlif ölkələrlə ikitərəfli əlaqələrinin inkişafında da özünü göstərir. Bunu Azərbaycanın Rusiya ilə əlaqələrində son illər müşahidə olunan inkişafda da görmək mümkündür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz Rusiya ilə münasibətlərin inkişafına xüsusi diqqət göstərir və bu istiqamətdə tərəflər arasında yüksək səviyyəli tədbirlər görülür.

Təbii ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğusiyasi dialoqun davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı seçildikdən sonra Rusiyaya ilk rəsmi səfərini 2004-cü ilin 5-7 fevral tarixlərində reallaşdırıb. Hazırda Rusiya-Azərbaycan münasibətləri Kremlin bu bölgədə yerləşən digər ölkələrlə münasibətlərinə nəzərən kifayət qədər fərqli və daha tutarlıdır. Rusiya Azərbaycanı sözün həqiqi mənasında strateji tərəfdaş qismində görür. Bu, müxtəlif istiqamətləri əhatə edən çoxşaxəli əməkdaşlıqda da özünü göstərir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, əgər bütün qonşular arasında münasibətlər bu cür olsaydı, dünyada problemlər olmazdı. Təbii ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşmastrateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin də inkişafı üçün əlverişli şərait yaradır.

İqtisadi sahədə əlaqələrin forma və prinsipləri, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət sazişi və Sərbəst ticarət rejimindən istisnaların mərhələlərlə aradan qaldırılmasına dair Protokolla, tərəflər arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında Sazişlə, həmçinin, qarşılıqlı ticarətdə dolayı vergilərə cəlb etmənin prinsipləri haqqında Sazişlə müəyyən edilib. Beynəlxalq və regional layihələrdə, xüsusi ilə, TRASEKA və “Şimal-Cənub” dəhlizlərinin potensialının istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının birgə istehsalı və emalı, maşınqayırma, neft avadanlığının, tekstilin, dərmanların istehsalı sahəsində birgə müəssisələrin yaradılması, rus şirkətlərinin Azərbaycanda beynəlxalq əhəmiyyətli yolların tikilməsində iştirakı və turizm sahəsində əlaqələrin inkişafı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığının inkişafının üstün istiqamətləridir.

Tərəflər arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Bu mənada 27 fevral 2003-cü ildə Bakıda imzalanmış hərbi-texniki əməkdaşlıq sahəsində hökumətlərarası Saziş xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, 4 dekabr 2006-cı ildə Bakıda Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında da Saziş imzalanıb.

Bakı ilə Moskva arasında enerji sahəsində mövcud olan əməkdaşlıq bütün digər sahələrlə müqayisədə daha əhatəli və genişdir. Neftqaz ehtiyatlarına sahib bir ölkə kimi Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan həyata keçirdiyi nəhəng enerji layihələri ilə bu missiyanı yerinə yetirməyə nə qədər hazır olduğunu bütün dünyaya nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycanın bu sahədəki xidmətləri bütün dünya dövlətləri tərəfindən təqdir olunur. Eləcə də, Bakının bu imkanları və ondan yararlanmaq şansı rəsmi Moskva üçünolduqca cazibədar görünür. Rusiya tərəfi Azərbaycanın enerji siyasətində öz rolunu artırmağa, həmçinin, Bakının təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrdə pay almağa səy göstərir. Son dövrlər ərzində iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi Rusiyanın Azərbaycanın enerji siyasətində daha fəal rol oynamasını şərtləndirib.

Moskva ilə Bakı arasında enerji əməkdaşlığının başqa bir spektri isə Xəzərdə neft-qaz yataqlarının işlənməsində Rusiya şirkətlərinin rolunu artırmaqdan ibarətdir. Məlum olduğu kimi, bir neçə il öncə Moskva bu istiqamətdə rolunu artırmaq üçünRosneft” şirkətini neft sazişlərinə cəlb etdi, hazırda həmin şirkətin bir neçə yataqda payları mövcuddur. Amma bu da tərəfləri qane etmir. Çünki həm Rusiyanın, həm də Azərbaycanın bu istiqamətdə əməkdaşlığı artırmaq üçün kifayət qədər potensialı var.

Təbii ki, qarşılıqlı əlaqələri möhkəmləndirən başqa bir detal isə tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasıdır. Deməli, Rusiya ilə Azərbaycanı həm də oxşar maraqlarideyalar bir araya gətirir. Ümumiyyətlə, bugünkü reallıqlar onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq gələcəkdə də inkişaf edən dinamika ilə davam etdiriləcək. Çünki tərəflər özləri bunda maraqlıdırlar. Bu da bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Təbii ki, qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq bir sıra siyasi problemlərin həllində də tərəflərə eyni mövqedən çıxış etməyə imkan verir. Lakin Azərbaycan ictimaiyyəti xüsusən, ölkəmizin ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bu imkanlardan yerində və lazımınca istifadə olunmasını istəyir. Nəzərə alsaq ki, Rusiya münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və Ermənistana təsir etmək imkanına ən çox malik olan dövlətdir, onda bizim gözləntilərimizi də təbii qarşılamaq lazımdır.

 

Sevinc Nuriyeva

 Yeni Azərbaycan.- 2013.- 14  dekabr.- S.8.